Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   19   20   21   22   23   24   25   26   ...   70

51 
 
Cavad  bəy  Şıxlinskinin  komandanlıq  etdiyi  birinci  piyada  diviziyası  1919-
cu  ilin  sonlarında  Gəncədə  yerləşirdi.  Diviziya  üç  alaydan  və  üç  taburdan 
(batalyon)  ibarət  idi:  Cavanşir  alayının  komandiri  podpolkovnik  Səməd  bəy 
Rüstəmbəyov,  Zaqatala  alayının  komandiri  polkovnik  Əhməd  bəy  Dibirov  və 
Gəncə alayının komandiri Cahangir bəy Kazımbəyov idi. 
 
Gəncə. Birinci piyada diviziyasının rəisi, 
                            general ġıxlinskiyə
1
 
Təcili teleqram  
1920-ci il 27 aprel 
«Bolşeviklər  Yalama  stansiyasına  hücum  etdilər.  Onlar  dayanmadan 
irəliləyirlər.  Xudatı  ələ  keçiriblər.  Çıxılmaz  vəziyyətdəyik.  Günü  bu  gün  Qızıl 
Buruna  Qazaxdan  bir  batalyon  və  Gəncədən  bir  batalyon  göndərmənizi  əmr 
edirəm. Hər bir batalyonda  ən azı 500  süngü və pulemyot olmalıdır. Yük qatarını 
artıq  göndərmişik.  Həmin  hissələrin  gəlməsi  vaxtını  teleqrafla  bildirin.  Biz 
batalyonları sabaha gözləyirik. 
Hərb naziri artilleriya generalı 
Səməd bəy Mehmandarov». 
Respublika  Mərkəzi  Dövlət  Arxivində  saxlanılan  daha  bir  sənəd.  Hərbi 
Dəniz  komissarı  Çingiz  İldırımın  və  Respublika  bolşevik  Ordusunun  müvəqqəti 
Qərargah rəisi general-mayor Əbdülhəmid bəy Qaytabaşının 30 aprel 1920-ci ildə 
verdiyi əmrdə oxuyuruq: 
«Birinci  piyada  diviziyasının  rəisi,  general-mayor  Cavad  bəy  Şıxlinskinin 
tabeliyində  olan,  Gəncə  və  Zaqatala  quberniyalarında  yerləşən  bütün  hərbi 
hissələrə, habelə Qarabağ bölməsinin döyüşçülərinə təcili olaraq XI Qızıl Ordunun 
komandanlığına hərbi əməliyyatlar zamanı tabe olmasını əmr edirəm. Bütün başqa 
hallarda bu hərbi hissələr əvvəlki kimi mənim tabeçiliyimdə qalır». 
Nə  igid  Cavad  bəy,  nə  də  onun  mərd  əsgər  və  zabitləri  bolşeviklərin  bu 
ədalətsiz  əmrinə  boyun  əymədilər.  Onlar  son  güllələri  qurtarana  kimi  Gəncə 
üsyanını davam etdirdilər... 
İyirminci il aprelin iyirmi yeddisində bolşeviklər  Azərbaycanı zəbt edəndə 
Gəncə  qaynar  qazana  dönmüşdü.  Hamı  silaha  sarılmışdı.  O  günlərin  hadisələrini 
alay  komandiri,  polkovnik  Cahangir  bəy  Kazımbəylinin  mühacirətdə  yazdığı 
«Gəncə  üsyanı  haqqında  xatirələr»ində  daha  real  görürük.  O,  yazır:  «...Mayın 
iyirmi  üçündə  səhər  saat  altıda  növbəti  fəaliyyət  planını    və  birgə  işləri 
                                                           
1
  Bu  teleqramı  bəzi  müəlliflər  səhvən  tam  artilleriya  generalı  Əliağa  Şıxlinskinin  adına  dərc  edirlər. 
Əvvəla, Əliağa Şıxlinski heç vaxt birinci piyada diviziyasının rəisi olmayıb. İkincisi də Əliağa Şıxlinski 
1912-ci ildən 1917-ci ilədək general-mayor rütbəsində olmuşdur. Teleqram, haqqında söhbət açdığımız, 
onun qardaşı oğlu general-mayor Cavad bəy Məmmədağa oğlu Şıxlinskiyə vurulub  (1875—1959)  — 
müəl. 
 


52 
 
müəyyənləşdirmək  üçün  şəhərdə  olan  birinci  Azərbaycan  diviziyasının  rəisi 
general  Cavad  bəy  Şıxlinskini,  Azərbaycan  Ordusunun  baş  intendantı  general 
Məhəmməd  Mirzə  Qacarı  və  süvari  diviziyasının  rəisi  general  Teymur  bəy 
Novruzovu  müşavirəyə  dəvət  etdim.  İlk  iki  general  onların  arxasınca  göndərilmiş 
polk  adyutantının  müşayiəti  ilə  gəldilər.  Küçələrə  çıxan  əhalinin  sevincini  xüsusi 
qeyd  etmək  lazımdır.  Əhali  polkun  qərargahına  gələn  hər  iki  generalı  «Yaşasın» 
sədaları  ilə  qarşıladı.  Onları  qərargaha  əllərinin  üstündə  apardılar.  Uzun  müddət 
küçələrdə  sevinc  qışqırtısı  eşidilirdi.  Yalnız  mənim  təkidli  xahişlərimdən  sonra 
kütləni  sakitləşdirmək  mümkün  oldu.  Xalq  evlərinə  dağılmışdı.  Bu  müşavirədə 
general  Məmməd  Mirzə  Qacar  yerli  hökumətin  ümumi  rəhbəri  və  təşkilatçısı 
seçilir.  Artilleriya  generalı  Cavad  bəy  Şıxlinski  həm  bolşeviklərdən  alınmış 
artilleriyanı,  həm  də  bolşeviklərin  pozub-dağıtdıqları  Azərbaycan  artilleriyasını 
yenidən təşkil edir. 
Mən öz polkuma və partizan dəstələrinin   fəaliyyətinə rəhbərlik edirəm». 
Ədilə  xanımla  köhnə  albomu  yenidən  vərəqləyirik.  İllərlə  arxivlərdə 
axtardığım  general  Cavad  bəyin  və  polkovnik  Rüstəm  bəy  Şıxlinskilərin 
fotoşəkillərinə  ilk  dəfə  burda  rast  gəlirəm.  Sevincimin  həddi-hüdudu  yoxdur. 
Yetmiş  ildən  çox  adı,  fəaliyyəti  hərb  tariximizdən  yoxa  çıxan  iki  görkəmli 
sərkərdəmizin qaytarılması üçün Ədilə xanıma təşəkkür edib ayrılıram. 
İnqilabın  ilk  günlərində  musavat  generalı  «damğası»  ilə  təqib  olunan 
məşhur hərbi xadimlərimiz Əliağa Şıxlinskinin, İbrahimağa Vəkilovun, Səməd bəy 
Mehmandarovun, Mirkazım xan Talışxanovun, Firudinbəy Vəzirovun, İbrahimağa 
Usubovun, Qalib bəy Vəkilovun, Daniyal bəy Həlləcovun,  Əhməd bəy Dibirovun 
başına  nələr  gətirilməyib?  Vaxtlı-vaxtsız  qapıları  döyülüb,  onlara  ağla  gəlməyən 
suallar  verilib:  bəy  baban  nə  vaxt  ölüb,  niyə  köhnə  orduda  qulluq  eləmisən? 
Türkiyədə, İranda neçə qohumun var? 
Azərbaycan  Demokratik  hökümətinin  polkovniki  Əhməd  bəy  Dibirovun 
qızı  Nəcibə  xanım  Abdullayeva  hazırda  Bakının  Qaqarin  küçəsindəki  səkkiz 
nömrəli evdə yaşayır. O, ağrılı-acılı illəri Nəcibə xanım kədərlə xatırlayır: 
-  İstefaya  çıxan  atam  Balakən  rayonunun  Mahamalar  kəndində  yaşayırdı. 
Otuzuncu illərdən başlayaraq çox get-gələ saldılar. Amma onu həbs etmək üçün bir 
əsas  tapa  bilmirdilər.  Nəhayət,  həyat  yoldaşım  —  1917-ci  ildən  partiyanın  üzvü 
olan Əmir Abdullayevi həbs etdilər. Səbəbi də bu oldu ki, musavat polkovnikinin 
qızına evlənibsən. 
...Atam kəndin mərkəzində ağsaqqallarla söhbət edirmiş. Bu vaxt bir xoruz 
onların yanındakı kötüyün üstünə çıxıb dalbadal banlayır. Səbri tükənən atam zəhlə 
tökən xoruza zarafatla:  «ay xoruz,  —  deyir,  —  sən də  komsomol kimi nə  qışqır-
bağır  salmısan». Xırdaca  bir daş  atıb xoruzu qovur. Bir azdan evə  qayıdan atamı 
yarıyoldan  qaytarıb  orqana  apardılar.  Sorğu-suala  tutdular  və  günahlandırdılar  ki, 
sən nə haqla komsomolu təhqir etmisən. Onu Sibirə sürgün etdilər. Atam o gedən 
oldu. O  gündən  mən  «xalq düşməni»nin qızı  və  «xalq düşməni»nin  həyat  yoldaşı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə