Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə63/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   59   60   61   62   63   64   65   66   ...   82

 
251 
gurultulu 
sözlərlə 
batıran 
siyasətçilərlə 
ünsiyyətdən 
yorulmuşdu;  çünki  mənim  ruhum  inanmadıqlarını  təbliğ  edən 
və  özündən  tələb  etmədiklərini  dindarlardan  tələb  edən 
ruhanilərlə ünsiyyətdən yorulmuşdu.  Mən tənhalığa və təkliyə 
can  atırdım,  çünki  insanlardan  aldığım  hər  bir  şeyin  dəyərini 
ürəyimin  qanı  ilə  ödəməli  olurdum.  Mən  yüksək  zövqlə 
bəzənmiş  və  biçilmiş,  insan  kəllərindən  qalaqlanan  təpədə 
ucaldılmış,  sivilizasiya  adlanan  nəhəng  və  dəhşətli  tikiliyə 
nifrət edirəm. Mən tənhalıq axtarırdım, çünki ruhum və qəlbim, 
fikrim və cismim üçün həyatı məhz tənhalıqda görürdüm. Mən 
səhraya  can  atırdım,  çünki  yalnız  səhrada  günəşin  ziyası, 
çiçəklərin  rayihəsi,  çayların  nəğməsi  var.  Mən  dağlara  can 
atırdım, çünki yalnız burada baharın təravətini, yayın ehtirasını, 
payızın  kamilliyini,  qışın  soyuğunu  görmək  mümkündür.  Mən 
bu  tənha  komada  məskunlaşdım,  çünki  yer  üzünün  sirlərini 
dərk etmək və tanrının dərgahına yaxınlaşmaq istəyirəm.  
O  susdu,  ürəkdolusu  nəfəs  aldı,  sanki  çiynindən  ağır 
yükü  yerə  qoydu,  onun  gözləri  qəribə  sehrli  işıqla  parıldadı, 
simasında isə qürurun, iradənin və gücün işartıları yarandı.   
Bir  neçə  dəqiqə  keçdi,  mən  isə  ona  baxa-baxa,  nəhayət 
ki,  öyrənmək  istədiymi  öyrəndiyimə  görə  sevinirdim.  Daha 
sonra mən dedim:  
–  Mənim  ağam,  sən,  sözsüz,  haqlısan  və  cəmiyyətin 
xəstəliyinə  qoyduğun  diaqnoz  məni  sənin  ən  bacarıqlı  təbib 
olduğuna  inandırdı.    Lakin  həkim  xəstəni  şəfa  tapacağı  və  ya 
vəfat edəcəyi məqama qədər tərk etməməlidir. Dünyanın sənin 


 
252 
kimi  insanlara  ehtiyacı  var  və  sənin  faydan  dəyə  biləcək 
insanlardan uzaqlaşmağın ədalətsizlik olardı.  
O  bir  anlığa  mənə  diqqətlə  baxdı,  sonra    ağrı  və  acı  ilə 
cavab verdi:  
–  Həkimlər  ta  bineyi-qədimdən  xəstəni  xəstəlikdən  gah 
neştərin,  gah  da  tozların  və  dərmanların  köməyi  ilə  xilas 
etməyə  çalışırdılar.  Lakin  xəstələr  ümidlərini  itirib  həyatdan 
əllərini  üzərək    ölürdülər.  Kaş    əbədi  xəstə  çirkli  yatağında 
uzanıb,  xroniki  yaralarını  müşahidə  edə  biləydi.  Lakin  çox 
əfsuslar  olsun  ki,  o,  əlini  yorğanın  altından  çıxarıb,  kömək 
etmək məqsədilə ona yaxınlaşan hər kəsi qamarlayaraq boğur. 
Bu məkrli xəstə təbibi öldürəndən daha sonra gözlərini yumub: 
«Həqiqətən bu dahi həkim idi!», deyəndə damarlarımda qanım 
coşur,  hiddətimdən    nə  edəcəyimi  bilmirəm.  Yox,  qardaşım, 
insanlara heç kəs  fayda  verə  bilməz. Axı hətta ən təcrübəli  və 
bacarıqlı  cütçü  belə  qış  mövsümündə  tarlasında  məhsul 
yetişdirməyi bacarmaz. 
–  Mənim  ağam,  bu  dünyanın  qışı  keçəcək  və  onun 
ardınca  gözəl,  laləzar  bahar  gələcək,  çöllərdə  güllər,  çiçəklər 
açacaq  və  vadilərdə  çaylar  səs-səsə  verəcəkdir,  –  deyə  qeyd 
etdim.  
O,  dərindən  nəfəs  alaraq  qaşlarını  çatdı  və  hüznlü  səslə 
cavab verdi: 
–  Əgər  tanrının  insan  həyatını,  bəşəriyyəti  də  bir-birini 
əvəz  edən  fəsillər  kimi  müəyyən  dövrlərə  bölüb  bölmədiyini 
bilsəydik.  Görəsən,  min  ildən  sonra  yer  üzündə  ruhun  və 


 
253 
həqiqətin qanunları ilə yaşayan insanlar dünyaya gələcəklərmi? 
Görəsən, insanın mədh olunacağı və oturaq həyat sürərək gün 
işığına  və  gecənin  sakitliyinə  ürəkdən  şadlanacağı  bir    vaxt 
gələcəkmi?  
Lakin  bu  belə  olacaqmı?  Doğrudanmı  bu,  yer  üzünün 
insanın  cismi  və  qanı  ilə  vidalaşmasından  sonra  baş 
verəcəkdir?  
O ayağa durdu və sanki başqa bir dünyaya işarə edən tək 
sağ əlinin qaldıraraq dedi: 
–  Bütün  bunlar  həyata  keçməyəcək  arzulardır,  bu 
daxmada  isə  onlar  barəsində  düşünməyin  yeri  yoxdur.  Çünki 
burada,  hər  bir  dəlikdə,  hər  bir  çıxıntıda,  eləcə  də  bu  dağların 
və vadilərin hər bir bucağında  yalnız insanın idrakına münasib 
olanlar  müəyyən  yer  tutur.  Mən  hər  şeyi  doğru-dürüst 
bilmirəm:  mən  mövcudam  –  «mənimin»  dərinliyində  isə  – 
aclıq və susuzluq hökm sürür. Mən həyatın çörəyini yemək və 
əllərimlə  yaratdığım  qabdan  şərab  içmək  hüququna  malikəm. 
Mən  bunun  xatirinə  insanların  dünyasını  tərk  edərək  buraya 
gəldim və ömrümün son günlərinə kimi burada qalacağam.  
O, komada o başa bu başa gəzməyə başladı. Mən isə onu 
diqqətlə  gözdən  keçirərək,    söylədikləri  barəsində  düşünür, 
insan cəmiyyətinin hansı səbəbdən ona bu qədər təhrif olunmuş 
və  korlanmış  bir  şəkildə  göründüyünü  anlamağa  çalışırdım. 
Daha sonra mən dedim:   
– Mənim ağam, mən sənin tənhalığına hörmət bəslədiyim 
kimi  mühakimələrinə  və  niyyətinə  də  ehtiramla  yanaşıram. 


 
254 
Lakin  mən  ağır  da  olsa  etiraf  edirəm  ki,  sənin  gedişinlə  bu 
bədbəxt millət ona xidmət edə bilən və onun qəflət yuxusundan 
ayılmasına yardım göstərə bilən istedadlı bir insanı itirmişdir.  
O, başını yellədərək cavab verdi:  
–  Bu  millət  digər  millətlərdən  heç  nə  ilə  fərqlənmir. 
Bütün  insanlar  təbiətcə  eynidirlər,  onları  bir-birlərindən 
fərqləndirən  isə  çox  da  əhəmiyyətli  olmayan  zahiri 
görünüşləridir.  Şərq  millətləri  yer  üzündəki  digər  millətlərlə 
müqayisədə heç də az bədbəxt deyildirlər. Sənin Qərb tərəqqisi 
hesab  etdiyin  isə  iddianın  əlamətlərindən  biridir.  Riyakarlığın 
caynaqlarını  kəsməsən,  o,  riyakarlıq  olaraq  qalacaqdır. 
Saxtakarlıq isə hansı dona girirsə girsin, yenə də saxtakarlıqdan 
savayı  bir  şey  deyildir.  İpəkdən  don  geyməklə  və  saraylarda 
yaşamaqla  yalan  həqiqətə  çevrilməyəcəkdir.  Qatarda  səyahətə 
çıxmaqla  və  ya  hava  balonu  ilə  səmalara  qalxmaqla  yalan 
düzlüyün,  səmimiyyətin  şəklini  almayacaqdır.  Ölçüb-biçməyə 
və  tərəzidə  çəkməyə  adət  etmiş  tamahkarlıq  mötədilliyə 
çevrilməyəcək,  cinayətlər  isə  zavodlar  və  idarələr  arasında 
xeyirxah  əməl  olmayacaqdır.  Köləliyə  –  həyatın  köləliyinə, 
keçmişin  köləliyinə,  təlimlərin  köləliyinə,  adət-ənənələrin  və 
dəbin  köləliyinə,  ölülərin  köləliyinə  –  gəldikdə  isə,  onlar  üz 
cizgilərinin  və  qiyafələrinin    dəyişilməsindən  asılı  olmayaraq, 
yenə də köləlik olaraq qalmaqdadırlar. Köləlik azadlıq adlanan 
zamanda da köləlik kimi qalacaqdır.  
Yox,  qardaşım,  Qərbin  sakini  Şərqin  sakinindən  heç  də 
yaxşı  deyildir,  Şərqin  sakini  isə  Qərbin  sakinindən  heç  də 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə