IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
820
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
BARMAQ -
ПАЛЕЦ SOMATİZMİNİN SEMANTİK
VƏ SİMVOLİK TƏRƏFLƏRİ
Elnarə MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
mamedova.elnara@lenta.ru
AZƏRBAYCAN
Barmaq sözü Azərbaycan dilində polisemantik sözlərdən biridir. Azərbaycan dilinin izahlı
lüğətində onun doqquz mənası qeyd olunmuşdur: 1. İnsanın və bəzi heyvanların əl va ayaqlarının
qurtaracaqlarındakı beş mütəhərrik üzvdən hər biri. 2. Maşın və mexanizmlərin milə oxşar girdə
hissəsi – detalı. 3. Təkərlərin dəndənəsindən çənbərinə qədər uzanan çubuqların hər biri. 4. Məhəccər,
sürahi ağacı. 5. Yaba və şananın hər bir dişi, ucu. 6. Barmaq uzunluğunda, barmaq boyda. [Kərim
baba] çubuğun ortasından iki barmaq qədər kəsib, üstünü götürdü. A.Şaiq. // Adətən “bir”, “bircə”
sözləri ilə - azacıq, çox az, çox kiçik, çox xırda, bir tikə. Beləcə Mahmud bircə barmaq kağız tapmaq
fikri ilə yan-yörəsinə baxa-baxa su başına çatdı. Ə.Əbülhəsən. // Qatı bir mayeyə batırıldıqda bir
barmağın aldığı miqdar. Bir barmaq doşab. – [Qaymaqdan] bir barmaq yediyi üçün Nadiri döyürlər,
söyürlər. Mir Cəlal. 7. Şeirdə: heca ölçüsü, misralardakı hecaların sayına əsaslanan ölçü. 8. Çalğıçının
əsas musiqi melodiyasına uyğun olaraq əlavə etdiyi ahəng. 9. Tənək, nar və s. bu kimi kolların, yaxud
çiçəklərin şitil çubuğu. Rus dilində barmağın leksik mənası belə xarakterizə olunur: “insanın əl və ya
ayaq pəncələrinin beş hərəkətli uc hissələrindən biri”. Onun digər mənaları: 1. Heyvan və quşların
pəncələrinin qurtaracağında yerləşən üzv. 2. Əl barmağına geyilən əlcəyin hissəsi. 3. Mexanizmin
hərəkət edən ucluqlarından birinə bərkidilən və digərinin fırlanmasına ox kimi xidmət edən dairəvi
formalı diyircək və ya çubuq. Əski çağlarda insanlar ölçü və hesab aparmaq üçün öz bədən
üzvlərindən istifadə edirdi. Bunlar əl və ayaq kimi üzvlər, eləcə də onların hissələri idi: ovuc, dirsək,
qulac (qolac), barmaq. Barmaq uzunluq ölçü vahidi kimi işlənib, bir barmağın uzunluğuna bərabər idi.
Qədim şumerlərin müəllifi olduğu “Əkinçinin təqvimi”ndən məlum olur ki, onlar da barmaqdan ölçü
vahidi kimi istifadə etmişlər: “Torpaq şumlayana hər qaruşda səkkiz şırım çəkmək məsləhət görülür.
O gözləməlidir ki, toxum torpağa “iki barmaq” dərinliyində düşsün”. Qeyd edək ki, Amerika
şumerşünası S.Kramer əsəri tərcümə edərkən barmaq sözünü olduğu kimi saxlamışdı. Rus
mədəniyyətində də ölçü vahidi kimi barmaqdan istifadə olunmasını смизинец (barmaq qədər, bir az)
ifadəsi təsdiq edir.Toponimiyada barmaq zirvə, iti yüksəklik, təpə, sütunlu, fiqurlu aşınmalar
deməkdir. Siyəzən rayonu ərazisində Beşbarmaq dağı vardır. Güman olunur ki, zirvəsinin əl
barmaqlarına oxşadığına görə belə adlandırılmışdı. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində
qeyd olunur ki, bu dağ ilk dəfə Barmak adı ilə IX əsrdə müdafiə divarı kimi xatırlanır. XVIII əsrdə
Quba xanlığında isə Barmaq mahalı olmuşdur. Kiprdə, Türkmənistanda da Beşbarmaq toponimləri
qeydə alınmışdır. Rus dilində barmaq somatizminin toponimiyada rastlanan mənalarına diqqət yetirək:
ucu sivri qaya, zirvə; ayrıca sütunvari qala. Əlçatmaz, çətinliklə keçilən qayalardan ibarət zirvələrə
deyilən чертовпалец– şeytan barmağı xalq deyimi də buradandır. Палец termini həm də digər çaya
tökülən kiçik çay mənasına da gəlir.
Azərbaycan və rus dillərində əl və ayaq barmaqları eyni sözlə ifadə olunur. Lakin bəzi dillərdə,
nümumə olaraq ingilis dilində əl barmaqları “fingers”, ayaq barmaqları isə “toes” adlanır. Hər bir
normal insan beş barmağa sahibdir və bu barmaqların hər birinin öz adı var: baş barmaq-
большойпалец, şəhadət (işarə) barmağı-указательныйпалец, orta barmaq-среднийпалец, adsız
barmaq-безымянныйпалец, çeçələ barmaq-мизинец. Ayağın kənarlarında yerləşən barmaqlar baş və
çeçələ barmaq olaraq adlandırılır. Digərləri isə müvafiq olaraq baş barmaqdan sonra ikinci, üçüncü və
dördüncü barmaqlar adlanır. Rus dilində də bu eynən belədir. M.Kaşğarinin lüğətində barmaq
somatizminin ərnək, ərngəkvariantlarına təsadüf olunur. Burada belə bir məsəl də qeyd olunur: “Beş
ərnqək tüz ərməs” – beş barmaq bir olmaz.
B.Əhmədov yazır ki, bəzi türk dillərində ulu ərnək –
baş barmaq, suq ərnək isə şəhadət barmağıdır. M.Kaşğari lüğətində çıçalak çeçələ barmaq, çıçamuk
adsız barmaqdır. C.Kloson bu kəlmələri çıç (kiçik) kökünə bağlayır. Kitabi-Dədə Qorqud dastanında
çeçələ barmaq olaraq sırçabarmağın adı keçir: “Oğlum idigin andan biləyim, sırça parmağını
qanatsun, qanını dəstmala dürtsün, gözümə sürəyin, açılacaq olursa, oğlum Beyrəkdir!” Çeçələ
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
821
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
barmağın Biləsuvar dialektində culubarmaq, Xanlar dialektində isə sərçələ variantlarına rast gəlinir.
B.Əhmədov çeçələ barmaq haqqında yazır: “bu barmağın adı mənbələrdə çiçamuq, çocuq, çoşqa
formalarında da qeyd edilmişdir (Qaqauzlar buna ən kiçik barmaq deyirlər). Hər üç sözün kiçik mənası
vardır. Bunlardan biri – çiçamuq sözü fonetik baxımdan çeçələ sözünə daha çox yaxındır”.
Qədim dövrlərdə rus dilində barmaq sözünün əvəzinə indi arxaik sözə çevrilmiş перст sözü
işlənirdi. Müxtəlif səslənməyə malik olsa da, həmin kökdən olan перст sözünün müxtəlif variantları
hal-hazırda əksər slavyan dillərində istifadə olunmaqdadır. Bu sözə İncilin dilində də rast gəlinir. Belə
ki, xain Foma yalnız İsanın yaralarına barmaqları ilə toxunduqdan sonra onun dirildiyinə inanacağını
söyləmişdi. “Вложитьперстывязвы” frazeologizmi də İncildəki bu əfsanə ilə bağlı olub, ağrıyan,
zəif yerə toxunmaq mənasına gəlir. Rus dilində перст komponentli işləkliyini itirən digər
frazeologizmlər də var:перстпровидения, перстбожий, перстрока (судьбы)-taleyi öncədən
müəyyənləşdirən sirli, mistik bir şey barəsində, перстоперстнеударить (неколонуть)-bir şey
etməmək, qabağını almamaq,одинкакперст-tənha, kimi-kimsəsi olmayan. Ümumiyyətlə, barmaqlar
əlin hissələri olduğundan çox zaman onunla oxşar və eyni simvolik məna daşıyırlar. Buna baxmayaraq
əl barmaqlarının hər birinin özünəməxsus, təkrarolunmaz rəmzi mənası da var. C.Kuper “Simvollar
ensiklopediyası”nda barmaqların simvolikliyi ilə bağlı maraqlı faktlar açıqlayır. Belə ki, baş barmaq
hakimiyyət və onun ötürülməsini simvolizə edir. Yuxarı qaldırılmış baş barmaq xeyir qüvvəni, uğuru
və düz iradəni; aşağı salınmış isə onun əksini bildirir. İşarə edən barmaq maqik gücü və ya ziyan
verməyi bildirir. Ağızın üzərinə gətirilən barmaq susmaq və ya düşünmək, ya da xəbərdarlıq
simvoludur. Xeyir-dua zamanı qaldırılan barmaqlar mənəvi güc işarəsidir. Qaldırılan iki barmaq təlim
və ya mühakiməni təcəssüm etdirir. İşarə və çeçələ barmaqlarının qaldırılması pis nəzərdən qoruyur,
lakin insana yönələrsə, onda təhqirdir. Xristianlarda xeyir-dua zamanı qaldırılan üç barmaq Müqəddəs
üçlüyü təcəssüm etdirir.
Ələm (xəmsə) müsəlmanlarda və yəhudilərdə əl formasında olan bir həmayildir ki, Allahın əlini,
ilahi gücü, uzaqgörənliyi və səxavəti təcəssüm etdirir. Baş barmaq Peyğəmbəri, digər barmaqlar onun
dörd yoldaşını: işarə barmağı – Fatiməni, orta barmaq – Əlini, adsız və çeçələ barmaqlar – Həsən və
Hüseyni bildirir. Allah Qiyamət surəsinin 3-cü və 4-cü ayələrində buyurur: “Məgər insan elə güman
edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da
(barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!” Quranda qeyd olunan
barmaq ucları onun sahibinin individuallığını vurğulayır. Belə ki, hər bir insan fərqli barmaq izinə
malikdir, yəni bir insanın barmaq izi digər insanın barmaq izinə əsla bənzəməz.
AZƏRBAYCAN DİLİNDƏKİ PREDSEDENT ONİMLİ GENDER
FRAZEOLOGİZMLƏRİNİN LİNQVOPRAQMATİK VƏ KOQNİTİV
XÜSUSİYYƏTLƏRİNƏ DAİR
Kəmalə ƏLİYEVA
Gəncə Dövlət Universiteti
ekrq1991@mail.ru
AZƏRBAYCAN
Məlumdur ki, predsedent onim anlayışı müəyyən bədii obrazın, real tarixi şəxsiyyətin ehtimal
edilən və ya gerçək həyat hekayəsinə, şahidi və ya iştirakçısı olduğu hadisə ilə özləşməsinə istinadən
yaranmış stereotipikləşməni ehtiva edir. Y.A.Naximovanın da haqlı olaraq qeyd etdiyi kimi,
“predsedent onimlər postmodern epoxasının, dövrünün kommunikasiyasında mühüm rol oynayan və
eləcə də möhtəşəm ənənə və tarixə malik olan intertekstuallığın vacib arselanı” təşkil edir (Нахимова
Е. А. Прецедентные онимы в современной российской массовой коммуникации: теория и
методика когнитивно-дискурсивного исследования. Екатеринбург, 2011. 276 c. ; 6). O.S.
Axmanova və İ.V.Gyubbenetin təklif etdiyi “şaquli kontekst” nəzəriyyəsinin (Ахманова О.С.,
Гюббенет И.В. «Вертикальный контекст» как филологическая проблема // Вопросы
языкознания. 1977. - № 3. с.47-54) davamı kimi meydana çıxmış “predsedent mətn” konsepsiyasının
müəllifi – Y.N.Karaulovun tədqiqatlarından (Караулов Ю. Н. Русский язык и языковая личность. –