Cover press ucun



Yüklə 168 Kb.
Pdf görüntüsü
səhifə31/62
tarix02.01.2018
ölçüsü168 Kb.
#19279
1   ...   27   28   29   30   31   32   33   34   ...   62

119
hesabat verdi. Olimpiya çempionu Fərid Mansurov, bürünc mükafatçı İradə Aşu-
mova və yunan-Roma güləşi seçmə komandamızın baş məşqçisi Elçin Cəfərov 
yarışla,  nailiyyətlərlə  bağlı  öz  fikirlərini  söylədilər.  Olimpiadanın  nəticələri  və 
ümumiyyətlə, idmanımızdakı durumla bağlı nitq söyləyən ölkə başçısı İlham Əliyev 
bu istiqamətdə dövlət siyasətinin məqsəd və vəzifələrindən söz açdı.
Əldə olunan nailiyyətlərin qiyməti kimi, olimpiya çempionu Fərid Mansurov, 
onun məşqçisi Əliqulu Həsənoğlu və yunan-Roma güləşi üzrə yığma komanda-
nın baş məşqçisi Elçin Cəfərov “Şöhrət” ordeni ilə təltif edildilər. Bürünc mükafat-
çılar Ağası Məmmədov və məşqçi Vaqif Kazımov, Fuad Aslanov və boks koman-
damızın baş məşqçisi Məmməd Eyvazov, Zemfira Meftəhəddinova və məşqçisi 
Hafiz Cəfərov, İradə Aşumova və məşqçisi Vladimir Lunyov “Tərəqqi” medalına 
layiq görüldülər. Olimpiadaya yolasalma mərasimində elan edilmiş pul mükafat-
ları sahiblərinə çatdırıldı. Amma tək bu deyil, dövlət rəhbəri olimpiadada medal 
qazanmayan, lakin uğurla çıxış edən idmançıların da əməyinin qiymətləndirilməsi 
üçün Gənclər, İdman və Turizm Nazirliyinə və Milli Olimpiya Komitəsinə müvafiq 
göstərişlər verdi.
Sentyabrın 17-dən 28-dək Afina meydanları paralimpiyaçılara verildi. Bu dəfə 
yarışlarda  ölkəmizi  9  idmançı  təmsil  edirdi.  Ötən  oyunlardan  fərqli  olaraq  ko-
mandamız  atletika,  pauerliftinq  və  güllə  atıcılığından  savayı,  cüdoda  da  təmsil 
olunurdu. Yarışlarda ölkəmizə 2 qızıl, 1 gümüş və 1 bürünc medal gətirildi. Yele-
na Taranova yarışları yenə medalsız tərk etmədi. Sentyabrın 19-da o, 10 metrə 
pnevmatik  tapançadan  atəş  proqramında  fəxri  kürsünün  3-cü  pilləsinə  qalxdı. 
Sonrakı iki gün Afinada Azərbaycan himni səsləndi. Ayın 20-də Füzuli rayonun-
da  döyüş  tapşırığını  yerinə  yetirərkən  görmə  qabiliyyətini  itirmiş  cüdoçu  İlham 
Zəkiyev 100 kq çəki dərəcəsində yarışların ilk qızıl medalını qazanan paralimpi-
yaçımız  oldu.  Ertəsi  gün  Oleq  Panyutin  görmə  qüsurluların  uzunluğa  tullanma 
yarışlarında dalbadal 2 dəfə paralimpiya rekordunu təzələdi. Ümumiyyətlə, onun 
hər 3 nəticəsi əvvəlki rekorddan üstün oldu - 6,95 m, 7,10 m, 7,08 m. Yekunda 
Oleq 2 dəfə dünya rekordunu da təzələdi (7,18 m, 7,25 m) və ən yaxın rəqibini 
22 sm qabaqladı. 3 təkanla tullanan Zeynəddin Bilalov 12.8 m nəticə ilə gümüş 
medala sahib çıxdı.
Digər idmançılarımızın nəticələrini də yüksək qiymətləndirmək olar. Yuri Qor-
Afina: Çətin sınağın uğurları
Prezident İlham Əliyev Afinada 
uğur qazanan idmançılar 
və onların məşqçiləri ilə 



121
nak 200 m-ə qaçışda 5-ci, 400 m-də, 4-cü, 100 m-də 9-cu, ağırlıqatmada Əlibala 
Hüseynov 9-cu, Bəhruz Bəşirov 10-cu nəticə göstərdilər. Amputant əlillərin ya-
rışında  Aleksandr  Polişşuk  100  metrə  qaçışın  final  mərhələsinə  çıxsa  da,  aldığı 
zədəyə görə mübarizəni davam etdirə bilmədi. Pauerliftinqçi Fuad Tarıverdiyev 
14-cü yeri tutdu.
Oktyabrın 6-da dövlət başçısı İlham Əliyev paralimpiyaçıları qəbul edərək, on-
ların Afinadakı nəticələrini yüksək qiymətləndirdi və bundan sonra da onlara qay-
ğı və diqqətini əsirgəməyəcəyini bildirdi. Mükafatlar da olimpiya oyunları timsalın-
da təqdim olundu. Qızıl medalçılar 250 milyon, məşqçiləri 125 milyon, 2-ci yerin 
sahibi 125 milyon, məşqçisi 60 milyon, 3-cü pilləyə qalxmış idmançı isə 60 milyon, 
məşqçisi 30 milyon manat aldılar. Milli Olimpiya Komitəsi də öz mükafatlarını ver-
di: çempiona 125 milyon, gümüş medalçıya 75 milyon, bürünc mükafatçıya 50 
milyon manat. Məşqçilər də müvafiq qaydada mükafatlandırıldılar.
Afina: Çətin sınağın uğurları



İki Olimpiada: 
Müqayisəli məqamlar
Bu Olimpiadada biz bunun şahidi olduq ki, 
müxtəlif ölkələr xaricdən idmançılar gətirir, onları 
öz yığma komandalarına daxil edirlər. Ötən 
Olimpiya oyunları ilə müqayisədə belə hallar bu 
dəfə daha çox idi. Mən çox şadam ki, bizim yığma 
komandamızda Azərbaycanda yetişmiş, təhsil 
alan, məşq edən idmançılar mütləq əksəriyyət 
təşkil edir.
İlham Əliyev


124
10 il öncə başlanan yol


125
Beləliklə, Afina Olimpiadası bizə hansı qənaətə gəlməyə imkan verir? Söz yox 
ki, inkişaf, irəliləyiş danılmazdır. Ancaq həqiqəti müqayisəli təhlil yolu ilə üzə çıxar-
maq  olar.  Nəticələr  faktlara  və  rəqəmlərə  söykəndiyindən,  kompleks  yanaşma 
metodları isə aşkar və praktiki olduğundan idman sahəsində bu işi aparmaq daha 
asandır. Məhz buna görə də onun ölkə ərazisində coğrafiyasını, inkişaf templərini 
öyrənməyə, hadisələri daha geniş aspektdə izləyib tədqiq etməyə və nəticələr 
çıxarmağa imkan yaranır.
Bu  mənada  12  idmançımızın  ümumi  hesabda  göstərdikləri  nəticə  uğurlu 
təməlin göstəricisidir. Sidney Olimpiadası ilə müqayisədə bu 2 dəfə çox deməkdir. 
Avstraliyada ümumkomanda hesabına xal yazdıranların sayı 6 idisə, Afinada eyni 
siyahıda fəxri yer alanlardan olimpiya medalı qazananların sayı 5-dir. Yerə görə 
hesablama  da  idmanımızın  olimpiya  hərəkatındakı  çəkisinin  artmasının  aydın 
göstəricisidir.
Konkret növlər üzrə müqayisələr daha bir ölçü vahididir.
Son illər Azərbaycanda boksun yüksək sürətlə inkişaf etməsi Oyunlarda da 
öz  əksini  tapdı.  Dəri  əlcək  ustalarımız  Sidneydə  5  çəki  dərəcəsində  mübarizə 
aparmışdılarsa,  Afinada  11  mümkün  çəkidən  9-da  təmsil  olundular.  Elə  nəticə 
baxımından da boksçularımızın hamısının ilk onluqda yer alması səviyyənin əyani 
göstəricisi oldu. Halbuki 4 il əvvəl 5 boksçudan yalnız 3-ü buna nail ola bilmişdi.
Ağırlıqqaldıranlarımız da Afinaya böyük heyətlə yollanmışdılar. Üstəlik, onu da 
nəzərə almaq lazımdır ki, Sidneydə komandanın tərkibində 1 qadın atlet də vardı. 
Bu dəfə isə yalnız kişilərdən təşkil edilmiş heyətdən bir idmançı komanda hesa-
bına xal gətirməklə yanaşı, həm də fəxri kürsünün bir addımlığınadək yaxınlaşdı. 
Ötən Oyunlarda kişilərdən ikisi 8 və 9-cu yerlərlə kifayətləndilərsə, bu dəfə 4-cü 
və 7-ci yerləri tutanlar oldu.
Hər iki olimpiadada yunan-Roma növü üzrə 3 güləşçimiz çıxış etmişdi. Sidneydə 
6-cı və 7-ci nəticələr əldə olunmuşdusa, bu dəfə “klassik”lər Azərbaycana 1 qızıl 
medal  gətirdilər.  Sərbəst  güləşçilərin  heyətində  bu  dəfə  iştirakçı  az  idi.  Amma 
2000-ci ildə 6 idmançıdan 5-i ilk onluqda yer almışdısa, Afinada 1 pəhləvan 5-ci 
yeri tutdu.
Cüdodakı müqayisələrə baxdıqda, Avstraliyada təmsil olunduğumuz 4 idman-
Fərid Mansurov: Azərbaycan bayrağı 
hər bir idmançı üçün müqəddəsdir 
İki Olimpiada: 
Müqayisəli məqamlar


Yüklə 168 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə