Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə115/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   111   112   113   114   115   116   117   118   ...   125

301
Göstərilən  günlərdə  hazırkı  Protokola  öz  imzalarını  qoyan  kifayət  qədər  salahiyyətli, 
aşağıda imza edənlər onu təsdiqləyir.


302
«Bitki sortlarının hüquqi mühafizəsi haqqında» Sazişin təsdiq 
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I.  2001-ci  il  martın  16-da  Moskva  şəhərində  Müstəqil  Dövlətlər  Birliyinin  İqtisadi 
Şurasının iclasında imzalanmış «Bitki sortlarının hüquqi mühafizəsi haqqında» saziş 
təsdiq edilsin. 
II.  Bu qanun dərc edildiyi gündən qüvvəyə minir. 
Azərbaycan Respublikasının Prezidenti 
Heydər ƏLİYEV
Bakı şəhəri, 1 sentyabr 2003-cü il
№ 498-IIQ


303
Bitki sortlarının hüquqi mühafizəsi haqqında
SAZİŞ
Bu Sazişdə sonradan Tərəflər adlandırılacaq iştirakçı-dövlətlərin Hökumətləri:
kənd təsərrüfatı istehsalının səmərəliliyini artırmaq məqsədi ilə seleksiya və toxumçuluq 
sahəsində  iqtisadi  və  elmi-texniki  əməkdaşlığı  saxlamaq  və  inkişaf  etdirməyən  obyektiv 
gercəkliyindən çıxış edərək;
bitki sortlarının səmərəli mühafizəsinə təsir göstərməyən vacibliyini nəzərə alaraq;
yüksək məhsuldar və yüksək keyfiyyətli bitki sortlarının yaradılmasına və birgə dövlət 
sınağından keçirilməsinə mühüm əhəmiyyət verərək;
dövlətlərin  seleksiya  nailiyyətlərinin  qorunması  sahəsində  Tərəflərin  əməkdaşlığının 
vacibliyini qəbul edərək;
kənd  təsərrüfatı  bitkilərinin  əkin  materialları  və  toxumu  ilə  qarşılıqlı  sərfəli  ticarətin 
inkişafına cəhd edərək;
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu  Sazişin  məqsədləri  üçün  istifadə  edilən  terminlər  və  anlayışlar  aşağıdakı  mənaları 
daşıyır:
bitki  sortu  (sort)  -  ibtidailər  çərçivəsində  məlum  botaniki  taksonlardan  olan  və 
aşağıdakılara:
eyni genotipin və genotiplər kombinasiyasının həyata keçirilməsi nəticəsində əlamətlərin 
büruzə verilməsi dərəcəsinin müəyyən olunmasına;
istənilən  digər  başqa  qrup  bitkilərdən  bu  əlamətlərdən  ən  azı  birinə  görə  fərqlənmə 
dərəcəsinə;
onun təkrar istehsal üçün dəyişdirilməmiş formada bitki sortu baxımından bütöv vahid 
kimi baxılmasına malik bitki qrupları
qorunan sort - Tərəflərin dövlət reyesterlərində qeydiyyata alınmış bitki sortu;
müştərək  bitki  sortu  -  müqavilələr,  sazişlər,  kontraktlar  və  ya  digər  razılaşmalar 
çərçivəsində beynəlxalq proqramlar əsasında birgə yaradılmış bitki sortu;
ərizəçi - bitki sortuna müəlliflik hüququnu təsdiq edən sənədin ona təqdim edilməsi üçün 
ərizə verən hüquqi və ya fiziki şəxs;
mühafizə  olunan  sanəd  -  sorta  müəlliflik  hüququnu  təsdiq  edən  səlahiyyətli  orqanın 
sənədi;
hüquqlu şəxs - mülkiyyət hüququ mühafizə olunan sənədə əsaslanan hüquqi və yaxud 
fiziki şəxs;
Maddə 2
Tərəflər  əmədaşlığı  istehsalçı  və  istehlakçının  xeyri  üçün  bitki  sortlarının  mühafizəsi, 
istifadəsi, ötürülməsi və yayılmasına daha əlverişli şərait yaratmaq məqsədilə həyata keçirirlər.
Maddə 3
Bitki  sortlarına  hüququn  mühafizəsi Tərəflərin  milli  qanunvericiliklərinə  uyğun  həyata 
keçirməklə bitki sortuna verilmiş mühafizə olunan sənədlə təsdiqlənir.


304
Mühafizə həmçinin Tərəflərin qarşılıqlı qəbul etdiyi mühafizə olunan sənədlər əsasında 
digər tərəflərin səlahiyyətli orqanlarının ikitərəfli və çoxtərəfli razılaşmalarına uyğun aparılan 
ekspertiza nəticələri nəzərə alınmaqla da həyata keçirilə bilər.
Maddə 4
Hər  bir  tərəf  bitki  sortlarına  hüququn  mühafizəsi  sahəsində  özünün  hüquqi  və  fiziki 
şəxslərinə yaratdığı hüquqi rejimi eynilə digər Tərəfin hüquqi və fiziki şəxslərinə də təqdim 
edir.
Maddə 5
Tərəflər bitki sortlarına hüququn mühafizəsini mühafizəyə ərizənin verildiyi və ya onun 
nəşr olunduğu andan verirlər.
Mühafizənin  həcm  meyarı  və  bitki  sortlarının  hüquqi  mühafizə  müddətləri  mühafizə 
təqdim edən Tərəfin qanunvericiliyinə uyğun müəyyənləşdirilir.
Maddə 6
Bir neçə Tərəfin ərazisində mühafizə olunmasına ərizə verilmiş bitki sortunun adı eyni 
olmalıdır.
Tərəflərdən  hər  hansı  birinin  ərazisində  həmin  ərazidə  mühafizə  olunan  sortun  toxum 
materialını kommersiya dövriyyəsinə çıxaran və ya satışa təqdim edən hüquqi və fiziki şəxs 
əgər üçüncü tərəfin hüquqları buna əngəl yaratmırsa, sorta müəlliflik hüququ verən vəsiqənin 
müddəti bitmiş olsa belə bu sortun adından istifadə etməyə borcludur.
Maddə 7
Bitki sortlarının mühafizəsi üçün ərizə, milli qanunvericiliyinə uyğun mühafizəni üzərinə 
götürən Tərəfin səlahiyyətli orqanına verilir. Ərizə müraciət olunan Tərəfin dilində və ya rus 
dilində təqdim edilir.
Bitki sortlarına hüququn mühafizəsi ilə bağlı hüquqi fəaliyyətə görə, miqdarı və ödənilmə 
müddəti mühafizə edən Tərəfin qanunvericiliyinə uyğun müəyyən edilmiş rüsumlar alınır.
Rüsumlar ərizəçi, hüquqlu şəxs, həmçinin digər maraqlı fiziki və ya hüquqi şəxs tərəfindən 
ödənilir.
Maddə 8
Bitki sortlarının istifadəsində müstəsna hüquq və hüquqlu şəxsin hüququnun verilməsi 
Tərəflərin milli qanunvericilikləri ilə tənzimlənir.
Maddə 9
Mühafizə olunan bitki sortu aşağıdakı hallarda hüquqlu şəxsin razılığı olmadan istifadə 
oluna bilər:
sınaq məqsədlərilə;
yeni sortların yaradılması məqsədilə;
şəxsi qeyri-kommersiya məqsədilə.


305
Maddə 10
Mühafizə  olunan  bitki  sortlarının  toxum  materialından  aşağıdakı  hallarda  istifadadə 
hüquqlu şəxsin icazəsi tələb olunur: istehsal və ya təkrar istehsal; artırmaq məqsədilə əkin 
kondisiyasına çatdırmaq; satış üçün təqdim etmək;
satmaq və ya digər kommersiya əməliyyatına çıxarmaq; ixrac; idxal; yuxarıda göstərilən 
məqsədlər üçün saxlamaq.
Maddə 11
Müştərək bitki sortlarının qorunması üçün ərizə mühafizə üçün müraciət olunan Tərəfin 
qanunvericiliynə uyğun olaraq onun səlahiyyətli orqanına verilir.
Ərizəçilər ilk ərizənin verilməsi üçün Tərəfin seçilməsində öz seçim hüquqlarını saxlayırlar.
Müştərək  seleksiya  nailiyyətlərindən  istifadə  hüququnun  şərtləri  xüsusi  müqavilələr, 
sazişlər, kontraktlar və digər razılıqlarla tənzimlənir.
Maddə 12
Sortun kommersiya məqsədi ilə istifadəsi insanların həyatına və sağlamlığına, bitki və 
heyvanlara, həmçinin ətraf mühitə ziyan vura biləcəyi halda Tərəflər sortun mühafizəsindən 
imtina edə bilərlər.
Maddə 13
Tərəflər  mühafizə  olunan  bitki  sortlarının  qanunsuz  istifadəsinin  əleyhinə  yönəlmiş 
tədbirlər görürlər.
Maddə 14
Tərəflər öz milli qanunvericiliklərində Saziş iştirakçıları olan ölkələrin hüquqlu şəxslərinin 
hüquqlarının bərabərlik şəraitində qorunmasını təmin edən müddəalar nəzərdə tuturlar.
Maddə 15
Tərəflər yeni bitki sortlarının mühafizəsi üzrə 1961-ci ildə qəbul edilmiş və 1972, 1978 
və  1991-ci  illərdə  yenidən  baxılmış  Beynəlxalq  Konvensiyanın  tələblərini  nəzərə  alaraq 
bitki  sortlarının  hüquqi  mühafizəsi  sahəsində  milli  qanunvericiliklərinin  hazırlanması  və 
təkmilləşdirilməsi üzrə lazımi tədbirlər görürlər.
Maddə 16
Tərəflər  bitki  sortlarının  mühafizəsi  hüququ  sahəsində  milli  təşkilatların  səmərəli 
fəaliyyətinə, həmçinin bu təşkilatlar arasında əməkdaşlığa dair razılaşmaların bağlanmasına 
imkan yaradırlar.
Maddə 17
Tərəflər  maraqlı  fiziki  və  hüquqi  şəxslərin  Tərəflərin  qorunan  bitki  sortlarının  milli 
siyahıları ilə tanış olmağa icazəni təmin edir, həmçinin qorunan və istifadəsinə icazə verilən 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə