Covid-19 pandemiyasının ölkə iqtisadiyyatına və qeyri-formal məşğulluğa təsiri ilə bağlı cari vəziyyətin təhlili


 Azərbaycanda əmək bazarı və məşğulluq



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81857
1   ...   15   16   17   18   19   20   21   22   ...   31
Covid-19-az

8. Azərbaycanda əmək bazarı və məşğulluq 

İqtisadi dövrə uyğun olaraq, Azərbaycan 2015-2016-cı illərdə tənəzzül və 2017-2018-ci illərdə 

dirçəliş  dövründən  keçsə  də,  daha  sonra  2019-cu  ilin  martında  inkişaf  mərhələsinə  qədəm 

qoymuşdur.  Son  10  ildə  orta  insan  inkişafı  göstəricisinə    sahib  ölkələr  qrupundan  Azərbaycan 

yüksək  göstəriciyə  və  dünyanın  ən  rəqabətçil  iqtisadiyyatları  olan  40  ölkə  siyahısına  daxil 

olmuşdur.  İqtisadi  və  sosial  məsələlər  bir  paket  şəklində  həll  olunur.  150  milyard  ABŞ  dolları 

məbləği həcmində investisiya  qoyulmuş, büdcə təxminən 20 dəfə, iqtisadiyyat 3,4 dəfə, valyuta 

ehtiyatları 30 dəfə (49,4 milyard ABŞ dolları) artmışdır. Təqaüdlər (10 dəfə) və əmək haqqı  (6 

dəfə) artırılmışdır. Lakin, , pandemiya və qlobal böhranlar nəticəsində Azərbaycanda 2015-2020 

iqtisadi dövr bağlanmış , yeni bir dövr başlamışdır.  

Azərbaycan  əhalisinin  71,6  faizi  əmək  qabiliyyəti  olan  yaşdadırlar.  Ölkədəki  "məşğul  əhali" 

anlayışı  kifayət  qədər  geniş  bir  məna  kəsb  edir  və  əsasən  əhalinin  məşğulluq  göstəricilərinin 

yüksək dəyərlərini müəyyənləşdirir. Məsələn, işləyənlər arasında torpaq payına sahib olanlar var 

və  onlar  ölkədə  çoxluq  təşkil  edir.  Müasir  Azərbaycan  əmək  bazarının  bir  xüsusiyyəti  muzdlu 

işçilərin  payının  az  olmasıdır,  bütün  işləyən  əhalinin  yalnız  32,1%  -i  təşkil  edir.  “Muzdsuz” 

işləyənlərin qeyri-formal xarakteri  əsasən kənd təsərrüfatlarında sosial cəhətdən ən az qorunan 

özünüməşğulluq  və  məşğulluq  formaları  ilə  əlaqədardır.  Eyni  zamanda,  qadınların,  ən  az 

rəqabətçil işçi olaraq, "muzdlu" işçi statusuna sahib olma ehtimalı kişilərə nisbətən daha azdır - 

bütün çalışan  qadınların yalnız 27,4% -i və kişilərin 36,9% -i muzdlu işçilərdir. 

 

Azərbaycanda  gənclər  (15-29  yaş)  ölkə  əhalisinin    üçdə  birini  təşkil  edir.  Gənclərin  maraqları 

ölkənin  Konstitutisiyası  və  “Gənclər  Siyasəti  haqqında”  Qanun  ilə  qorunur.  Gənclər  siyasəti-

müvafiq hüquqi sənədlərdə əks etdirilən dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla, əsasən 

hökümət təşkilatları tərəfindən həyata keçiriləir. dir.  

İlin əvvəlinə qədər 15-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi  10% -ə, 15-24 yaşlı gənclər 

arasında  isə  13,5%  -ə  düşdü.  15  yaşdan  yuxarı  əhali  arasında  qadınların  məşğulluq  səviyyəsi  

58,7 % olsa da, kişilərdə bu rəqəm 65,7% -dir. Eyni zamanda,  çalışan qadınlar arasında 15-29 

yaş  arası  gənclər  24%,  bütün  işləyən  kişilər  arasında  isə  eyni  yaş  qrupundakı  gənclər  26,3  % 

təşkil edir.  




19 

 

Dövlət  orqanlarının  bütün  muzdlu  işçilərinin  60%  -ə  qədəri,  bələdiyyə  üzvlərinin  30%  -i  gənc 



kadrlardan  ibarətdir.  Gənc  oğlan    və  qızlar    parlamentdə,  biznes  strukturlarında  və  digər 

sahələrdə  təmsil  olunur  və  cəmiyyətin  inkişafına  mühüm  töhfə  verirlər.  Müasir  Azərbaycan 

gəncləri iş axtararkən həm ənənəvi, həm də yeni, bəzən yaşlı əhali üçün əlçatmaz olan müxtəlif 

metodlardan  istifadə  edirlər.  Həm  dövlət,  həm  də  özəl  məşğulluq  xidmətlərinə,  tanışlarına, 

qohumlarına,  universitet  müəllimlərinə / işçilərinə müraciət  edirlər,  İnternet  resurslarından  fəal 

şəkildə istifadə edirlər, CV-lərini işəgötürənlərə rahatlıqla göndərə bilirlər. 

Baxmayaraq ki, Azərbaycanda qeydə alınmış işsizlik nisbəti  5% -dir, və bu rəqəm MDB ölkələri 

və  bir  sıra  Avropa  ölkələrindən  daha  aşağı  olsa  da,  ölkədə  məşğulluğun  artırılması,  gənclərin 

məşğulluğunun  artırılması  istiqamətində  işlər  davam  etdirilir.  .  Azərbaycan  iqtisadiyyatının 

yenidən qurulması işlərisürətləndirilir. Əsas diqqət qeyri-neft sektoruna yönəldilib. 

Bazara  girişi  asanlaşdırmaq  üçün  BƏT ilə  birgə  çox  sayda  layihələr  həyata  keçirilir.  Birləşmiş 

Millətlər  Təşkilatının  İnkişaf  Proqramı  (UNDP)    əsasında  yaradılan  SYSLAB  mərkəzləri  iş 

axtaranların  əmək  bazarına  inteqrasiyasına  köməklik  göstərmişdir.  ƏƏSMN  yanında  Dövlət 

Məşğulluq Xidmətinin və Əmək Birjasının göstəriciləri vətəndaşları uyğun işlərlə təmin etməklə

onların  ödənişli  ictimai  işlərə  və  müvəqqəti  işlərə  cəlb  etməklə  artır  .  Bu  işlə  təmin  olunan 

vətəndaşların əksəriyyəti gənclərdən ibarətdir.  

Əlillərin,  fiziki  məhdudiyyətli  gənclərin  məşğulluğunu  təmin  etmək  üçün  mümkün  tədbirlər 

görülür. Peşə Reabilitasiya Mərkəzləri yaradılıb və fəaliyyət göstərir. Düzgün peşə seçmək üçün 

vətəndaşlara,  əsasən  orta  ümumtəhsil  məktəblərinin  yuxarı  sinif  şagirdlərinə  müasir  əmək 

bazarının  tələbləri  barədə  geniş  məlumat  və  peşəkar  məsləhətlər  verilir.  Ali  təhsil 

müəssisələrində “Karyeda ilk addım”  devizi altında fəal məşğulluq tədbirləri keçirilir.  

Xüsusi testdən keçməklə işə qəbul prosesini həyata keçirən dövlət sektorunda işə qəbul zamanı 

şəffaflıq və obyektivliyə nail olmaq üçün çox sayda işlər görülüb. Buradakı məşğulluq prosesi 

mümkün qədər gender bərabərliliyini təbliğ edir. Ölkədə bütün iqtisadi, sosial və mədəni amillər 

sisteminə  əsaslanan  əməyin  ödənilməsi  sahəsində  gender  fərqlərinin  azaldılması  istiqamətində 

davamlı  tendensiya  mövcuddur.  Qadınlara  münasibətdə    birbaşa  və  ya  dolayı  yolla  ayrı-

seçkiliyin aradan qaldırılması üçün işlər aparılır. 

Azərbaycan  BƏT-in  "MDB-də  gənclərin  məşğulluğu  sahəsində  əməkdaşlıq,  Mərhələ  2" 

layihəsində  fəal  şəkildə  iştirak  edir.  Əsas  məqsəd  gənclərin  idarəetmə  sahəsində,  gənc 

mütəxəssislərin işə qəbulu və digər sosial-iqtisadi problemlərin həllinin təmin edilməsi sahəsində 




20 

 

gənclərin  fəal  iştirakı  üçün  şərait  yaratmaq  məqsədilə  "Azərbaycan  gəncliyi  2017-2021-ci 



illərdə" dövlət proqramını 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə