Çingiz Məmmədov


Qəribə və xoĢ bir təsadüf



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   8   9   10   11   12   13   14   15   ...   70

28 
 
Qəribə və xoĢ bir təsadüf 
Doxsan üçüncü ilin  sentyabr ayında  Qax rayonuna  ezamiyyətə  getmişdim. 
Marsan kəndində Eldar Hacı oğlu Məmmədov soyadlı bir cavanla tanış oldum. İşi, 
sənəti ilə maraqlandım. 
—Mühəndisəm,  —  dedi,  on  dörd  ildir  ki,  Saxalində  neft  çıxarıram,  indi 
məzuniyyətə gəlmişəm. 
—Təsadüfən orada «Admiral Aslanbəyov» adasına rast gəlməmisən? 
—Elə mən o adada yaşayır və işləyirəm, — dedi. 
—Nə  yaxşı  təsadüfdür,  azərbaycanlı  admiralın  adını  daşıyan  adada 
həmyerlisi yaşayır və işləyir. 
—Admiral Aslanbəyov məgər azərbaycanlıdır? Siz bunu dəqiq bilirsiniz? 
—Bəli, — dedim, — o, xalqımızın ilk admiralıdır. 
—Bu  barədə  bizim  ada  sakinləri  arasında,  qeyri  millətlərlə  tez-tez 
mübahisəmiz olur. Familiya oxşarlığına əsaslanıb mən və həmyerlilərim «admiral 
bizim xalqın oğludur» deyiriksə də, əlimizdə heç bir əsas yoxdur. Bilmirik nə vaxt 
yaşayıb,  nə  vaxt  ölüb...  Bir-iki  dəfə  məzuniyyətə  gələndə  rayonumuzun  tanınmış 
ziyalılarından  bu  barədə  soruşdum.  Hamısı  dedi  ki,  bizim  elə  bir  admiralımız 
yoxdur. 
Mən sevinclə: 
—Var,  —  dedim,  —  Eldar,  Saxalinə  qayıdanda  yolunu  Bakıdan  sal, 
görüşək,  sənə  admiralın  fotoşəkillərini  və  bioqrafiyasını  verim.  Aslanbəyovun 
bizim xalqın oğlu olması haqqında əlində əsas dəlil olsun. 
Məndən də artıq sevinən Eldar: 
—Çox  sağ  ol,  —  dedi,  —  mən  də  admiral  Aslanbəyov  haqqında  qəsəbə 
kinoteatrında bir guşə düzəldəcəyəm. 
 
Admiral həm də alimdir 
Admiral  İbrahim  bəy  Aslanbəyovdan  yazan  rus  tədqiqatçıları  onun 
haqqında  «Admiral  Naximovun  bioqrafı  kimi  daha  çox  məşhurdur»  sözlərini 
iftixarla qeyd edirlər. Təsadüfi deyil ki, İbrahim bəyin  «Naximovun bioqrafiyası» 
adlı oçerki ayrıca kitab kimi bir neçə dəfə nəşr olunmuşdur. 
Admiral  Aslanbəyovun  elmi-publisistik  əsərləri  isə  ayrıca  tədqiqata 
layiqdir.  Hərbi-dəniz  donanmasının  ötən  əsr  tarixini  araşdıran  tədqiqatçıların 
əksəriyyəti onun əsərlərindən mənbə kimi bu gün də istifadə edirlər. Heç təsadüfi 
deyil ki, 1889-cu ildə Sankt-Peterburqda «Vitse-admiral Aslanbəyovun yarıməsrlik 
yubileyi»  adlı  kitab  da  nəşr  olunmuşdur.  V.  Fridriksin  «Kontr-admiral 
Aslanbəyovun bayrağı altında üzən «Afrika» kreyseri» adlı kitabı isə hələ 1880-ci 
ildə  yenə  Sankt-Peterburqda  işıq  üzü  görmüşdür.  Q.  İ.  Syominin  «Sevastopol» 
tarixi  oçerkləri  kitabında  (1955-ci  il)  isə  admiral  Aslanbəyovun  gündəliyindən 
geniş istifadə olunmuşdur. 


29 
 
Knyaz-admiral  Baryatinski  isə  həmyerlimiz  haqqında  yazdığı  xatirələrində 
qeyd  edir  ki,  Şərq  və  Qafqaz  lətifələrini  o  qədər  maraqla  danışardı  ki,  müsahibi 
qəşş edənə qədər gülərdi. Bu lətifələr indi də dənizçilərin dillərində gəzir. 
Ötən  əsrin  altmışıncı  illərindən  başlayaraq  admiral  Aslanbəyovun 
«Morskoy sbornik» jurnalında silsilə elmi-publisistik məqalələri dərc olunmuşdur: 
«Sokol»  üçdorlu  hərb  gəmisinin  Aralıq  dənizindən  Kronştadta  səfəri»  (1861), 
«Admiral  Naximov»  (bioqrafik  oçerk,  1868),  «Admiral  A.  S.  Qreyq»  (1873), 
«Admiral  A.  İ.  Panfilov»  (1874),  «Dəniz  akademiyasının  50  illiyinin  bayram 
edilməsi  münasibətilə  nitqi»  (1877),  «Kontr-admiral  Aslanbəyovun  səfərləri 
haqqında  məlumatlar»  (1881)  və  başqa  məqalələrindən  tədqiqatçılar  bu  gün  də 
bəhrələnirlər. 
Şübhəsiz,  admiral  İbrahim  bəy  Aslanbəyov  Rusiyada  yaşayıb-işləməsəydi, 
belə ali rütbəyə çata bilməzdi. Yüz altmış üç ildən sonra onun bizim üçün qaranlıq 
qalan ömür yoluna, hərbi fəaliyyətinə az da olsa işıq sala bildik. Bu isə son dərəcə 
vacibdir. Yoxsa, qeyri millətlər, xüsusilə naxələf qonşularımız bizim unutduğumuz 
məşhur  oğullarımızı  özününküləşdirir,  üstəlik  də:  «sizin  tarixiniz  kasıb  olub, 
görkəmli oğullarınız yoxdur», — deməklə xalqımızı təhqir edirlər. 
...Hərbi-Donanma tariximiz onsuz da kasıbdır. Bu sahədə fəaliyyət göstərən 
oğullarımız  az  qala  barmaqla  sayılacaq  qədərdir:  Kontr-admiral  Cəlil  Cavadov 
(1916—1980) və vitse-admiral Həmid Qasımbəyov (1923-cü il) Vəssalam! 
Nə  yaxşı  ki,  bu  boşluğu  müəyyən  qədər  də  olsa  dolduracaq  İbrahim  bəy 
Aslanbəyov kimi admiralımızı gec də olsa tapa bilmişik... 
 
ĠLK MĠLLĠ ORDU GENERALIMIZ 
1917-ci il noyabrın on beşində mən  
Qafqaza gəldim. Öz xalqımın baş verə  
biləcək xarici təzyiqlərdən və daxili 
qarışıqlıqlardan qorunmasına xidmət  
etmək arzusu ilə Azərbaycan korpusu  
təşkil etməyi lazım bilib, Tiflisdə  
öz qərargahımı düzəltməyə başladım. 
Əliağa   ġIXLĠNSKĠ,  
Tam   artilleriya   generalı. 
—Hər  ağacın  öz  kölgəsi  var,  hər  millətin  də  ordusu  olmalıdır.  Süleyman 
bəy, indiki vəziyyət bunu daha çox tələb edir. Biz ordu yaratmasaq, milləti qırğına 
verə bilərik. Hadisələrin belə sürətli inkişafı göstərir ki, ordusu, top-tüfəngi olan bir 
xalq,  digərini  məhv  edə  bilər.  Bu  saat  bizim  vəziyyət  elədir  ki,  düşmən  həm 
içimizdədir,  həm  də  qonşuluğumuzda.  Yüz  il  arxalandığımız  rus  imperiyası 
axırımızı gətirib bura çıxartdı. 
—Əliağa, Səməd bəy hardadır, niyə üzə çıxmır? Ordu təşkil etməyə, xalqın 
müdafiə qüdrətini möhkəmləndirməyə yaxşı imkan yaranıb. 


30 
 
—Vladiqafqazdadır.  Bu  günlərdə  gəlmişdi,  Tiflisdəki  milli  müsəlman 
şurasında lazım olan adamlarla görüşdük. Yenə qayıtdı  Vladiqafqaza.     Ailəsini      
köçürüb Bakıya gətirməyə getdi. 
Biz  bir  məsələni  də  çox  tez  həll  etməliyik.  Vaxtilə  «dikiy  diviziya»da  və 
hazırda  imperiya  ərazisində  xidmətdə  olan  zabitlərin  hamısını  çağırmalıyıq. 
Xarkovdan  polkovnik  İbrahim  ağa  Usubovu,  Murmanskdan  general  Mirkazımbəy 
Talışxanovu,  Nijeqorod  alaylarından  şahzadə  Əmir  Kazım  Qacarı,  polkovnik 
Əmənulla  xan  Qacarı,  Seyfulla  Qacarı,  general  Firidun  bəy  Vəzirovu.  Xüsusilə 
beşinci və yeddinci Qafqaz nişançı diviziyalarında bizim həmyerlilər daha çoxdur. 
Onların  hamısını  çağırmaq  lazımdır.  Silah  tutan  oğul  Vətənin  dar  günündə  gərək 
olmayacaqsa,  əmin-amanlıq  dövründə  heç  lazım  deyil.  Sən  bilirsən  general 
Əlyarbəy Haşımbəyov indi harada qulluq edir? 
—Qafqaz araba-karvan briqadasında. Ünvanı məndə var, tel vuraram. 
— Bu işi tez eləmək lazımdır. Zabitlərdən birinə tapşırsan daha səlah olar. 
Sənin  işin  çox  olur,  çatdıra  bilməzsən.  Polkovnik  Şirinbəy  Kəsəmənliyə,  bir  də 
qardaşım  uşaqları  Cavad  bəyə  və  Rüstəm  bəyə  özüm  xəbər  eləmişəm.  Onlar 
çoxdan milli orduda qulluq eləmək arzusundadırlar. Gələcəklər. Dayan, qardaş, bir 
nəfəri  də  xatırladım.  Mayor  Davud  bəy  Yadigarov  indi  harda  xidmətdədir, 
bilmirsən? 
—Yox, çoxdandı onunla əlaqəm yoxdu. 
—Onu  mən  öyrənərəm,  əmisi  İsrafil  bəy  Tiflisdə  mənim  qaynım  Bahadır 
bəylə qonşudur. 
—Əliağa,  mənim  Zaqafqaziya  seymi  deyilən  dövlət  hakimiyyətinə  heç  bir 
ümidim  yoxdur.  Gürcüləri  deyə  bilmərəm,  məncə,  ermənilər  bu  təşkilata  daxil 
olmaqla vaxt qazanırlar və güc toplayırlar. 
—Aydın  məsələdir,  ermənilərin  bu  bicliyini  hamı  başa  düşüb.  Lori 
dərəsindəki  gürcülərlə  davadan  əllərinə  bir  parça  torpaq  keçirə  bilmədilər,  rüsvay 
oldular. İndi bizimlə torpaq iddiasına başlayacaqlar. 
Sənin  xəbərin  var  ki,  daşnak  generalı  Foma  Nazarbəyov  Tiflisdə  erməni 
korpusu  təşkil  edir.  Bu  yandan  da  Andranik,  Nijde,  Dro  əməlli-başlı  milli  erməni 
diviziyaları yaradıblar. Mənə belə gəlir ki, mənim Tiflisdə təşkil etdiyim korpusla 
sənin  burda,  Gəncədə  yaratdığın  alayı  birləşdirməliyik.  Çünki  ayrılıqda  biz  heç 
nəyik. Gəncənin yarısı erməni əhalisidir. Sabah ayağa qalxsalar, tək sənin alayınla 
onların qarşısını ala bilmərik. Bizim korpusu da Gəncəyə köçürmək lazımdır. 
—Bilirsən,  Əliağa,  xeyli  vaxtdır  Gəncədəyəm,  öyrənmişəm.  Gəncə  və 
Çaykənd ermənilərinin İrəvan daşnakları ilə çox yaxın əlaqələri var. Deyilənə görə, 
onlar  Gəncənin  müsəlman  əhalisini  qırmaq  üçün  əməlli-başlı  silahlanıblar.  İrəvan 
daşnaklarının işarəsini gözləyirlər. 
Əliağa  dayandı.  Fikir  və  düşüncə  ilə  dostu  Süleyman  bəyin  üzünə  baxa-
baxa qaldı. Sağ əlini qaldırıb yoğun gövdəli çinara söykəndi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə