Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə113/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   109   110   111   112   113   114   115   116   ...   125

297
üzrə məsləhətləşmələrin aparılması üzrə köməkçi orqan və onların həyata keçirilməsi 
üzrə  köməkçi  orqan  hazırkı  Protokolun  yerinə  yetirilməsi  üzrə  köməkçi  orqan 
kimi müvafiq olaraq fəaliyyət göstərir. Konvensiyaya uyğun olaraq bu iki orqanın 
fəaliyyətinə  aid  olan  qərarlar  mutatis  mutandis  Protokoluna  tətbiq  edilir.  Elmi-
texniki aspektlər üzrə məsləhətləşmələr aparan köməkçi orqan və hazırkı Protokolun 
həyata  keçirilməsi  üzrə  köməkçi  orqanın  sessiya  iclasları  elmi-texniki  aspekt  üzrə 
məsləhətləşmələr  aparan  köməkçi  orqan  və  Konvensiyanın  yerinə  yetirilməsi  üzrə 
köməkçi orqanın iclaslarına müvafiq olaraq həyata keçirilir. 
2.  Hazırki  Protokolun Tərəfləri  sayılmayan  Konvensiya Tərəfləri  köməkçi  orqanların 
istənilən sessiyasının işində müşahidəçi sifəti ilə iştirak edə bilər. Köməkçi orqanların 
hazırki Protokolun köməkçi orqanlar sifəti ilə fəaliyyət göstərdiyi tədbirdə hazırki 
Protokolla bağlı qərarlar yalnız bu Protokolun Tərəfləri hesab olunan Tərəflər vasitəsi 
ilə qəbul edilir. 
3.  Konvensiyanın 9 və 10-cu maddələrinə uyğun olaraq təsis edilmiş köməkçi orqanlar 
hazırkı Protokola aid olan məsələlər üzrə öz funksiyalarını həyata keçirərkən, hazırki 
Protokolun hal-hazırda tərəfi hesab edilməyən Tərəflər Konvensiyasını təmsil edən 
köməkçi orqanlar Bürosunun istənilən üzvü hazırkı Protokolun Tərəfləri tərəfindən 
öz sırasından seçilmiş əlavə üzvlə əlavə olunur. 
Maddə 16 
Hazırkı  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransı 
Konvensiyasının  13-cü  maddəsində  göstərilən  çoxtərəfli  məsləhətləşmələrin  hazırkı 
Protokola tətbiq olunması məsələsi Tərəflər Konfransı tərəfindən qəbul edilə biləcək müvafiq 
qərarlar baxımından lazım gəldikdə bu prosesin modifikasiyası məsələsini mümkün olan kimi 
nəzərdən keçirəcək. Hazırkı Protokola tətbiq oluna biləcək istənilən çoxtərəfli məsləhətləşmə 
prosesi 18-ci maddəyə uyğun olaraq təsis edilmiş prosedur və mexanizmlərə xələl gətirmədən 
fəaliyyət göstərir.
Maddə 17 
Tərəflər  Konfransı  tullantıların  satış  hesabatı  və  məruzələrin  araşdırılması  və  təqdim 
olunması  üçün  müvafiq  prinsip,  şərt,  qayda  və  rəhbər  prinsipləri  müəyyənləşdirir.  B 
əlavəsinə daxil edilmiş Tərəflər 3-cü maddəyə əsasən öhdəlikləri yerinə yetirmək məqsədi ilə 
tullantıların satışında iştirak edə bilərlər. İstənilən bu cür satış forması hazırkı maddəyə uyğun 
olaraq  tullantıların  məhdudlaşdırılması  və  ixtisarı  üzrə  müəyyən  say  öhdəliklərinin  yerinə 
yetirilməsi məqsədi ilə daxili fəaliyyəti tamamlayır.
Maddə 18 
Hazırkı Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı 1-ci 
sessiyasında hazırkı protokol qərarlarının yerinə yetirilməsi hallarının aşkara çıxarılması üçün 
müvafiq səmərəli prosedur və mexanizmləri və riayət etməmək hallarının səbəb, növ, dərəcə 
və tezliyini nəzərə alaraq baş verəcək nəticələrin təxmini sadalanmasının işlənib hazırlanması 
yolu ilə bu cür qərarlara riayət etməmə hallarına müvafiq reaksiyalar verir. Hazırkı maddəyə 
uyğun  olaraq  icbari  xarakter  daşıyan  nəticələrlə  bitən  istənilən  prosedur  və  mexanizmlər 
hazırkı Protokola düzəlişlər vasitəsi ilə daxil edilir.
Maddə 19 


298
Konvensiyanın  mübahisələri  nizama  salınması  haqqında  14-cü  maddəsinin  qərarları 
mutatis mutandis protokoluna tətbiq edilir.
Maddə 20 
1.  İstənilən Tərəf hazırkı Protokola düzəlişlər etmək təklifini verə bilər. 
2.  Hazırkı Protokola düzəlişlər hazırkı Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət 
göstərən  Tərəflər  Konfransının  növbəti  sessiyasında  həyata  keçirilir.  Katibliyə 
qəbul olunmaq üçün təqdim edilən və müşavirənin başlamasına ən azı 6 ay qalmış 
hazırkı Protokola təklif olunan istənilən düzəlişin mətnini Tərəflərə bildirir. Katiblik 
Konvensiyanın  Tərəfləri  və  imza  edən  Tərəflərinə  və  məlumatlandırmaq  üçün 
depozitor Tərəfə təklif olunan düzəlişlərin mətnini də bildirir. 
3.  Tərəflər hazırkı Protokola təklif olunan istənilən düzəlişlər üzrə razılıq əldə olunması 
üçün konsensus əsasında mümkün olan hər bir işi görür. Konsensusun əldə olunmasına 
yönələn  bütün  cəhdlərin  boşa  çıxdığı  və  razılaşmanın  əldə  olunmadığı  təqdirdə, 
düzəliş son çıxış yolu kimi Tərəflərin qeyd olunan müşavirəsində səsvermədə iştirak 
edənlərin 3/4 hissəsinin əksəriyyət səsi ilə qəbul edilir. Katiblik qəbul olunmaq üçün 
onu bütün Tərəflərə müşayiət edən depozitor Tərəfə qəbul olunmuş düzəliş mətnini 
bildirir. 
4.  Düzəlişlərin  qəbul  olunması  haqqında  sənədlər  mühafizə  olunmaq  üçün  depozitor 
Tərəfə  təhvil  verilir.  Yuxarıda  göstərilən  3-cü  bəndə  uyğun  olaraq  qəbul  edilmiş 
düzəliş hazırki Protokolun Tərəflərin ən azı 3/4 hissəsi Tərəfindən qəbulu haqqında 
sənədin depozitor Tərəfindən qəbul edildiyi 90-cı gün bu sənədi qəbul edən Tərəflər 
üçün qüvvəyə minir. 
5.  Düzəliş  göstərilən  Tərəfin  söz  gedən  düzəlişin  qəbul  edilməsi  haqqında  sənədin 
depozitor Tərəfə mühafizə üçün təqdim olunduğu təhvil gününün 90-cı günü bütün 
Tərəflər üçün qüvvəyə minir. 
Maddə 21 
1.  Hazırkı Protokola əlavə onun ayrılmaz hissəsini təşkil edir və əgər digər məsələlər 
nəzərdə  tutulmursa,  mövcud  Protokola  əsasən  eyni  zamanda  ona  edilən  istənilən 
əlavələrə iqtibas deməkdir. Mövcud Protokolun qüvvəyə minməsindən sonra qəbul 
edilmiş istənilən əlavələr elmi, texniki, prosedur və yaxud inzibati məsələlərə aid olan 
təsviri xarakter daşıyan sadalama, forma və ya hər hansı digər materialla məhdudlaşır. 
2.  Hər bir Tərəf hazırkı Protokla əlavənin qəbul edilməsi haqqında təklif irəli sürə bilər 
və hazırkı Protokola olan əlavələrə düzəliş etmək təklifini verə bilər. 
3.  Hazırkı  Protokola  əlavələr  və  protokol  əlavələrinə  edilən  düzəlişlər  hazırkı 
Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransının 
növbəti sessiyasında qəbul edilir. Katiblik iclasın başlanmasına ən azı 6 ay qalmış 
təklif olunan istənilən əlavənin və yaxud əlavəyə edilən istənilən düzəlişin mətnini 
Tərəflərə bildirir. Katiblik həm də istənilən təklif olunana əlavə və yaxud əlavələrə 
edilən istənilən düzəlişin mətnini Tərəflərə Konvensiyanı imza edən Tərəflərinə və 
məlumatlandırmaq üçün depozitor Tərəfə bildirir. 
4.  Tərəflər  təklif  olunan  istənilən  əlavə  və  yaxud  istənilən  düzəliş  üzrə  konsensus 
əsasında razılıq əldə etmək üçün əlindən gələni əsirgəmir. 
5.  Konsensusa yönəlmiş bütün cəhdlər boşa çıxdıqda, razılaşma əldə olunmadıqda bu 
zaman əlavə və yaxud əlavəyə düzəliş son çıxış yolu kimi Tərəflərin qeyd olunan 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə