Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   2   3   4   5   6   7   8   9   10   ...   70

16 
 
müharibə  göstərdi  ki,  Şeyx  Şamil  kimi  güclü  sərkərdəni  belə  qısa  müddətdə 
asanlıqla məğlub etmək qeyri-mümkündür. 
Rusların qarşısına çıxmaq üçün Şeyx Şamil öz ordusunu üç hissəyə böldü. 
Çox aulu və Qazıqumıx istiqamətində döyüşəcək birinci dəstəyə Daniyal bəy naib 
təyin  olundu.  O,  hiyləgər  erməni  generalı  Arqutinskinin  dəstəsi  ilə  vuruşmalı  idi. 
Dörd  minlik  süvari  dəstəsi  ilə  Daniyal  bəy  ustad  Cəmaləddin  Hüseynlə  birlikdə 
Çox  aulu  uğrunda  güclü  döyüşlər  apardı.  Zaqatala  yaxınlığında  keçmiş  düşməni 
general  Şvartsla  üzbəüz  gəldi.  General  Şvartsın  dəstəsini  özünün  iki  minlik  say-
seçmə  süvarisi  ilə  geri  oturtdu.  Onun  hərbi  əməliyyatı  belə  idi  ki,  İlisuya  enib 
dədə-baba torpaqlarını gavurlardan xilas etsin.  Lakin çaparın gətirdiyi xəbərə görə   
general Arqutinski güclü qoşunla arxadan ona hücuma hazırlaşırdı. Onda Daniyal 
bəy Kudal, Saltı və Kuppa aullarına yeriyib onları ruslardan təmizlədi... 
Bu  kiçik  döyüş  epizodu  on  altı  il  Şeyx  Şamilin  azadlıq  hərəkatında 
yaxından  iştirak  edən  general  Daniyal  bəyin  hərbi  əməliyyatlarından  biridir. 
Yüzlərlə belə döyüş əməliyyatının fəal iştirakçısı olan general Daniyal bəy İlisulu 
Şamilin  ən  igid  naiblərindən  biri,  ən  sevimli  məsləhətçisi  olmuşdur.  Çara 
«xəyanət»  edib  Şamilin  tərəfinə  keçən  general  Daniyal  bəy  Qafqaz  xanlıqlarında 
və  dağlılar  arasında  böyük  hörmətə  malik  idi.  Amma  təəssüf  ki,  rus  tədqiqatçısı     
Nikolay Smirnov «Qafqazda müridizm» kitabında Daniyal bəyin hərbi fəaliyyətinə 
özünün şovinist rus prizması ilə baxaraq, heç bir əsası olmadan yazır ki, guya Şeyx 
Şamil Daniyal bəyin qısa  və kifayət qədər ifadəli xarakteristikasını vermişdir: pis 
döyüşçüdür,    məsləhətçi    kimi    yaxşıdır, icraçı kimi yararsızdır! 
Sual  olunur,  əgər  belədirsə,  Şamil  kimi  ağıllı  sərkərdə  mübarizəsinin  son 
dəqiqəsinə kimi general Daniyal bəylə on altı il necə işləmişdir? 
Əsl  həqiqəti  isə  şahidi  olanlar  deyə  bilərlər.  Ona  görə  də  Şamilin  otuz  il 
şəxsi  katibi  və  bütün  yürüşlərinin  iştirakçısı  olmuş  Məhəmməd  Tahirin  «Şeyx 
Şamil» tarixi əsərindən kiçik bir parçaya diqqət yetirək: 
«...Ruslar  və  Ağalar  xanın  qaziqumuxları  aulu  öz  qüvvələrinə  tapşırdılar. 
Belə olduqda imam Daniyal sultana əmr etdi ki, çoxluların üzərinə gedib xoşluqla 
və ya zorla onları şəriətə itaət etdirib vədlərinə sadiq qalmaları üçün onlardan girov 
da götürsün. Daniyal Sultan imamın şərtlərini çatdırmaq üçün Çoxa nümayəndəlik 
göndərdi.  Lakin  çoxlular  öz  müttəfiqlərinə  bel  bağlayıb  müridləri  saymadılar. 
Elçilər  çox  saymazyana  qəbul  edilib,  onların  gətirdikləri  təkliflərə  çox 
həyasızcasına  əks təkliflər irəli sürdülər. Özü də elə bir vaxtda ki, Daniyal Sultan 
güclü qoşunla aulun lap ağzında, naiblərdən İnko və Musa Hacı isə öz dəstələri ilə 
aulun içində idilər. 
Öz sülh təkliflərinə rədd cavabı alan Daniyal Sultan aşağı başdan aula daxil 
oldu. Çoxlular da görünür əliboş dayanmamışdılar. Kudali aulundan ayaqdan-başa 
kimi yaraqlanmış üç yüz döyüşçü onlara köməyə gəldi. Eyni vaxtda Ağalarxan da 
öz Qaziqumux, Akuşi və sudaxarlıları ilə qəbristanın yanında mövqe tutdular. 


17 
 
Hər  iki  tərəf  arasında  səkkiz  gün  çəkən  qızğın  və  qanlı  döyüş  oldu. 
İmamdan  təkrar  əmr  gəldi:  hamınız  həlak  olun,  amma  məqsədə  çatmadan 
qayıtmayın.  Hər  iki  tərəf  inadlı  və  çılğıncasına  vuruşdu.  Naiblər  ruhdan  düşüb 
imamlarını itirməyə və rəislərini sülhə çağıran təkliflər söyləməyə başladılar. Lakin 
Daniyal  Sultan  bildirdi  ki,  o,  Çoxda  ölər,  amma  imamın  hüzuruna  qara  üzlə 
qayıtmaz». 
Bu naib general Daniyal bəyin imam Şamilə sadiqliyinin yüz nümunəsindən 
biridir. 
Arxiv  sənədlərindən  məlum  olur  ki,  Şamil  onunla  həm  də  yaxın  qohum 
olmuşdur.  Şamilin  böyük  oğlu,  varisi  Qazi  Məhəmməd  Daniyal  bəyin  qızı 
Kərimətlə  evlənmişdi.  Şeyx  Şamil  ailəsi  ilə  1859-cu  ildə  əsir  alınıb  Peterburqa, 
Kaluqaya aparılanda gəlini Kərimət də onlarla idi. Saf dağlar havasında böyümüş 
Kərimət Vətən həsrətilə göynəməkdən nəmli Kaluqada vərəm tapdı, orada da vəfat 
etdi. 
O  da  məlumdur  ki,  Şeyx  Şamil  əsir  alınandan  sonra  imperatorun  əmrilə 
polkovnik  Runovski  ona  yavər  təyin  olunur  və  ona  tapşırılır  ki,  Şamilin 
davranışını,  söhbətlərini  qeydə  alsın.  Polkovnik  Runovski  «Şamil  haqqında 
qeydlər»  adlı  kitab  yazmışdır.  Həmin  kitabda  Runovski  yazır  ki,  Şamil     
söhbətlərində 1861-ci ildə Daniyal bəyin fransız qəzetində («Yousna du midi») çap 
olunmuş  fikirlərini  təkzib  etmək  üçün  dəfələrlə  onu  xatırlayır,  onun  söhbətlərinə 
qayıdırdı.  Şamilin  dediyinə  görə,  Daniyal  bəy  onun  tərəfinə  keçməmişdən  üç  il 
əvvəl qazavat döyüşçülərinin sıralarına keçmək üçün danışıqlar aparıb. Ona razılıq 
verilmiş,  lakin,  görünür,  baş  verən  hadisələri  götür-qoy  edən  Daniyal  bəy  iki  il 
qazavat tərəfə keçmək məsələsini gecikdirirdi. Daniyal bəyin bu niyyətinə ümidini 
itirən Şamil, ona xəbər göndərir ki, bəs onun imarətinə öz bayrağını sancmaq üçün 
İlisuya  gəlir.  Onda  Daniyal  bəy  Şamilə  bildirir  ki,  imkan  düşən  kimi  Şamilin 
tərəfinə keçəcək. 
Şamilin,  sədaqətsizliklə  məzəmmətlədiyi  Daniyal  bəy,  nəhayət,  yanındakı 
rus zabitini (əslində milliyyətcə erməni olan rus zabitini — Ş. N.) öldürüb Darqoya 
gəlir. 
1859-cu ildə Qunib aulundakı son döyüşdə də Daniyal bəy Şeyx Şamilə and 
içir  ki,  onu  son  damla  qanına  kimi  qoruyacaq,  öz  qızını  doğrayar,  ancaq  rusların 
əlinə keçməyə razı olmaz. 
Şamilin  tərəfinə  keçdikdən  sonra  sultanlığı  dağılan,  sarayı  yerlə-yeksan 
edilən, ruslar demiş, «xain general» Daniyal bəyin son taleyi necə olmuşdur? 
Şamil  kimi  Daniyal  bəy  də  əsir  alınmışdı.  Bir  müddət  Şəkidə  saxlanılmış, 
hətta  ona  5,5  min  manat  pensiya  da  verilmişdir.  Yenidən  rus  ordusunda  qulluq 
etmək  təklif  olunanda,  inciyib  imtina  etmişdir.  O,  1859-cu  ildə  Türkiyəyə 
getmişdir. 
Bu gün bütün Qafqazda dolaşan, ağız-ağız gəzən bir əhvalat var. Onu xeyir-
şər  məclislərində  Şeyx Şamildən söhbət düşəndə  tez-tez  danışırlar. Bu  əhvalat  nə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə