Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə119/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   115   116   117   118   119   120   121   122   ...   125

314
olaraq götürmək və inzibati qanunvericiliklə müəyyən edilmiş digər hərəkətləri 
həyata keçirmək;
11.9.  Meşə  qanunvericiliyinin  pozulması  nəticəsində  vurulmuş  zərərin  həcmlərini 
müəyyən  etmək  (müəyyən  edilməsində  iştirak  etmək)  və  bunun  əsasında 
təqsirkar olan şəxslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək 
və ya iddiaları məhkəməyə təqdim etmək;
11.10.  Dövlət meşə fondunun inkişafı ilə əlaqədar müvafiq layihələrin hazırlanması və 
həyata keçirilməsi barədə Nazirliyə təkliflər vermək
11.11.  Nazirliyin  Ətraf  Mühit  və  Təbii  Sərvətlər  üzrə  Dövlət  İnformasiya  -  Arxiv 
Fondunun materiallarından müəyyən olunmuş qaydada pulsuz istifadə etmək;
11.12.  Qanunvericiliyə uyğun olaraq digər hüquqlara malik olmaq. 
V. DEPARTAMENTİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
12. 
Departamentə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri 
tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor rəhbərlik edir.
12.1.  Direktor  Departamentə  həvalə  edilmiş  vəzifə  və  funksiyaların  həyata 
keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
13. 
Direktor aşağıdakı səlahiyyətlərə malikdir:
13.1.  Departamentin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
13.2.  Müəyyən  edilmiş  əməyin  ödənilməsi  fondu  daxilində  Departamentin  xərclər 
smetasını və ştat cədvəlini hazırlayır, təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;
13.3.  Öz səlahiyyətləri daxilində Departamentin fəaliyyətinə dair icrası məcburi olan 
əmr, sərəncam və göstərişlər verir, onların icrasını təşkil edir və yoxlayır;
13.4.  Departamentin  nomenklaturasına  daxil  olan  işçiləri  vəzifəyə  təyin  edir  və 
vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada 
həvəsləndirmə və intizam tənbeh tədbirləri görür.
13.5.  Ətraf  mühitin  mühafizəsi,  təbiətdən  istifadə  və  ekoloji  təhlükəsizlik  qaydaları 
pozulduqda inzibati xətalar haqqında işlər üzrə icraata başlayır, inzibati araşdırma 
aparır, inzibati xətalar haqqında işlərə baxır, təqsirkar şəxslər barəsində Azərbaycan 
Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq tədbirlər görür və 
inzibati  tənbehin  tətbiq  edilməsi  barədə  qərar  verir,  təqsirkarların  inzibati  və 
ya  cinayət  məsuliyyətinə  cəlb  edilməsi  barədə  materialları  müvafiq  orqanlara 
göndərir.».
14. 
Departamentin kadr, hüquq, maliyyə – mühasibatlıq və kargüzarlıq xidmətləri 
Nazirliyin  müvafiq  qurumlarının  funksional  tabeliyində  fəaliyyət  göstərir,  öz 
işlərini  Nazirliyin  aidiyyəti  idarələrinin  göstərişləri,  qaydaları,  təlimatları  və 
digər rəhbər sənədləri əsasında qururlar.
15. 
Departamentin Azərbayjan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri 
tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan, səlahiyyətləri Nazir 
tərəfindən müəyyənləşdirilən bir direktor müavini vardır.
VI. DEPARTAMENTİN YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV 
EDİLMƏSİ
16.  Departament  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada,  o  cümlədən Azərbaycan 
Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirinin  Əmri  ilə  yenidən  təşkil 
olunur və ləğv edilir.


315
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər 
Nazirliyinin
Meşələrin İnkişafı Departamentinin strukturu


316
MEŞƏ TOXUMÇULUGU HAQQINDA TÖVSİYƏLƏR
Yeni salınan meşələrin məhsuldarlığının, keyfıyyətimn davamlılığının yüksəldilməsinin 
imkanlarından biri meşə təsərrüfatında seleksiya üsullarının geniş tətbiq olunmasıdır. Bu, ilk 
növbədə, toxumçuluğa və mcşə əkinlərinə aıddir.
Azərbaycanda  bütün  meşəbitmə  bölgələrində  meşələrin  ırsi  xassələri  güclü  surətdə 
dəyişikliyə uğramışdır, bununla belə yüksək məhsuldarlığlı və keyfiyyətli ağaclıqlar (müsbət 
ağaclıqlar) qalmaqdadır. Onlar təsərrüfatlar üçün mühüm əhəmiyyətə malikdirlər. Xüsusilə, 
özlərinin  irsi  göstəricilərinə,  gövdəsinin  keyfiyyətinə,  ziyanvericilərə  və  xəstəliklərə  qarşı 
davamlılığına görə daha qıymətlidirlər. Ona görə də meşə toxumçuluğu üzrə əsas tövsiyənin 
hazırlanması əsas ağac cinslərinin (palıd, fıstıq, vələs, qoz, çökə, saqqız və s.) toxumçuluğunun 
təşkili və genetık-toxumçuluq əsasında aparılmasının vahid texniki siyasətinin təmin olun-
masına yönəlmişdir.
Tövsıyələrin  yazılınası  üçün  keçmiş  SSRİ-də  toxumçuluq  üzrə  hazırlanmış  normativ 
sənədlərdən, tövsiyələrdən, normativlərdən, nazirliklər və təşkilatlar tərəfındən təsdiq olun-
muş digər sənədlərdən istifadə olunmuşdur.
1. Ümumi vəziyyət
1.1. Meşə  toxumçuluğu-meşə  təsərrüfatının  bir  hissəsidır,  onun  məqsədi  qiymətli 
irsi  xüsusiyətli,  səpin  üçün  yüksək  keyfıyyəti  olan  toxumları  əldə  etməkdir.  Meşə 
toxumçuluğuna daimi meşə toxumçuluğu bazası yaratmaq üçün, genetık-toxumçuluq 
əsasında  kompleks  tədbirlər  daxil  olur  və  əkilən  meşələrin  məhsuldarlığını, 
keyfıyyətıni və davamlılığını artırmaq məqsədləri güdür.
1.2. Daimi meşə toxumçuluğu bazası klonlardan və yaxud müsbət və elit ağaclardan ibarət 
olur. Daimi Meşə Toxumçuluq Sahələri isə (DMTS) yüksək məhsuldar təbii meşələrdə 
yaradılan müvafıq bitmə şəraiti olan sahələrdə və meşə əkinlərində, eyni zamanda 
miisbət ağaclıqlarda (toxumluq sahələrdə) yaradılır. DMTS yaratmaq üçün müxtəlif 
seleksiya obyektlərindən, o cümlədən müsbət (elit) ağaclardan, ana plantasiyalardan, 
klon arxivlərindən, müsbət ağacların müşahidə (yoxlama) əkinlərindən, coğrafı və 
populyasiya- ekoloji əkinlərdən istıfadə olunur.
 
Meşə toxumluq rayonları nəzərə alınmaqla, daimi meşə toxumluq bazasının bir və 
ya bir neçəsi təşkil edilir və genetik baxımdan meşə əmələgətirən vo introduksiya 
olunmuş qiymətli cinslərin toxumlarını tədarük etmək məqsədini güdür.
1.3. Daimi  meşə  toxumçuluq  bazasının  təşkilində  aşağıdakılar  nəzərə  alınır:  ağaclığın 
seleksiya  inventarlaşması,  eyni  zamanda  meşə  təsərrüfatı  üçün  perspektivli  olan 
introduksiya olunmuş müsbət ağac nüsxələri və ağaclıqları; yerli və digər yerlərdən 
gətirilmiş  ağacların  genetik  qiymətləndirilməsi;  müsbət  ağacların  (və  ya  onların 
klonlarının)  genctik  qiymətləndirilməsi;  kolleksiya  sahələri  yaratmaqla  genetık 
fondun saxlanması; müsbət (elit) ağacların toxumla və vegetativ yollarla artırılması 
vasıtəsilə toxumluq plantasiyasının yaradılması.
1.4. DMTS yaradılarkən meşə toxumçuluq obyektlərinin cəmləşməsi nəzərə alınmalıdır 
(bırinci  növbə  meşə  toxumçuluq  plantasiyası  -  MTP).  MTP  layihə  əsasında 
yaradılmalıdır.
1.5. Meşə  toxumları  aşağıdakı  əsas  seleksiya  kateqoriyalarına  bölünür:  çeşidli, 
yaxşılaşdırılmış və normal.
 
Çeşidli - o toxumlardır ki, onlar meşə toxumçuluğu obyektlərindən (MTP, DMTS 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə