IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
804
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZƏRBAYCAN DİLİ
TOFİQ HACIYEVİN ELMİ YARADICILIĞINDA MİLLİ ABİDƏMİZ
“DƏDƏ-QORQUDKİTABI”NINDİLİ
Vüsalə AĞAYEVA
Azərbaycan Dillər Universiteti
agayeva144@gmail.com
AZƏRBAYCAN
Azərbaycan xalqının milli-mənəvi abidəsi olan “Dədə Qorqud kitabı” Şərq və Qərb alimləri
(H.Dits, T.Neldeks, V.V.Bartold, Kilisli Rüfət, Orxan Şaiq) tərəfindən tədqiq olunaraq bu günümüzə
kimi gəlib çatıb. Azərbaycanda anti-türk, şəxsiyyətə pərəstiş dövrünün sona çatması nəticəsində “Dədə
Qorqud kitabı” H.Araslı, Ə.Dəmirçizadə, Ə.Soltanlı tərəfindən tədqiqata cəlb olunub.
“Dədə Qorqud kitabı”nı oğuz və qıpçaq dil ünsürləri ilə qaynayıb-qarışdıqdan sonra təşəkkül
tapmış ümumxalq Azərbaycan dilində yaranmış ən yaxşı ilk abidə sayan Ə.Dəmirçizadə oğuznamənin
dil-üslub xüsusiyyətlərini tədqiq etsə də, müasir dövrümüzdə dastandakı dil faktlarının fonetik, leksik,
qrammatik xüsusiyyətləri görkəmli türkoloq, dilşünas-alim Tofiq Hacıyev tərəfindən geniş şəkildə
tədqiq olunub.
Akademik “Dədə Qorqud kitabı”nın dil-üslub xüsusiyyətlərini ehtiva edən bir neçə monoqrafiya
və məqalə müəllifidir. Alimin yeddi fəsildən ibarət olan “Dilimiz və düşüncəmiz: Dədə Qorqud
kitabı” dastanın tədqiq tarixinə, dil-üslub xüsusiyyətlərinə həsr olunub. Bəhs olunan kitabda Tofiq
Hacıyevin dastanın adı ilə bağlı şərhləri xüsusi maraq doğurur. Belə ki, H. Ditsin tədqiq etdiyi XV
əsrdə yazıya alınmış “Dədə Qorqud kitabı”əlyazmasının üzərində dastanın adı bu cür yazılıb: “Kitabi-
Dədəm Qorqud əla lisani-taifeyi-oğuzan”, yəni “Dədə Qorqud kitabı”. Həmişə Azərbaycan dilçiliyinin
müdafiəçisi kimi çıxış edən alim T. Hacıyev, haqlı olaraq, bu dastanla bağlı yazılarında dastanın adını
farsca (“Kitabi-Dədə Qorqud”) qeyd etmir, ana dilimizin quruluşuna uyğun “Dədə Qorqud kitabı” adı
kimi qeyd edir. Bu tipli sözlərlə bağlı alimin başqa bir fikri də maraqlıdır, belə ki, alimin fikrincə,
“bayatı-şiraz” deyil, “şiraz bayatısı” deyilsə, daha yaxşı olar, milli dilimizi qorumuş olarıq.
Tofiq Hacıyev Mete, Atilla, Əmir Teymur, Osmanlı imperatorluqları, Orxon-Yenisey daş kitabı,
M.Kaşqarinin”Divan”ı kimi türkün möcüzəsi olan “Dədə Qorqud kitabı”nın dilindən bəhs edərkən
oğuznaməni üç əlamətinə görə səciyyələndirir:
Qəhrəmanlıq dastanlarına səciyyəvi olan salnaməçilik prinsipi dastanda da elmi və tarixiliyi ilə
təzahür olunur. Məhz bu xüsusiyyətinə görə obrazları real, tarixi şəxsiyyətlərlə əlaqələndirirlər.
Alim dastanın oğuznamələrlə yanaşı, ümumən, bədii əsərlər içərisində əvəzsiz qəhrəmannamə
olduğunu vurğulayır.
Əsərin Azərbaycan ədəbiyyatına məxsus olduğunu qeyd edən T. Hacıyev bu yazılı eposu
ümumtürk ədəbiyyatına aid olduğunu real faktlarla bir daha sübut edir.
“Dədə Qorqud kitabı”nda əks olunan boyların dili XV-XVI əsrlərin prizmasında necə əks olundu,
qədimiliyini necə qoruyub saxlaya bildi ? ” sualını T.Hacıyev belə cavablandırır: “Əlbəttə, XV-XVI
əsrlərin qoyduğu izləri inkar etmək olmaz, ancaq küll halında yarandığı dövrün əlamətləri qalır. Abidə
XV-XVI əsrlərdə birbaşa aşıq-ozan dilindən yazıya köçürülə bilərdi. Epitetlərin, təsvirlərin,
məlumatların şifahi-aşıq dilinə məxsus şəkildə yayvari təkrarı belə bir gümana əsasdır. ...Kitabdakı
şeirlər, ümumiyyətlə, əruz “hücumundan” əvvəl yaranmışdır: şeirlər prosesdə deyil, donuq haldadır”.
Alim “Kitabi Dədə Qorqud” kitabının girişində yazır: “Kitabın dili nə qədər günümüzlə səsləşsə
də, onda məlum yazılı dil nümunələrimizdə rast gəlmədiyimiz xüsusiyyətlər də müşahidə olunur.
Məsələn, “utanmaq” feilinin kökü olan “ut”-hissəsi müstəqil söz kimi ancaq burada işlənir: ut+suz
(utanmaz)”. (“Kitabi-Dədə Qorqud”,2004, səh.15) Müəllif oğuznamənin dilindəki köhnəlmiş sözlərin
tədqiqinə də biganə yanaşmır. Alimə görə, arxaik sözlərin təşəkkül, yaranma dövrü ədəbi dilimizin
başqa abidələrində də öz əksini tapır, işlənmə dairəsinə görə genişdir. O, dastanın dilində işlənmə
funksiyasına görə fəal olub, lakin zaman keçdikcə işlənmə çevikliyini itirərək arxaikləşən milli