Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə120/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   117   118   119   120   121   122   123   124   125

317
populyasiya)  daha  doğrusu,  irsiliyınə  görə  nəzarətdən  keçmişdir.  Yaxşılaşdırılmış 
toxumlar-  irsiliyinə  görə  yoxlamadan  keçməyən  və  fenoloji  tipinə  görə  seçilən 
obyektlərdən  toplanmışdır,  o  cümlədən  birinci  növbədə  MTP-dən,  mənfı  ağacları 
götürülmüş  müsbət  ağaclıqdan  və  DMTS-dən,  yəni  müsbət  ağaclıqdan  tədarük 
edilmiş toxumlardan yetişdirilmiş meşə əkinlərindən, toplanmışdır. Normal toxumlar- 
DMTS, MMTS (müvəqqəti meşə toxumçuluq sahəsindən) və həm də normal seleksıya 
kateqoriyasına aıd olan ağaclıqlardan tədarük edilmişdir.
 
Genetik  cəhətdən  daha  qiymətli  çeşidli  toxumların  əldə  olunması  daim 
genişləndirilməlidir. Mənfı ağaclıqdan və mənfı ağaclardan toxumun tədarük ediməsi 
və o cümlədən mənşəyi bilinməyən toxumlardan meşə yetişdirmək qadağan edilir.
 
Çeşidli və yaxşılaşdırılmış toxumlara yalnız çeşidləşdirilmış populyasiyalı, müsbət 
və  elit  ağaclardan,  DMTS  və  MTS-dən  tədarük  edilmiş  və  müvafıq  qaydada 
pasportlaşdırılmış olan toxumlar aid olunurlar.
1.6. Toxumların səpin keyfıyyəti mövcud DÜST ilə və texniki şərait şərtləri ilə uyğun 
olmalıdır.
 
Toxumlarm  qiyməti  differensial  şəkıldə,  onların  seleksiya  kateqoriyası  və  səpin 
keyfıyyəti ilə təyin olunur.
2. Fenoloji müşahidə və barvermənin hesabatının aparılması
Ağacların  meyvə  (toxum)  verməsinin  miqdarını  təyin  etmək  (onların  meyvəsinin, 
qozalarının, toxumunun) və onların tədarükünü təşkil etmək üçün meşə təsərrüfatı müəssisəsi 
hər il fenoloji müşahidələr və barvermənin vəziyyəti üzrə hesabat aparır.
Müxtəlif  ağac  və  kol  cinsləri  üzrə  barvermənin  vəziyyəti  öyrənildikdə  aşağıdakılar 
müəyyənləşdirilməlidir:
-  respublika üzrə toxum yığılacaq əsas cinslər;
-  digər cinslər üzrə(əgər lazım olarsa).
Bu halda toplanmış məlumatlar onlara xidmət edən zona meşə toxumçuluq stansiyasına 
göndərilməlidir.
2.1. 
Fenoloji müşahidə aparılması və barvermə mövsümünün vaxtında, keyfıyyətlə 
başa çatdırılması işinə məsul şəxs kimi müəssisənin baş meşəçisi hesab olunur.
 
İcraçıları isə müəssisənin direktoru tərəfındən əmrlə təyin olunmuş meşəçiliyin 
mütəxəssisləri olur.
 
Barvermə  üzərındə  hesabatın  və  fenoloji  müşahidənin  aparılması  meşə 
toxumçuluq obyektində təşkil olunmuş nümunə sahələrində icra edilir. Bu işlərin 
təşkil olunmasını və keyfıyyətinə nəzarəti nazirliyin mütəxəssisləri aparır.
 
Hər  bir  meşə  toxumçuluq  obyektləri  üçün  qoyulan  nümunə  sahəsi  meşə 
toxumçuluq  plantasiyaları  üçün  daimi  nümunə  sahəsı  0,25  hektar  olmalıdır. 
Dıgər meşə toxumçuluq obyektlərində isə müvəqqəti nümunə sahəsi qoyulur (o 
hesabla ki, hər miişahidə olunacaq ağacların sayı sahədə 100-dən az olmasın).
2.2. 
Ağac  qozalarının,  meyvəsinin  və  toxumlarının  toplanması,  işlənməsi 
(hazırlanınası), saxlanması və nəql edilməsi.
2.2.1.  Toxumun tədarükünün planlaşdırılması və təşkili.
 
Meşə toxumunun tədarükünün həcmi meşə əkini, tinglik yetişdırmək, qoruyucu 
meşələrin  salınması  və  s.  üçün  tələbatların  toxumla  təmin  etmək  məqsədilə 
planlaşdırılır. Meşə toxumlarını tədarük etmək planı (iynəyarpaqlı, enliyarpaqlı) 
əsas cinsləri seçib ayırmaqla təyin edilir. Toxum tədarükünün dəqiq həcmi meşə 


318
təsərrüfatı, müəssisələri və təşkilatları arasında paylanır.
 
Toxumu  tədarük  etməzdən  qabaq  bütün  tədarükçii  müəssisələr  aşağıdakıları 
yerinə yetinnəyə borcludurlar:
-  tədarükçülərin brıqadasını təşkil etmək (lazımi sayda)
-  meşə mühafızəçilərini və toxum tədarük edənləri yığılacaq toxumun planı 
ilə tanış etməli;
-  hər briqada toxum tədarükü planı ilə tanış edilməlidir;
-  tədarük olunan toxumu qəbul edən məntəqənın təşkil olunması qabaqcadan 
başa çatdınlmalıdır.
-  toxum anbarları dezinfeksiya edilməlidir.
-  tədarük edilmiş toxum üçün pasport blanklar hazırlanmalıdır.
2.2.2.  Meşə toxumçuluğu obyektləri ilə toxum tədarükündən qabaq tanışlıq aparmaq.
 
Qüvvədə  olan  dövlət  standartlarının  tələbinə  uyğun  olaraq  meşə  təsərriifatı 
müəssisəsi toxumun tədarükünə kütləvi, yetişmədən qabaq yoxlama axtarış işləri 
aparır. Bu da meşə toxumçuluq plantasiyalarını, meşə əkini sahələrini, parklar, 
xiyabanlar və s. toxum verən obyektləri əhatə edir.
2.2.3.  Toxumların, meyvələrin, qozaların yığılması
 
Ağac və kolların toxumları daimi meşə toxunıçuluğu bazasından - DMTC-dən baş 
istifadə qırmaları sahəsindən, tək-tək ağaclardan, həm də qoruyucu meşələrdən 
tədarük edilir.
 
Toxum, meyvə və qozalar fizioloji cəhətdən yetişmiş vaxtı, toxumların rüşeyminin 
cücərmə qabiliyyətinə çatan zamanda toplanılır.
2.2.4.  Enliyarpaqlı ağac və kolların meyvələrinin işlənməsi (hazırlanması).
 
Quru,  açılmamış  toxumların  tədarükündən  sonra  (palıd,  qarağac,  şabalıd, 
ağcaqayın, göyrüş, cökə və s.) toxumlar hava quraqlığı vəziyyətınə qədər kölgədə, 
yağışlı  havada  isə  çadır  (örtük)  altında  qurudulur.  Həddən  çox  qurumaya  yol 
vermək olmaz. Kifayət qədər qurumayan və ya həddən çox qurudulan toxumlar 
çıxdaş hesab edılir.
2.2.5.  Toxumların saxlanması.
 
Ağac və kol toxumlarının qorunub saxlanması xiisusı anbarlarda həyata keçirilir.
 
Belə  anbarlar  olmadıqda  isə  quru  uyğunlaşdırılmış  əlverişli  toxum  saxlama 
yerlərindən  istifadə  olunur.  Kifayət  qədər  yararlı  otaqlarda  adətən  toxum  az 
saxlanıır, daha doğrusu, ilin axırına qədər və yaxud, gələn ilin yaz fəslınə qədər 
(toxum yetişdiyi vaxta qədər).
2.2.6.  Toxum ehtiyatı fondu
 
Toxumun az məhsul verdiyi illərdə meşə təsərrüfatı müəssisələrini iynəyarpaqlılar 
və digər toxumlar ilə təmin etmək üçün ehtiyat fondu yaradılır. Ehtiyat fondu 
üçün toxum tədarükü Meşələrinin İnkişaf Departamenti tərəfındən planlaşdırılır.
 
Ehtiyat toxum fondu adətən, bol məhsul illərındə hazırlanır.
 
Ehtiyat toxum fondu onu tam dəyişmək şərtilə üç il müddətındə daima təzələnir.
 
Anbara daxil olan toxum nümunəsinın pasportu yazılmalıdır.
 
Ehtiyat fondunda yalnız 1 və 2 keyfıyyət sinfı olan toxumlar saxlanılır və onlar 
yüksək cücərmə qabiliyyətinə malik olmalıdır.
3. Ağacların və ağaclıqların seleksiya üzrə qiymətləndirilməsi
3.1. Seleksiya  üzrə  inventarlaşdırma  yetişmiş,  yetişməkdə  olan  və  onlar  olmadığı 
(çatışmadığı halda) orta yaşlı ağaclıqlarda aparılır.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə