Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə110/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   106   107   108   109   110   111   112   113   ...   125

291
məqsədlə qəbul edilən rəhbər göstərişlərə uyğun olaraq hökumətlərarası təşkilatlar 
tərəfindən nümayəndəliyi irəli sürülən ekspertlərdən ibarət olur.
3.  Araşdırma  prosesi  ərzində  mövcud  Protokolun  bütün  aspektlərinin  bu  və  ya  digər 
Tərəf  tərəfindən  dəqiq  və  hərtərəfli  texniki  qiymətləndirilməsi  aparılır.  Tərəflərin 
öhdəliklərinin  həyata  keçirilməsinə  təsir  göstərən  istənilən  potensial  problem  və 
amilləri  aşkar  çıxaran  hazırki  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət 
göstərən  Tərəflər  Konvensiyası  üçün  araşdırma  üzrə  ekspertlər  qrupu  məruzə 
hazırlayır.  Bu  cür  məruzələr  katiblik  Tərəfindən  Konvensiyanın  bütün  Tərəfləri 
arasında  yayılır.  Katiblik  hazırkı  Protokolu  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət 
göstərən Tərəflər  Konvensiyasının  gələcək  araşdırmaları  üçün  bu  cür  məruzələrdə 
meydana çıxan və öhdəliklərin yerinə yetirilməsinə aid olan məsələlərin siyahısını 
tutur.
4.  Hazırkı Protokolu tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının 
müvafiq  qərarlarını  nəzərə  alaraq  araşdırma  üzrə  ekspertlər  qrupunu  hazırkı 
Protokolun yerinə yetirilməsinin nəzərdən keçirilməsi məqsədi ilə 1-ci sessiyasında 
rəhbər prinsipləri qəbul edir və sonralar mütəmadi olaraq onları nəzərdən keçirir.
5.  Hazırkı Protokolun Tərəflər müşavirəsi sifəti ilə Tərəflər Konfransı (köməkçi orqanın) 
öhdəliklərin  yerinə  yetirilməsi  üzrə  köməkçi  orqanın  iştirakı  ilə  və  elmi-texniki 
akspektlər üzrə məsləhətləşmələrin aparılması üçün köməkçi orqanın imkanlarından 
asılı olaraq nəzərdən keçirir:
a)  7-ci  maddəyə  uyğun  olaraq  Tərəflər  tərəfindən  təqdim  edilən  informasiya  və 
hazırkı maddə əsasında aparılan araşdırmalar haqqında ekspertlərin məruzəsi; və 
b)  yuxarıda göstərilən 3-cü bəndə uyğun olaraq katiblik tərəfindən siyahıya daxil 
edilmiş  öhdəliklərin  yerinə  yetirilməsi  haqqında  məsələlər  və  o  cümlədən 
Tərəflər tərəfindən qaldırılan istənilən məsələlər.
6.  Yuxarıda  göstərilən  5-ci  bənddə  qeyd  olunan  informasiya  nəzərdən  keçirildikdən 
sonra  hazırkı  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər 
Konfransı hazırki Protokolun yerinə yetirilməsi üçün zəruri olan istənilən məsələlər 
üzrə qərar qəbul edir.
Maddə 9 
1.  Hazırki Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı 
hazırkı Protokolun mövcud olan ən müasir elmi informasiya və İqlim dəyişmələri və 
onun nəticələrinin qiymətləndirilməsi, o cümlədən bu amillərlə bağlı olan texniki, 
sosial və iqtisadi informasiyanı mütamadi olaraq nəzərdən keçirir. Bu cür araşdırmalar 
Konvensiya Çərçivəsindən müvafiq müzakirələr və xüsusi ilə Konvensiyanın 4-cü 
maddəsinin 2 (d) bəndi və 7-ci maddəsinin 2 (a) bəndində nəzərdə tutulan müzakirələr 
ilə  koordinasiya  edilir.  Bu  cür  müzakirələr  əsasında  hazırkı  Protokolun  Tərəflər 
müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı müvafiq qərarlar qəbul edir.
2.  İlk  müzakirə  hazırkı  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən 
Tərəflər  Konfransının  2-ci  sessiyasında  keçirilir.  Növbəti  müzakirələr  mütamadi 
olaraq vaxtlı-vaxtında təşkil olunur.
Madə 10 
Öz  ümumi,  lakin  fərqli,  məsuliyyətli,  səciyyəvi,  milli  və  regional  üstünlükləri,  inkişaf 
sahəsində  məqsəd  və  məramları  nəzərə  alaraq,  əlavə  1-ə  daxil  edilmiş Tərəflər  üçün  yeni 
öhdəlikləri  işə  salmadan,  lakin  Konvensiyanın  4-cü  maddəsinin  1-ci  bəndi  üzrə  mövcud 


292
öhdəlikləri yenidən təsdiqləyərək və konvensiyanın 4-cü maddəsininin 3, 5, 7-ci bəndlərini 
nəzərə alaraq sabit inkişafa nail olmaq üçün bu öhdəliklərin yerinə yetirilməsinə köməklik 
məqsədi ilə bütün Tərəflər:
a)  Tərəflər Konfransı tərəfindən qəbul edilmiş milli məruzələrin hazırlanması üçün 
rəhbər  prinsiplərə  uyğun  olaraq  Tərəflər  Konfransı  bəyəniləcək  müqayisəli 
metodologiyaları  istifadə  edərək,  Monreal  Protokolu  ilə  nizama  salınmayan 
mənbələrdən  çıxan  antropogen  tullantıları  və  parnik  qazları  uducularla 
absorbsiyasının milli kadastırın mütamadi olaraq yeniləşməsi və tərtib olunması 
məqsədi ilə, hər bir Tərəfin sosial iqtisadi göstəriciləri əks edilən fəaliyyət növləri 
və yaxud modelləri lazım gəldikdə və iqtisadi nöqteyi nəzərdən mümkün qədər 
səmərəli, milli və müvafiq hallarda tullantıların yerli göstəricilərin keyfiyyətinin 
yüksəldilməsi üzrə regional proqramlar formalaşdırır;
b)  İqlim  dəyişmələrin  nəticələrinin  mülayimləşdirilməsi  və  iqlim  dəyişilmələrinə 
uyğun adaptasiya üzrə tədbirlərin keçirilməsini nəzərdə tutan milli və regional 
proqramları tərtib edir, həyata keçirir, nəşr etdirir və mütamadi olaraq yeniləşdirir;
1.  Belə proqramlar əsasən energetika, nəqliyyat və sənaye, o cümlədən kənd təsərrüfatı, 
meşə təsərrüfatı və tullantıların ayrılması sahələrinə aid olur. Bununla yanaşı, iqlim 
dəyişmələrinə  olan  adaptasiyanı  ərazi,  məkan  planlaşdırılması  təkmilləşdirmə 
metodları və adaptasiya texnologiyaları sahəsində təkmilləşdirmək mümkündür.
2.  Əlavə  1-ə  daxil  edilmiş  tərəflər  7-ci  maddəyə  uyğun  olaraq  milli  proqramlar  da 
daxil  olmaqla  hazırkı  Protokola  əsasən  fəaliyyət  öhdəlikləri  haqqında  informasiya 
təqdim edir. Digər Tərəflər isə müvafiq hallarda parnik qazı tullantılarının artması 
və  uducuların  absorbsiyasının  yüksəldilməsi,  potensialın  möhkəmləndirilməsi  və 
adaptasiya  tədbirləri  daxil  olmaqla  müvafiq  Tərəfin  fikrincə,  iqlim  dəyişmələri  və 
onun  xoşagəlməz  nəticələrinin  aradan  qaldırılması  problemi  həllinə  şərait  yaradan 
tədbirləri nəzərdə tutan proqramlar haqqında öz milli məruzələrinə informasiya daxil 
edirlər.
c)  ekoloji cəhətdən təhlükəsiz olan texnologiyaların tətbiq olunması və yayılması, 
nou-hau,  İqlim  dəyişmələrinə  aidiyyatı  olan  proseslərin  araşdırılması  üçün 
əlverişli şəraitin yaradılmasında əməkdaşlıq edir və dövlətin mülkiyyətində olan 
və  yaxud  ictimai  əmlak  sayılan  ekoloji  cəhətdən  təhlükəsiz  texnologiyaların 
səmərəli  şəkildə  ötürülməsi,  proqram  və  layihələrinin  hazırlanmasını  nəzərə 
alaraq  xüsusən  inkişaf  etməkdə  olan  ölkələr  üçün  mövcud  şəraitdən  asılı 
olaraq  bu  cür  texnologiyanın  nou-hau,  tətbiqi  proseslərinin  genişləndirilməsi, 
asanlaşdırılması,  maliyyələndirilməsi  məqsədi  ilə  əməli  cəhətdən  mümkün 
ola  biləcək  tədbirlər  ekoloji  cəhətdən  təhlükəsiz  texnologiyadan  istifadənin 
genişləndirilməsi  və  yayılması  ilə  bağlı  özəl  sektor  üçün  əlverişli  şəraitin 
yaradılması yolunda addımlar atır;
d)  elmi-texniki tədqiqatların aparılmasında əməkdaşlıq edir və mütamadi müşahidə 
sisteminin  mühafizəsi  və  inkişafına,  iqlim  sistemi,  iqlim  dəyişmələrinin 
xoşagəlməz  nəticələri  və  müxtəlif  reaksiya  strategiyalarının  iqtisadi  və 
sosial  nəticələri  ilə  bağlı  olan  qeyri-müəyyənliklərin  azaldılması  üçün  arxiv 
məlumatlarının  inkişafına  şərait  yaradır,  o  cümlədən  Konvensiyanın  5-ci 
maddəsini nəzərə alaraq, elmi-tədqiqatlar və mütamadi müşahidələr sahəsi üzrə 
beynəlxalq və hökumətlərarası proqram və şəbəkələrdə iştirak etmək imkanının 
əldə olunması və daxili potensialın inkişafı və möhkəmləndirilməsini təmin edir;
e)  insan  ehtiyatları  və  təşkilati  imkanlar  timsalında  milli  potensialın 
möhkəmləndirilməsi yolunda  fəaliyyətini nəzərə  alaraq  kadrların  hazırlanması 
və  maarifləndirilməsi  üzrə  proqramların  işlənilməsi  və  həyata  keçirilməsi 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə