Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə65/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   61   62   63   64   65   66   67   68   ...   82

 
259 
də,  öz-özümə  dedim:  «Şübhəsiz,  ruhi  oyanış  insanın  daha 
şərəfli  durumu,  həyatdakı  məqsədidir.  Lakin,  məgər 
sivilizasiya  bütün  mürəkkəbliyi  ilə  özünəməxsus  ruhi  oyanış 
deyilmi?  Varlığın  mövcudiyyəti  onun  məhsədəuyğunluğu 
haqqında  şəhadətlik  edən  zaman  biz,  varlığı  necə  inkar  edə 
bilərik?  Ola  bilsin  ki,  muasir  siviilizasiya  –  təsadüfü,  ötəri 
təzahürdür.  Lakin,  məgər  əbədi  qanun  bu  təzahürü  mütləq 
varlığa doğru aparan nərdivanın pilləsinə çevirməmişdirmi?». 
Mən  bir  daha    Yusif  əl-Fəxri  ilə  görüşmədim.  Payızın 
axırlarında  yaranmış  vəziyyət  məni  Livanın  şimalını  tərk 
etməyə  məcbur  etdi  və  mən  tufanların  sakitləşdiyi,  zahidliyin 
isə  divanəlik  hesab  olunduğu    uzaq  bir  məmləkətə  sürgünə 
yollandım.  
 
Balla qarışdırılmış zəhər  
 
Qızıl  payız  gününün  səhəri,  Livanın  gözəlliyinin 
valehedici  bir  şəkildə  göz  önündə  canlandığı  zaman  Tuli 
kəndinin  sakinləri  gözlənilməz  xəbərdən  təşvişə  düşərək 
kilsəyə  üz  tutdular.  Faris  ər-Rəhhalın  gözlənilməz  səfəri  nə 
demək idi? O gənc xanımını tərk edərək – onların nigahı altı ay 
əvvəl kəsilmişdi – naməlum istiqamətdə qeyb olmuşdu.  
 Faris  ər-Rəhhal  kəndxuda  idi  və  bu  vəzifə  ona  irsən 
atasından  və  babasından  keçmişdi.  Onun  iyirmi  yeddi  yaşı 
tamam  olmasa  da,  o  həmkəndlilərinin  hörmət  və  ehtiramını 
qazanmışdı.  O  ötən  baharda  Süsən  Bərəkətə  evlənən  də 


 
260 
insanlar: «Bu insanın xoşbəxt ulduz altında doğulduğunu, otuz 
yaşı olmasa da, bu dünyada arzuolunan hər şeyi əldə etdiyini», 
söyləmişdilər.  
Həmin səhəri isə Tuli kəndinin sakinləri kəndxudanın nə 
doğmaları,  nə  də  dostları  ilə  vidalaşmadan,  atlanaraq  kiçik 
məbləğdə  pulla  kəndi  tərk  etməsindən  xəbər  tutdular.  Bu 
qaçaqaçın  səbəbləri  haqqında  neçə  cür    fərziyyələr  quruldu! 
Farisi  gənc  xanımını,  bağlı-bağatlı,  meynəli  malikənəsini, 
həmkəndlilərini tərk etməyə sövq edən nə idi?  
Livanın şimalındakı həyat icma quruluşlu həyata  meylli 
idi.  O  yerlərdə  həyatın  sevincli  anları  və  iztirabları  birlikdə 
qarşılanırdı.  İstənilən  hadisə  bütün  kənd  tərəfindən  uzun 
müddət müzakirə olunurdu. Bu, zaman keçdikcə yeni hadisənin 
baş verməsinə qədər davam edir.   
Həmin  səhər  Tuli  sakinləri  bütün  işlərini  başlı-başına 
buraxdılar.  Onlar  Mar  Tula  kənd  kilsəsinin  ətrafında  toplanıb, 
baş  vermiş  hadisə  haqqında  ucadan  söhbət  edərək,  müxtəlif 
fərziyyələr qururdular. Kənd rahibi Stefan da kütləyə qoşuldu. 
Onun simasında dalğın və qəmgin ifadə var idi. Kəndlilər yeni 
bir xəbər  eşitmək arzusu ilə  onu  dərhal  dövrəyə  aldılar.  Rahib 
əvvəlcə  yumruqlarını  sıxıb  sussa  da,  sonra  həyəcanını  və 
heyrətini gizlətmədən dedi:  
– Mənim övladlarım, sizə nə cavab verəcəyimi bilmirəm. 
Mən  özüm  də  heç  nə  anlamıram.  Bu  gün  hələ  günəş  üfüqdən 
boylanmamış  Faris  evimə  gəlib  qapımı  döydü.  Mən  qapını 
açdım  və  onu  atının  cilovundan  yapışdığını  gördüm.  Onun 


 
261 
simasında  iztirabın  izləri  var  idi.  Mən  təəccüb  edərək    nə  baş 
verdiyini  soruşdum.  O  dedi:  «Müqəddəs  ata,  səninlə 
vidalaşmağa  gəlmişəm.  Uzağa,  dənizin  o  biri  sahilinə 
yollanıram.  Buraya  bir  daha  qayıtmayacam».  O,  dostu  Nəcib 
Məlikin adına möhürlənmiş məktubu mənə uzatdı və məktubu 
əlbəəl  çatdırmağı  xahiş  etdi.  O,  dərhal  atlanıb  çaparaq  getdi. 
Mən nə baş verdiyini ondan soruşmağa belə macal tapmadım. 
Vəssalam, bildiklərim bunlardır.  
–  Çox  yəqin  ki,  məktubda  onun  bivaxt  gedişinin  səbəbi 
haqqında  bir  iki  kəlmə  yazılmışdır,  –  deyə  iştirakçılardan  biri 
qeyd etdi, – axı Nəcib Məlik Farisin ən yaxın dostudur.  
– Müqəddəs  ata, bəs sən onun xanımını görmüsənmi? – 
deyə bir başqası soruşdu.  
–  Mən  səhər  duasından  sonra  ona  baş  çəkdim,  –  deyə 
rahib  cavab  verdi.  –  Pəncərənin  qarşısında  oturub,  şüşəni 
xatırladan  gözləri  bir  nöqtədə  donub  qalmışdı,  uzaqlara  baxır 
və sanki heç nə anlamırdı. Mən onu sorğu – suala tutdum, o isə 
başını tərpədərək: «Heç nə bilmirəm, heç nə bilmirəm» – deyə 
təkrar edirdi. Sonra da ağlamağa başladı.  
Rahib  sözünü  bitirməmiş  kəndin  Şərq  tərəfindən  güllə 
səsi  eşidildi.  Dərhal  da  hiddətli  qadın  bağırtısı  həyəcanlı  ab-
hava  yaratdı.  Kəndlilər  ani  olaraq  donuxub  qaldılar,  sonra 
simalarında  qorxunun  həkk  olunduğu  kişilər  və  qadınlar 
ürəklərinə  pis  fikir  damıbmış  kimi  Faris  ər-Rəhhalın  evinin 
qarşısındakı  bağa  tərəf  götürüldülər.  Onların  gözləri  önündə 
qanı damarlarda donduran dəhşətli bir mənzərə canlandı. Onlar 


 
262 
torpaqda  uzanaraq  qan  dənizində  boğulan  Nəcib  Məliki,  onun 
yanında  isə  Faris  ər-Rəhhalın  xanımı  Süsəni  gördülər.  O, 
saçlarını yolub paltarını cıraraq: «O özünü öldürdü! O, sinəsinə 
atəş açdı!» deyə nalə çəkirdi.  
İnsanlar quruyub qalmışdılar. Sanki amansız taleyin əlləri 
onların  qəlbini  sıxırdı.  Rahib  mərhuma  yaxınlaşdı  və  Nəcib 
Məlikin sağ əlində səhər ertədən ona verdiyi məktubu gördü: o 
məktubu  elə  bir  qüvvə  ilə  sıxmışdı  ki,  sanki  məktub  onun 
barmaqlarına  yapışmışdı.  Rahib,  bunu  başqalarına  hiss 
etdirmədən  məktubu  dartıb  götürdü  və  cibində  gizlətdi,  daha 
sonra kənara çəkilərək üzünü əlləri ilə örtdü.  
Özünə  intihar  edəni  bədbəxt  anasının  evinə  apardılar. 
Yeganə  oğlunun  cansız  bədənini  görən  ana  ağlını  itirdi. 
Qadınlar  həyatla  ölüm  arasında  çabalayan  Faris  ər-Rəhhalın 
xanımı ilə məşğul oldular.  
Rahib evinə daxil olaraq qapını bağladı, eynəyini taxaraq 
məktubu cibindən çıxartdı və titrək səslə bu sətirləri oxudu:  
«Qardaşım Nəcib! 
Mən  kəndimizi  tərk  edirəm,  çünki  mənim  burada 
qalmağım  səni  də,  mənim xanımımı  da,  elə  mənim  özümü  də 
bəxtəvər  etmir.  Mən  sənin  nə  qədər  nəcib    olduğunu  bilirəm. 
Sən dostuna və qonşuna xəyanət etməyə cəsarət etməzsən. Mən 
həmçinin  xanımım  Süsənin  ləkəsiz  olmasına  da  inanıram. 
Lakin  eyni  zamanda  mən  qəlbinizi  bir-birinə  bağlayan 
məhəbbətin  sizin  iradənizdən  güclü  olduğunu  da  bilirəm.  Sən 
Kadiş  çayının  axınının  qarşısını  almaq  iqtidarında  olmadığın 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə