177
tirakını təmin etmək məqsədilə əlavə maliyyələşdirmə mənbələri yaratsın və Milli
Olimpiya Komitəsinin tədqiq etdiyi xüsusi proqramlara əsasən nəzərdə tutulan
tədbirlərin maliyyələşdirilməsini həyata keçirsin;
- bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral 1998-ci il
•
Azərbaycan uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar
Həşimova dövlət qayğısının artırılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanın uşaq şahmatçıları Avropa çempionu, dünya çempionatının gü-
müş mükafatçısı, on bir yaşlı Teymur Rəcəbov, Avropa və dünya çempionatlarının
gümüş mükafatçısı, on iki yaşlı Vüqar Həşimov dövlətimizi beynəlxalq yarışlarda
ləyaqətlə təmsil etmiş və yüksək nəticələr əldə etmişlər. Beynəlxalq Şahmat Fe-
derasiyasının 1997-ci ilin yekunlarına görə dərc etdirdiyi reytinq-siyahıda hər iki
şahmatçımız öz yaşıdları arasında lider olmuşdur.
Teymur Rəcəbov və Vüqar Həşimovun öz ustalıqlarını daha da artırmasını və
beynəlxalq yarışlarda iştirakını lazımi səviyyədə təmin etmək məqsədilə
qərara
alıram:
1. İstedadlı Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimov üçün
hazırlanmış xüsusi proqramın 1998-ci ildə həyata keçirilməsi üçün 120 (yüz iyirmi)
milyon manat (hər birinə 60 milyon manat) məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 22 fevral 1998-ci il
•
Azərbaycan uşaq şahmatçılarına
dövlət qayğısının artırılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanın uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimov son
illərdə dövlətimizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil etmiş və yüksək nəticələr
əldə etmişlər.
Bu müddət ərzində Teymur Rəcəbov üçqat Avropa çempionu, dünya çempi-
onatlarının bürünc, gümüş və qızıl mükafatçısı olmuşdur. Vüqar Həşimov Avropa
çempionatlarında iki dəfə gümüş medala, dünya çempionatlarında gümüş mü-
kafata və fəxri yerə layiq görülmüşdür. Hər iki şahmatçı artıq 1996-cı ildə FİDE
ustaları olmuşlar.
Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycanın uşaq şahmatçıları
Teymur Rəcəbov və Vüqar Həşimova dövlət qayğısının artırılması haqqında” 22
fevral 1998-ci il tarixli Sərəncamı bu iki gənc şahmatçı üçün hazırlanmış xüsu-
İdmana dövlət qayğısının bariz nümunəsi
olan fərman və sərəncamlar
178
10 il öncə başlanan yol
si proqramın - müasir kompüter və kompüter proqramı, şahmat ədəbiyyatı və
məcmuələr almaq, dünya şöhrətli mütəxəssislərin açıq dərslərində iştirak etmək,
beynəlxalq turnirlərə, Avropa və dünya çempionatlarına yüksək səviyyədə ha-
zırlaşmaq üçün xarici dövlətlərdə təlim-məşq toplanışı keçirmək və sairənin tam
şəkildə həyata keçirilməsini təmin etmişdir. Teymur Rəcəbov və Vüqar Həşimov
Avropa, dünya çempionatlarında mühüm qələbələr qazanmış, beynəlxalq usta
balı normalarını yerinə yetirərək şahmat üzrə dünyanın ən gənc beynəlxalq usta-
ları olmuşlar.
1998-ci ilin yekunlarına görə Beynəlxalq Şahmat Federasiyasının reytinq-
siyahısında Teymur Rəcəbov və Vüqar Həşimovla yanaşı, gənc şahmatçılarımız
Qədir Hüseynov və Rauf Məmmədov da öz yaş qruplarında lider mövqelərini əldə
etmişlər.
FİDE ustası Qədir Hüseynov Avropa çempionatlarında qızıl, gümüş və bürünc
medallara, dünya çempionatlarında isə bürünc medala layiq görülmüşdür. On
yaşlı Rauf Məmmədov Avropa və dünya çempionatlarında stabil nəticə göstərərək
mükafata layiq yerləri bölüşdürmüşdür. Məhz bu gənc şahmatçıların səyləri
nəticəsində Azərbaycanın yığma komandası 1998-ci ilin noyabrında İspaniyada
85 ölkənin iştirakı ilə keçirilmiş dünya çempionatlarında dördüncü yeri tutmuşdur.
Azərbaycanın gənc şahmatçılarının 1998-ci ilin beynəlxalq yarışlarında əldə
etdikləri yüksək nəticələri respublikada şahmatın inkişafı yolunda mühüm mərhələ
sayaraq, onların öz ustalıqlarını daha da artırmasını və beynəlxalq yarışlarda iştira-
kını lazımi səviyyədə təmin etmək məqsədilə
qərara alıram:
1. İstedadlı Azərbaycan şahmatçıları Teymur Rəcəbov, Vüqar Həşimov, Qədir
Hüseynov və Rauf Məmmədovun xüsusi hazırlıq proqramlarının 1999-cu ildə
həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası dövlət büdcəsinin ehtiyat
fondundan 160 (yüz altmış) milyon manat (hər şahmatçıya 40 milyon manat)
məbləğində vəsait ayrılsın.
2. Gənclər və İdman Nazirliyinə və Təhsil Nazirliyinə tapşırılsın ki, Azərbaycan
Şahmat Federasiyası ilə birlikdə respublikada uşaq şahmatının inkişafı üçün lazımi
tədbirlər planı hazırlayıb həyata keçirsinlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 1998-ci il
•
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq
edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
- qüvvədə olan müvafiq qanunvericilik aktlarının “Bədən tərbiyəsi və idman
haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanunu-
nun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının