Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   18   19   20   21   22   23   24   25   ...   70

49 
 
qoydular ki,  Böyükxanım  İbrahimağa  qızı  Şıxlinskayanın  səsi alınsın,  yoxsa  yox. 
Yerdən:  qadındı,  köməksizdi,  əri,  qaynı  və  bir  qardaşı  güllələnib,  bir  qardaşı  isə   
sürgündədir, bağışlansın, — deyənlər çox oldu. Bu vaxt bizim keçmiş nökərimizin 
komsomolçu oğlu söz alıb kürsüyə çıxdı.   Anam ürəkləndi. Utancaq anam ilk dəfə 
başını  qaldırıb  ümidlə  kürsüyə  tərəf  baxdı.  Nökərimizin  komsomolçu  oğlu 
Lenindən, Stalindən, proletariatdan və yeni qurulan kolxozdan odlu-odlu danışırdı. 
Bəyləri, ağaları təhqir edə-edə birdən üzünü anam tərəfə tutub, əlini irəli uzatdı: — 
Bu, o Vəkilovlardan, o  Şıxlinskilərdəndir  ki, proletariatın qanını su yerinə axıdıb. 
Səsi alınmalıdır. Vəssalam, — deyib kürsüdən fəxrlə düşdü. Anamı işdən çıxardıb, 
«səsini»  aldılar.  Ailəmiz  hökumət  yanında  gözükölgəli  oldu.  Dinə  bilmədi  yazıq 
anam. 
Dünya  yaxşı  adamlardan  xali  deyilmiş,  ay  oğul.  Bir  xeyli  sonra  anam  o 
vaxtın  nüfuzlu  adamları  Həmid  Əfəndiyevə  və  Sayad  Bəhərzalova  müraciət  etdi. 
Onlar  kommunist  olsalar  da,  vicdanlı  adamlar  idilər.  Anamın  «səsini»  qaytarıb, 
özünü də işə bərpa etdilər. O vaxt əmim Cavad bəy İranda sağ idi. Onda sərhəd çox 
da  möhkəm  deyildi,  gedib-gələnlər  vardı.  Xəbər  gətirmişdilər  ki,  general  Cavad 
bəy  Şıxlinski  Ərdəbil  qarnizonunun  komandanıdır.  Əmimə  Azərbaycan 
Demokratik  ordusunda  general-mayor  rütbəsi  verilmişdi.  Səhv  eləmirəmsə,  on 
doqquzuncu  ildə  verildiyini  anam  danışardı.  Əmim  də,  atam  da  Birinci  Dünya 
Müharibəsində Tatar polkunun tərkibində vuruşublar, hər ikisi «Müqəddəs Georgi»     
və  «Müqəddəs  Vladimir»  ordenləri  ilə  təltif  olunublar.  Otuz-qırxıncı  illərdə  o 
taydan,  Cavad  bəydən,  onun  qoçaqlığından  yaxşı  sədalar  gələndə  bizim  qocalar    
pıçıltı  ilə, ehtiyatla danışırdılar ki, Cavad bəy hərbi işdə atamdan da mahir olub. O, 
əmisi  Əliağa  Şıxlinski  qədər  qoçaq  imiş.  1946-cı  ilə  qədər  eşidirdik  ki,  əmim 
sağdır, evlənib iki oğlu — Çingiz, Nazir və Gövhər adında qızı var. 
—Cavad bəy böyük idi, yoxsa atanız Rüstəm bəy? 
—Cavad  əmim  1875-ci  ildə  anadan  olmuşdu.  Yaşı  qırxı  keçsə  də 
evlənməmişdi. Bizim Şıxlinskilərin arasında gec evlənənlər var. 
—Ədilə  xanım,  elə  general  Əliağa  Şıxlinski  buna  canlı  sübutdur.  O  da 
gec—qırx altı yaşında evlənib. 
Anam danışardı ki, boy-buxunda, bacarıqda, xasiyyətdə də Cavad bəy əmisi 
Əliağa Şıxlinskiyə oxşayırdı. Atamı da, əmimi də Əliağa babam Tiflisdəki zadəgan 
balalarına  məxsus  kadet  korpusuna  qoymuşdu.  Oranı  bitirəndən  sonra  hər  ikisini 
Peterburqa aparır, vaxtilə özünün oxuduğu Mixaylov topçuluq məktəbinə oxumağa 
qoyur.  Atam  əmim  Cavad bəydən  üç  yaş  kiçik idi, 1878-ci ildə anadan olub. Hər 
ikisi də Qazaxda anadan olub. Sizə danışdıqlarımın hamısını anam yazmışdı, ordan 
oxumuşam, hara qoymuşam, harda gizlətmişəm tapa bilmirəm... Anam bu yazıları 
müharibədən  qabaq  yazmışdı.  Deyirdim  ki,  ay  ana,  at  getsin,  bu  yazılar  nəyinə 
lazımdır.  Birdən  nə  olar...  Bunlara  görə  başımız  bəlalar  çəkər.  Anam  da 
arxayınçılıqla:  «Yox,  qızım,  —  deyərdi,  —  vaxt  gələcək  lazım  olacaq,  belə 
kişilərin adı batmamalıdır». 


50 
 
—  Ədilə  xanım,  nə  general  əminiz  Cavad  bəyin,  nə  də  polkovnik  atanız 
Rüstəm  bəyin  Azərbaycan  milli  ordusundakı  əvəzsiz  xidmətləri  itib-batmayıb. 
Xalqımızın  görkəmli  oğlu  Mirzəbala  Məmmədzadənin  «Azərbaycan  milli 
ordusunun  keçdiyi  yollar»  məqaləsində  onlar  barədə  məlumat  var:  «Ağdamda 
(1918-ci  ildə)  pulemyot  bölüyünə  məxsus  hazırlıq  məktəbi  açıldı.  Sonralar 
bolşeviklər  tərəfindən  edam  edilən  mərhum  miralay  (polkovnik)  Şıxlı  Rüstəm 
bəyin  idarəsi  altında  topçu  hissəsi  təşkil  edildi».  Müəllif  yazırdı  ki,  yenicə 
yaradılan  Müsavat  ordusunun  birinci  diviziyasına  mirliva  (general-mayor)  Cavad 
bəy Şıxlinski komandan təyin edildi... 
Zəngəzurda  məskun  olan  ermənilər  İrəvan  daşnaklarının  təhriki  ilə  bu 
vilayəti  özlərinə  ilhaq  etmək  niyyətilə  Azərbaycan  hakimiyyətini  tanımırdılar. 
1919-cu  ilin  oktyabr  ayında  general  Cavad  bəy  Şıxlinskinin  komandanlığı  altında 
Zəngəzur ermənilərinə qarşı hərbi yürüş oldu. Bu səfər bir aydan artıq davam etdi. 
Zəngəzurdakı  erməni  milli  hissələrinə  qarşı  hərbi  əməliyyatlar  aparan 
Cavad  bəy  Dığ  kəndi  ərazisində  düşmənin  möhkəmləndirilmiş  istehkamlarını 
dağıdır və kəndi onlardan təmizləyir. Az sonra ingilislərin işə qarışması ilə hücum 
dayandırılır.  Noyabrın  iyirmi  üçündə  barışığa  əsasən  erməni  hərbi  hissələri 
Zəngəzur ərazisini tərk edir. 
General  Cavad  bəy  Şıxlinskinin  1919-cu  il  noyabrın  səkkizində  həmin 
döyüşlər  barədə  hərbi  Nazirliyə  göndərdiyi  bir  teleqram  Mərkəzi  Dövlət   
Arxivində saxlanılır. 
«Adamların həddindən artıq yorulduqlarını və Dığ kəndini əldə saxlamağın 
mümkün  olmayacağını  müəyyənləşdirdikdən  sonra,  mən  qrupu  Zabıx  çayının 
şimal sahilinə çəkməyi və əlverişli mövqe tutmağı qərara aldım. 
Bütün hissələr çayı sağ-salamat keçib müəyyən olunmuş mövqeyi tutdular. 
Enişi enərkən toplardan biri yoldan çıxdı və dərəyə düşdü, onu çıxartmaq mümkün 
olmadı.  Həmin  topun  açarını,  təkərlərini  və  mühüm  hissələrini  söküb  götürdük. 
Top  bizim  mövqeyimizin  yaxınlığındadır,  çalışıram  ki,  ayın  doqquzuna  kimi 
çıxardıb  aparaq.  Mənim  bütün  göstərişlərimi  yerinə  yetirmək  üçün  Yadigarovun 
dəstəsi Abdallara gəlib. 
Qəhrəmanlıqla  həlak  olan  Cavanşir  alayının  podpraporşiki  Muradovun  və 
Zaqatala alayının praporşiki Qazıyevin böyük cəsurluğunu xüsusi qeyd etməliyəm. 
Bizim  artilleriyada  əla  döyüş  xidmətləri  olan  podpolkovnik  Novruzovun 
məharətini  də  unuda  bilmərəm.  Bizim  itki  belədir:  Zaqatala  alayından  həlak  olan 
və itkin düşən qırx nəfərdir, əlli nəfəri isə yaralanıb. Cavanşir alayından beş nəfər 
həlak  olub,  iyirmi  nəfər  yaralanıb.  Şəki  alayından  iki  nəfər  yaralanıb,  Qarabağ 
alayından  isə  ikisi  və  artilleristlərdən  bir  nəfər  yaralanıb.  Zabitlərdən  üçü  həlak 
olub, dördü isə yaralanıb. İtkilərimizin sayını əlavə olaraq yenə Sizə bildirəcəm. 
General-mayor Cavad bəy  
ġıxlinski 
Abdallar kəndi». 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə