Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə118/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   114   115   116   117   118   119   120   121   ...   125

312
10.13.  Qırıntı sahələrinin müayinə olunmasını və müvafiq qaydada sənədləşdirilməsini 
təşkil edir;
10.14.  Respublikanın ərazisində meşə fondunun Dövlət uçotunun və meşə kadastrının 
aparılmasını təşkil edir;
10.15.  Dövlət  meşə  fondu  torpaqlarından  meşə  qanunvericiliyində  nəzərdə  tutulmuş 
məqsədlər üçün istifadəyə dair müqavilələrin qeydiyyatını aparır;
10.16.  Meşədən  əlavə  istifadə  (ot  biçilməsi,  arı  ailələrinin  yerləşdirilməsi,  yabanı 
meyvələlərin,  göbələklərin,  giləmeyvələrin,  dərman  bitkilərinin  və  sair 
məhsulların  tədarük  edilib  toplanması)  olunması  və  yardımçı  kənd  təsərrüfatı 
sahələrinin inkişafı üzrə təkliflər hazılayır;
10.17.  Oduncaqdan, ikinci dərəcəli meşə məhsullarından və meşədən əlavə istifadə zamanı 
tədarük edilmiş, sənaye və yardımçı kənd təsərrüfatı sahələrində istehsal olunan 
məhsullardan istifadəni qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənzimləyir; 
10.18.  İkinci  dərəcəli  meşə  məhsullarından  (meyvə,  göbələk,  giləmeyvə  və  dərman 
bitkiləri,  tökülmüş  yarpaq,  ayıdöşəyi  və  s.),  ikinci  dərəcəli  meşə  ehtiyatları 
tədarükündən (kötük, lif, qabıq və s.), meşə sahələrindən əlavə gəlir məqsədi ilə (ot 
tədarükü, arı ailələrinin yerləşdirilməsi və s.) istifadə olunmasında, habelə meşə 
sahələrindən təsərrüfat işləri, turizm və istirahət (rekreasiya) məqsədi ilə istifadə 
edilərkən mövcud qanunvericiliyə və qaydalara əməl edilməsinə nəzarət edir;
10.19.  Meşə fondu torpaqlarının zibillənmə, çirklənmə, bataqlıqlaşma, su altında qalma 
və  yandırılma  hallarının  qarşısının  alınması,  yararlı  hala  gətirilməsi  (bərpa 
edilməsi),  məhsuldarlığının  artırılması,  meşə  quruluşunda  xüsusi  texnoloji 
layihələrə və planlaşdırılmış meşə təsərrüfatı tədbirlərinə uyğun olaraq meşələrin 
saxlanması və səmərəli istifadəsi, onların susaxlayıcı, mühit tənzimləyici, sanitar-
gigiyenik və digər əhəmiyyətli təbii funksiyalarının gücləndirilməsi məqsədi ilə 
görülən tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
10.20.  Meşə fondunda rüblük ayırmaların, meşə cığırlarının, sərhədlərin, meşə quruluşu 
və  meşə  təsərrüfatı  göstəricilərinin  tələblərinə  əməl  edilməsinin  vəziyyətinə 
nəzarət edir;
10.21.  Meşə məxarici, meşəyə xidməti qırmaların aparılması və meşədən əlavə istifadə 
barədə uçot kitablarının vəziyyətinə, onların doldurulmasında qanunauyğunluğun 
gözlənilməsinə,  meşədən  istifadə  haqqında  hesabatların  düzgün  aparılmasına 
nəzarət edir;
10.22.  Meşə fondu sahələrinin icarəçiləri tərəfındən bu sahələrin icarəyə verilməsinə 
dair müqavilələrin tələblərinə əməl edilməsinə nəzarət edir;
10.23.  Sanitariya və xidməti qırmaların həcminin meşə quruluşu layihəsində nəzərdə 
tutulmuş  həcmlə  uyğunluğuna,  meşə  quruluşu  layihələrindən  kənara  çıxma 
hallarının  əsaslandırılmasına,  bu  işlərin  aparılmasında  mövcud  təlimatların  və 
qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət edir;
10.24.  Meşə fondundan istifadə zamanı meşə fondunun istifadəçiləri tərəfindən meşə 
qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət edir;
10.25.  Meşə fondundan səmərəli istifadə edilməsi və onun məhsuldarlığının artırılması 
barədə milli proqramların yerinə yetirilməsinə, habelə istifadə haqlarının vaxtında 
və düzgün ödənilməsi qaydalarının yerinə yetirilməsinə nəzarət edir;
10.26.  Meşəbərpa  və  meşələrin  inkişaf  etdirilməsi  məqsədi  ilə  tinglik  sahəsində 
kübrə lərin, herbisidlərin və digər kimyəvi vasitələrin işlədilməsinin, aqro meşə-
meliorasiya işlərinin aparılmasının, qoruyucu meşə zolaqlarının inventarlaşması 
və  istismara  verilməsi  işlərinin  müvafiq  qaydalara  uyğun  vaxtında  və  düzgün 
həyata keçirilməsinə nəzarət edir;


313
10.27.  Meşə  ziyanvericilərinin  və  xəstəliklərinin  mənbələrinin  qeydiyyat  kitabının 
vəziyyətinə,  onun  aparılmasına,  vaxtında  və  tam  doldurulmasına,  meşə 
mühafizəsi haqqında hesabat göstəricilərinin düzgünlüyünə nəzarət edir;
10.28.  Meşə  patoloji  monitorinqinin  aparılması,  meşələrdə  zərərvericilərin  və 
xəstəliklərin yaranması və yayılması, habelə meşənin digər xoşagəlməz vəziyyəti 
barədə xəbərdarlıq işinin təşkilinə nəzarət edir;
10.29.  Meşənin sanitar vəziyyətinə, seçmə və sanitar qırma sahələrinin təyin edilməsinin 
düzgünlüyünə nəzarət edir;
10.30.  Meşələrin xəstəliklər və ziyanveri cilərdən mühafızəsi üzrə dövlət proqramlarının 
yerinə yetirilməsinə nəzarət edir; 
10.31.  Nazirlik tərəfindən ona həvalə olunmuş qanunvericiliyə uyğun digər funksityaları 
həyata keçirir.
IV. DEPARTAMENTİN HÜQUQLARI 
11. 
Departament,  öz  vəzifə  və  funksiyalarını  həyata  keçirmək  üçün  aşağıdakı 
hüquqlara malikdir:
11.1.  Meşə təsərrüfatının aparılması, meşələrin qorunub mühafizə edilməsi, bərpası və 
artırılması, onlardan istifadə edilməsi, həmçinin meşə fonduna aid olan binaların, 
tikililərin və torpaqların icarəyə verilməsi, eləcə də meşələrdə turizm və istirahətin 
təşkili  ilə  əlaqədar  Nazirliyin  Meşə  Mühafizəsi  və  Bərpası  Müəssisələrindən 
Dövlət meşə fondunda həyata keçirilən işlərə dair məlumatlar tələb etmək
11.2.  Dövlət meşə fondunun meşələrində hüquqi və fiziki şəxslərin fəaliyyətləri zamanı 
meşə  qanunvericiliyinin  pozulmasının  qarşısını  almaq  məqsədi  ilə  Nazirliyin 
Meşə Mühafizəsi və Bərpası Müəssisələrinə müvafiq tapşırıqlar vermək; 
11.3.  Ətraf  mühitin  mühafizəsi,  təbiətdən  istifadə  və  ekoloji  təhlükəsizlik  qaydaları 
əleyhinə  olan  inzibati  xətalar  haqqında  işlər  üzrə  icraata  başlamaq,  inzibati 
araşdırma  aparmaq,  inzibati  xətalar  haqqında  işlərə  baxmaq  və  təqsirkarların 
inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq 
orqanlara göndərmək;
11.4.  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada 
hüquqi  və  fiziki  şəxslərin  Dövlət  meşə  fondunda  fəaliyyətlərinin,  həmçinin 
Dövlət meşə fondu torpaqlarından istifadə hüququnun məhdudlaşdırılması və ya 
dayandırılması barədə Nazirliyə təkliflər vermək
11.5.  Yanğın  təhlükəsi  dövründə,  zəruri  hesab  edilən  hallarda  vətəndaşların  meşə 
ərazilərində gəzintilərinə və nəqliyyat vasitələri ilə keçmələrinə, habelə ayrı - ayrı 
meşə sahələrində fəaliyyət göstərmələrinə qadağalar qoylması barədə Nazirliyə 
təkliflər vermək;
11.6.  Meşələrin  qorunub  mühafizə  edilməsi,  bərpası,  artırılması,  meşə  fondu 
torpaqlarından məqsədyönlü istifadə olunması və meşə təsərrüfatının aparılması 
işlərinin  həyata  keçirilməsi  barədə,  həmçinin  bu  işlərin  formalaşması,  bir 
formadan  digər  formaya  keçirilməsinin  təşkili  və  ləğv  edilməsi  barədə  rəy 
vermək və təkliflər hazırlamaq;
11.7.  Meşələrin mühafizəsi və onlardan səmərəli istifadə sahəsində qanunvericiliyin 
pozuntularının aradan qaldırılmasına dair fiziki və hüuqi şəxslərə tələblər irəli 
sürmək;
11.8.  Meşə qanunvericiliyinin pozulmasında istifadə olunan əşya, alət, ləvazimatları 
və  digər  vasitələri,  qanunsuz  əldə  edilmiş  məhsulları  qanunvericiliyə  uyğun 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə