Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə116/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   112   113   114   115   116   117   118   119   ...   125

306
bitki sortlarının müştərək məlumatlar bankının təşkilinə və istifadəsinə imkan yaradırlar.
Maddə 18
Tərəflər,  bu  Sazişin  tələblərinin  yerinə  yetirilməsi  üzrə  bitki  sortlarının  mühafizəsi 
sahəsində  koordinasiya  fəaliyyətini,  Tərəflərin  təşkilatlarının  iştirakı  da  təmin  olunmaqla 
toxumçuluq məsələləri üzrə MDB hökumətlərarası koordinasiya şurasını səlahiyyətləndirirlər.
Maddə 19
Bu Sazişin istifadəsi və şərhi ilə əlaqədar meydana çıxan mübahisələr maraqlı Tərəflərin 
məsləhətləşməsi və danışıqlar yolu ilə həll olunur.
Maddə 20
Bu  Saziş,  Tərəflərin  iştirakçısı  olduqları  digər  beynəlxalq  müqavilələrdən  irəli  gələn 
öhdəliklərinə toxunmur.
Maddə 21
Bu  Saziş  onun  məqsəd  və  prinsiplərinə  şərik  olan  başqa  dövlətlərin  hökumətlərinin 
qoşulması üçün açıqdır. Qoşulmaq istəyən hökumətlər üçün bu Saziş onların qoşulmağa dair 
depozitar sənədlərinin saxlanmaya verildiyi vaxtdan qüvvəyə minir. 
Maddə 22
Bu Sazişə əlavə və dəyişikliklər Tərəflərin ümumi razılığı ilə, ayrıca protokol tərtib etməklə 
aparılır və onlar Sazişin 23-cü maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minirlər.
Maddə 23
Bu Sazişi imza edən Tərəflərin bütün vacib dövlətdaxili qaydaların yerinə yetirilməsini 
təsdiq edən üçüncü xəbərdarlığın depozitariyaya saxlanmağa verildiyi gündən qüvvəyə minir.
Tələb  olunan  qaydaları  (prosedurları)  gec  yerinə  yetirən  Tərəflər  üçün  isə,  o  müvafiq 
sənədlərin depozitariyaya verildiyi gündən qüvvəyə minir.
Maddə 24
Bu  Saziş  beş  il  müddətinə  bağlanır  və  Tərəflər  başqa  qərarlar  qəbul  etmədiyi  halda 
avtomatik olaraq növləəri beş ilə uzadılır.
Maddə 25
Hər hansı Tərəf bu Sazişdən çıxmaq üçün altı ay öncə bu barədə depozitariyaya yazılı 
xəbərdarlıq göndərməklə çıxa bilər.
Mümkün  mübahisələrin  və  iradların,  eyni  zamanda  əmlak  xarakterli  məsələlərin  həlli 
məqsədilə  bu  Sazişin  müddəaları  qoyulmuş  tələblərin  tam  tənzimlənməsinə  qədər  öz 
qüvvəsini saxlayır.
2001-ci il martın 16-da Moskva şəhərində rus dilində bir həqiqi nüsxədə tərtib edilmişdir. 


307
Həqiqi  nüsxə  Müstəqil  Dövlətlər  Birliyi  İcraiyyə  Komitəsində  saxlanılır  və  onun  təsdiq 
edilmiş surəti bu Sazişə imza atan dövlətlərə göndərilir.
Azərbaycan Respublikası Hökuməti tərəfindən 
A.ABBASOV
Ermənistan Respublikası Hökuməti tərəfindən  
S.SAAKYAN
Belarus Respublikası Hökuməti tərəfindən  
D.KOZİK
Gürcüstan Hökuməti tərəfindən 
L.DZİNELADZE
Qazaxstan Respublikası Hökuməti tərəfindən 
D.AXMEDOV
Qırğızıstan Respublikası Hökuməti tərəfindən 
A.SÜLEYMANOV
Moldava Respublikası Hökuməti tərəfindən  
A.KUKU
Tacikistan Respublikası Hökuməti tərəfindən 
X.TURADCANZADƏ
Ukrayna Hökuməti tərəfindən 
Y.EXANUROV
Saziş  Moldova  Respublikası  tərəfindən  xüsusi  rəylə  imzalanmışdır.  Saziş  Ukrayna 
tərəfindən qeyd şərtlə imzalanmışdır «Ukrayna bitki sortuna mühafizə hüququnu mühafizə 
üçün ərizənin nəşr edilməsi vaxtından həvalə edir».
Saziş Rusiya Federasiyası və Özbəkistan Respublikası tərəfindən imzalanmadı.


308
«Yeni bitki sortlarının mühafizəsi haqqında» Beynəlxalq 
Konvensiyaya
qoşulmaq barəsində
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I.  Azərbaycan  Respublikası  1961-ci  il  dekabrın  2-də  qəbul  edilmiş  və  1972-ci  il 
noyabrın  10-da,  1978-ci  il  oktyabrın  23-də  və  1991-ci  il  martın  19-da  Cenevrə 
şəhərində yenidən baxılmış «Yeni bitki sortlarının mühafizəsi haqqında» Beynəlxalq 
Konvensiyaya qoşulsun.
II.  Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti 
İlham ƏLİYEV
Bakı şəhəri, 5 dekabr 2003-cü il 
№ 534-IIQ


309
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər 
Nazirliyinin
Meşələrin İnkişafı Departamentinin strukturu
Azərbaycan Respublikasının 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 
«24 » dekabr 2002- ci il tarixli 
2580/ü nömrəli Əmri ilə təsdiq edilmişdir. 
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Meşələrin İnkişafı Departamenti haqqında 
ƏSASNAMƏ
I. ÜMUMİ MÜDDƏALAR 
1.  Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  Meşələrin 
İnkişafı  Departamenti  (bundan  sonra  –  «Departament»)  Azərbaycan  Respublikası 
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  (bundan  sonra  –  «Nazirlik»)  23  dekabr 
2002-ci il tarixli 2578/ü Əmri ilə yaradılmışdır.
2.  Departament  Dövlət  meşə  fondunun  ərazisində  meşələrin  qorunub  mühafizə 
olunmasını, meşəbərpa və meşəsalma işlərinin, əkin materiallarının yetişdirilməsinin, 
meşə  ağac  və  kol  cinslərinin  toxumlarının  tədarükünün,  meşə  fondu  torpaqlarının 
dövlət uçotunun və meşə kadastırının aparılmasını, meşələrə xidmət işlərini (aralıq 
istifadə  qırmalarını)  və  digər  meşə  təsərrüfatı  tədbirlərini  ,  o  cümlədən  fəaliyyət 
zamanı meşə qanunvericiliyinin icrasına nəzarəti həyata keçirən orqandır.
3.  Departament  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının  Konstitusiyasını, 
Azərbaycan  Respublikasının  qanunlarını  və  Azərbaycan  Respublikasının  tərəfdar 
çıxdığı  beynəlxalq  müqavilələri,  Azərbaycan  Respublikası  Prezidentinin  fərman 
və  sərəncamlarını,  Azərbaycan  Respublikasının  Meşə  Məcəlləsini,  Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin Əsasnaməsini
əmr, sərəncam və göstərişlərini, bu Əsasnaməni və həmin sahədə olan digər normativ 
– hüquqi aktları rəhbər tutur. 
4.  Departament öz səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış 
edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir. 
5.  Departamentin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət 
büdcəsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata 
keçirilir.
6.  Departament  müstəqil  balansa,  Nazirlik  tərəfindən  onun  operativ  idarəçiliyinə 
verilən  Dövlət  mülkiyyətində  olan  əmlaka,  üzərində  Azərbaycan  Respublikasının 
Dövlət Gerbinin təsviri, Nazirliyin və öz adı əks olunmuş möhürə, müvafiq blank və 
ştamplara, bank hesabına malikdir.
7.  Departament  öz  fəaliyyətini  bilavasitə  və  Nazirliyin  Meşə  Mühafizəsi  və  Bərpası 
Müəssisələri, Meşə Tingliyi Müəssisələri, Əlaqələndirmə Mərkəzi, Zərərvericilərə və 
Xəstəliklərə Qarşı Mübarizə Mərkəzi və Meşəsalma Müəssisələri vasitəsi ilə həyata 
keçirir və onların işini tənzimləyir, təhlil edir, həmçinin fəaliyyətlərinə nəzarət edir. 
8.  Departament Bakı şəhəri Yasamal r-nu B.Ağayev 100 A ünvanında yerləşir.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə