Coğrafiya
və təbii resurslar, №2, 2017 (6)
18 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya
Cəmiyyəti
Cədvəldən aydın görünür ki, Naxçıvan su an-
barında suda mikrobların ümumi miqdarı il ərzində
orta hesabla 14-30 mln/ml arasında dəyişir. Ən
aşağı (3,6°C) temperaturda suda mikrobların sayı
4 mln/ml-ə çatır. Ən aşağı göstərici – başqa avto-
trof su anbarlarına aid olan kəmiyyətin yay gös-
təricisindən də yüksəkdir [11; 8]. Bu da o deməkdir
ki, Naxçıvan su anbarında mikrobların geniş yayıl-
ması, yüksək dərəcədə inkişafı ilboyu davam edir
və onların vegetasiyası üzvi maddələrlə zənginliklə
əlaqədardır.
Naxçıvan su anbarının dib çöküntüləri əsasən
Araz çayının bərk axını (asılı maddələr) ilə əlaqə-
dardır. Bizim müşahidə apardığımız akvatoriyada
sedimentasiya prosesi 1-ci və 2-ci stansiya-məntə-
qələr sahəsində daha intensiv gedir.
Sahil dayazlıqlarında qruntun formalaşması çox
zəifdir, çünki səviyyə rejiminin dəyişməsi, külək-
lərlə ləpələrin sahili yuması və yerli axın-cərəyan-
lar kiçik diametrli-ölçülü alevritlərin çökməsinə
maneçilik törədir. Səciyyəvidir ki, dayaz yerlərdə
lil-qrunt nisbətən bərkxassəli olmaqla detritlə zən-
gindir. Nisbətən dərin (15-17 m) sahələrdə dib çö-
küntüləri olduqca yumşaq konsistensiyalıdır. Ona
görə ehtimal olunur ki, müsbət oksigenlə təmin
olunma şəraitində zoobentos yaxşı inkişaf edir və
bentofaq hidrobiontların, o cümlədən də vətəgə
əhəmiyyətli balıqların yem-qida ilə təminatı qə-
naətbəxşdir. Bu ehtimal həmin sahələrdə lil-
qruntda mikrobların yüksək dərəcədə çox olması
(4-6 mlrd/q) ilə də əsaslanır. S.İ.Kuznetsovun [5;
6] fikrinə istinad etməklə etiraf olunur ki, Naxçıvan
su anbarının trofik tipi-yönümünü, hövzədə üzvi
maddələrin kəmiyyət-keyfiyyətini, mineralizasiya
dərəcəsini və başqa хüsusiyyətlərini müəyyən et-
məkdə saprofit bakteriyalara aid göstəricilər daha
inandırıcı sayılır (cədvəl 2).
Cədvəl 2-dən aydın olur ki, hətta qış fəslində
saprofit bakteriyalar suda və lil-qruntda, orta he-
sabla, 18 min/ml və 2,7 mln/q təşkil edir. Müqayisə
üçün göstərmək olar ki, qış aylarında Naxçıvan su
anbarında saprofitlərin miqdarı Volqa və Dnepr
çayları məcrasında yaradılan silsiləli su anbarla-
rında yayda əldə edilən göstəricilərdən yüksəkdir
[3]. Bundan başqa, keyfiyyət baxımından da Nax-
çıvan su anbarında saprofit bakteriyalar sporlu for-
maların ümumi saya nisbətinə görə də kəskin də-
rəcədə fərqlənir.
Qeyd etmək lazımdır ki, hələ keçən əsrin 40-
50-ci illərində S.İ.Kuznetsov [6] təcrübələrlə sübut
etmişdir ki, su hövzələrində üzvi maddələrə ən həs-
sas olan məhz saprofit bakteriyalardır və substratın
keyfiyyətindən, kimyəvi quruluşundan asılı olaraq
kulturanın tərkibində sporəmələgətirən və sporsuz
bakteriyalar sayca müxtəlif olur. Başqa sözlə, asan
mənimsənilən, parçalanan və zülal xarakterli üzvi
maddələr olan sularda sporəmələgətirməyən for-
malar sayca çoxluq təşkil edir,
mineralizasiya tam,
son mərhələyə kimi getmir. Bu qanunauyğunluğa
əsasən, Naxçıvan su anbarında su və lil-qruntda
müəyyən olunan saprofit bakteriyaların 87-91%-i
sporsuz formalara aid edilmişdir. Bu fakt bir daha
sübut edir ki, Naxçıvan su anbarına axan sular Er-
mənistan ərazisində kəskin dərəcədə üzvi çirklən-
məyə məruz vəziyyətdədir. Heç də təsadüfi deyil-
dir ki, yarandığı vaxtdan 45 il keçsə də, Naxçıvan
su anbarında qaz-duz rejimləri, hidrobiontların in-
kişaf qanunauyğunluqları, say tərkibi dinamikası
indiyə kimi formalaşmamış – sabit vəziyyətə düş-
məmişdir. Polisaprob dərəcədə çirklənən Araz ça-
yında suların öz-özünə təmizlənmə prosesləri tam
kəsərsiz vəziyyətdədir. Ona görə də su anbarında
vaxtaşırı, xüsusilə isti aylarda sularda hipoksiya
yaranır. Üzvi maddələrlə, yuxarıda göstərilən spor-
suz saprofitlərin çoxluq təşkil etdikləri mühitdə
əmələgələn metabolitlər əlavə oksigen sərf etmək-
lə, anaerob bakteriyaların kütləvi inkişafına əlve-
rişli şərait yaradır (cədvəl 3).
Cədvəl 3
Naxçıvan su anbarında (yaz, yay və payız) lil-qruntda denitratlaşdırıcı,
sulfatlaşdırıcı və anaerob sellülozaparçalayan bakteriyaların sayı (min/q)
Stansiya
Yaz
Yay
Payız
Denit.
1
Sulfat.
2
ASP.
3
Denit.
Sulfat.
ASP.
Denit.
Sulfat.
ASP.
1
25,0
6,6
2,4
100,0
8,0
4,8
60,0
7,6
5,3
2
23,0
8,3
3,1
100,0
9,2
5,7
70,0
11,0
6,2
3
21,0
9,8
2,9
100,0
11,3
9,8
55,0
13,2
7,9
4
19,0
14,2
4,4
100,0
16,8
11,3
60,0
18,0
8,9
5
14,0
16,3
4,6
100,0
20,0
12,0
50,0
32,0
11,3
Qeyd: 1 – denitratlaşdırıcı; 2 – sulfatlaşdırıcı; 3 – ASP anaerob sellülozaparçalayan.
Coğrafiya və təbii resurslar, №2, 2017 (6)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
19
Cədvəl 4
Naxçıvan su anbarında koli-enterobakter cinsinə məxsus bakteriyaların miqdarı (min/ml)
Stansiya
Qış
Yaz
Yay
Payız
t°C
KEB
1
t°C
KEB
t°C
KEB
t°C
KEB
1
3,0
13,0
6,4
12,2
28,3
14,3
12,4
16,4
2
3,6
10,3
7,2
12,0
29,0
13,4
13,0
13,3
3
4,0
9,8
8,6
11,6
30,0
12,0
13,6
11,4
4
3,3
8,6
9,1
10,2
31,0
11,4
13,7
10,8
5
4,1
7,4
9,0
10,0
29,6
10,6
14,0
10,3
Orta
3,6
9,8
8,0
11,2
29,5
12,4
13,3
10,4
Cədvəl 3-də aydın göstərilir ki, Naxçıvan su an-
barının dib çöküntülərində anaerob bakteriyalar ge-
niş yayılmışdır və onların
say göstəriciləri olduqca
yüksəkdir. Denitratlaşdırıcı bakteriyaların ilboyu
60-100 min/q təşkil etməsi sularda zülallarla zən-
gin üzvi maddələrin olması ilə əlaqədardır. Sübut
olunmuşdur ki, çay sularında zülallarla zəngin üzvi
maddələrin əsas mənbəyi məişət-kommunal təsər-
rüfatı, yeyinti, heyvandarlıq sahələrinin tullantı-
larıdır [4]. Naxçıvan su anbarında ekosistem üçün
ekoloji təhlükə – sulfatlaşdırıcı bakteriyalardır.
Çünki bu qrupa aid olan mikrobiotanın həyat fəa-
liyyəti bütün canlı aləm üçün zəhər sayılan hidro-
gen-sulfid (H2S) əmələgətirməklə davam edir.
Aramsız çirkabla çirklənən, antropogen təsirlərə
məruz qalan su anbarlarında antropogen evtroflaş-
ma gedir, asan mineralizə olunan üzvi maddələrlə
zənginləşən sularda, lil-qruntda oksigen məsrəfi ar-
tır, hipoksiya yaranır və anaerob bakteriyaların küt-
ləvi vegetasiyası davam edir, nəhayət, anaerobioz
prosesləri kütləvi qırğına səbəb olur və sular istifa-
də üçün yararsızlaşır.
Naxçıvan su anbarında ekoloji gərginlik yara-
dan faktorlardan biri də sularda koli-enterobakter
cinsinə aid mikrobiotanın bütün ilboyu sanitar-gi-
giyenik normalardan dəfələrlə artıq olmasıdır. Bu
cür mövcud olan vəziyyət şübhə doğurmamalıdır.
Biz yuxarıda Araza Ermənistan ərazisində axıdılan
çirkabı qeyd etmişik. Hələ keçən əsrin 90-cı illə-
rində Ermənistan ərazisindən ildə 2,6 km
3
çirkabın
Araz hövzəsinə axıdılması barədə məlumatlar var-
dır [13]. Başqa cür də ola bilməz, çünki Araz çayı
bütün Ermənistanda dağətəyi, ən genişsahəli çö-
kəklikdir və ölkədəki bütün yerli çaylar Arazın sol
sahillərinə axıdılır.
İlin fəsillərinin iqlim amillərinə görə Naxçıvan
su anbarında ümumi mikrobların say göstəricilərin-
də fərq-dəyişikliklər olsa da (bax: cədvəl 1-2), koli-
enterobakter cinsinə aid taksonların miqdarı ilboyu
yüksək miqdarda və oxşar səviyyədə saxlanır (cəd-
vəl 4). Cədvəldən aydın görünür ki, yay ayları
ilə müqayisədə suda temperaturun qışda 9 dəfədən
az olmasına baxmayaraq, mikrobların miqdarında
fərq yalnız 25% təşkil edir. Bu da o deməkdir ki,
ilin fəsillərində Araz çayında su balansı dəyişsə də,
çaya axıdılan çirkabın həcmi bütün il ərzində sabit
saxlanır. Mühitdə temperaturun dəfələrlə azalıb-
yüksəlməsinin koli-enterobakter hüceyrələrinə
kəskin dərəcədə mənfi təsir göstərməməsi onunla
izah olunur ki, çirkablar axıdan mənbələr Araz-
Naxçıvan su anbarına yaxın ərazidədir və aramsız
olaraq suları çirkləndirir.
Maraqlı göstəricilərdən biri də ondan ibarətdir
ki, koli-enterobakter cinsinə aid mikrobiontların
miqdarı Naxçıvan su anbarında Araz çayının axın
istiqamətində bəndə doğru getdikcə azalır. Ona
görə də tam qətiyyətlə sübut olunur ki, başqa pollu-
tantlarla birgə, koli-enterobakterlərdə su anbarına
yuxarı byefdən nəql edilir.
Qeyd etmək lazımdır ki, Naxçıvan su anbarı
kəskin kontinental iqlimlə səciyyələnən ərazidədir.
Burada qış sərt, yay isə olduqca isti keçir. Su an-
barında suların qısa müddətdə soyuması və qızması
temperatur sıçrayışı deyilən (stratifikasiya) prosesi
yaradır. Başqa sözlə desək, su təbiətcə zəif istilik
keçirən olduğu üçün su qatlarında temperatur bə-
rabər paylanmır. Ona görə 15-16 m dərinlikdə üst
təbəqə ilə alt-dib təbəqə arasında 8-10 dərəcə fərq
yaranır. Nisbətən isti və sərin (soyuq) təbəqənin
kəsişdiyi dərinlikdə su kütləsi “ağırlaşır”, suların
qarışması çətinləşir. Belə olduğu halda, üst qatda
olan isti, oksigenlə zənginləşən su kütləsi dib-dərin
qatlarda oksigensizləşən su kütləsi ilə əvəz olun-
mur, yerdəyişməsi getmir. Beləliklə, qaz-duz mü-
badiləsi çətinləşən sularda hipoksiya, nəhayət, ana-
erobioz hadisəsi yaranır. Naxçıvan su anbarının
mərkəzi və bəndə yaxın dərin sahələrində tempe-
ratur sıçrayışı iyun ayının yarısından sentyabra ki-
mi davamlı şəkildə müşahidə olunmuşdur.
Nəticə. Ermənistanın bütün növlərə aid çirkabı-
nı bilavasitə qəbul edən Naxçıvan su anbarında
ümumi ekoloji və sanitar-hidrobioloji vəziyyət ol-
duqca gərgindir. Araz suları ilə aramsız gətirilən
alloxton üzvi maddələr, biogen elementlər və başqa