Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə46/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   42   43   44   45   46   47   48   49   ...   62

184
10 il öncə başlanan yol
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral 2001-ci il

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 
müəllimlərinin təltif edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  İdman  Akademiyasının  70  illiyi 
münasibətilə akademiyanın aşağıdakı müəllimləri elm və təhsil sahələrində, bədən 
tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə təltif edilsinlər:
“Şöhrət” ordeni ilə
Abiyev Ağacan Qulam oğlu
Ağayev Oqtay Mirzəbaba oğlu
Nərimanov Bəhram Əhməd oğlu
Rzayeva Zeynəb Hüseyn qızı
“Tərəqqi” medalı ilə
Abdul-Qədirov İsmayıl Qafar oğlu
Babayev Zəfər Abigül oğlu
Babazadə Davud Əliağa oğlu
Eminbəyli Yavuz İbrahim oğlu
Hüseynov Şüa Hüseyn oğlu
İsmayılov İsmayıl Sultan oğlu
Quliyev Dilqəm Qasım oğlu
Qurbanov Xanlar Kazım oğlu
Məmmədyarov Qəhrəman Müslüm oğlu
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
6 aprel 2001-ci il

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 
müəllimlərinə “Əməkdar müəllim” fəxri adı verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  İdman  Akademiyasının  70  illiyi 
münasibətilə  akademiyanın  aşağıdakı  müəllimlərinə  elm  və  təhsil  sahələrində, 
bədən  tərbiyəsi  və  idmanın  inkişafında  nailiyyətlərinə  görə  “Əməkdar  müəllim” 
fəxri adı verilsin:
Balayeva Validə Gülməmməd qızı
Bağırov Rafiq Kamal oğlu
Bədirbəyli Gülcamal Ağalar qızı
Əbdürrəhmanov Şamil Hətəm oğlu
Ələkbərov Həmid Yusif oğlu
Əliyev Akif Əbdul oğlu
Əliyev Arif Əli oğlu
Əsədov Sabir Cəlal oğlu
Hüseynov Firat Alışan oğlu


185
Qarayev Mir Həsən oğlu
Qasımov Həmid İbad oğlu
Qasımov Ürfət Məmməd oğlu
Qayıbov Rafiq Hüseyn oğlu
Məmmədova Cəmilə Muxtar qızı
Məmmədova Şükufə Ağaşıxəli qızı
Nəsrullayev Məmməd Əhməd oğlu
Senatorova Svetlana Mixaylovna
Tahirov Rəsul Abbas oğlu
Talıbov Yusif Rəhim oğlu
Vahidov Sabir Abdul oğlu
Zülfüqarov Xəyyam Qədir oğlu
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
6 aprel 2001-ci il

Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm 
Nazirliyinin yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Azərbaycan Res-
publikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq 
qərara 
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici Turizm Şurası 
ləğv edilsin.
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan Respub-
likasının Gənclər, İdman və Turizm Nazirliyinə çevrilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
-  Azərbaycan  Respublikasının  Gənclər,  İdman  və  Turizm  Nazirliyinin 
əsasnaməsinin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublika-
sının Prezidentinə təqdim etsin;
-  Azərbaycan  Respublikası  Gənclər,  İdman  və  Turizm  Nazirliyinin  aparatının 
işçilərinin say həddini təsdiq etsin;
- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu fərman imzalandığı gündən qüvvəyə minir.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 aprel 2001-ci il

Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi 
haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin fəaliyyətini 
təmin etmək məqsədi ilə 
qərara alıram:
1.  Azərbaycan  Respublikasının  Gənclər,  İdman  və  Turizm  Nazirliyi  haqqında 
İdmana dövlət qayğısının bariz nümunəsi 
olan fərman və sərəncamlar


186
10 il öncə başlanan yol
Əsasnamə təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- on gün müddətində Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Na-
zirliyinin xərclər smetasını və işçilərinin say həddini təsdiq etsin;
- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Gənclər 
və İdman Nazirliyinin yaradılması ilə bağlı tədbirlər haqqında” 1994-cü il 3 sent-
yabr tarixli 199 nömrəli və “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 
haqqında Əsasnamənin və nazirliyin strukturunun təsdiq edilməsi barədə” 1994-
cü il 3 sentyabr tarixli 200 nömrəli Fərmanları qüvvədən düşmüş hesab edilsin.
4. Bu fərman imzalandığı gündən qüvvəyə minir.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 sentyabr 2001-ci il

Ə.M.H. Çoudrinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan  Respublikasının  idman  sahəsində  beynəlxalq  əlaqələrinin 
genişləndirilməsi  və  möhkəmləndirilməsindəki  xidmətlərinə  görə  Ənvər 
Mühəmməd Hüseyn Çoudri “Şöhrət” ordeni ilə təltif edilsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2001-ci il

Azərbaycan Milli Olimpiya Komitəsinin 
yaradılmasının onillik yubileyi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2002-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının onilliyi ta-
mam  olur.  2002-ci  il  həm  də  Azərbaycan  idmançılarının  Olimpiya  oyunlarında 
iştirakının 50 illik yubileyidir. İdmançılarımız 1952-ci ildən etibarən Olimpiya oyun-
larında iştirak etməyə başlayaraq, SSRİ yığma komandasının tərkibində çıxış etməli 
olmuşlar. Azərbaycan Olimpiya Hərəkatı tarixini ümumiyyətlə, şərti olaraq üç dövrə 
bölmək olar: Azərbaycan idmançılarının SSRİ yığma komandası tərkibində Olimpi-
ya oyunlarında iştirak etdiyi 1952-1988-ci illəri əhatə edən dövr, 1988-1992-ci 
illərdə oyunlara hazırlıq mərhələsini başa vuraraq, orada Müstəqil Dövlətlər Birliyi-
nin yığma komandası tərkibində iştirak etdiyi dövr və Azərbaycan Müstəqil dövlət 
kimi Beynəlxalq Olimpiya hərəkatına qoşulduğu 1992-ci ildən sonrakı dövr. 
Azərbaycan idmançıları SSRİ yığma komandasının tərkibində Olimpiya oyunları-
nın doqquzunda 46 idmançı ilə çıxış edərək 10 qızıl, 11 gümüş və 7 bürünc medal 
qazanmışlar. Sərbəst üsulla güləşçi Rəşid Məmmədbəyovun 1952-ci il Helsinki Olim-
piadasında qazandığı gümüş medal Azərbaycan idmançılarının Olimpiya Oyunların-
da ilk uğuru kimi qiymətləndirilməlidir. Sonrakı olimpiadalarda sprinter məsafələrinə 
qaçan  Yuri  Konovalovun,  müasir  beşnövçü  Viktor  Mineyevin,  voleybolçu  İnna 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə