Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə121/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   117   118   119   120   121   122   123   124   125

319
 
Ağacları  seleksiya  üzrə  qiymətləndirərkən  onları  əsas  üç  kateqoriyaya  bölürlər: 
müsbət, normal və mənfı.
 
Müsbət ağaclar - o ağaclardır ki, təsərrüfat göstəricilərinə görə bir və ya bir neçə 
kompleks göstəricilərinə görə onların ətrafında bitən eyni yaşlı ağaclardan xeyli üstün 
olsunlar. Onları müxtəlif bitmə şəraitindən yetişmiş, yetişməkdə olan ağaclıqlarda, 
onların çatışmazlığı olan yerlərdə orta yaşlı təbii ağaclardan, meşə əkinlərindən, eyni 
zamanda infroduksiya olmuş yüksək məhsuldar cinslərdən seçib ayırırlar.
 
Meşələrin  məhsuldarlığını  və  keyfiyyətini  artırmaq  üçün  aparılan  seleksiya  işində 
müsbət  ağaclar  kateqoriyasına  birinci  növbədə,  müsbət  ağaclıqlardan  boyuna  və 
diametrinə görə ən yüksək olan ağaclar seçilir. Onlar düzgövdəli, sağlam oduncaqlı, 
haçalanmayan,  qol-budaqdan  yaxşı  təmizlənmiş,  əlverışsiz  mühitə,  xəstəliyə  və 
ziyanvericilərə  davamlı  olan  ağaclar  olmalıdır.  Eyni  yaşlı,  tərkibinə  görə  təmiz, 
yüksək sıxlıqlı ağaclıqlarda müsbət ağaclann boyu ümumi ağaclığın hündürlüyündən 
10%, diametri 30%-dən çox olmalıdır.
 
Əgər ağaclıq müxtəlif yaşlıdırsa, onda müsbət ağaclar hər yaş sinfındən ayrıldıqda 
seçilməlidir.
 
İntroduksiya  olmuş  ağaclıqlarda,  müsbət  ağac  kimi  meyvə  cinslərı,  yeni  bitmə 
şəraitinə  yaxşı  uyğunlaşmış,  boy  inkişafına,  gövdəsinin  keyfiyyətinə  və  digər 
seleksiya göstəricilərinə görə üstün nüsxələr seçilırlər.
 
Müsbət ağaclar zədələnmədən qorunurlar. Normal ağaclıqda əgər qırıntı aparılacaqsa, 
onda müsbət ağac kimı seçilən nüsxələrin ətrafındakı ağacları və 20-25 metr zolaq 
enində yerləşən ağacları kəsmirlər.
 
Normal  ağaclar  -  ağaclığın  əsas  hissəsini  təşkil  edən,  boyuna,  keyfıyyətinə  və 
vəziyyətinə görə yaxşı və orta olan ağaclar hesab olunurlar.
 
Mənfi ağaclar - o ağaclar hesab olunur ki, onların müxtəlif çatışmazlığı və fəsadları 
vardır  (gövdəsi  əyri,  haçalanmış,  mexaniki  zədələnmiş  və  s.).  Yuxarı  mərtəbəni 
(yarusu) tutan, boy inkışafına görə geri qalan və ağaclıqda aşağı mərtəbədə yerləşən 
(eyniyaşlı ağaclıqda diametri orta göstəricidən 80% aşağı olan) ağac nüsxələri mənfı 
ağaclar hesab olunurlar.
3.2. Ağachğın  seleksiya  üzrə  inventarlaşdırılması  da  üç  kateqoriyaya  ayrılır:  müsbət, 
normal və mənfı.
 
Müsbət ağaclıq - bu və ya digər bitmə şəraitinə görə ən məhsuldar, yüksək keyfiyyətli 
və  davamlı  ağaclıqdır.  Müsbət  ağaclıqlarda  (toxum  sahələrində)  başdan-başa 
seleksion inventarlaşması aparılır və müsbət ağaclar seçilir. Onlara qulluq məqsədilə 
baş cinslərin mənfı ağac nüsxələri seçilib qırıiır, eyni zamanda müsbət ağaclara mane 
olan köməkçi cinslər də kəsilirlər.
 
Normal  ağaclıqlara  -  yüksək  və  orta  məhsuldarlığı  və  bitmə  şəraiti  yaxşı  və  orta 
keyfıyyətli olan ağachqlar daxildir.
 
Mənfi ağaclıqlar - bu və ya digər meşəbitmə şəraiti üçün aşağı məhsuldarlıqlı və pis 
keyfıyyətli ağaclıqlar daxil cdilirlər.
4. Müsbət ağacların və ağaclıqların genetik qiymətləndirilməsi
4.1. Xarici və daxili göstəricilərinə görə seçilmiş müsbət ağaclar, dövlət reyestrinə daxil 
edilmişdir.  Digər  meşə  toxum  rayonlarda  qeydiyyata  alınmış  ağaclar  mütləq  irsi 
cəhətdən  qiymətləndirilməlıdir  (məhsuldarlığına,  gövdəsinin  keyfıyyətinə  və  digər 
seleksiya əlamətlərinə görə).
 
Müsbət  ağacların  genetik  qiymətləndirilməsi  onların  seleksiyalaşdırmada  nəzərə 


320
alınan əlamətlərıni saxlamaq (toxumla və vegetativ artırılması vaxtı) qabiliyyətləri 
əsasında təyin olunur.
4.2. Elitliliyinə  görə  qabaqcadan  qiymət  vermək  yoxlama  əkinləri  vaxtı  aparılır: 
tezböyüyən cinslər üçün 8-12 yaşında, gecböyüyən cinslər üçün 15-25 yaşında.
 
Müsbət  ağaclann  yetişdirilən  yeni  nəsli  nəzarət  əkinlərinin  boyuna,  gövdəsınin 
keyfıyyətinə və digər əlamətlərınə (göstəricılərinə) görə qiymətləndirilir.
4.3. Yoxlama  (müşahidə)  üçün  aparılan  əkinlər  eyni  vaxtda  bir  neçə  bitmə  şəraitində 
aparılır. Məqsəd müsbət ağaclardan alınan toxum nəslinin yeni mühitə uyğunlaşması 
qabiliyyətini müəyyən etmək və əkinlər üçün onların yararlılığını təyin etməkdir.
4.4. Müsbət (elit) ağacların genofondunu saxlamaq üçün xüsusi proqram üzrə kolleksiya 
sahəsi (klonların arxivi) yaradılır. Klon arxivlərində müsbət (elit) ağacların iş aparılan 
rayon üçün vegetativ nəsil cəmləşdirilir.
4.5. Yetişdırilən meşələrin keyfiyyətini yaxşılaşdırmaq üçün əsas yollardan biri də meşə 
əmələgətirən  növlərın  coğrafı  və  ekoloji  dəyişməsidır.  Coğrafı  və  populyasiya  - 
ekoloji əkinlərin öyrənilməsinin nəticələrində meşə toxumları bazasımn təşkilində, 
meşə  toxumçuluq  rayonlarının  öyrənilməsi  və  elmi  əsaslarla  müəyyənləşdirilməsi 
işində də istifadə edilir.
5. Meşə toxumçuluğu plantasiyası
5.1. Meşə toxumçuluğu plantasiyası - yerli və infroduksiya olmuş cinslərin toxumlarının 
qiymətli irsi xüsusiyyətlərini uzun müddət ərzində öyrənmək məqsədilə xüsusi olaraq 
yaradılan ağaclıqdır. Onlar müsbət (elit) ağaclardan toxumla və ya vegetativ yolla 
yaradılır.
5.2. İlkin materialın yetışdırmə qaydasına görə aşağıdakı Meşə Toxumçuluq Plantasiyaları
 
(MTP) ayrılır.
 
Vegetativ ınənşəli MTP (və ya klounu), o cümlədən müsbət (elit) ağacları calaq olmuş 
nüsxələr və kökdən alınan çubuqlarla yaradılır.
 
Toxum mənşəli MTP, müsbət (elit) ağacların toxumlarından yetişdirilən tinglər və 
toxumlardan yaradılan və yaxud da bu ağacların toxumlarından yetişdirilir.
5.3. Yaradılan MTP-də birinci illərdə mütəmadi olaraq sahədə qulluq işləri (kultivasıya, 
suvarma) aparılmalıdır. Lazım gələrsə cərgələrdə qulluq qırmaları aparmaqla ağaclıq 
seyrəldilir.
5.4. Meşə toxumçuluq plantasiyasında lazım gəldikdə kompleks tədbirlər aparılır:
 
intensiv inkişaf edən qol-budağın kəsilməsi, kübrə vermək və s. (mövcud metodikalar 
əsasmda).
5.5.  MTP-də  toxumları  ziyanvericilərdən  və  xəstəliklərdən  qorumaq  üçün  qoruyucu 
tədbirlər sistemi həyata keçirilir.
5.6. MTP-ni vəhşi və ev heyvanlarından qorumaq üçün çəpər çəkilməli, zolaqlarla şum 
aparılmalıdır.
6. Daimi meşə toxumçuluq sahəsi
6.1. Daimi Meşə Toxumçuluq sahəsi - yüksək məhsuldar və yüksək keyfiyyətli təbii meşə 
və ya irsiyyəti məlum olan meşə əkini sahəsidir. Belə sahələrdə uzun müddət toxum 
tədarük etmək üçün xüsusi torpaq formalaşdırır. DMTS-nin yaranmasına əsas tələb 
intensiv toxum toplamaq və toxumu rahat yığmaqdır.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə