Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   12   13   14   15   16   17   18   19   ...   70

37 
 
Başqa  rəislər  arasında  hərbi  nazir  tərəfindən  fərqləndirilən  polkovnik 
Əfəndiyevə  bu  il  yanvarın  6-da  general-mayor  rütbəsi  verilir  və  birinci  piyada 
diviziyasının komandiri təyin edilir. 
General Əfəndiyev hazırkı şəraitdə diviziyanın təşkil olunması kimi ağır işə 
başlayır,  Azərbaycanın  vacib  bölgəsində  istirahət  bilmədən  fədakarcasına  hərbi 
hissələrdə qayda-qanun yaratmağa çalışır. 
Öz diviziyasındakı tibbi vəziyyətdən narahat olan general Əfəndiyev şəxsən 
özü  lazaretin  təşkilinə  rəhbərlik  edir,  tez-tez  xəstələr  arasında  olaraq,  bəzən  xoş 
sözlə,  bəzən  də  rəhbər  tələbkarlığı  ilə  onların  taleyini  yüngülləşdirir.  Qayğıların 
çoxluğundan  o,  özü  haqqında  düşünmür  və  səpmə  yatalaq  xəstəliyinə  tutularaq 
mərd  bir  əsgər  kimi  vəzifə  başında  ölür.  Yorulmaz  döyüşçü  və  Vətənin  əsl  oğlu, 
qəbrin nurla dolsun! 
Vəfat  etmiş  general  Süleyman  bəy  Əfəndiyev  Batumda  yaşayan  ailəsini 
maddi çətinlik qarşısında qoymuşdur. Hətta böyük oğlunun vəfatı xəbərini eşidən 
general ona tapşırılan işlərin böyük əhəmiyyətini düzgün dərk edərək öz vəzifəsini 
tərk etməmişdir. 
Əmr edirəm ki, onun dəfninin xərcləri xəzinənin hesabına olsun və ailəsinə 
birdəfəlik  beş  min  rubl  məbləğində  müavinət  verilsin.  Eyni  zamanda  ailəsinin 
normal  yaşayışını  təmin  edə  biləcək  məbləğdə  təqaüdlə  təmin  olunması  barədə 
hazırda Bakıda yerləşən Hərbi Nazirlik qarşısında vəsadət qaldırıram». 
Beş gün sonra — fevralın 26-da general Əliağa Şıxlinski həmin əmrinə belə 
bir əlavə də etmişdir: 
«Vəfat  etmiş  Birinci  piyada  diviziyasının  rəisi,  general-mayor  Süleyman 
bəy  Əfəndiyevin  dul  qalmış  həyat  yoldaşının  xahişi  ilə  mərhum            Gəncə 
şəhərində yox, Qazax qəzasında dəfn olunacaqdır». 
Təəssüf  ki,  Vətənimizin  azadlığı  uğrunda  canını  fəda  edən  general 
Süleyman  bəy  Əfəndiyevin  bu  günədək  nə  yaxın  qohumunu,  nə  də  fotoşəklini 
tapmaq mümkün olmadı. İllərin uzaqlığı bizə imkan vermədi ki, öyrənək görək bu 
mərd  generalımız  harada  —  Qazaxın  özündəmi,  yoxsa  hər  hansı  bir  kəndindəmi 
uyuyur. 
Bu günkü nəslə general Süleyman bəyin fotoşəklini görmək hələlik qismət 
deyil.  Ümid  gələcək  tədqiqata,  arxiv  sənədlərinə,  bir  də  Ağdamda  və  Qazaxda 
yaşayan Əfəndiyev soyadlı nəvə-nəticələrin yaddaşına qalır... 
 
ACI TALE 
Xoşbəxtəm  ki,  müsəlman  Ordusunun zabiti kimi ölürəm. Xüdahafiz! 
General Məmməd  bəy   
Sulkeviçin son sözləri. 
Cümhuriyyət  dövrünün  iyirmi  bir  döyüş  generalı  sırasında  oxucunu 
düşündürən  və  bir  az  təəccübləndirən  soyada  rast  gəlmək  olar:  —  General-
leytenant MƏMMƏDBƏY ALEKSANDROVİÇ   SULKEVİÇ. 


38 
 
General  Məmmədbəy  Sulkeviç  milliyətcə  Litva  tatarıdır.  Atası  Aleksandr 
Qusar alayında xidmət etmiş, podpolkovnik rütbəsinə qədər yüksəlmişdir. 
Polşada  yaşayan  mühacir  Arslan  bəy  yazır  ki,  general-leytenant 
Məmmədbəy  Sulkeviç  on  səkkizinci  ilin  axırlarında  Azərbaycan  Müdafiə 
Nazirliyində  Baş  Qərargahın  rəisi  olub.  Lakin  Azərbaycan  Mərkəzi  Dövlət  Yeni 
Tarix Arxivində saxlanan hərbi sənədlər bu faktı inkar edir. Əvvəla həmin tarixdə 
bizim  ordunun  Baş  Qərargah  rəisi  general-mayor  Əbdülhəmid  bəy  Qaytabaşı 
olmuşdur.  İkincisi  də  arxiv  sənədlərindən  aydın  olur  ki,  Məmmədbəy  Sulkeviç 
Azərbaycana  on  səkkizinci  ilin  dekabrında  gəlib  və  1919-cu  ilin  martın  26-dək 
Gəncədə  yerləşən  Birinci  Müsəlman  Korpusunun  komandiri  olub,  həmin  tarixdə 
yüz  qırx  yeddi  nömrəli  əmrlə  Baş  Qərargah  rəisi  təyin  olunub.  Hərbi  Nazir 
Səmədbəy  Mehmandarovun  və  general  HƏBİB  BƏY  SƏLİMOVUN  Gəncədə 
imzaladığı bu əmrdə deyilir ki, general-leytenant Məmmədbəy Sulkeviç martın 19-
dan təyin olunduğu vəzifənin icrasına başlasın. 
Arxivdə saxlanan daha bir sənədin Sulkeviçin bioqrafiyası üçün əhəmiyyətli 
olduğunu nəzərə alıb, oxuculara onu da təqdim etmək istərdim. 
Hərbi  Nazirliyin  dəftərxanasına  məxsus  15  oktyabr  1919-cu  il  tarixli 
sənəddə Sulkeviçdən tələb olunur ki, özünün dini mənşəyi və atası barədə məlumat 
versin. Və xahiş olunur ki, gerbli-möhür üçün dörd manat da pul ödəsin. 
Məmmədbəy  Sulkeviç  isə  qara  tuşla  yazdığı  ərizəsində  onlara  belə  cavab 
vermişdir:  «Dinim  müsəlman,  adım  Məmmədbəy,  rütbəm  general-leytenantdır. 
Azərbaycan vətəndaşlığını qəbul edirəm». 
General  Sulkeviç  1865-ci  il  iyunun  iyirmisində  Kemeyşi  yaşayış 
məntəqəsində  dünyaya  gələndə  atası  onun  adını  Maçeybəy  qoysa  da  sonralar 
Krımdakı fəaliyyətinə görə tatarlar ona hörmət əlaməti olaraq «Süleyman Paşa» adı 
vermişlər. Bizdə isə özü könüllü olaraq «Məmmədbəy» adını qəbul etmişdi. 
Tatar parlamenti,  tatar xalqı  və  mətbuatı general  Süleyman Paşa  Sulkeviçi 
1918-ci ildə dövlət başçısı vəzifəsində böyük ruh yüksəkliyi ilə qarşılamışdır. Krım 
tatarları  arasında  «Süleyman  Paşa»  adı  böyük  hörmətlə  və  ehtiramla  çəkilirdi.     
Xalq  Maçeybəy  Sulkeviçi  «Süleyman  paşa»  adı  ilə  çağırırdı.  Bu  da  səbəbsiz 
deyildi.  Tatar  xalqı  arasında  belə  bir  əfsanə  yaşayır.  Bu  əfsanəyə  görə  rus 
imperiyasının Krımdakı hökmranlığı məhv olduqdan sonra şimaldan bir  müsəlman 
oğlu peyda olacaq. Onların azadlıq hərəkatına başçılıq edəcək.  Bu adamın da adı 
Süleyman  paşa  olacaqdır.  Xalqın  inamınca  bu  əfsanə  1918-ci  ildə  həqiqətə 
dönmüşdü. Ona görə də tatar xalqı Maçeybəy Sulkeviçi Süleyman paşa timsalında 
qəbul etdi. 
Arxiv  sənədləri  daha  bir  faktı  da  aşkarlayır.  Orada  göstərilir  ki,  general 
Sulkeviç Azərbaycana tək gəlməmişdir. 
Kazımbəy  Sulkeviç  Musavat  hökümətinin  Xarici  İşlər  Nazirliyində 
dəftərxana  direktoru  olmuşdur.  Çox  təəssüf  ki,  onların  qardaş,  yoxsa  əmioğlu 
olduğunu  müəyyənləşdirmək  mümkün  olmadı.  Məhz  bu  səbəbdən  də  bəzi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə