Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə124/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   117   118   119   120   121   122   123   124   125

327
Bu  tərkibdə  989,5  min  ha  meşə  ilə  örtülü,  224,2  min  ha  isə  meşə  ilə  örtülü  olmayan 
sahələr: seyrəkliklər, açıq sahələr, çöllüklər, otlaq və biçenəklər, yollar, derəliklər, şum və su 
sahələri vardır.
Respublikanın meşə fondu xalqımızın qiymətli, yaşıl sərvəti kimi indi də dağlıq ərazilərdə 
qalmaqdadır. Meşələr sənaye və kənd təsərrüfatının inkişaf tempinə əsaslı surətdə təsir edir. 
Bu isə öz növbəsində bizim qarşımızda məhsuldar meşələr yetişdirmək problemini qoyur.
Bilməliyik ki, hazırkı dövrə bizə nə qədər və hansı keyfıyyətdə meşələr miras qalmışdır, 
onlardan  səmərəli  istifadə  etmək  və  təkrarən  bərpası  üçün  hansı  imkanlardan  istifadə  edə 
bilərik. Onların mühitəmələgətirici rolu nə vəziyyətdədir?
Göründüyü  kimi,  bir-birini  əvəz  edən  tarixı  dövrlərdə  meşə  ilə  örtülü  sahələr  daim 
azalmaqda davam etmişdir. Xüsusilə kolxoz (54.5 min ha) və sovxoz meşələri (98,0 min ha) 
get-gedə sahələrini azaltmışdır. Onların vəziyyəti bizi daha çox narahat edir. Belə ki, meşələr 
ilə təsərrüfatın birgə aparılması praktiki olaraq heç vaxt lazımi səviyyədə olmamışdır. Dövlət 
meşə fonduna qaytarılıb verilən kolxoz-sovxoz meşələri adətən qırılmış və pöhrədən əmələ 
gələn, aşağı məhsuldarlığı olan vələs, qovaq, dəmirqara ağaclıq və kolluqlardır.
Meşə fondunun əsas və vacib göstəricilərindən birı onların yaş quruluşudur. Bu amil meşə 
sərvətlərinə qiymət verərkən istifadə olunur. Bu göstərici meşələrin yaş qrupu üzrə sahələrini 
və oduncaq ehtiyatını araşdırarkən istifadə edilir.
Respublika  meşələrinin  yaşına  görə  vəziyyətinə  nəzər  salsaq  (cədvəl  2)  onda  görərik 
ki, cavan ağaclıqlar burada az sahəni tuturlar (11,3%), orta yaşlı meşələr 546,9 ha (64%), 
yetışmiş və yaşı ötmüş meşələr 104,5 ha (12%)-dir.
Meşələrin yaşa görə fonnalaşması bir çox amillərin təsiri (təbii və antropogen) nəticəsində 
olmuşdur (cədvəl 3).
Meşə fondunun vacib göstəricisi, eyni zamanda onlarm orta yaşıdır.
Cədvəl 3.
Təsərrüfat
Dövlət meşə 
fon- dunda meşə  ilə ör
- tülü sahə
min hektar
Meşə ilə örtülü sahənin 
yaş sinfinə görə 
bölünməsi, min hektar
Meşə ehtiyatı, min m3
cavan  meşələr
orta yaş  meşələr
Yetişməkdə 
olan 
meşələr
Yetişmiş və  yaşı ötmüş 
meşələr
Cəmi
Yetişmiş və  yaşı ötmüş
Ümumi 
orta artım, 
min m?
Orta yaş, il
İynəyarpaqlılar %
13,7 100
3,1 
22,6
6,3 
46,0
1,6 
11,7
2,7 
19,7
0,35 
0.3
0,07 
0,4
0,0
79
Bərkyarpaqlılar %
758,3 
100
71,3 
9,4
495,7 
65,4
102,2 
13,5
89,1 
11,7
114,85 
94,7
18,1 
90,5
1,24 
93,1
186
Yumşaq yarpaqlılar % 18,9 100
0,7 
3,7
6,0 
86,3
5,7 
30.2
5,6 
29,6
2,02 
1.6
0,76 
3,8
0,04 
2,7
50
Digər ağac cinsləri 
və kollar, %
72,8
21,9
38,0
5,8
7,1
4,09
1,07
0,06
68
Cəmi:
863,7
97,0 546,9 115,3
104,5 121,31 20,03
1,44
84
%
100
11,2
63,3
13,4
12,1
100
100
100
Araşdırmalar  göstərir  ki,  dağ  meşələri  ərazilərində,  xüsusilə  hövüş  (rütubətli),  təzə  tip 
palıd və fıstıq meşələrində qırma yerlən 95-100% təbii bərpa yolu ilə getməlidir. Aşağı dağ-
meşə qurşağında (600-1000 m dəniz səviyyəsindən hündürlüyə qədər) meşənin təbii bərpası 
ilə süni bərpanın nisbətinin 50%-in 50%-ə olması vacibdir. Arid və düzən ərazilərdə əksinə, 
süni  yolla  bərpa  üsulu  95-100%  təşkil  etməlidır.  Bu  müxtəlif  tip  meşəbitmə  şəraitlərinin 
tələbidir. Bu tələblərı pozmaq meşələrin bərpasında həmişə uyğunsuzluqlarla nəticələnir.


328
Meşələrin təbii bərpasının maksimum istifadəsi necə olmalıdır?
Uzun illərin təcrübəsi göstərir ki, təbii bərpa yolu ilə əsas (qiy- mətli) meşə cinslərinin 
yüksək məhsuldar meşələrinin yetişdirilməsi hələlik lazımı tərzdə getmir.
Təbii bərpanın maksimum istifadə olunması məqsədilə «meşəbərpa qırmaları qaydalarına 
tam  riayət  olunmalıdır.  Meşəbərpa  işinin  növbələşdirilməsi  meşənin  çətirləri  altında 
yeniyetmələrin və pöhrələrin olub - olmamasından (mövcudluğundan) asılı olaraq müəyyən 
edilməlidir. Daha doğrusu, qırıntıya birinci növbədə o meşə sahələri ayrılmalıdır ki, onların 
çətirləri altında əsas və köməkçi cinslərin bərabər şəkildə yayılmış və hər hektarda sayı 12-14 
mindən az olmayan yeniyetmə ağaclar və pöhrələr olsun. Onlardan 25-50%-dən çoxu palıd, 
fısdıq və digər qiymətli cinslər təşkil etməlidirlər.
Maksimum təbii bərpaya nail olmaq üçün meşələrin qırılması, toxum ilində və həm də 
toxumların yetişib yerə tökülməsindən sonra aparılması vacibdir. Qırıntıdan 1-3 il qabaq təbii 
bərpaya köməklik məqsədilə meşə çətirləri altında torpaqlar l x l ölçüsündə yumşaldılmalı, 
oraya qiymətli cinslərin 20-25 ədəd toxumları səpilməli və sahə mal-qaradan qorunmalıdır. 
Bu halda təbii bərpa yüksək səmərəli olur, yaxşı nəticə alınır. 
Lazımı kəmiyyətdə və keyfıyyətdə yeniyetmə ağaclar əldə olunmazsa və yaxud qırıntı 
yerlərində müxtəlif yüksək otlar, kollar (böyürtkən, gəndəlaş, ayıdöşəyi və s.) inkişaf edərsə 
və ağacların yeniyetmələrinin ınkişafına mane olarsa, meşə altlığının seyrəldilməsi yolu ilə 
pöhrələrin işıq rejimi yaxşılaşdırılmalı və lazım gələrsə, ağac cinslərinin tinklri əkilməlidir.
Əgər qiymətli cinslər hesab olunan fıstığın, palıdın təbii bərpası kifayət deyildirsə və yaxud 
onlar ərazidə qeyri-bərabər yerləşirlərsə, onda bu cinslərin peykləri (onlarla bahəm bitən boy 
qovucları) olan göyrüş, ağcaqayın, cökə, azadağacı, tozağacı və s. cinslərin yeniyetmələri də 
nəzərə alınmaqla qarışıq ağaclıqlar formalaşdırmalıdır.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə