Covid-19 pandemiyasının ölkə iqtisadiyyatına və qeyri-formal məşğulluğa təsiri ilə bağlı cari vəziyyətin təhlili


 Azərbaycanda pandemiyaya görə itki ilə üzləşən iqtisadiyyatın sektorlaru



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81857
1   ...   17   18   19   20   21   22   23   24   ...   31
Covid-19-az

9. Azərbaycanda pandemiyaya görə itki ilə üzləşən iqtisadiyyatın sektorlaru

 

Hal-hazırda,  COVID-19  koronavirus  pandemiyasının  yayılmasının  iqtisadi  və  sosial  sferada 



təsirini  məşğulluq  səviyyəsi,  inflyasiya,  maliyyə  vəziyyəti,  ÜDM  və  s.  kimi  göstəricilər  ilə 

qiymətləndirmək çətindir, çünki adıçəkilən göstəricilərlə bağlı məlumat aylar sonra əldə edilir.  

İstehlak  xərclərinin  qlobal  iqtisadiyyatın  70%  -ni  təşkil  etdiyini  nəzərə  alaraq,  istənilən 

fəaliyyətin    dayandırılmasının  maddi  zərərlə  nəticələndiyini  demək  olar..  2020-ci  ilin  birinci 

yarısı üzrə vaxtında məlumat əldə etmək üçün istehlakçıların vəziyyətə necə reaksiya verdiyini 

müəyyənləşdirən beş göstərici nəzərdən keçirilmişdir. 




21 

 

İlk  yerdə    turizm  sektoru  gəlir.  Ölkədə  davam  edən  hazırkı  vəziyyətlə  əlaqədar 



mehmanxanalarda  sıxlığın  ciddi  şəkildə  azaldığı  müşahidə  edilir.  Azərbaycanda  2020-ci  ilin 

birinci  yarısında  öncəki    illə  müqayisədə  xarici  qonaqların  sayının  2  dəfə  azaldığı  müəyyən 

edilmişdir. Nəticədə etibarilə də, böyük maliyyə itkisi də yaranır .  

İkinci göstərici - pərakəndə satış sektorudur. Əldə edilən məlumata əsasən, ölkədəki istehlakçılar 

əsasən  zəruri  mallar  almağa  başlamışdır.  Dərman  vasitələri,  təmizlik  məhsulları,  məişət 

məhsulları, ərzaq və qablaşdırılmış suların satışında artış nəzərə çarpır. 

Üçüncü və dördüncü göstəricilər – bu mədəniyyət sənayesi və kütləvi yerlərdə, mədəniyyət və 

idman obyektlərində kassa qəbzləridir. Koronavirusla mübarizə tədbirləri səbəbiylə premyeralar, 

konsertlər,  festivallar,  daxili  və  beynəlxalq  mədəni  və  idman  tədbirləri  təxirə  salınır  ki,  bu  da 

bilet satışında özünü biruzə verir. 

Son göstərici- istehlakçı etibarlılığı. Buradakı vəziyyət hələ "iqtisadi çaxnaşmaya" səbəb olacaq 

dərəcədə deyil. 

Hazırda  pandemiyanın  Azərbaycana  vurduğu  zərərin  dəqiq  qiymətləndirilməsi  qeyri-

mümkündür.  Lakin,    mövcud  məlumatlara  görə  gündəlik  itkilər  120-150  milyon  manat  (71-88 

milyon  ABŞ  dolları)  təşkil  edir.  Qeyri-neft  sektorunda  pandemiyanın  təsir  göstərdiyi  vergi 

ödəyicilərinin payı 46.4% təşkil edir. İlin birinci yarısının nəticələrinə görə, milli iqtisadiyyatda 

istehsal  azalır  və  bu  səbəbdən,  dövlət  borcunun  ümumi  daxili  məhsula  (ÜDM)  olan  nisbəti 

20,7% -dən 24,5% -ə yüksəlmişdir. 

Turizm,  qeyri-ərzaq  mallarının  ticarəti  və  xidmət  sektorları  ÜDM-ə  cüzi  töhfə  versə  də, 

iqtisadiyyatın  ən  çox  zərər  gördüyü  sahələr  idi.  Turizm  və  qeyri-ərzaq  malları  ticarətinin 

Azərbaycan  ÜDM-dəki  payı  5%  təşkil  edir.  Lakin  əsas  problem  bu  sahələrdə  çalışan  300000-

400000 işçinin olmasıdır.  

Həm karantin tədbirləri, həm də dünya bazarında neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına 

ciddi  təsir  göstərmişdir.  AYİB  2020-ci  ildə  ÜDM-nin  2%  azalacağını  gözləyir  və  BVF-in  cari 

hesablamalarına  görə  ÜDM-nin  9.2%  -ə  bərabər  olan  profisitdən  8.2  %-lik  kəsrə  keçəcəyini 

təxmin edir. 

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2020-ci ilin yanvar ayından avqust 

ayına  qədər  ölkənin  ÜDM-i  əvvəlki  ilə  müqayisədə  3%  azalmışdır.  İqtisadiyyatdakı  tənəzzül 

dünya  əmtəə  qiymətlərinin  azalması  ilə  daha  da  pisləşdi:  ÜDM-in  yaradılmasında  neft 

sektorunun  iştirakı  4.9%  azaldı,  halbuki, iqtisadiyyatın  digər  sahələrində  bu  azalma  1.7%  -dən 




22 

 

artıq olmadı. Xarici ticarət dövriyyəsi 2020-ci ilin yanvar-iyul ayları arasında 2019-cu ilin birinci 



yarısına nisbətən real olaraq 22,5% (idxal 43,4%, ixrac 7,1% azalıb) azalıb. 

Azərbaycan sabit  valyuta məzənnəsini saxlayan ölkələrdən biri olduğu üçün gəlirlərin itirilməsi 

dövlət büdcəsinə sarsıdıcı zərbə vur. İlin birinci və ikinci rübündə, ölkə 7,3 milyard ABŞ dolları 

olaraq  hesablanan  Azərbaycan  Dövlət  Neft  Fondunun  2,8  milyard  ABŞ  dolları 

məbləğinixərcləmişdir.    Eyni  zamanda,  Azərbaycanın  maliyyə  sektorunda  likvidlik  və  maliyyə 

sabitliyi baxımından çətinliklər yaranmışdır.  

Bu  il  ölkənin  məşğulluq  idarələri  tərəfindən  işsiz  statusu  alanların  sayı  365,4  min  nəfər  olub 

(2019-cu illə müqayisədə 5 dəfə çox) və bunun da 37,1%-i qadınlar təşkil edir. Halbuki, bunlar 

yalnız reallıqdan fərqli olan rəsmi məlumatlardır. Bürokratik baxımdan işsiz statusunu almaq elə 

də çətin proses deyil. Təəssüf doğuran hal odur ki, insanlar (əsasən bölgələrdə) işsiz statusunu 

almaq  hüquqları  barədə  məlumatsızdırlar  və  özünüməşğulluq  hüququ  barədə  kifayət  qədər 

məlumatlı deyillər. 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə