Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   6   7   8   9   10   11   12   13   ...   70

23 
 
Handan-hana: 
—Baxaq  görək.  -  dedi,  —  sizin  sözlərinizdə  həqiqət  varmı?  Şəxsən  mən 
şübhə edirəm ki, belə bir görkəmli admiral müsəlman ola... 
Mən  daha  dözə  bilmədim.  Düzü,  qorxurdum,  özü  baxıb,  sonra  da  götürüb 
geri aparsın və desin ki, sizin dediklərinizdən əsər-əlamət yoxdur. Ayağa durdum. 
Əlimi cibimə salıb, pasportumu və vəsiqəmi çıxardıb stolun üstünə qoydum. 
—Buyurun,  —  dedim,  —  mən  bu  iki  sənədimi  sizə  etibar  edirəm.  Siz  də 
əvəzində qovluğu verin, özüm baxım. 
Hiss  elədim  ki,  mənim  bu  səbirsizliyim  Yelenanın  da  xoşuna  gəlmədi.  O, 
narahatlıqla: 
—Axı, belə olmaz... 
Müdir də dözə bilməyib bir az əsəbi: 
—Nə deyirəm, buyurun, — deyib, — qovluğu mənə verdi. 
Admiralın  şəxsi  işinə  baxır  və  gözlərimə  inanmıram.  İlahi,  bu  qədər 
saxtakarlıq etmək olarmı? Nəfəsim təngiyir, həyəcandan şəxsi iş əlimdə əsir. Dözə 
bilməyib sevincimi onlara da bildirmək istəyirəm. 
—İcazə verin, sizin üçün admiralın ad-familiyasını oxuyum. 
Müdir dinmir. Amma Yelena, mənim qələbəmi, sevincimi duyan Yelena: 
—Buyurun, oxuyun, — deyə şən səslə cavab verir. 
Oxuyuram: 
—Aslanbəyov  İbrahimbəy  Allahverdi  bəy  oğlu.  Əsli  belədir.  Lakin  qara 
tuşla bu ad-familiyanın üstündən xətt çəkilib, düzəliş edilib: Aslambeqov Avramiy 
Boqdanoviç,  1822-ci  ildə  Bakıda  anadan  olub.  Əsl-nəcabəti  isə  ağalıqdır 
(zadəgan). Dini müsəlmandır, sonuncu iki sözün üstündən də xətt çəkilib, əvəzində 
«pravoslavnıy»  yazılıb.  Əgər  mümkünsə,  icazənizlə  admiralın  şəxsi  işindən 
qeydlərimi götürüm... 
Yelena sevinclə: 
—Əlbəttə,  olar,  buyurun,  əyləşib  qeydlərinizi  edin,  mənə  isə  icazə  verin 
mürəxxəs olum. 
Mənim səmimi təşəkkürümü məmnuniyyətlə qəbul edən Yelena gedən kimi 
müdir sərt səslə bildirir: 
—Yoldaş,  qeydlər  götürmək  olar,  amma  nadir  fondda  saxlanan  şəxsi  işin 
foto-surətini çıxartmağa icazə verilmir. 
—Çox sağ olun, — dedim, — mənə bu qeydlər də bəs eləyər. 
—Belə  bir  qadağanın  olmamasını  mən  çoxdan  bilirdim.  Lakin  bu  dar 
macalda  mübahisəyə  girişməyi  artıq  hesab  etdim.  Bir  də  ki,  bu,  mənə  heç  lazım 
deyildi. Başlıcası o idi ki, mən həmyerlim haqqında, ilk azərbaycanlı vitse-admiral 
barədə nadir tapıntı ilə üzləşmişdim. Bu sevinc mənə bəs idi. 
 
 
 


24 
 
MƏNBƏLƏRDƏN GƏLƏN  SƏSLƏR 
«Bakı limanı  » getdikcə  yararlı hala  salınırdı... Gəmi heyətinin əksəriyyəti 
bakılılardan  olurdu.  Gəmiçiliyin  inkişafı  bakılıların  çoxunu  dənizlə  həmişəlik 
bağlayırdı.  O  illərdə  şəhərdə  çox  nadir  ailələrə  rast  gəlmək  olardı  ki,  dənizçi 
olmasın.  Gəmilərdə  qara  fəhlə  işləyən  də  çox  idi.  1820-ci  illərdə  Bakı  sularında 
artıq altmışa qədər yelkənli gəmi üzürdü». 
Qılman ĠLKĠN,  
                               yazıçı.   
Azərbaycan  Hərbi  Dəniz  Donanması  tarixində  ilk  admiralımız  Dərgahqulu 
bəyin  oğlu  Birinci  Mirzə  Məhəmmədxan  olmuşdur.  Təəssüf  ki,  hələlik  onun 
fotoşəklini əldə etmək və ömür yolunu tam öyrənmək mümkün olmamışdır. Lakin 
hərbi dənizçilik tariximizin səhifələrində Mirzə Məhəmmədxanın fəaliyyəti barədə 
az da olsa məlumat var. 
İyirmi  yaşında  Bakı  xanlığına  hakim  olan  Mirzə  Məhəmmədxan  atası 
Dərgahqulu  bəydən  sonra  bərbad  hala  düşmüş  iqtisadiyyatı  qaydaya  salmaqla 
yanaşı,  Xəzərdə  gəmiçiliyin  inkişafına  xüsusi  qayğı  göstərirdi.  İlk  dəfə  Bakı 
limanında  gəmiçiliyin  inkişafına  da  o  başlamışdır.  Bu  məqsədlə  Avropada 
gəmiqayırma  təcrübəsini  öyrənmək  üçün  səfərə  də  çıxmışdı.  Sevimli  yazıçımız 
Qılman  İlkinin  «Bakı  və  bakılılar»  sənədli  əsərindəki  bir  epizod  tarixi  fakt  kimi 
qiymətlidir. 
«Bir gün Mirzə Məhəmməd oğlu Məlik Məhəmmədi yanına çağırıb dedi: 
—  Qulaq  as,  Məlik  Məhəmməd,  gör  nə  deyirəm.  Biz  dəniz  sahilində 
oturmuşuq, ancaq öz gəmilərimiz yoxdur. Balıqçı gəmiləri ilə iş aşmaz.   Bizə elə 
gəmi lazımdır ki, üstümüzə düşmən gələndə onun qabağına çıxa bilək. 
Atasının  sözlərindən  heç  bir  şey  başa  düşməyən  Məlik  Məhəmməd 
gözlərini döyə-döyə ona baxırdı. 
— Bunun üçün mən Avropaya getməliyəm, — deyib. Mirzə Məhəmmədxan 
dərindən nəfəs aldı. — Yaxşı gəmiləri ancaq oralarda düzəldirlər. 
Bəs burda kim qalacaq? — Məlik Məhəmməd təəccüblə soruşdu. 
Necə yəni kim qalacaq? Sən! 
Məlik  Məhəmməd  bəzi  işlərə  qarışaraq,  atasına  kömək  edirdisə  də  özünə 
qarşı bu cür etibarı heç gözləmirdi. 
Həmin  illərdə  Bakıda  olmuş  səyyah  Lerx  yazırdı  ki,  Bakı  xanı  admiral 
Mirzə  Məhəmməd  xan  tez-tez  Langertə  gedərək,  orada  gəmi  inşasına  rəhbərlik 
edirdi». 
Ötən  əsrin  əvvəllərinə  məxsus  başqa  bir        mənbə  də  mövcuddur.  1804—
1806-cı illərdə   Azərbaycana işğalçılıq məqsədilə gələn rus qoşunlarının burnunu 
Xəzərdəki  hərbi  dənizçilərimiz  ustalıqla  ovmuşdular.    İran  tarixçisi  Nəsir  Nəcimi 
yazır  ki,  Abbas  Mirzənin  cəsarətli      sərkərdəsi,  Bakının  igid  komandiri  (əslində 
valisi)  Hüseynqulu  xan  toplardan  birini  rus  gəmilərindən  azacıq  aralı  olan  yerə 


25 
 
çəkib, heyrətləndirici cəldlik və fədakarlıq göstərərək düşmənin bir neçə gəmisini 
top mərmisiylə dənizə qərq etmişdi. 
Şübhəsiz  ki,  on  yeddi  yaşlı  İbrahim  bəy  Aslanbəyovun  Peterburqda  Hərbi 
Dəniz  Korpusunu  bitirməsidə  ilk  admiralımız  Mirzə  Məhəmmədin  arzu  və  istəyi 
ilə  bağlı  olmuşdur.  Bakıxanovların  ailə  şəcərəsində  Allahverdi  bəy  adlı  bir  şəxs 
vardı. Bəlkə İbrahim bəy Aslanbəyov həmin Allahverdi bəyin oğludur? Təəssüf ki, 
yüz  yetmiş  üç  illik  zaman  məsafəsində  bunu  dəqiqləşdirmək  mümkün  olmadı. 
Ancaq xatırlatmaq istədik ki, o vaxtlar aşağı təbəqəyə məxsus ailənin on  üç yaşlı 
oğlu Rusiyada oxumaq imkanına malik ola bilməzdi. Demək, ilk vitse-admiralımız 
İbrahim bəy Aslanbəyov Bakı xanlarının nəslinə mənsubdur. Şəxsi işində zadəgan 
nəslinə mənsub olması barədə qeyd də bunu sübut edir. 
Adətən ensiklopediyaya düşən hər hansı görkəmli fərdin, şəxsiyyətin harada 
doğulduğu, hansı millətin oğlu olduğu yazılır. Nə məşhur naşir   İ. D. Sıtinin 1911-
ci  ildə  nəşr  olunmuş  çoxcildli  «hərbi  ensiklopediya»sında,  nə  də  sovet  dövründə 
çıxan  hərbi  dəniz  ensiklopediyalarının  heç  birində  admiral  Aslanbəyov  haqda  bu 
cür  məlumatlar  yoxdur.  Görünür,  Rusiyanın  hərbi-dəniz  donanması 
tədqiqatçılarına belə görkəmli bir sərkərdəni özününküləşdirmək sərfəli olub. Niyə 
də  olmayaydı?!.  Axı,  vitse-admiral  Aslanbəyov  həm  də  hərbi  donanma  tarixində 
görkəmli alim kimi tanınıb! 
 
Admiralın ömür yolu 
Bəzi  mənbələrdə,  xüsusilə  sovet  dövründə  nəşr  olunan  əsərlərdə 
Aslanbəyovun  təvəllüdü  1820-ci  il  göstərilir.  Fikrimizcə,  bu  da  səhvdir.  Çünki 
1917-ci  il  inqilabından  əvvəl  nəşr  olunan  mənbələrdə  admiral  İbrahimbəy 
Allahverdi oğlu Aslanbəyovun 1822-ci il sentyabrın 10-da Bakıda anadan olduğu 
göstərilir. Üç il Peterburqdakı dənizçilik məktəbində təhsil alan İbrahim bəy oranı 
1837-ci  ildə  (adı  «Qırmızı  lövhə»yə  yazılmaqla)  bitirmişdir.  Baltik  dənizində 
«Aleksandr Nevski» və «Prozerqin» hərbi freqatlarında üzən miçman Aslanbəyov 
iki il  «İmperator I Pyotr» sürətli hərbi gəmisində Daqerord yaxınlığında keçirilən 
təlimlərdə iştirak etmişdir. 
1842-ci  ildə  dənizçilik  məktəbi  zabitləri  sinfini  bitirən  İbrahimbəy  Qara 
Dəniz  Donanmasının  hərbi  nəzarət  gəmilərində  üzmüş,  Qara  dənizin  Şərq 
sahillərində baş verən toqquşmalarda iştirak etmişdir. 
«Elbrus»  hərbi  gəmisinə  komandirlik  edən  leytenant  Aslanbəyov  1854-cü 
ildə düşmənin ticarət gəmilərini darmadağın etmək üçün dörd dəfə (30 iyun, 7 iyul, 
3  və  6  avqust  tarixlərində)  dənizə  çıxmış,  avqust  ayında  isə  desant  gəmisinin 
döyüşən  batareyasına  komandirlik  etmişdir.  Bu  xidmətinə  görə  ona  kapitan-
leytenant rütbəsi verilmişdir. Həmin il sentyabrın 13-dən müharibənin axırına kimi 
Sevastopol  qarnizonunda  olmuş,  avqustun  27-də  sonuncu  hücumu  dəf  edərkən 
kontuziya  almışdır.  Şərq  müharibəsindən  sonra  Nikolayev  limanında  36-cı 
donanma ekipajına komandirlik etmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə