Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə123/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   117   118   119   120   121   122   123   124   125

324
Xidməti qırmaların əsas vəzifəsi bunlardır:
•  ağaclığın cins tərkibini yaxşılaşdırmaq;
•  ağaclığın məhsuldarlığını, keyfıyyətıni və davamlılığını artırmaq;
•  meşələrin qoruyucu və digər xeyirli xüsusiyyətini saxlamaq və yüksəltmək;
•  oduncağın  istifadəsinin  vahid  sahədən  ölçüsünü  artırmaq  və  oduncağın  texniki 
yetişkənliyini qısaltmaq.
Yaşından  və  xidmətin  məqsədindən  asılı  olaraq  ağaclar  aşağıdakı  əsas  qırma  növünə 
ayrılır, tərkibə görə işıqlandırma aparılır, ağaclığın sıxlığı nizamlanır, ağacların (xüsusən baş 
cinslərin) boy inkişafı yaxşılaşdırılır. 
Təmizləmə - Baş cinslərin sahədə yerləşməsini nizamlamaq, onların boy artımına kömək 
etmək, eyni zamanda ağaclığın formalaşdırmasını davam etdirir.
Seyrəltmə - Bu növ qırmada ağacların gövdəsinin və çətirlərinin fonnalaşmasını davam 
etdirmək;  keçid  qınnaları  keyfıyyətli  ağac  nüsxələrinin  boy  artımının  inkişafına  köməklik 
məqsədilə aparılır.
Xidməti qırmaların müxtəlif cinslər üzrə yaşları:
Cədvəl 1
Xidməti 
qırmaların 
növü
Ağaclığın yaşı
iynəyar- paqlı
Palıd, fısdıq, vələs, 
qoz, görüş to- xumun- 
dan əmələ gələn
qalan yarpaqlı cinslər 
pöhrəli ağaclar
İşıqlandırma
10-a qədər
10-q qədər
10-q qədər 5-ə qədər -
Təmizləmə
11-20
11-20
11-20
11-20
5 -ə qədər
Seyrəltmə
21-40
21-40
21-30
21-30
6-10
Keçid
41 və çox
41 və çox
31 və çox
31 və çox 11-15
Bütün  xidməti  qırmalar  aparıldıqda  mütləq  qurumuş,  güclü  zədələnmiş  və  boy  gedişi 
zəifləmiş ağac nüsxələri kəsilib götürülür.
Əgər  xidməti  qırmalar  nəzərdə  tutulmayıbsa,  lakin  ağaclığın  sanitar  vəziyyəti  bunu 
tələb edirsə belə sahələrdə seçmə sanitar qırmalar aparılır. Hər bir xidməti qırma apardıqda 
müxtəlıf yaşlı və mürəkkəb ağaclıqda eyni vaxtda icra edilir (kompleks bitmiş və bir neçə 
növ xidməti qırmanın vəzifəsi yerinə yetirilir). Xidməti qırmalar aparılarkən əsas etibarilə 
təsərrüfat birliyinə klassifıkasiya tətbiq edilir və bütün ağaclar 3 kateqoriyaya bölünürlər:
I  - yaxşı nüsxələr,
II  - köməkçi nüsxələr (yararlı),
III  - arzu olunmayan nüsxələr (kosilib götürüləcək)
Yaxşı nüsxə ağaclar sağlam olmalı, gövdəsi düz, kifayət qədər qol-budağı təmizlənmiş, 
çətiri yaxşı formalaşmış, əsasən, toxumadan mənşəli olmalıdır. Yaxşı keyfıyyətli ağaclardan 
xidməti qırmalar caxu məqsədli ağaclar və yaxud gələcəyin ağacları ayırırlar.
Köməkçi  nüsxə  ağaclara  o  ağaclar  aid  olunur  ki,  onlar  yaxşı  nüsxələrin  qol-budaqdan 
təmizlənməsinə kömək edir, torpaqqoruyu- cu, su mühafızəedici funksiyanı yerinə yetirir.
Qırılacaq ağaclara aid olunur:
-  qurumuş küləklə yıxılan, ölməkdə olan, göbələk xəstə liyinə  tutulmuş,  həşəratlarla 
zədələnmiş nüsxələri.
-  arzuolunmayan ağac qarışığı, əgər onlar yaxşı nüsxələrə mane olurlarsa;
-  gövdəsi iki, üç olan, pöhrədən əmələ gələn ağac nüsxələri.


325
Qeyd etmək lazımdır ki, xidməti qırmalarla nəinki cins tərkibi
yaxşılaşır, artım da çoxalır, meşədən istıfadənin ölçüsü 30-50% artır (vahid sahədən).
Ağaclığı  daim  olaraq  (vaxtaşırı)  seyrəltməklə  (xidməti  qırmalarla)  ağacların  məhv 
olmasının qarşısı alınır, qırılan ağaclar isə səmərəli olaraq xalq təsərrüfatında istifadə olunur.
Yaddan çıxarmaq olmaz ki, sumühafızəedici, torpaqqoruyucu meşələrdə xidmətı qırıntı, 
meşələrin suqoruyucu və digər qoruyucu xüsusiyyətlərini gücləndirmək üçün aparılır. Yaşıl 
zonanın  meşələrində  xidməti  qırmalarla  meşələrin  sanitar-gigiyenik  keyfiyyəti  yaxşılaşır, 
qərzəkli ağaclıqlarda onların irsi keyfıyyəti və məhsul verməsi yüksəlir.
Bütün hallarda dəqiq olaraq cavan ağaclığın tərkibini təyin etmək lazımdır, bundan əlavə 
tərkibdə  iştirak  edən  ağacların  sayı  və  eyni  zamanda  daha  üstün  yetişdirilməsi  məsləhət 
bilinən ağaclar təyin olunur.
Nəzərə almaq lazımdır ki, enliyarpaq cinslərin çoxu işığa tələbkar olur və işıq çatışmadıqda 
ağaclar zəifləyir. Ona görə də lazımdır ki, xidməti qırmalarla ağaclığın 5-8 yaşından cavan 
nüsxələri təyin olunsun və 60-70% tərkibdə enliyarpaqlı ağaclar müəyyənləşdirilsin. 30-40 
yaşında enlıyarpaq cinslər tərkibdə 70-80% yer tutmalıdır.
Eyni zamanda vahid sahədə ağacların optimal sayının böyük həmiyyəti vardır. Ağacların 
sayı «Xidmətı qırmal üzrə əsasnamə»də verilir. Onlara diqqətlə əməl olunmalıdır.


326
AZƏRBAYCAN RESPUBLİKASININ MEŞƏ 
FONDUNUN İSTİFADƏ ÜZRƏ BÖLÜNMƏSİ (1 yanvar 
1988-ci ilə)
Cədvəl 2
Meşə fondunu 
saxlayanlar
Ümumi 
sahə, min 
hektar
Meşə ilə 
örtülü sahə, 
min. ha
Meşə nin odun 
caq ehtiyab 
milyon m3
Sahələ rinə 
görə %-lə
Ehtiya 
tına görə 
%-lə
Dövlət əhəmiyyətli 
meşələr
1159,2
935,5
124,54
94,9
97,8
Azərbaycan Respublikası 
Ekologiya və Təbii 
Sərvətlər Nazirliyi
1085,2
863,9
121,31
89,4
95,1
Sovxoz və kolxoz
131,5
12.6
61,3
10,6
4,9
Cəmi :
1213,7
989,5
127,44
100
100
Meşələrin ümumi sahəsinin 95%-i Böyük və Kiçik Qafqazda və Talış dağ bölgələrində 
yerləşir.
Burada meşəlilik az-çox yüksəkdir (18-59% təşkil edir). Lakin Kür-Araz ovalığında və ona 
yaxın ərazi bölgələrində (Neftçala, Salyan rayonlarında) demək olar ki, heç yoxdur, ona görə də 
bu ərazilərin ekoloji vəziyyəti çox gərgindir. Belə vəziyyət bir daha təsdiq edir ki, Azərbaycan 
özünün yaşıl sərvətini böyük sahələrdə artıq itirmişdir və bu vəziyyət davam etməkdədir.
Meşə fondunun 1988-ci ilə olan hesabatında verilən məlumata görə respublika ərazisinin
meşəliliyi 11,4 % olmuşdur.
Ona görə də burada düzən və dağətəyi sahələrdə ekoloji əmin- amanlıqdan söhbət aparmaq 
əbəsdir. Meşəliliyi nisbətən çox olan rayonlarda isə onların sosial-iqtisadi əhəmiyyəti hələlik 
az-çox qalmaqdadır. Meşələrin oduncağı universal xammal olsa da onların çox hissəsi yanacaq 
vasitəsi kimi istifadə olunur.
XX  əsrin  əvvəllərinden  meşələrin  etraf  mühiti  sabitləşdirici,  o  cümlədən  hidroloji  və 
tarlaqoruyucu əhəmiyyəti hamı tərefindən qəbul edilmişdir.
Son onılliklərdə meşələrin sanitar-gigiyenik, sağlamlıqgətirici və rekreasiya roluna daha 
çox əhəmiyyət verilir. Ona görə də 
xalq  təsərrüfatı  baxımından  respublikanın  meşələri  I  qrupa  aid  edilmişdir  və  ciddi 
qorunurdu (cədvəl 2).
Bu kateqoriyaya qoruq, milli park və təbii parkların meşələri və eyni zamanda, elmi və 
tarixi əhəmiyyəti olan meşələr, meşə-parklar, meşə-meyvə ağaclıqları, sabalp çemənliklərinə 
yaxın olan və digər kateqoriyaya aid olan, yüksək səviyyədə qorunmalı olan meşələr daxildir.
Birinci qrup meşələrin artmaqda rolunu (təbiət qoruyucu və rekreasiya amili kimi) mövcud 
və  eyni  şəhərlərin,  sənaye  mərkəzlərinin  tikildiyini,  respublika  əhalisinin  yüksək  templə 
artdığmı nəzərə alaraq, gələcəkdə birinci qrup meşələrin sahələrinin artacağı gözlənilir.
Qeyd  olunduğu  kimi,  Azərbaycan  azmeşəli  ölkədir.  Ayrı-ayrı  rayonların  ərazisinin 
meşəliliyi  müxtelifdir.  Bu  müxtəliflik  ərazinin  təbii  şəraiti  və  insanların  uzunmüddətli 
təsərrüfat fəaliyyəti ilə sıx surətdə bağlıdır.
Respublikada hər adambaşına orta hesabla çox az - 0,14 ha meşə sahəsi və 17,5 m3 oduncaq 
düşür. Dünya miqyasında bu göstəricilər müvafıq olaraq 3,14 ha və 3,7 m3, Ukraynada -4,8 
ha  ve  15  m3,  Gürcüstanda  0,52  ha  və  69  m3,  Moldovada  0,7  ha  və  5,5  m3-ə  berabərdir. 
Azərbaycan Respublikasının meşə fondunun ümumi sahəsinin 1 yanvar 1988-ci ilə ölçüsü 
1213,7 min hektardır.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə