Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə122/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   117   118   119   120   121   122   123   124   125

321
6.2. DMTS  üçün  ağaclıq  yaradarkən  müxtəlif  meşəbitmə  şəraiti  tipində  yer  seçilir  və 
məqsədli ağaclıq yaratmaq üçün bu tədbir aparılır.
6.3. DMTS üçün ayrılan ağaclığın yaşı aşağıdakı kimi olmalıdır:
 
Şam üçün 10 yaşdan aşağı; palıd, fıstıq, vələs üçün 20-60 il.
6.4. DMTS-i  üçün  ayrılmış  ağaclığın  sıxlığı  0,6-0,7  həddində  olmalıdır. Ağaclıq  təmiz 
və qarışıq cinslərdən ola bilər. Bu halda baş hıssədə (yarışda) hakim cinslər əsas yer 
tutmalıdır.
 
Sıxlığı normal saxlamaq üçün ağaclıqda seyrəltmə qırmaları aparılmalı və bu halda 
müsbət ağaclara namizəd nüsxələr saxlanmalıdır.
7. Müvəqqəti meşə toxumçuluq sahəsi
7.1. Müvəqqəti Meşə Toxumçuluq Sahəsı (MMTS) - yetışmiş və yetişməkdə olan normal 
seleksiya kateqoriyasına aid edilən, toxum tədarükü üçün ayrılan və hazırlanan meşə 
sahəsidir.
7.2. MMTS  üçün  ayrılan  sahə  hər  bir  təsərrüfat  müəssisəsinin  toxuma  olan  ehtiyacını 
nəzərə alaraq müəyyənləşdirilir.
8. Daimi meşə toxumçuluq bazasının yaradılmasının təşkili və 
planlaşdırılması
8.1. Yüksək  irsi  və  səpin  keyfıyyəti  olan  meşə  toxumlarının  tədarükünü  müntəzəm  və 
planlı şəkildə aparmaq üçün meşə müəssisəlırı elmi-tədqiqat və layihə təşkilatları ılə 
birlikdə meşə toxuınçuluğunun aparılması üçün plan hazırlayırlar, onların aparılması 
vaxtını, eyni zamanda ehtiyat toxum fondunu yaratmaq işlərini nəzərə alırlar.
8.2. MTS, DMTS, ana plantasiyası, yoxlama məqsədilə aparılan əkinlər, Klon arxivləri, 
aparılan qulluq ışləri planlaşdırılmalı və qəbul olunmuş qaydada hesaba alınmalıdır.
8.3. Meşə  toxumçuluğunu  genetik-seleksion  əsasa  keçırmək  üçün  bölgədə  aparılan 
təşkilatı işlər əsasında seleksiya-toxumçuluq mərkəzi yaradılmalıdır.
8.4. Tədarük  olunan  və  işlədilən  meşə  toxumlarının  hesabatı  ayrı-ayrılıqda  seleksion 
qiyməti üzrə hesabat kitabında vahid formada aparılır. Tədarükçünün apardığı toxum 
yığımının  seleksion  kateqorıya  üzrə  düzgün  təyin  olunmasına  nəzarət  və  həm  də 
onların meşə əkınlərində istifadəsinin düzgünlüyünü yoxlamaq meşə toxumçuluğuna 
nəzarət laboratoriyası tərəfindən həyata keçirilir. 
NƏTİCƏLƏR
Azərbaycan  Respublikasında  hələ  də  düzgiin  olmayan  yol  verilməyəcək  halda  meşə 
toxumçuluğu  sahələri  ayrılır.  Nəzərə  almaq  lazımdır  ki,  Müvəqqəti  Meşə  Toxumçuluq 
Sahələrini  (MMTS)  cavan  ağaclıqda,  mənşəyı  məlum  olmayan  meşə  əkinlərində  seçmək 
olmaz.  Daimi  Meşə  Toxumçuluq  Sahələrini  güclü  rekreasiyaya  məruz  qalan  yerlərdə, 
mənşəyi ağaclıq sahələrinə yaxın yerləşib, vəziyyəti çox pozulmuş, yaşlı, sanitar vəziyyəti 
qeyri-qənaətbəxş və s. olan yerlərdə aparmaq düzgün deyildir. Toxumluq sahələrini istismar 
edərkən xüsusilə diqqət yetirmək lazımdır ki, vəhşı ev heyvanları tərəfındən zədələnməmiş 
olsun.  Toxumluq  sahələrinin  ətrafı  hasara  alınmalı  və  ətrafları  3-4  metr  enində  zolaqlarla 
şumlanmalıdır. Toxumluq sahələrə pasport tərtib olunmalıdır.


322
Meşə təsərrüfatı
Daimi meşə toxumçuluğu sahəsinin pasportu N
1.  Ağaclığın yaşı (əkin ili) ___________________________________
2.  Sahənın olduğu yer _______________________________________
3.  Meşəçilik  ______________________________________________
4.  Kvartal N ______________________________________________
5.  Bölmə N _______________________________________________
6.  Bölmənin səciyyəsi  ______________________________________
7.  Relyef _________________________________________________
8.  Yamacın cəhəti, maillik ___________________________________
9.  Torpağı ________________________________________________
10.  Meşənin tipı ____________________________________________
11.  Bitmə şəraitinin tipi ______________________________________
12.  Bonitet  ________________________________________________
13.  Əsas cins (fenoloji, morfoloji forma) _________________________
14.  Ağacın meşənin tərkibində yeri%  ___________________________
Sahənin taksasiya təsviri
15.  Tərkibi  ________________________________________________
16.  Mənşəyi  _______________________________________________
17.  Yaşı (sinfi)  _____________________________________________
18.  Orta hündürlük __________________________________________
19.  Orta diametr ____________________________________________
20.  Bonitet  ________________________________________________
21.  Toxumluq ağacların bir-birindən məsafəsi _____________________
22.  Toxumluq ağacların çətirlərınin orta eni  ______________________
23.  Bir hektarda toxumluq ağacların sayı _________________________
24.  Gövdənın canlı çətirinə qədər orta məsafəsi  ___________________
25.  Toxumluq ağacların vəziyyəti və keyfıyyəti  ___________________
26.  Ətrafdakı ağaclığın qısa səciyyəsi ___________________________
27.  Meşə toxumluq sahəsi və daimi meşə toxumçuluğu sahəsinə aşağıdakı 
tərkibdə komissiya tərəfmdən təyin edilmişdir;
1.  
1
 _____________________________________________________
2. 
1
 _____________________________________________________
3. 
2
 _____________________________________________________
Tarix  _____________________________________________________
Meşə toxumçuluq sahələrinin ətrafı ağac dirəklərlə qəbul olunmuş qaydada sərhədlənir. 
Dirəklərdə  trafaretlə  sahənın  adı,  nömrəsi,  ağac  cinsinin  adı,  yaradılma  tarixi  və  sahənin 
ölçüsü (ha) göstərilir.


323
Qeyd olunmahdır ki, keyfiyyətli toxumlardan yetişdirilən ağaclıq (toxumluq sahələrindən 
tədarük  olan  toxumlarla)  meşələrin  məhsuldarlığını  artırır,  onların  bıolojı  davamlılığını, 
qoruyucu,  rekreasiya  və  sanitar-gigiyenık  funksiyalarını  yaxşılaşdırır,  yetişmə  müddətini 
qısaldır.  Yeni  yetişdirilən  ağaclığın  məhsuldarlığının  təkcə  10%  artırılması  hər  il  milyon 
manatlarla iqtisadi səmərə verə bilər. Ona görə də meşə təsərriifatında inkişaf əldə etmək üçün 
meşə əkinlərini tez bır zamanda keyfıyyətli toxumluq və əkin materıaları (ting, şitil) ilə təmin 
etmək vacib şərtdir (Xüsusilə, uzunsaplaq palıdının, Araz palıdının, saqqız ağacının, fıstığın, 
dağdağanın, Eldar şamının, cökənin və s azalmaqa olan ağac cinslərinin).
ƏSAS TERMİNLƏR
Genotop  -  orqanizmin  genetik  (irsi)  konstruksiyası.  Onun  bir-birinə  vahid  təsir  edən 
genidir.
Coğrafi əkin - hər hansı növün və ya növ müxtəlifliyinin təcrübə əkinidir. Əkin müxtəlif 
coğrafı mənşəyi olan toxumlarla eyni mühit şəraitində və yaxud bir mənşəli toxum müxtəlif 
coğrafı rayonlarda əkilir.
Getorozis  -  ana  nüsxələri  ilə  müqayisədə  birinci  nəslin  möhkəmliyini  və  həyatı 
davamlılığını artırır.
Klon - bir vegetativ üsulla artırılan bitkınin nəslidir.
Populyasiya - bir növ bıtkinin birliyinin müəyyən ərazidə yayılması, onların azad çarpaz 
olaraq bir-biri ilə tozlanması (bu və digər dərəcədə başqa birgə yaşayan bitkilərdən aralı olan).
Ailə - bir bitkinin toxum nəsli.
Bitki çeşidi - əkin üçün istifadə olunan birgə yaşadığı kənd və ya meşə təsərrüfatı üçün 
vacib olan əlamətlərinə görə seçilən (morfoloji, biokimyəvi və s.). Onlar artırılanda (cinsi və 
qeyri-cinsi) üzvlərinin seçilmiş xüsusiyyətlərini saxlayırlar.
Elita  -  təsərrüfat  baxımından  qiymətli  əlamətlərı  və  xüsusiyyətləri  özündə  əks  etdirən 
yüksək səviyyədə özünü göstərən bitkı nəslidir.
MEŞƏLƏRDƏ XİDMƏTİ QIRMALARIN APARILMASI
Respublikanın meşə ilə örtülü sahəsinin əksər hissəsini cavan və orta yaşlı ağaclıqlar əhatə 
edir,  onlar  müxtəlif  cins  tərkibinə  aiddır  və  meşənin  məhsuludurlar.  Ona  görə  də  xidməti 
qırmaların aparılması çox vacib təsərrüfatı tədbirdir və onlar meşələrin yetişdirilməsinə və 
təsərrüfat baxımından qiymətli, davamlı və yüksək məhsuldar ağaclıqların formalaşdırılmasına 
istiqamətləndirilir,  meşələrin  xeyirli  funksiyalarını  gücləndirir  və  oduncağından  vaxtında 
istifadə etrnəyə şərait yaradır.
Xıdməti  qırmalar  vasitəsilə  vaxtaşırı  arzuolunmaz  ağac  nüsxələrı  qırılır  və  sahədən 
çıxarılır,  baş  cinslərin  müsbət  nüsxələrinin  saxlanılıb  yetişdirilməsi  üçün  əlverişli  şərait 
yaranır. Azmeşəli rayonlarda xidməti qırmaların əhəmiyyəti böyükdür. Bundan əlavə, xidməti 
qırıntılar suqoruyucu, tarlaqoruyucu meşə zolaqlarında, yaşıllıqlarda böyük əhəmiyyət kəsb 
edir.
Xidməti qırıntılar aparmaq üçün konkret şəraitlərdə meşə təsərrüfatı orqanları «xidməti 
qırmalar haqda göstəriş»dən (Azərbaycan üçün tərtib olunmuş) istifadə edirlər (Ə.M.Hüseynov, 
L.M.Hüseynova, 1974). Bu göstəriş Azərbaycan Elmi Tədqiqat Meşə Təsərrüfatı İnstitutunun 
əməkdaş  F.Ə.Əmirov  (1991-ci  il)  tərəfındən  təkmilləşdirilmiş  və  respublikanın  rəhbər 
orqanları tərəfındən təsdiq edilmişdir.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə