Covid-19 pandemiyasının ölkə iqtisadiyyatına və qeyri-formal məşğulluğa təsiri ilə bağlı cari vəziyyətin təhlili



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81857
1   ...   14   15   16   17   18   19   20   21   ...   31
Covid-19-az

Orta kateqoriyada

 , bu gün respublikadakı 

həmkarlar  ittifaqı  üzvlüyünün  əsasını  təşkil  edən  orta  gəlirli,  monoton    peşələrdə  məşğulluq 

səviyyəsi aşağı düşəcək.  

Bu baxımdan, həmkarlar ittifaqlarının ali məqsədinə - BƏT tərəfindən elan edilmiş sosial ədalətə 

nail  olmaq  üçün  respublikada  və  sektorial  səviyyələrdə  iş  sferasının    gələcəyi  üçün  xüsusi 




17 

 

tövsiyələrin  hazırlanması  prosesinin  iştirakçısı  olaraq  respublikada  qalmalı  olduğumuzu 



unutmamalıyıq.  

7. Karantin tədbirlərinin qeyri-formal iqtisadiyyata təsiri 

Yalnız 2020-ci ilin aprel ayına qədər olan vəziyyətə görə, COVID-19 pandemiyasına görə qeyri-

formal  iqtisadiyyatda  çalışantəqribən  1,6  milyard  işçi  əziyyət  çəkmişdir,  bu  da  onların 

gəlirlərinin 60 % azalmasına gətirib çıxarmışdır. Qeyri-rəsmi iqtisadiyyatda çalışan, təqribən 1,1 

milyard işçi tam izolə  rejiminin hökm sürdüyü ölkələrdə yaşayır və çalışır , bundan başqa,  304 

milyon insan  qismən təcrid rejiminin tətbiq olunduğu ölkələrdədir. Bu işçilərin hamısı birlikdə 

ümumi qeyri-formal məşğulluğun 67 %-ni təşkil edir.Sektorial risklərin, məşğulluq statusunun , 

müəssisələrin  həcminin  və  müxtəlif  səviyyəli  karantin  tədbirlərinin  (tam,  qismən  və  zəif 

tədbirlər)  əlavə  təsirləri  nəzərə  alınaraq,  koronavirusun  qeyri-formal  iqtisadiyyatda  çalışan 

işçilərə  təsiri  daha  geniş  olaraq  qiymətləndirilir.  Bu  hesablama  dünyadakı  qeyri-formal 

məşğulluğun  76  %-ni  təşkil  edən  qeyri-rəsmi  iqtisadiyyatda  karantin  tədbirlərinin  və  (və  ya) 

virusun  ən  çox  təsir  göstərdiyi  sektorlardakı  çalışan    təxminən  1,6  milyard  işçiyə  təsir  etdiyini 

göstərir.  Bu  işçilərin  demək  olar  ki,  hamısı  (95  %-dən  çoxu)  on  nəfərdən  az  işçisi  olan  kiçik 

müəssisələrdə çalışır. 

Böhranın  təsir  göstərdiyi  qeyri-formal    iqtisadiyyatda  çalışan  işçilər  arasında  qadınlar  yüksək 

riskli sektorlarda üstünlük təşkil edir: bu sektorlarda çalışan kişilər 32 % olsa da, qadınlar 42 % 

təşkil edir.  Gender göstəriciləri üzrə fərq qadınların kişilərlə müqayisədə bir qayda olaraq daha 

çox istehsal və ya topdan/pərakəndə satış sektorunda çalışdığı  daha yüksək  gəlirli ölkələrdəöz 

əksini tapmışdır. .  

Karantin  tədbirlərindən  əziyyət  çəkənlərin  əksəriyyətinin  qeyri-formal  sektorda  çalışanların 

olduğuna dair ən azı iki əsas səbəb vardır:. Birincisi, sektorla bağlıdır; belə ki, çox sayda qeyri- 

rəsmi  işçinin  çalışdığı  sektorlara  daha  ciddi  zərər  gördü  .  İkincisi  isə  müəssisənin  ölçüsü  ilə 

əlaqədardır: Qeyri-formal  iqtisadiyyatda çalışan 2 milyard işçinin çoxu özməşğulluqda   və ya 

işçi sayı 10 nəfərdən az işçinin  olduğu kiçik müəssisədə fəaliyyət göstərirlər və bu müsəssisələr 

zərbəyə daha az dayanıqlı  olur .  

İqtisadiyyatın  qeyri-formal  sektorunda      fəaliyyət  göstərən  2  milyard  işçi  və  ya  sahibkarların 

əksəriyyəti  üçün  işin  dayandırılması    və  ya  onlayn  fəaliyyət  göstərmək  problemin  həlli  yolu 

deyil.  



18 

 

Evdə  qalmaq  iş  yerini  itirmək  deməkdir.  Əksər  insanlar  üçün  isə  mövcudluğunu    itirmək 



deməkdir. Acından  və ya  virusdan ölmək qeyri-formal  sektorda çalışan insanların qarşılaşdığı 

həqiqi dilemmadır.    




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə