Covid-19 pandemiyasının ölkə iqtisadiyyatına və qeyri-formal məşğulluğa təsiri ilə bağlı cari vəziyyətin təhlili


 Əmək münasibətlərinin tənzimlənməsi və qeyri-formal məşğulluğun leqallaşdırılması



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81857
1   ...   19   20   21   22   23   24   25   26   ...   31
Covid-19-az

11. Əmək münasibətlərinin tənzimlənməsi və qeyri-formal məşğulluğun leqallaşdırılması 

Qeyri-rəsmi  sektorun  dövlət  üçün  nə  qədər  vacib  olduğunu  və    nə  qədər  problemli  olduğunu 

anlamaq mərhələsinə çatmışıq. Məsələn: qeyri-formal iqtisadiyyatda çalışan işçilərin payı  qeyri-

kənd təsərrüfatı sektorunda çalışan ümumi işçilərin sayının faizi olaraq dünyada 22 %-dən 58 %-

ə qədər dəyişməkdədir.  

Azərbaycan  Respublikası  vətəndaşlarının  əmək  hüquqlarının  qorunması,  işçilərin  maddi  və 

sosial  ehtiyaclarının  qarşılanması  və  layiqli  həyat  səviyyəsinin  təmin  edilməsi  ölkədə  həyata 

keçirilən sosial-iqtisadi siyasətin prioritet məsələlərindəndir. 

Qeyri-formal  sektorun  qlobal  əhəmiyyətliliyi  ilə  əlaqədar  olaraq,  17  mart  2017-ci  il  tarixində 

Azərbaycan  Respublikasının  Prezidenti  "Milli  iqtisadiyyat  və  onun  əsas  sektorları  üzrə  strateji 

yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmanın tətbiqi ilə əlaqədar Əmək Münasibətlərinin 

Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradılması haqqında sərəncam imzalamışdır. 

Əsas  məqsəd  qeyri-formal    sektordan  rəsmi  iqtisadiyyata  keçidin  təmin  edilməsidir.  Əmək 

münasibətlərinin qeydiyyatı və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar  həyata 

keçirilən nəzarət tədbirlərinin koordinasiyasının təmin edilməsi Komissiyanın qarşısına qoyulan 

əsas  tapşırıqlardan  biridir.  Bu  sahədə  həyata  keçirilən  tədbirlər artıq  müsbət  nəticələr  verməyə 

başlamışdır.  

2019-cu ilin nəticələrinə həsr olunmuş görüşdə Prezident İlham Əliyev hökümət orqanlarına 25-

dən  çox  təlimat  vermişdir.  Pandemiya  nəticəsində  dünyada  yaranan  vəziyyətdən  söhbət  açan 

Prezident İlham Əliyev bunun iqtisadiyyatımız üçün böyük problem olduğunu qeyd etmişdir.  

 “Gəlirlərimiz  təbii  olaraq  azalır.  Buna baxmayaraq,  bir  daha  qeyd  etmək  istəyirəm  ki,  bu  ilin 

dövlət büdcəsinin icrası ilə bağlı heç bir problem olmamalıdır. Hər şeydən əvvəl, bütün sosial 

öhdəliklər  tam  yerinə  yetirilməli  və  sosial  infrastruktur  layihələrinin  icrası  təmin  edilməlidir. 

Eyni  zamanda,  büdcə  xərcləri  təkrar  nəzərdən  keçirilməklə    zəruri  olmayan  layihələr  təxirə 

salına  bilər.  Əlbəttə  ki,  hazırki    layihələrin  həyata  keçirilməsi  və  ya  əksinə,  ləğv  edilməsini 

düşündükdə,  məşğulluq  məsələlərini  nəzərdən  keçirmək  zəruridir.  Belə  ki,    dövlət  tərəfindən 

həyata  keçirilən  investisiya  layihələri  eyni  zamanda  məşğulluğu  təmin  edir  və  əhalisi  artan 

Azərbaycan üçün məşğulluq məsələsi əlbəttə ki, ön plandadır”. İlham Əliyev 

Nazirlər  Kabineti  bu  təlimatları  sistemləşdirmiş  və  onların    icrası    üçün  Tədbirlər  Planını 

hazırlamışdır.  Bununla  bağlı  olaraq,  müvafiq  sərəncam  imzalanmışdır.  Dövlət  Sosial  Müdafiə 

Fonduna ödənişlərin son 2 ildə 37 faizdən çox artmasının, aparılan islahatların və bu günə kimi 

qarşıya qoyulmuş tapşırıqların  real göstəricisi olduğu da qeyd edilmişdir Son 15 ildə ölkədə 2 



26 

 

milyondan çox yeni iş yeri açılmış, işsizlik səviyyəsi  5 %-ə qədər azalmışdır. 2017-ci ilin ikinci 



yarısından  2019-cu  ilin  sonuna  qədər  ümumilikdə  300  min  əmək  müqaviləsinə  nəzarət 

edilmişdir. Rəqəmlərin ildən-ilə artması da yaxşı göstəricidir. Yalnız  2019-cu ildə bu rəqəm 153 

min təşkil etmişdir. Ümumilikdə, 300 minə qədər artım, əhalinin məşğulluğunun 21,2 % artması 

deməkdir.  2019-cu  ildə  qeydə  alınan  153  min  əmək  müqaviləsindən  99  mini  özəl  sektorun 

payına düşür.  

2019-cu ildə bu sahələrdə qeyri-formal məşğulluğun qarşısını almaq üçün bir sıra operativ vergi 

tədbirləri  həyata  keçirilmişdir.  İl  ərzində  7294  qanun  pozuntusu  faktı  aşkar  edilmiş  və  qanuna 

uyğun  olaraq  müavfiq  tədbirlər  görülmüşdür.  Belə  ki,  ilk  dəfə  pozuntu  halı  aşkar  edilən 

sahibkarlara  yazılı  xəbərdarlıq  edilmişdir.  Təkrar  pozuntulara  yol  vermiş  şəxslərə  isə  268  min 

manat  məbləğində  cərimə  tətbiq  edilmişdir.  27  fakt  üzrə  cinayət  işi  açılmışdır.  İl  ərzində  vergi 

orqanlarının  xətti  üzrə  ödənilmiş  sosial  sığorta  haqlarından  əldə  edilən  gəlir  26  faiz  artaraq  2 

milyard 931 milyon manat təşkil etmişvə bununla da, proqnoz 105,8 % yerinə yetirilmişdir.  

Dövlət  Statistika  Komitəsi,  həm  İqtisadiyyat,  həm  də  Əhalinin  Əmək  və  Sosial  Müdafiəsi 

Nazirlikləri  ilə  ortaq  şəkildə  razılaşdırılmış  metodologiya  əsasında  qeyri-formal  məşğulluğun 

səviyyəsini  qiymətləndirmək  üçün  araşdırmalar  aparmışdır.  Beynəlxalq  metodologiyaya 

əsaslanaraq,  sözügedən  araşdırmalar  üzrə  hazırlıq    işləri,  prosesə  xarici  mütəxəssisləri  cəlb 

etməklə həyata keçirilmişdir. 

Tədqiqatlar  göstərir  ki,  qeyri-rəsmi  məşğulluğun  yüksək  səviyyədə  olduğu  sahələrdən  biri  də 

inşaat sektorudur. 2017-2019-cu illərdə bu sahədə 171 monitorinq aparılmış, 170 min 600 əmək 

müqaviləsi imzalanmışdır ki, bunun da 90 min 451-i və ya 45 %-i bu monitorinqlər nəticəsində 

işəgötürənlər  tərəfindən  bağlanan  müqavilələrdir.  Yəni,  monitorinqlər  bu  sektordakı  əmək 

müqavilələrinin 45%-nin imzalanmasına şərait yaratmışdır.  

Dövlət  Şəhərsalma  və  Arxitektura  Komitəsi  tikinti  sahəsində  qeyri-formal    əmək 

münasibətlərinin  qarşısının  alınması  istiqamətində  apardığı  işlərin  tərkib    hissəsi  olaraq, 

vətəndaşlara  xidmət  və  sosial  yenilikləri  göstərmək  üçün  Dövlət  Agentliyinin  Əmək 

Münasibətləri Monitorinq Mərkəzinə inşaat lisenziyaları, lisenziya alan hüquqi və fiziki şəxslər 

barədə məlumat göndərir. 

İlin  əvvəlində  Əmək  Münasibətlərinin  Tənzimlənməsi  və  Koordinasiyası  Komissiyasının  iclası 

keçirilmiş  ,  burada  iştirak  edən  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev 

qeyri-formal  məşğulluğun  qarşısının  alınmasının  və  şəffaflığın  artırılmasının  vacibliyini 

vurğulamışdır.  Beş  hissə  və  36  maddədən  ibarət  fəaliyyət  planı  dəyərləndirilmişdir.  18  bəndin 



27 

 

tam, yeddi bəndin isə qismən yerinə yetirildiyinin qeyd edildiyi iclasda 11 bəndin də icra edildiyi 



diqqətə çatdırılmışdır. Ümumilikdə, görülən işlər müsbət qiymətləndirilmişdir.  

Son  iki  il  yarım  ərzində  300  minə  qədər  əmək  müqaviləsi  imzalanmışdır.  Bu  300  min  əmək 

müqaviləsi  ümumi  fəal  əhalinin  21.2  %-ni  təşkil  edir.  Xüsusi  olaraq  qeyd  etmək  lazımdır  ki, 

2020-ci  ilin  ilk  yarısında  əmək  müqaviləsi  ilə  çalışan    işçilərin  sayı  1661692  nəfər  təşkil 

etmişdir.  Həmin  bu  müddət  ərzində  qeyri-dövlət  sektorunda  əmək  müqaviləsinin 

rəsimləşdirildiyi  şəxslərin sayı isə 110 min nəfər olmuşdur.  

Bu,  pandemiya  ilə  əlaqədar  yaranan  çətinliklərə  baxmayaraq,  qeyri-dövlət  sektorunda  əmək 

müqavilələri və bərpa olunan sosial hüquqlar vasitəsilə nəinki işçiləri saxlamağın, hətta onların 

sayının artırılacağının da mümkün olduğunu göstərir.  

Altı ay ərzində sahibkarlıq fəaliyyətinə cəlb edilən vətəndaşların sayının 466 min nəfər olduğunu 

qeyd  etmək  lazımdır.  Dövlət  Sosial  Sığorta  Fonduna  edilən    ödənişlərin  37  %-dən  çox  artması 

Tədbirlər  Planı çərçivəsində həyata keçirilən işlərin əyani sübutudur. Yalnız 2019-cu ildə özəl 

sektorda 99 min əmək müqaviləsi imzalanmışdır.  

Qeyd edək ki, qeyri-formal sektorun ləğvi istiqamətində vergi nəzarəti ilə bağlı əməliyyat-axtarış 

tədbirləri həyata keçirilir. Təkcə  keçən il 7294 qanun pozuntusu faktı aşkar edilmiş və qanuna 

uyğun  olaraq  ilk  qanun  pozuntularına  cavab  olaraq  yazılı  xəbərdarlıqlar  edilmişdir.  Lakin 

dəfələrlə pozuntulara yol vermiş şəxslərə qarşı 268.000 manat məbləğində cərimə tətbiq edilmiş, 

27  fakt  üzrə  cinayət  işi  başlanmışdır.  İl  ərzində  vergi  orqanlarından,  habelə  sosial  sığorta 

haqlarından əldə edilən gəlir 26 faiz artaraq 2 milyard 931 milyon manat təşkil etmişdir.  

Dövlət  Statistika  Komitəsi,  beynəlxalq  mütəxəssislərin  iştirakı  ilə  İqtisadiyyat,  Əmək  və 

Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi  ilə  razılaşdıraraq  hazırlanmış  metodologiya  əsasən    qeyri-

formal məşğulluğun səviyyəsini qiymətləndirmək üçün araşdırma aparır. 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə