Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə114/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   110   111   112   113   114   115   116   117   ...   125

299
iclasında səs vermədə iştirak edənlərin 3/4 hissəsinin böyük əksəriyyət səsi ilə qəbul 
edilir.  Katiblik  qəbul  olunmuş  əlavə  və  yaxud  əlavəyə  düzəlişin  mətninin  qəbul 
olunması üçün bütün Tərəflərə müşayiət edən depozitor Tərəfə bildirir. 
6.  Yuxarıda  göstərilən  3  və  4-cü  bəndlərə  müvafiq  olaraq  qəbul  edilmiş  (a)  və  (b) 
bəndlərindən başqa əlavə və yaxud əlavəyə düzəliş hazırkı Protokolun bütün Tərəfləri 
üçün depozitor tərəfindən qeyd olunan əlavə, yaxud əlavəyə düzəlişin qəbul olunması 
haqqında Tərəflərə göndərdiyi bildirişdən yalnız 6 ay sonra qüvvəyə minir, bu müddət 
ərzində qeyd olunan əlavə və yaxud əlavəyə edilən düzəlişi qəbul etmələri haqqında 
depozitor tərəfə yazılı şəkildə öz bildirişini göndərən Tərəflər istisna olmaqla. Əlavə 
və yaxud əlavəyə düzəliş onları qəbul etmək haqqında öz bildirişini ləğv edən Tərəflər 
üçün  yalnız  depozitor Tərəfin  bu  bildirişin  ləğvi  barədə  aldığı  xəbərin  90-cı  günü 
qüvvəyə minir. 
7.  Qəbul edilmiş əlavələr və yaxud əlavələrə düzəlişlər hazırkı Protokola düzəlişlərin 
edilməsi  ilə  bağlı  olduğu  təqdirdə  bu  cür  əlavə  və  yaxud  əlavəyə  düzəliş  hazırkı 
Protokola edilən düzəliş qüvvəyə minənədək fəaliyyət göstərmir. 
8.  Hazırki  Protokolun  (a)  və  (b)  əlavələrinə  edilən  düzəlişlər,  (b)  əlavəsinə  istənilən 
düzəlişin yalnız sözü gedən Tərəfin yazılı şəkildə yazıldıqdan sonra qəbul edilməsi 
şərti ilə 20-ci maddədə göstərilən proseduralara uyğun olaraq qəbul edilir və qüvvəyə 
minir. 
Maddə 22 
1.  Aşağıda göstərilən 2-ci bənddə nəzərdə tutulan hallar istisna hər bir Tərəf bir səsə 
malikdir. 
2.  İqtisadi  inteqrasiya  üzrə  regional  təşkilatlar  hazırkı  Protokolun  Tərəfləri  hesab 
olunan üzv olan dövlətlərin ümumi miqdarına bərabər olan səs çoxluğu ilə onların 
səlahiyyətinə aid olan məsələlər üzrə səsvermədə iştirak edirlər. Bu cür təşkilat onun 
üzvü olan hər hansı bir dövlət öz səs hüququnun istifadə etməsindən asılı olaraq səs 
hüququndan istifadə etmir və əksinə. 
Maddə 23 
Hazırkı Protokolun depozitor funksiyalarını Birləşmiş Millətlər Təşkilatının Baş Katibi 
yerinə yetirir.
Maddə 24 
1.  Hazırkı  Protokol  Konvensiyanın  Tərəfləri  hesab  olunan  iqtisadi  inteqrasiya  üzrə 
regional  təşkilatlar  və  dövlətlər  tərəfindən  qəbul  edilməsi  və  yaxud  bəyənilməsi, 
təsdiq edilməsi və imza olunması üçün açıq hesab olunur. O, 1998-ci ilin 16 mart 
tarixindən  15  mart  1999-cu  ilədək  Birləşmiş  Millətlər  Təşkilatının  Nyu-Yorkda 
yerləşən mərkəzi idarəsində imzalanmaq üçün açıq hesab olunur. Hazırkı Protokol 
imzalanması  üçün  bağlanıldığı  tarixin  növbəti  günü  birləşmək  üçün  açılır.  Təsdiq 
olunma,  qəbul,  bəyənilmə  və  yaxud  birləşdirilmə  haqqında  sənədlər  mühafizə 
olunmaq üçün depozitora təhvil verilir. 
2.  Hazırkı  Protokolun Tərəfi  hesab  olunan,  lakin  bununla  yanaşı  heç  bir  üzv  dövləti 
Protokolun tərəfi hesab olunmayan iqtisadi inteqrasiya üzrə istənilən regional təşkilat 
bu  Protokolda  göstərilən  bütün  öhdəlikləri  daşıyır.  Bir  və  ya  bir  neçə  üzv  dövləti 
hazırkı Protokolun Tərəfləri hesab olunan bu cür təşkilatlar və onun üzv dövlətləri 


300
hazırkı  Protokol  üzrə  götürdükləri  öhdəliklərin  yerinə  yetirilməsi  üçün  müvafiq 
vəzifələrin həyata keçirilməsini qərara alır. Bu cür hallarda göstərilən təşkilat və onun 
üzv dövlətləri hazırkı Protokola uyğun olaraq eyni zamanda müvafiq hüquqlardan 
istifadə etmək hüququna malik olmur.
3.  Təsdiq, qəbul, bəyənilmə və yaxud birləşdirmə haqqında olan sənədlərində iqtisadi 
inteqrasiya  üzrə  regional  təşkilatlar  hazırkı  Protokolla  nizama  salınan  məsələlərə 
münasibətdə  öz  səlahiyyət  hüdudlarını  bildirir.  Bu  təşkilatlar  həmçinin  depozitor 
Tərəfini məlumatlandırır, o isə öz növbəsində səlahiyyətləri çərçivəsində hər hansı 
mühüm dəyişikliklər haqqında Tərəfləri xəbərdar edir.
Maddə 25 
1.  Hazırkı  Protokol  Konvensiyanın  ən  azı  55  Tərəfi,  o  cümlədən  karbon  dioksid 
qazlarının  ümumi  tullantısının  ən  azı  55%-nin  öhdəsinə  düşdüyü,  Əlavə  1-ə  daxil 
edilmiş Tərəflər və 1990-cı il üçün Əlavə 1-ə daxil edilmiş Tərəflər tərəfindən təsdiq, 
qəbul, bəyənilmə və ya birləşmə haqqında sənədlərini mühafizə etmək üçün təhvil 
verdikdən 90 gün sonra qüvvəyə minir.
2.  Hazırkı  maddənin  məqsədlərinə  görə  1990-cı  il  üçün  Əlavə  1-ə  daxil  edilmiş 
Tərəflərin karbon dioksidin ümumi tullantıların hazırkı Protokolun qəbul olunduğu 
gün və yaxud Konvensiyanın 12-ci maddəsinə uyğun olaraq təqdim olunan ilk milli 
məruzələrdən əvvəllər Əlavə 1-ə daxil edilmiş Tərəflərin bildirdiyi miqdar deməkdir.
3.  Yuxarıda  göstərilən  1-ci  bəndə  uyğun  olaraq,  Protokolun  qüvvəyə  minməsi  üçün 
lazım olan şərtlərin yerinə yetirilməsindən sonra hazırkı Protokolu təsdiqləyən, qəbul 
edən, bəyənən və yaxud ona qoşulan iqtisadi inteqrasiya üzrə hər bir regional təşkilat 
və yaxud dövlət üçün hazırkı Protokol təsdiq, qəbul, bəyənilmə və yaxud qoşulma 
haqqında sənədlərin mühafizəyə təqdim edilməsindən 90 gün sonra qüvvəyə minir.
4.  İqtisadi inteqrasiya üzrə regional təşkilat tərəfindən mühafizə olunmağa təqdim edilən 
heç bir sənəd hazırkı maddənin məqsədləri üçün bu təşkilatın üzv dövlətləri tərəfindən 
qorunmaq üçün təhvil verilmiş sənədlərə əlavə kimi nəzərdən keçirilmir.
Maddə 26 
Hazırkı Protokola düzəlişlərə yol verilmir.
Maddə 27 
1.  Bu və ya digər Tərəf üçün Hazırkı Protokolun qüvvəyə mindiyi 3 il ərzində istənilən 
vaxt bu Tərəf depozitor tərəfə yazılı bildiriş göndərərək Protokoldan çıxa bilər.
2.  İstənilən  bu  cür  çıxış  depozitor  tərəfindən  çıxış  haqqında  bildirişin  alınmasından 
keçən bir il ərzində və yaxud Protokoldan çıxış haqqında bildirişdə göstərilə biləcək 
daha sonrakı dövr ərzində qüvvəyə minir. 
3.  Konvensiyadan çıxan istənilən Tərəf hazırkı Protokoldan da çıxmış hesab olunur.
Maddə 28 
1.  Mətn ingilis, ərəb, ispan, çin, rus və fransız dillərində yazılıb. Əslinə müvafiq olan 
hazırkı Protokolun əsli Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə mühafizə üçün 
təhvil verilir.
Kioto şəhərində 1997-ci ilin 11 dekabrında bağlanmışdır.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə