Covid-19 pandemiyasının ölkə iqtisadiyyatına və qeyri-formal məşğulluğa təsiri ilə bağlı cari vəziyyətin təhlili



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81857
1   ...   20   21   22   23   24   25   26   27   ...   31
Covid-19-az

12. Hökümətin anti-böhran paketi 

Hökumətin  ümumi  koordinasiyası  vasitəsilə  iqtisadiyyatın  müxtəlif  sahələrinin  rəhbərlərinin, 

özəl  və  bank  sektoru  təmsilçilərinin,  Sahibkarlar  və  Həmkarlar  İttifaqları  Konfederasiyalarının 

nümayəndələrinin  iştirakı  və  işçi  qruplarının  rəhbərləri  ilə  müntəzəm  məsləhətləşmələr 

aparmaqla 10 proqramdan ibarət paket hazırlanmışdır. 

Bunlardan ikisi aşağıdakılardır: - "Koronavirus pandemiyasından zərər çəkən  sektorlarda çalışan 

304000  muzdlu  işçinin  əmək  haqlarının  kompensasiyası  üçün  maliyyə  dəstəyi  proqramı"  və 

"Koronavirus pandemiyasından zərər çəkən  sektorlarda çalışan  292.000 fərdi (mikro) sahibkar 




28 

 

üçün  maliyyə  dəstəyi  proqramı".  Hər  iki  proqramın  ən  vacib  şərt  və  çərçivəsi,  pandemiyadan 



zərər çəkən  sektorda olan 336 min müəssisədə iş yerlərinin qorunub saxlanmasına yönəldilib. 

Üçüncü  proqram  -  "Koronavirus  pandemiyasından  zərər  çəkən  sahələrdə  fəaliyyət  göstərən 

sahibkarlıq subyektləri üçün vergi güzəştləri, imtiyazlar və vergi tətilləri proqramı" dır. Bu geniş 

bir proqram olmaqla,  ilk növbədə zərər çəkən sektorları əhatə etsə də, bəziləri daha geniş sahəyə 

aiddir. 

Bundan  başqa,  “Koronavirus  pandemiyası  nəticəsində  meydana  gələn  itkilərdən  əziyyət  çəkən 

sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün yeni bank kreditlərinin verilməsi üçün 

kredit-zəmanət  proqramı”  da  hazırlanmışdır.  Beləliklə,  burada  məqsəd  Azərbaycanda  iqtisadi 

inkişafın  trayektoriyasını  saxlamaq  məqsədilə,  yeni  layihələrin  maliyyələşdirilməsi  prosesini 

davam  etdirməkdir.  Belə  ki,  karantindən  sonrakı  fəaliyyət  dövründə  canlanma  müşahidə 

ediləcəkdir.  

Beşinci  proqram  -    "Koronavirus  pandemiyasından  zərər  çəkən    sahələrdə  fəaliyyət  göstərən 

sahibkarlıq  subyektləri  üçün  mövcud  kredit  portfelinin  dəstəklənməsi  üçün  kredit  zəmanəti 

proqramı"  olaraq  nəzərdə  tutulmuş  proqramdır.  Bu  proqramda  qismən  dövlət  büdcəsindən, 

habelə  Sahibkarlığın  İnkişafı  Fondundan  vəsaitlərin  cəlb  edilməsi  nəzərdə  tutulur.  Buradakı  ən 

vacib  hədəf  həm  sahibkarlıq  subyektlərinə  dəstək  göstərmək,  həm  də  kredit  portfeli 

dayanıqlılığının maliyyə və bank sektoru üçün zəruri, çox vacib və əhəmiyyətli olmasını təmin 

etməkdir. 

Altıncı  və  yeddinci  istiqamət  olaraq  "Əhalinin  maddi  vəziyyətini  dəstəkləyən  sosial  paket"  və 

"Sosial  cəhətdən  həssas  qruplara  mənsub  ailələrin  üzvləri  olan  tələbələrin  təhsil  xərclərinin 

ödənilməsinə  dəstək  proqramı"  nəzərdə  tutulmuşdur.  Əhalinin  sosial  baxımdan  həssas  qrupuna 

məxsus ailələrdən olan tələbələr üçün təhsil haqqı xərcləri ödəniləcək. 

Bundan başqa, səkkizinci istiqamət olaraq ipoteka krediti  və kreditlərə zəmanət mexanizmi üçün 

maliyyə  dəstəyi  proqramı  müəyyənləşdirilib.  Bu  proqram  həm  inşaat  sektorunun  fəaliyyətinin 

davam  etdirilməsinə,  genişlənməsinə,  həm  də  əhali  üçün  hər  zaman  lazım  olan  mənzil 

probleminin həllinə müəyyən töhfə verəcəkdir.  

Proqramın  doqquzuncu  istiqaməti  -    "Əhalinin  elektrik  enerjisi  sərfiyyatına    görə  kommunal 

ödənişlərə  dəstək  proqramı"dır.  İnsanlar  evdə  daha  çox  vaxt  keçirirlər,  buna  görə  də  elektrik 

istehlakı artır. Bu proqram, hər şeydən əvvəl, mövsümü və limitlərin genişləndirilməsini nəzərə 

alaraq elektrik enerjisi üçün ödənişi təmin edir. 




29 

 

Nəhayət,  "Sərnişin  daşımalarının  həyata  keçirilməsi  üçün  zəruri  sahələrin  dəstəklənməsi 



proqramı" da mövcuddur. Həyati zəruri olan fəaliyyətlə məşğul olan bir sıra şirkətlərin - sərnişin 

daşınması, dövlət və özəl şirkətlər demək olar ki, obyektiv səbəblərdən işlərini dayandırmış  və 

ya dondurmuşdurlar. Bu müəssisələrlə bağlı hədəf proqramı hazırlanmışdır. 

Bu geniş miqyaslı iqtisadi və sosial paket iqtisadi sahədə artan tempə müsbət təsir göstərməli və 

eyni  zamanda,  həssaslıq  kateqoriyasına  aid  olan  vətəndaşlar  bu  böhrandan  qorunmalıdır.  Əsas 

məqsəd  ilk  növbədə  vətəndaşların  təhlükəsizliyi,  sağlamlığı  və  rifahının  qorunmasından 

ibarətdir.  

Azərbaycan  hökumətinin  böhran  əleyhinə  planının  məzmunu  aşağıdakı  kimidir:  koronavirusun 

nəticələri  ilə  mübarizənin  aparılma  qaydası  və  3.5  milyard  manat  (2  milyard  ABŞ  dolları) 

həcmində göstərilən 10 proqramın müddəaları vətəndaşların diqqətinə çatdırılmışdır. 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə