Cover press ucun



Yüklə 168 Kb.
Pdf görüntüsü
səhifə29/62
tarix02.01.2018
ölçüsü168 Kb.
#19279
1   ...   25   26   27   28   29   30   31   32   ...   62

113
hun Əbiyev ilkin səddi asanlıqla keçdi. Növbəti rəqibi türkiyəli Yalçın Ataqaya ilə 
görüş gərgin rəqabətdə keçdi. İdmançımız 20:33 hesabı ilə uduzduruldu. Sonra-
dan videotəkrarlara baxdıqca, Ceyhunun açıq-aşkar görünən dəqiq zərbələrinin 
qeydə alınmaması ikrah hissi doğurmaya bilməzdi.
Şahin  İmranovun  yarışdan  kənarlaşdırılması  isə  idmanın  ən  çox  təəssüf  do-
ğuran məqamlarındandır. O, rusiyalı Aleksey Tişşenko ilə dueldə rəqibindən üs-
tünlüyünü əyani göstərmişdi. Hesab 31:21 ikən 3-cü raundun 52-ci saniyəsində 
onun  qaşı  çapıldı  və  həkimlər  görüşü  dayandırmaq  göstərişini  verdilər.  Boks 
qaydalarına görə, belə halda yalnız finalda hesabda irəli olan qalib sayılır. Qalan 
mərhələlərdə isə zədə alan idmançı məğlub elan edilir.
Cavid Tağıyevin (75 kq) tailandlı Sureya Prasatifimayla dueli heç-heçə (19:19) 
başa çatdı. Lakin idmançımız xəbərdarlıq aldığı üçün qələbə asiyalı boksçuya ve-
rildi. Döyüş zamanı Cavid rəqibini nokdaun vəziyyətinə salsa da, yeni qaydalara 
görə, belədə idmançı yalnız 1 xal qazanır.
Sidneydə  75  kq-da  boksumuzun  ilk  olimpiya  medalını  qazanmış  Vüqar 
Ələkbərov 4 il sonra birdən-birə 2 dərəcə yuxarı - 91 kq-da çıxış etdi. Təbii ki, bu 
keçid izsiz ötüşmədi. Ancaq Vüqar bu dəfə qeyri-rəsmi komanda hesabımıza xal 
yaza bildi.
Rövşən  Hüseynov  (60  kq)  və  Ruslan  Xairov  da  (69  kq)  layiqli  çıxış  etdilər. 
Hər iki idmançımız rinqin dünyada tanınmış simalarından sayılan kubalı boksçular-
la görüşdülər. Ruslan Lorenso Araqon Armenterosla, Rövşən isə qarşısına çıxan 
bütün rəqibləri asanlıqla keçən Mario Sezar Kindelan Mesa ilə qarşılaşmalarında 
bərabər döyüş səviyyəsi nümayiş etdirdilər.
“Medal qazana bilməyən idmançıları da qeyd etməliyəm. Yarışları izləyər-kən 
çox  sevinirdim  ki,  belə  iradəli,  cəsarətli  idmançılarımız  var”,  -  deyən  prezident 
İlham  Əliyev  idmançılarımızın  yarış  meydanlarındakı  fədakarlığını  da  xüsusi  vur-
ğulayır  və  bununla  olimpiya  devizinin  də  əsas  meyarlarına  diqqət  çəkir.  “Əsas 
iştirakdır” prinsipini tamamlayan “daha sürətli, daha yüksək, daha güclü” şüarına 
uyğun olaraq, qələbə tək zəfərlər, zirvələr fəthi deyil. Onun meyarları daha geniş, 
mütərəqqi və bəşəridir.
Bununla belə, boksçularımızın ötən olimpiadada təməli qoyulan ənənəni da-
Afina: Çətin sınağın uğurları
Afinada Azərbaycan günü. 
Prezident İlham Əliyev
idmançıların əhatəsində 


114
10 il öncə başlanan yol
vam  etdirəcəyinə,  bu  dəfə  Afinadan  medal  gətirəcəklərinə  ümidlər  böyük  idi. 
Ağası Məmmədov (54 kq) bundan əvvəl ölkəmizə tək dünya tacını gətirən ilk 
boksçu kimi idman tariximizə düşməmişdi. O, üç il ərzində bir görüşdə belə uduz-
mayan kubalı çempion Gilyermo Ortisə, finalda rusiyalı Gennadi Kovalyova qalib 
gəlməklə, “yenilməz Kuba və Rusiya” imicinə ciddi zərbə vurmuşdu. Bu oyunlarda 
isə Rövşən Hüseynov, Ruslan Xairov da kubalılarla döyüşməyin mümkün olduğu-
nu bir daha göstərdilər. Bu da Azərbaycan boks məktəbinin ən böyük uğurları 
sayıla bilər. 
Ağası  Afinadan  da  ən  yüksək  nəticə  ilə  dönə  bilərdi.  Lakin  bolqar  Detelin 
Dalakliyevə,  sonra  ukraynalı  Maksim  Tretyaka  özünəxas,  tam  fərqli  və  bəzən 
ənənələrdən  kənar  çıxan  döyüş  üslubu  ilə  qalib  gəlmiş  dünya  çempionumuz 
tailandlı  Vorapoy  Petşkompla  yarımfinal  görüşündə  psixoloji  sindroma  düşdü. 
Amma Ağası Məmmədov Vətənə gözlənilən medalla döndü.
Boksumuz  bu  Olimpiya  Oyunlarında  tək  bir  medalla  kifayətlənmədi.  Fuad 
Aslanov  da  (51  kq)  Azərbaycana  bürünc  medal  gətirdi.  O,  Afinada  boksse-
vərlərə özünü tam fərqli prizmadan göstərə bildi. Fuad boksa hərtərəfli bağlılığı 
ilə  seçilir.  10  yaşında  ikən  bu  növlə  məşğul  olmağa  başlamış  boksçu  bundan 
10 il sonra məşqçiliyə də başlayıb. Sonra Ukraynanın Donetsk şəhərində çalışıb. 
Bu ölkənin boks federasiyasında da etiraf edirlər ki, F.Aslanov bu şəhərdə bok-
sun  inkişaf  etməsinə  əməli  kömək  göstərib.  Ancaq  İlham  Əliyevin  perspektivli 
idmançıları  Vətənə  qaytarmaq  xəttinin  boksda  Ağasıdan  sonra  daha  bir  kəşfi 
də məhz o, oldu. Azərbaycanda idmanın hər bir sahəsində yüksəliş olduğunu 
görən Fuad Aslanov ürəyinin səsi ilə Azərbaycana qayıtdı və iki il sonra Afina-
da özünü təsdiqlədi. Madaqaskarlı Jüve Rakotoarimbelo onun qarşısına çıxmadı. 
Bokssevərlərimizə tanış gürcü Nikolas İzoriya, polşalı Andrey Rjanı ilə görüşlərdə 
o, üslubunun verdiyi üstünlük və fərqlərlə, hərəkətlərində ardıcıllıq və zərbələrin 
dəqiqliyinə meyli ilə parlaq qələbələr qazandı. Fransalı Tomas Jeromla döyüşdə 
isə Fuad həm də hakim səhvləri ilə mübarizə aparırdı. Odur ki, son raundadək 
istəyini reallaşdırırdı. Fəqət, həlledici an, bu aludəçilik ona baha başa gəldi. Buna 
baxmayaraq, ilk dəfə boksçularımız olimpiadada medal boğçamıza 2 bürünc qat-
dılar. Komandanın ümumi çıxışı isə hər bir bokssevərdə gələcəyə inam hissini bir 
Afina Olimpiadasının bürünc 
medalçısı Fuad Aslanov Vətəndə 
əsl qalib kimi qarşılandı 


115
az da gücləndirmiş oldu. 
“İstəyirik  ki,  ölkəmizin  idman  şöhrəti  daha  yüksəklərə  qalxsın.  Hər  dəfə 
Azərbaycanın bayrağı qaldırılanda, dövlət himni səslənəndə, hər bir Azərbaycan 
vətəndaşı  qürur  hissi  keçirir,  o  cümlədən  mən  də”,  -  deyən  prezident  İlham 
Əliyevin sözlərindəki həqiqətə əmin olmaq üçün ötən dövr ərzində hər birimizin 
kifayət qədər şansı olub. Məhz belə qələbələrdən birini də Afinada yaşaya bil-
dik.
25 avqust. Bu tarix də Azərbaycanın Olimpiya salnaməsinə əbədi yazılacaq. 
O  gün  Azərbaycan  himni  qədim  Olimpiya  yurdunda  səsləndi.  Yunan-Roma 
güləşçimiz Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bu zəfər tək 
bununla əlamətdar olmadı, 4 il əvvəl Namiq Abdullayev sərbəst güləşimizin ən 
böyük uğuruna imza atdığı kimi, Azərbaycan “klassik” güləşinin də tarixinə ilk bö-
yük şərəf yazıldı. Doğrudur, 1988-ci ildə Azərbaycan güləş məktəbinin yetirməsi 
Kamandar  Məcidov  Seulda  qızıl  medala  sahib  çıxmışdı  və  onun  uğuru  da  bi-
zim üçün doğmadır. Ancaq Kamandar o vaxt sovet yığmasında Belarusu təmsil 
etdiyindən medalın şan-şöhrəti, adı da bu respublikaya məxsus idi.
Fərid isə Olimpiya Oyunlarının vətənində müstəqil Azərbaycanın adını ucaltdı. 
Özü də bunu Mərkəzi Ordu İdman Klubunun təmsilçisi - Azərbaycan ordusunda 
Vətən xidmətində müsəlləh əsgər kimi etdi. Gənc olmasına baxmayaraq, onun 
idman karyerası “çətinliklərdən zirvəyə” dramatizmi ilə zəngindir. Hələ uşaqkən 
“taekvondo, yoxsa güləş” seçimində qocaman ustad Əliqulu Həsənoğlunun rəyi 
həlledici  olmuşdu.  İranda  ilk  beynəlxalq  turniri  ilə  başlayan  bu  yol  15  yaşında 
yeniyetmələrin dünya birinciliyindəki gümüş medalla möhkəmləndi. 2000-ci ildə 
ölkə  çempionu  adını  qazanan  Fərid  ilk  böyük  zirvəsini  bir  il  sonra  Daşkənddə 
fəth etdi. Qabırğasında çat olsa da, Fərid fikrindən dönmədi, xalça üzərinə çıx-
dı  və  gənclərin  dünya  çempionu  titulunu  qazandı.  Olimpiadaya  lisenziyanı  da 
məhz belə əldə etdi. “Çalışqan, fikri-zikri qələbə olan, heç vaxt ruhdan düşməyən 
uşaqdır”  -  vaxtilə  Əliqulu  Həsənoğlu  öz  yetirməsini  şəxsi  keyfiyyətlərinə  görə 
belə qiymətləndirirdi. Məşqçisi bir də onu deyirdi ki, Fəridin fəndləri əks-fəndə 
çevirmək, məqamı duymaq qabiliyyəti çox güclüdür. Biz bunun olimpiadada bir 
daha şahidi olduq. Həm də necə?
Fərid  yarış  boyu  yalnız  ən  güclü,  dünya  şöhrətli  nəhənglərlə  güləşdi.  Qrup 
yarışında 1992-ci ildən bu yana olimpiya kürsüsündən düşməyən kubalı Xuan Luis 
Marini 3:0-lıq qələbə ilə yendi. Atlanta Oyunlarının çempionu, döşəkdə tuğyan 
edən polşalı Riçard Volnıya da eyni üsulu tətbiq edib 6:2 hesabı ilə qalib gəldi. Bu 
görüşlərdə Fərid taktiki-texniki fəndlərlə rəqiblərinə aman vermədi, onları döşək 
üzərində  vurnuxmağa  vadar  etdi.  1/4  finalda  o,  ikiqat  Asiya  çempionu  Pərviz 
Zeydvəndlə  bir  qədər  fərqli  üslubda  mübarizə  apardı.  2  xal  qazanıb  gözləmə 
mövqeyi tutdu. 3 xal həddini aşmadığı üçün əlavə vaxt təyin edildi. Fərid rəqibə 
cəmi 1 xal qazanmağa fürsət verdi. Yarımfinalda daha prinsipial rəqabət olacaq-
dı. 2002-ci ildə məhz norveçli Cimmi Samuelson onu “dünya qızılı”ndan məhrum 
etmişdi. Fəridin döyüşdə üslub, taktika seçimi, hər fəndi vaxtında yerinə yetirmək 
bacarığını burada gördük. Əvvəlcə, skandinaviyalı idmançı 1 xal qazandı. Sonra 
6  dəqiqə  gərgin  rəqabət  oldu.  Bu  həm  də  fərqli  psixologiyaların  döyüşü  idi. 
Əlavə  vaxta  bu  hesabla  da  keçiləcəyi  gözlənilən  an,  Fərid  2  xallıq  fənd  işlətdi 
və  artırma  dəqiqələrinə  üstünlüklə  yollandı.  Çoxları  bu  vaxt  hesabı  qorumağa 
çalışardı. Amma Fərid tam əminlik üçün hesabına 1 xal da yaza bildi və bu ona 
qələbə gətirdi. Onun son 3 Avropa çempionatının qalibi türkiyəli Şərəf Əroğlu 
ilə mübarizəsi isə əsl dərslik nümunəsidir. Rəqib idmançı rəqibi parter vəziyyətinə 
salarkən  işlətdiyi  fəndlə  məşhurdur.  Ancaq  Fəridlə  bu,  keçərli  olmadı.  Şərəf 
Əroğlu elə bu niyyəti həyata keçirmək istərkən, əks-hərəkətdə yaxalandı və sinə 
Afina: Çətin sınağın uğurları


Yüklə 168 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə