Covid-19 pandemiyasının ölkə iqtisadiyyatına və qeyri-formal məşğulluğa təsiri ilə bağlı cari vəziyyətin təhlili


 Aktiv maliyyə və pul-kredit siyasəti



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81857
1   ...   21   22   23   24   25   26   27   28   ...   31
Covid-19-az

13. Aktiv maliyyə və pul-kredit siyasəti 

Hökümət öz gəlirlərini itirən sahibkarlara yardım göstərmiş, hətta onların işçilərinə belə aldıqları 

əmək  haqlarına  uyğun  olaraq    ödənişlər  etmişdir.  Lakin,  rəsmi  maaşlar  ailələrin  ehtiyaclarını 

qarşılamaq üçün yetərli deyildir. Əvvəllər işçilərin maaşları və digər xərclər ödənildikdən sonra 

adi  sahibkarın  xidmət  sektorundakı  kiçik  obyektlərdən  əldə  etdiyi  qazanc  ayda  təxminən  1200 

manat (710 ABŞ dolları) təşkil edirdi. İndi dövlətdən aldığı 700 manat (410 ABŞ dolları) dövlət 

yardımı ilə obyektin icarə haqqını  ödəməkdən başqa heç nə edə bilmir. 

İşsiz kimi qeydiyyatdan keçmiş şəxslərə dövlət tərəfindən verilən yardıma gəldikdə isə190 manat 

(111 ABŞ dolları) məbləğində müavinət ödəyərkən, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin 

(VÖEN) olması heç bir əhəmiyyət daşımır. 

Belə  “qeyri-standart  vəziyyətdə”  hökumət  əsas  istehlakçının  tələbatının  azalmasının  qarşısını 

almağa  çalışır,    işini  itirmiş  və  evdə  qalan  insanların  gəlirlərini  kompensasiya  etmək  üçün 

addımlar atır. 

Biznes  sahəsinə  gəldikdə,  hökümət  pandemiyadan  sonrakı  mərhələ  üçün  hazırlaşır  və  biznesin 

inkişafi -  sabitliyi üçün kredit imkanlarını təklif edir.  

Ölkənin  əsas  gəlir  mənbəyi  neft  ixracı  olduğundan,    neftin  qiymətlərində  müşahidə  olunan 

azalma 2020-ci ildə ölkədə iqtisadi  artım tempi və gəlirdə azalmaya gətirib çıxaracaq. Bununla 

yanaşı,  2021-ci  ildə  neft  və  qaz  qiymətlərindəki  canlanmanın  təsiri  ilə    iqtisadi  artımın  1,5  % 

olacağı  proqnozlaşdırılır.  Təbii  qaz  istehsalının  genişləndirilməsi,  xidmət  sahəsində  və 

ticarətdəki  artım  templəri  iqtisadi  inkişafa  dəstək  olacaq,  ölkənin  xalis  ixracatını 




30 

 

gücləndirəcəkdir.  Minimum  əmək  haqqının,  təqaüdlərin,  bütün  növ  müavinətlərin  artması  ilə 



istehlakın da artacağı gözlənilir. 

İqtisadi tənəzzülə baxmayaraq, hökumət ölkədəki makroiqtisadi vəziyyətə nəzarət edir və dövlət 

rəsmilər  öz  bəyənatlarında  vəziyyətin  düzələcəyinə  ümid  edirlər.  Bütün  mümkün  ssenarilər 

proqnozlaşdırılır,  dünya  enerji  və  fond  bazarlarındakı  kəskin  dalğalanmalara  qarşı  tədbirlər 

planlaşdırılır.  Azərbaycan  hökuməti  əhaliyə  təxminən  2,5  milyard  manat  (1,5  milyard  ABŞ 

dolları) həcmində yardım paketi və 1 milyard manat (590 milyon ABŞ dolları) həcmində vergi 

güzəştləri ediləcəyini elan etmişdir. 2020-ci ildə xərclər planlandığından təxminən 2,5-3 milyard 

manat  (1,5-1,8  milyard  ABŞ  dolları)  çox  olacaq.  Eyni  zamanda,  dövlət  gəlirləri  təxminən  5 

milyard manat (2,9 milyard ABŞ dolları) azalacaq.

 

Lakin,  koronavirus  pandemiyasının  Azərbaycan  iqtisadiyyatına  yalnız  mənfi  təsir  göstərdiyini 

qeyd etmək yanlış olardı. İnternet texnologiyaları və rabitə xidmətlərinə tələbin artması müəyyən 

dərəcədə  müsbət  təsir  göstərmişdir.  Həm  sənayedə,  həm  də  kənd  təsərrüfatında  oxşar  təsirlər 

mövcuddur. İnflyasiya yenə də aşağı səviyyədə qalır, belə ki, 2019-cu ildəki 2.6%-ə nisbətən, bu 

il  bu  rəqəqm  yalnız  3.1%  olmuşdur.  Müsbət  təsirlər  qısa  müddətdə,  mənfi  təsirlər  isə  orta  və 

uzun müddətdə ortaya çıxa bilər.  

Dünya  Bankı  və  Beynəlxalq  Valyuta  Fondu  daxil  olmaqla  beynəlxalq  təşkilatlar  ölkədəki 

vəziyyəti  “çox  müsbət”  dəyərləndirərək  Azərbaycanın  “valyuta  ehtiyatlarının  çox,  xarici 

borcunun isə az olmasının” “ ciddi tədbirlər” görməyə imkan verəcəyini bildirmişdilər.  

Bu  baxımdan,  vergi  güzəştləri,  koronavirus  pandemiyasının  fərqli  sahədə  çalışan  vergi 

ödəyicilərinə  vurduğu zərərə uyğun olaraq dəyişir. 

Karantin  tədbirləri  aradan  qaldırıldıqdan  dərhal  sonra  iqtisadi  fəaliyyət  tam  bərpa  olunması 

mümkün  olmadığı  üçün  dövlət  sahibkarlara  dəstək  göstərəcək.  Dövlət  dəstək  proqramlarının 

punktlarından  biri  həm mövcud,  həm  də gələcək  kreditlər  üçün  dövlətin  sahibkarlara  müəyyən 

güzəşt verməsini əhatə edir. 

Digər əsas prioritet tapşırıq da iş yerlərinin qorunmasıdır. Hökümət yardım mexanizmləri işləyib 

hazırlamış  və  sahibkarlar  artıq  müəyyən  edilmiş  qaydalara  uyğun  olaraq  artıq  həmin 

mexanizmlərə müraciət edə və onlardan o istifadə edə bilər. Yardım paketinin formalaşdırılması 

prosesində əsas amillərdən biri olaraq işlər qorunub-saxlanılmışdır. İşçilərin sayını və iş yerlərini 

azaltmayan  sahibkarlar  yardım  mexanizmlərindən  yararlana  bilərlər.  Sosial  cavabdeliyi    tətbiq 

edənlərə isə dövlət tərəfindən yardım göstərilir.  




31 

 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə