Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   21   22   23   24   25   26   27   28   ...   70

55 
 
müsavatçı olan Teymur bəy Məlik-Aslanova ən ağır cəza verərək, ona ölüm hökmü 
kəsir. Məhkəmənin qərarı qətidir, şikayət qəbul olunmur». 
Qəzetin dörd gün sonra verdiyi bir xəbər isə general Cavad bəy Şıxlinskinin 
əmisi oğlu haqqındadır: 
«23 iyun 1920-ci il.Hərbi Səhra Məhkəməsi Şərif Abdulla oğlu Şıxlinskinin 
komandir  olduğu  fəhlə-kəndli  batalyonunda  yoxlama  aparmışdır.  Məlum  olub  ki, 
Şərif  Şıxlinski  22.600  rub.  məbləğində  pul  və  yeməyi  mənimsəyib;  O,  bu  pulları 
hara xərclədiyini  söyləsə də inandırıcı olmadı. Müsavatçı olduğunu boynuna aldı. 
Nəslən bəy və burjua qalığı olan bu zərərli elementə ona görə də üç il həbs cəzası 
verilir». 
Qarşımda  arxivdən  çıxarılmış,  üz  qabığı  solmuş,  qırx  ildən  də  əvvəl 
Şıxlinskilərin  bir  qoluna  qarşı  tərtib  edilmiş  kiçik  bir  qovluq  var.  Bu  işin  içində 
1949-cu  il  mayın  on  yeddisində  Azərbaycan  SSR  Dövlət  Təhlükəsizliyi 
Nazirliyinin birinci şöbəsinin əməkdaşı mayor Siplis tərəfindən yazılmış və o vaxt 
üçün  tamamilə  məxfi  sayılan  bir  arayış  var.  Həmin  arayış  Şıxlinskilərin  əzab  və 
əziyyətləri üçün əsas olmuşdur. Heç bir şeyə əsaslanmayan və sübuta yetməyən bu 
saxta  sənədin  tam  mətni  belədir.  Türkiyədə  siyasi  mühacir  Şıxlinski  Qiyas  bəy 
Cahandar  bəy
1
  oğlu  1895-ci  ildə  doğulmuşdur.  Azərbaycan  SSR  Qazax  rayonu 
Şıxlı  kəndinin  sakini,  Qazax  rayonunun  keçmiş  nüfuzlu  bəyi  Müsavat  hökuməti 
zamanı  Gəncədə  pristav  olmuşdur.  1930-cu  ildə  siyasi  banda  yaratmış  (?)  və 
Azərbaycanın  bir  sıra  rayonlarında  əməliyyatlar  keçirmişdir.  Sonra  qardaşları  və 
quldur dəstələri ilə (?) Türkiyəyə mühacirət etmişdir. Müsavat liderlərinin göstərişi 
ilə  Türkiyənin  SSRİ  ilə  həmsərhəd  rayonlarında  bizim  əraziyə  göndərilmək  üçün 
quldur  dəstələri  təşkil  etmişdir.  Azərbaycan  SSR-də  gizli  antisovet  təşkilat 
yaratmaq məqsədilə həmin quldur dəstələrinin köməyi ilə emisarların göndərilməsi 
həyata  keçirilmişdir.  İstər  özü,  istərsə  də  Türkiyədə  yaşayan  yaxın  qohumları 
müsavatçı dairələrlə sıx bağlıdır və SSRİ-yə qarşı təxribat işi aparırlar. 
Bu, ağ yalan idi, çünki Şıxlinskilər Türkiyədə olarkən ancaq sovet rejiminə 
müxalifətdə  idilər  və  öz  xalqına  qarşı  təxribat  aparmırdılar.  Fransada  və  digər 
ölkələrdəki  rus  mühacirləri  kimi  bolşevizm  diktaturası  metodlarını  ifşa  etməkdə 
idilər. 
Buna  görə  də  Azərbaycan  Demokratik  Respublikasının  süqutundan  sonra 
bolşeviklərin təqibindən mühacirət etmək məcburiyyətində qalan müsavat partiyası 
liderlərinin  xaricdə  olması  totalitar  rejimə  rahatlıq  vermirdi.  Qiyas  bəy  Şıxlinski 
qardaşları  və  yaxın  qohumları  ilə  onların  arasında  idilər.  Onları  Azərbaycan 
xalqının  gözündən  salmaq  məqsədilə  rejim  ifşaedici  materiallar  uydurur,  onları 
«xalq  düşməni»  kimi  göstərməyə  çalışır,  Azərbaycanda  qalan  qohumlarını  isə 
ailəlikcə  Qazaxıstanın  soyuq  çöllərinə,  Sibirin  və  Uzaq  Şərqin  ucqar  tayqasına 
                                                           
1
 Xalq yazıçısı İsmayıl Şıxlının «Dəli Kür»  romanındakı Cahandar ağadır — müəl. 
 


56 
 
sürgün edirdi («Xalq qəzeti», K. Muradov  «Amansızlıq»  məqaləsi, 21  may 1993-
cü il). 
Bu  faciələri oxuyanda istər-istəməz  general  Cavad bəy  Şıxlinskinin Vətəni 
tərk edib İrana mühacirət etməsinə haqq qazandırırsan. İstilaçı XI orduya qarşı son 
gülləsinə qədər vuruşan, torpağını yadlardan qoruyan yüzlərlə mərd, igid oğlumuz 
qürbətdə  Vətən,  el-oba  həsrətiylə  dünyasını  dəyişdi.  Onlardan  biri  də  milli  ordu 
generalımız,  Gəncə  üsyanının  başçısı  Cavad  bəy  Məmmədağa  oğlu  Şıxlinski  idi. 
O, 1959-cu ildə Türkiyədə vəfat etmişdir. 
 
QƏRĠBƏ TALE 
Qaş qaraldı, uzaqlar yavaş-yavaş görünməz oldu. 
Axşam  düşürdü.  Örüşdən  qayıdan  mal-qaranın  mələşməsi  kəsildi.  Yal 
gözləyən itlər zəncir gəmirir, dartınıb gah hirslə, gah da  yazıq-yazıq zingildəşirdi. 
Yenicə doğmaqda olan Ay Kürün sularında yuyunurdu. 
Salahlı  obasına  qərib  bir  axşam  mehman  olmuşdu.  İbrahimin  səbri  tamam 
kəsilmişdi.  Tez-tez  torpaq  dama  girib-çıxır,  dinclik  tapa  bilmirdi.  Gözü  o  tayda 
qalmışdı.  Pənah  kişi  isə  görünmürdü.  İbrahim  bir  neçə  dəfə  gəlib  Pənah  kişinin 
xalxalına  baxıb  məyus  qayıtdı.  Atasının  dostu  ilxıçı  Pənah  sözünə  düz  adam  idi. 
Paşa  ağanın  ölümündən  sonra  ilxıçı  bu  dostluğu  ailənin  böyüyü  İbrahimlə  davam 
etdirirdi.  «Nə  oldu,  Pənah  əmi  niyə  gəlmədi,  bəlkə...».  Öz-özünə  verdiyi  suallar 
İbrahimin intizarını daha da artırırdı. 
Şəmmətli  meşəsinin  bərabərində  bir  at  kişnədi.  Üstündəki  adam  ata 
acıqlandı.  At  şappıltı  ilə  suya  girdi.  Bir  göz  qırpımında  payızın  bulanıq  sularını 
yarıb bu taya keçdi. 
İbrahim sahildə atlı ilə üzbəüz gəldi. Qorxaq və zəif bir səslə: 
—Pənah əmi, sənsənmi? — dedi. 
İlxıçı duruxdu. Qəfil zərbə dəymiş adam kimi əl-ayaq aça bilmədi: 
—Mənəm,  oğul,  —  dedi,  sən  deyəsən  lap  doğrulamısan  getməyi, 
hazırsanmı? Burda gözlə, evə dəyib gəlirəm. — Atını cığıra salıb, bir az aralandı. 
Birdən yarı yolda geri döndərib: 
—Ayə, a İbi, — dedi, evə bir şey demisənmi? 
—Deməmişəm,  Pənah  əmi,  amma  Yusifə  bərk-bərk  tapşırmışam  ki,  işdi 
gördün çox axtarırlar, anam çox ağlayıb sızlayır, onda deyərsən ki, dünən Qazaxda 
idim, eşitdim İbrahim Tiflisə oxumağa gedib. 
—Onda get bala bərənin yanında gözlə, birdən buralara hərlənən olar, indi 
gəlirəm, bir az da orda fikirləş. 
Pənah kişi itini mahmızladı. 
İbrahim  qamışlıqda  xeyli  gözlədi.  O,  Pənah  kişinin  «bir  az  da  gözlə» 
deməyindən  şübhələndi.      «Yəqin  anamdan  qorxur,  qarğış  sahibi  olmaq  istəmir». 
Kür aşıb-daşanda gətirib sahilə çıxartdığı qarağac kötüyünün üstündə oturub, ağzı 
qaralan evlər arasından Pənah kişinin evini tapdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə