Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   23   24   25   26   27   28   29   30   ...   70

60 
 
belə  gəlir  ki,  burda  İbrahim  üçün  çətin  olmayacaq.  Direktor  milliyyətcə  Kazan 
tatarıdır. Bizim dilə yaxşı bələddir. Ona həm rus dilini öyrədər, həm də təhsil verər. 
 
*** 
...Xalqımızın yetirdiyi elə şəxsiyyətlər var ki, onların adına ancaq müxtəlif 
mənbələrdə, arxiv sənədlərində rast gəlmək olar. Yaşadığı dövrdə, illərdə bunların 
fəaliyyəti geniş işıqlandırılsa da, zaman keçdikcə onlar məlum səbəbdən unudulub. 
Xalqımız üçün gördükləri əvəzsiz işlər ört-basdır edilib. Totalitar rejimin «müsavat 
generalı»  damğası  vurduğu  onlarca  belə  qeyrətli  sərkərdəmiz  yaddaşlardan  qeyb 
olub.  Böyüməkdə  olan  gənc  nəslin  demək  olar  ki,  bu  ara-sıra  adı  çəkilən 
şəxsiyyətlərdən xəbəri yoxdur. Halbuki, onların keçdiyi mübariz həyat yolu bu gün 
bizim üçün böyük məktəbdir. 
Topoqraf-general  İbrahim  ağa  Paşa  ağa  oğlu  Vəkilov  da  belə  unudulmuş 
şəxsiyyətlərdən biridir. 
1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyasının Qazax qəzasının 
Qıraq  Salahlı  kəndində  anadan  olan  İbrahim  ağa  Vəkilov  on  bir  yaşında  atadan 
yetim qalmışdı. Atası Paşa ağa 1864-cü ildə vəfat edib. On nəfərlik ailəni güc-bəla 
ilə saxlayan anası Tükəzban xanım Yusif ağa qızı ailənin dördüncü oğlu İbrahimi 
Tiflisə at satmağa gedən həmkəndlilərinə qoşub oxumağa    göndərmişdi. 
Azərbaycan  Dövlət  Tarix  Muzeyinin  elmi  arxivində  saxlanılan  56  nömrəli 
qovluqda  İbrahim  ağa  Vəkilovun  1866-cı  il  sentyabrın  6-da  Tiflisdəki  üçüncü 
Mejavoy hərbi gimnaziyasına daxil olduğu göstərilir. Orta məktəb həcmində təhsil 
verən  bu  məktəbdə  doqquz  il  oxuduqdan  sonra  həmyerlisi  Mirzə  Hüseyn  Əfəndi 
Qayıbzadənin  məsləhətilə  İbrahim  Peterburqdakı  hərbi  topoqrafiya  məktəbinə 
daxil olur. 
1879-cu  ildə  İbrahim  ağa  Vəkilov  həmin  məktəbi  müvəffəqiyyətlə  bitirib, 
praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz 
hərbi dairəsinin topoqrafiya qərargahı şöbəsində çalışır. 
Xidmətinin  ilk  illərində  Dağıstanda  topoqrafik  çəkilişlərlə  məşğul  olan 
İbrahim  ağa  Vəkilov  1883-cü  ildə  Rus—İran  komissiyasının  tərkibində  Xəzər 
dənizindən  Əfqanıstana  qədər  olan  sərhədlərin  dəqiqləşdirilməsində  iştirak  edir. 
Belə bir ciddi iş vaxtından əvvəl, iki ilə müvəffəqiyyətlə yerinə yetirildiyinə görə, 
İbrahim  ağa  Vəkilovun  xidməti  İran  hökumətinin  ən  yüksək  «Şire—Xorşid» 
ordeninə  layiq  görülür.  Beş  il  Qafqaz  hərbi  dairəsinin  topoqrafiya  şöbəsinə 
rəhbərlik  edən  İbrahim  ağa  Qafqazın  və  Krımın  müxtəlif  rayonlarında  topoqrafik 
çəkilişlərlə məşğul olur. 1891-ci ildə Türkiyəyə ezam olunan İbrahim ağa Vəkilov 
dörd il rus səfirliyində  yaşayaraq xüsusi tapşırığı yerinə  yetirir. Mayor rütbəsində 
yenidən Qafqaz hərbi dairəsində mühüm işlər icraçısı işləyir. 
1901-ci ildən şöbə rəisi podpolkovnik İbrahim ağa Vəkilov Qars vilayətinin 
Rus—Türk sərhədlərində topoqrafik çəkilişə rəhbərlik edir. 


61 
 
1912—13-cü illərdə Rus—İran hökumətinin danışıqlarına əsasən polkovnik 
İ.  Vəkilov  Cənubi  Azərbaycanın  Təbriz,  Urmiya  və  Xoy  şəhərlərində  keçirilən 
topoqrafik  çəkilişlərə  də  başçılıq  etmişdir.  Birinci  dünya  müharibəsi  illərində 
döyüşən  ordu  qərargahında  fəaliyyət  göstərən  polkovnik  İbrahim  ağa  Vəkilov 
1917-ci il inqilabından sonra Tiflisə qayıtmışdır. Onun xidmətləri Stanislav, Anna 
və dördüncü dərəcəli Vladimir ordenlərinə layiq görülmüşdür. 
İbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə general-mayor adına 
layiq görülmüş yeganə şəxsiyyətdir. 
Bir müddət Tiflisdə Zaqafqaziya Federasiyasında və Zaqafqaziya Xeyriyyə 
Cəmiyyətinin  sədri  vəzifəsində  çalışan  İbrahim  ağa  sonralar  Bakıda  və  Gəncədə 
fəaliyyət göstərmişdir. 
*** 
1918-ci  ildə  o,  Azərbaycan  Milli  Ordusunun  təşkilində  fəal  çalışanlardan 
olmuşdur. Bundan əvvəl Azərbaycan hökuməti onu Qazax qəzasına kənd və şəhər 
sovetlərinin  seçkilərinə  rəhbərlik  etməyə  göndərmişdi.  Vəkilovun  nüfuzu  yeni 
yaranan Azərbaycan Demokratik Cumhuriyyətinin bəlkə də zənginləşməsinə güclü 
təkan verdi. 
1918-ci il iyunun 23-də Respublika Daxili İşlər nazirinin  əmrilə polkovnik 
İbrahim ağa Vəkilov Gəncənin qubernatoru təyin olunur. Goran mahalına və ayrı-
ayrı  kəndlərdə  sığınacaq  tapmış  daşnak  tör-töküntülərinə  divan  tutan  qubernator 
onları  tərksilah  etmişdi.  Onun  daxili  işlər  nazirinə  göndərdiyi  1919-cu  il  23  mart 
tarixli  məlumatında  bildirilirdi  ki,  Gəncə  qəzasında  daşnak  irticasının  və  xarici 
müdaxiləçilərin  törətdiyi  fitnə-fəsadlar  aşkar  edilmişdir.
 
Yerli  bolşeviklərlə 
birləşən  ermənilər  müsəlmanlar  arasında  qırğın  törətmək  istərkən  yaxalanmışlar. 
Onların başçısı qolçomaq Cümşüd Voskanov həbs edilmişdir. 
1919-cu ilin martında Novruz bayramı    münasibətilə milli ordunun paradı 
keçirilmişdir.  Respublika  hərbiyyə  naziri  Səməd  bəy  Mehmandarov  və  bir  qrup 
parlament  üzvü  parad-nümayişdə  iştirak  etmək  üçün  Gəncəyə  gəlmişdilər.  Gəncə 
qarnizonundakı  səliqə-sahmana  və  nümunəvi  qayda-qanuna  görə  hərbiyyə  naziri 
qubernator İbrahim ağa Vəkilova səmimi təşəkkürünü bildirmişdi. 
Azərbaycan  hökumətinin  1919-cu  il  30  mart      tarixli  qərarı  ilə  uzun  illər 
ordudakı nümunəvi     xidmətinə görə İbrahim ağa Paşa ağa oğlu Vəkilova general-
mayor rütbəsi verilmişdi. 
Ay  yarım  sonra  (1919-cu  il  martın  14-də)  general  İbrahim  ağa  Vəkilov 
hökumətin 248 nömrəli əmri ilə Baş Qərargahda hərbi topoqrafiya şöbəsinin rəisi 
təyin  olunmuşdur.  O,  rusların  aprel  işğalına  qədər  bu  vəzifədə  qeyrət  və  vicdanla 
çalışmışdır. 
1919-cu ilin dekabr ayında ilk hərbi bayrağımızın təsdiq olunması haqqında 
Baş  Qərargah  İdarəsi  qərar  verdi.  Bayrağın  yaradıcısı  hərbi  topoqrafiya  şöbəsinin 
rəisi  general-mayor  İbrahim  ağa  Vəkilov  idi.  İpək  sapla  işlənmiş  bayrağın  bir 
üzündə  əski  əlifba  ilə  Azərbaycan,  o  biri  üzündə  isə  Müqəddəs  Qurandan: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə