Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   2   3   4   5   6   7   8   9   ...   70

14 
 
təzyiqlərini  arxiv  sənədlərindən  oxuyanda  istər-istəməz  bir  el  məsəlini  də 
xatırladım: «Mərdi qova-qova namərd edərlər». 
Aleksandr  Düma  «Qafqaz  səfəri»  kitabında  general  Daniyal  bəylə  bacısı 
oğlu  Məhəmməd  xan  haqqında  kiçik  bir  epizod  da  verib.  İnanıram  ki,  bu  balaca 
epizodu  oxuyan  hər  bir  şəxs  Daniyal  bəyin  igidlərə  məxsus  hərəkətinə  ürəkdən 
gələn bir səslə «əhsən» deyib. 
Aleksandr Düma mühafizəçisi İvandan soruşur:  «— Elə bir təsadüf olubmu 
ki, dayı ilə    bacıoğlu hər hansı bir döyüş zamanı üzbəüz gəlsinlər? 
—İki dəfə. 
—Bəs  belə hallarda onlar necə hərəkət edirlər? 
— Onlar bir birini salamlayır və hərəsi çıxıb öz yolu ilə gedir». 
Əsl igidlərə məxsus xüsusiyyətdir, elə deyilmi? Zənnimizcə, həqiqi mərd və 
igid  olan  adamlar  bundan  artıq  hərəkət  edə  bilməzlər.  Bu  ibrətamiz  epizoddan 
sonra Düma özü də etiraf edir ki, mən indi 28-30 yaşlı yaraşıqlı Məhəmməd xana 
yeni  bir  maraqla  baxırdım.  O  mənə  Bestujev-Marlinskinin  Ammalat  bəyini 
xatırladırdı... 
 
ġeyx  ġamilin yanında 
...Məni qadir Allahdan başqa heç kəs  
aldada bilməz. Qoy məni yaradan özü də  
məni hifz etsin. Qurana and içmişəm ki,  
başım bədənimdən ayrılana kimi  
gavurlarla vuruşacağam... 
ġeyx   ġAMĠL 
Onu  qarşılamaq  üçün  Şamilin  özü  Darqo  auluna  gəlmişdi.  Andiçmə  isə 
Qunibdə  oldu.  Daniyal  bəy  Quranı  əlinə  götürdü.  Üç  dəfə  öpüb,  gözünün  üstünə 
qoydu. Yorğun və kədərli səslə: 
— And olsun bu müqəddəs Qurana və böyük Peyğəmbərimiz Məhəmmədə 
ki, bizi qul etmək istəyən gavurlara qarşı son nəfəsimə qədər vuruşacağam. Böyük 
imamımız  Şeyx Şamilin rəhminə  sığınaraq onun əmrlərinə  bütün varlığımla əməl 
edəcəyəm. Əgər dediklərimə əməl etməsəm, onda möhtərəm imamımız tərəfindən 
bir  dəfə  yox,  yüz  dəfə  Allahın  lənətinə  məruz  qalım.  Ailəmlə  və  İlisudan  böyük 
imamın  dərgahına  təşrif  gətirən  nökər-naibimlə  birlikdə  özünün  azadlığı  uğrunda 
mübarizə  aparan  dindaşlarıma  sədaqətli  olacağım  barədə  and  içirəm.  And  içirəm 
ki,  müqəddəs  torpaqlarımızdan  gavur  ayağının  kəsilməsi  üçün  qılıncım  iti, 
köhlənim  yəhərli,  gözüm  yuxusuz  olacaq.  Pak  müsəlman  qəlbilə  sizə  sığınacaq 
gətirən İlisu sultanı Daniyal bəy Əhmədxan oğlu. 
Şeyx Şamil Daniyal bəyin ailəsini və sadiq nökərlərini də səmimi salamladı. 
Özünə  isə  min  manatdan  çox  dəyəri  olan  silah  bağışladı.  Qılıncın  bir  üzündə 
ərəbcə: «Daniyal bəyə dostluq nişanəsi, hicri 1263-cü il (1845), o biri üzündə isə 


15 
 
«Nəticə  haqqında  düşünənlər  heç  vaxt  cəsarətli  olmayacaqlar»  sözlərini 
yazdırmışdı. 
Qılıncı təqdim edəndən sonra Şeyx Şamil həmişə olduğu kimi indi də qısaca 
danışdı: 
—  Biz  müsəlmanların bədbəxtliyi ondadır ki, rusların  yağlı dillərinə, şirin 
vədlərinə çox tez inanırıq. İnanmayın ruslara, boyun əyməyin gavurlara. Dözün və 
səbr  edin.  Şeytan  ruslar  Qafqaza  gələndən  tamahkar  müsəlmanlara  rütbələri, 
vəzifələri səxavətlə verib onları özlərinə tabe edirlər. Sonra da  minbir hiylə  ilə ya 
Sibirə sürgünə göndərir, ya da sui-qəsd edib aradan götürürlər. Bu gün bizə pənah 
gətirən  Daniyal  bəyin  aqibəti  buna  canlı  sübutdur.  Gələcək  haqqında  fikirləşəndə 
heç  vaxt  keçmişi  unutmayın.  Ruslara  qarşı  vuruşa-vuruşa  ölmək  onlara  boyun 
əyməkdən  yaxşıdır.  Allahı  sevərsiniz  aldanmayın  donuz  ruslara.  Mən  bir  əlimdə 
Qurani-Kərim, o birində isə qılınc, sizinlə gavurlara qarşı    müqəddəs torpağımız 
uğrunda son nəfəsiməcən vuruşacağam. 
Allah-Taala  öz  kömək  əlini  pak  olan  müsəlmandan  heç  vaxt  əsirgəməz. 
Peyğəmbərin,  imamların  zühur  olan  səslərini  dinləyin.  Onlar  sizə  necə  hərəkət 
etmək barədə   yol göstərəcəklər. 
Daniyal  bəy  Qazi  Məhəmmədin  naib  olduğu  Qarat  aulunda  məskən  saldı. 
Az  sonra  Şamil  ona  dörd  minlik  süvari  etibar  edib,  naib  təyin  etdi.  Onun  illik 
donluğu gümüş pulla on min manat idi. 
1843-cü ilin sonlarında Qafqazdakı hərbi əməliyyatlarda rus ordusu az-çox 
müvəffəqiyyət qazanmışdı. Lakin general Daniyal bəyin və rus əsgərlərinin Şamil 
tərəfə  çox  keçməyindən  bərk  narahat  olan  imperator  Qafqaza  yeni  bir  komandan 
təyin  etdi.  Novorossiyanın  general-qubernatoru  və  Bessarabiyanın  canişini  altmış 
üç yaşlı qraf Mixail Semyonoviç Vorontsovu
1
 Qafqaza    baş komandan və canişin 
vəzifəsinə  göndərdi.  İmperator  I  Nikolay  Qafqaza  əlavə  olaraq  qırx  minlik  qoşun 
da ayırdı. Onun yeni komandan qarşısında tələbi belə idi: 1845-ci ilin sonuna kimi 
güclü hərbi  yürüşlər aparıb imamlığın  mərkəzi  Darqo və  Andi aullarını almaq və 
Şamillə  birdəfəlik qurtarmaq.  Amma 1859-cu il avqustun  25-dək davam edən bu 
                                                           
1
  Gəncliyində  M.S.Vorontsovu  yaxşı  tanıyan,  bəd  əməllərinin  şahidi  olan  böyük  rus  şairi  A.S.Puşkin 
1824-cü ildə onun xarakterini bircə bəndlik şerində çox gözəl açmışdır: 
   Yarım igid, yarım avam, 
 Üstəlik də yarım alçaq. 
     Lakin burda bir igid var, 
 Alçaqlıqda tam olacaq. 
Sonralar tam alçaq olan M.S.Vorontsov 1845-ci ilin mayında Darqo auluna hərbi səfər zamanı zəif və 
avam komandan olduğunu sübut etdi. Həmin hərbi yürüşdə M.S.Vorontsovun komandan olduğu qoşun 
dörd  general,  yüz  səksən  altı  zabit  və  dörd  min  əsgər  itirdi.  Bərk  ərzaq  qıtlığı  çəkən  rus  qoşunu  bir 
suxarını  bir  neçə  əsgər  arasında  bölməyə  məcbur  oldu.  Ona  görə  də  bu  hərbi  səfər  ―suxarı 
ekspedisiyası‖ kimi rus hərb tarixinə düşdü. – müəl. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə