Compiliation of legal acts and regulations for the forest sector specialists


II. DEPARTAMENTİN ƏSAS VƏZİFƏLƏRİ



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə117/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   113   114   115   116   117   118   119   120   ...   125

310
II. DEPARTAMENTİN ƏSAS VƏZİFƏLƏRİ 
9. 
Departamentin əsas vəzifələri aşağıdakılardır:
9.1. 
Meşə  fondunun  qorunub  mühafizə  olunması  və  bərpası  sahəsində  tədbirlərin 
həyata  keçirilməsini  təmin  etmək  və  meşələrin  mühafizəsi  sahəsində 
qanunvericiliyə riayət olunmasına nəzarəti həyata keçirmək;
9.2. 
Meşə fondundan səmərəli və məqsədyönlü istifadənin təmin olunması, meşələrin 
torpaq  qoruyucu,  susaxlayıcı,  mühit  tənzimedici,  sanitar  gigiyenik  və  digər 
faydalı funksiyalarının artırılması istiqamətində tədbirlər görmək;
9.3. 
Ətraf  mühit  üçün  xüsusi  əhəmiyyəti  olan  elmi,  mədəni  və  rekreasiya  məqsədli, 
təbiət komplekslərinin və obyektlərinin, bioloji müxtəlifliyin, eləcə də Dövlət meşə 
fondunda yayılmış faunanın növlərinin qorunub mühafizə edilməsini təmin etmək;
9.4. 
Meşə təsərrüfatının aparılmasının səmərəliliyinin artırılmasına nail olmaq;
9.5. 
Meşə  Mühafizəsi  və  Bərpası  Müəssisələri,  habelə  fiziki  və  hüquqi  şəxslər 
tərəfindən meşə fondundan istifadə olunması qaydalarına, eləcə də Azərbaycan 
Respublikasının  meşə  qanunvericiliyinin  digər  tələblərinə  riayət  olunmasına 
nəzarəti həyata keçirmək
9.6. 
Meşə fondunun qorunub mühafizə olunması və bərpasına dair normativ – hüquqi 
aktların layihələrini hazırlayıb Nazirliyə təqdim etmək;
9.7. 
Meşələrin yanğından və meşə pozuntularından qorunmasını, zərərvericilərdən və 
xəstəliklərdən mühafizəsini təşkil etmək;
9.8. 
Meşələrdən,  meşədən  kənar  ərazilərdən  və  meşəparklarından,  yüksək  genetik 
xüsusiyyətlərə  malik,  meşəəmələgətirici  cinslərdən  müsbət  və  elit  ağac  və 
ağaclıqların  seleksiya  əsasında  seçilməsini,  onlardan  toxumların  tədarükünü, 
uçotunu, analiz olunub yoxlanılmasını, eləcə də onların saxlanılmasını, nəqlini 
və mübadiləsini təşkil etmək; 
9.9. 
Meşəyə  göstərilən  xidmət  işləri  zamanı  əldə  olunan  oduncaqdan,  yerli  meşə 
xammalından xalq istehlakı malları və digər sənaye məhsulları istehsal olunması 
barədə Nazirliyə əsaslandırılmış təkliflər vermək
9.10.  İkinci  dərəcəli  meşə  məhsullarından  istifadəni,  meşədən  əlavə  istifadə  və 
yardımçı kənd təsərrüfatı sahələrinin genişləndirilməsini təşkil etmək; 
9.11.  Meşə  təsərrüfatı  tədbirlərinin  aparılmasına  dair  statistik  və  daxili  hesabatların 
vaxtında və dolğun tərtib olunmasını təşkil etmək, Nazirliyin Meşə Mühafizəsi və 
Bərpası Müəssisələri tərəfindən bütün meşə təsərrüfatı tədbirlərinin aparılmasına 
daxili nəzarəti həyata keçirmək; 
9.12.  Nazirlik  tərəfindən  ona  həvalə  edilmiş  qanunvericiliyə  uyğun  digər  vəzifələri 
yerinə yetirmək.
III. DEPARTAMENTİN FUNKSİYALARI
10. 
Departament,  onun  qarşısına  qoyulmuş  vəzifələrə  uyğun  olaraq  aşağıdakı 
funksiyaları həyata keçirir:
10.1.  Meşələrin qorunub mühafizə olunması sahəsində həyata keçiriləcək tədbirlərin 
müəyyənləşdirilməsi  və  proqnozlaşdırılması  barədə  təkliflər  hazırlayır  və 
Nazirliyə təqdim edir;
10.2.  Dövlət  meşə  fondunda  meşə  zərərvericilərinin  və  xəstəliklərinin  mənbələrinin 
aşkar  edilməsini,  meşəpotoloji  müayinələrin  aparılmasını,  zərərvericilərin  və 
xəstəliklərin yayılması barədə vaxtında məlumatların alınmasını və onlara qarşı 
mübarizə tədbirlərinin həyata keçirilməsini təşkil edir


311
10.3.  Dövlət  meşə  fondunun  ərazilərində  meşə  qanunvericiliyinin  pozulması 
hallarının qarşısının alınması məqsədi ilə Nazirliyin Meşə Mühafizəsi və Bərpası 
Müəssisələrinin meşə dolayılarında növbəti, nəzarəti, qəfləti və növbədənkənar 
təftişlərin aparılmasını təşkil edir, eləcə də meşə dolaylarının müəyyən hissəsində 
nəzarəti yoxlamalar aparır; 
10.4.  Yanğına  qarşı,  yanğın  təhlükəsizliyi  qaydalarına  uyğun  olaraq  profilaktiki 
tədbirlərin həyata keçirilməsini təşkil edir;
10.5.  Meşə  mühafizə  işçilərinin  geyim  forması,  nəqliyyat  və  rabitə  vasitələri,  tabel 
silahı və digər zəruri vasitələrlə təmin olunması barədə Nazirliyə təkliflər verir;
10.6.  Nazirliyin Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşə qanunvericiliyinin 
pozulması  hallarının,  meşə  yanğınlarının,  meşə  zərərvericilərinin  və 
xəstəliklərinin  mənbələrinin,  yanğın  təhlükəsizliyi  qaydalarının  pozulmasının 
uçot  kitablarının  aparılmasını,  onların  tələb  olunan  qaydada  və  dolğun  tərtib 
edilməsini təşkil edir. 
10.7.  Tinglik  təsərrüfatlarında  əkin  materiallarının  seleksiya  əsasında  seçilmiş 
yüksək  genetik  xüsusiyyətlərə  malik  olan  ağac  və  kol  cinslərindən  tədarük 
edilmiş  toxumlar  hesabına  yetişdirilməsinə,  genefondun,  endemik,  relikt 
ağac  və  kol  cinslərinin  qorunub  mühafizə  edilməsinə  və  onların  areallarının 
genişləndirilməsinə,  meşə  bərpa  və  meşə  meliorasiya  tədbirlərinin  həyata 
keçirilməsinə dair təkliflər hazırlayır;
10.8.  Meşəbərpaya  və  meşə  sahələrinin  artırılmasına  dair,  respublika  və  regional 
əhəmiyyətli  proqramların,  layihələrin  hazırlanmasında  iştirak  edir  və  öz 
səlahiyyətləri daxilində həyata keçirilməsini təşkil edir; 
10.9.  Meşə  təsərrüfatının  təşkili  planına  və  texniki  layihələr  əsasında,  meşəbitmə 
şəraitinə  uyğun  olaraq  müasir  texnologiya  əsasında  meşəbərpa  və  meşəsalma 
tədbirlərinin həyata keçirilməsini təmin etmək üçün aşağıdakıları təşkil edir:
-  Ekoloji  və  iqtisadi  cəhətdən  meşə  təsərrüfatında  daha  effektli  hesab 
edilən, tez böyüyən cinslərdən ibarət qısa qırma dövriyyəli plantasiya tipli 
ağaclıqların salınıb yetişdirməsini; 
-  Meşə fondu torpaqlarından səmərəli istifadəni
-  Meşələrin  cins  tərkibinin  yaxşılaşdırılmasını  və  məhsuldarlığının 
yüksəldməsini; 
-  Respublikanın meşəlik faizinin optimal həddə (20-22 faizə) çatdırılmasını; 
-  Meşələrin  mühit  yaradıcı,  susaxlayıcı,  torpaqqoruyucu,  sanitar  gigiyenik, 
rekreasiya və digər faydalı funksiyalarının yaxşılaşdırılmasını.
 10.10.  Meşəbərpa  və  yeni  meşəsalma  işlərinin  qeydiyyat  və  uçot  kitablarının  tələb 
olunan qaydada və vaxtında aparılmasını, onların düzgün tərtib edilməsini təşkil 
edir;
 10.11.  Azərbaycan  Respublikasının  hökuməti  tərəfindən  təsdiq  edilmiş  hesablanmış 
meşəqırma  həcminə  müvafiq  olaraq  meşəyə  xidmət  işlərinin  (aralıq  istifadə 
və  sanitar  qırmalarının)  aparılmasını,  tədarük  edilmiş  oduncaqdan  səmərəli 
istifadəni təşkil edir;
 10.12.  Hesablanmış meşəqırma həcminə uyğun olaraq meşəyə xidmət işlərinin (aralıq 
istifadə və sanitar qırmalarının) aparılması üçün Dövlət meşə fondu sahələrinin 
ayrılıb səmərəli istifadə olunması məqsədi ilə aşağıdakıları təşkil edir:
-  qırma sahələrinin düzgün seçilib ayrılmasını;
-  kəsiləcək ağacların düzgün seçilməsini
-  taksassiya hesabatlarının kefiyyətlə aparılmasını; 
-  texnoloji xəritələrin tərtib olunmasını və texnologiyaya əməl edilməsini.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə