Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə59/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   55   56   57   58   59   60   61   62   ...   82

 
234 
rultusu  insan  kəllələrinin  xışıltısına,  zəncirlərin  cingiltisinə  və 
dərin uçurumun fəryadlarına qarışır.  
Biz  ağlayırıq  və  bizim  göz  yaşlarımızın  həyatın  qəlbinə 
yağması şeh damcılarının gecənin gözlərindən şəfəqin köksünə 
tökülməsinə bənzəyir. Siz isə gülürsünüz və sizin dodaqlarını-
zın kənarlarından acı təbəssümün axması ilan dişlərindən qur-
banın yarasına damcılayan zəhərə bənzəyir.  
Biz  dulların  dərdini  və  yetimlərin  əzabını  gördüyümüz 
üçün  ağlayırıq,  siz  isə  qızılın  parıltısına  kor  olduğunuz  üçün 
heç  nəyi  görmədən  gülürsünüz.  Biz  məzlumların  fəryadını  və 
zülmə  məruz  qalanların  qışqırıq  səslərini  eşitdiyimiz  üçün 
ağlayırıq,  siz  isə  badələrin  cingiltisindən  savayı  heç  nəyi 
eşitmədiyiniz üçün gülürsünüz.  
Bədənimiz  ruhumuzu  tanrıdan  ayırdığı  üçün  biz  ağlayı-
rıq, siz isə cisminiz hərisliklə külə  yapışdığı üçün gülürsünüz.  
Biz  dərdin,  nisgilin,  siz  isə  şənliyin,  nəşənin  övladlarısı-
nız. Gəlin günəşin qarşısında dərdimizin və nəşənizin bəhrəsini 
nümayiş etdirək! 
Siz  əsirlərin  kəllələrindən  ehramlar  ucaltmısınız;  hal-ha-
zırda bu ehramlar qumların üzərində dayanaraq, nəsillərə bizim 
əbədiliyimiz və faniliyimiz haqqında rəvayətlər söyləyirlər. Biz 
azad ruhların, insanların əlləri ilə Bastiliyanı dağıtdıq və Basti-
liya millətlərin dilində bizim ünvanımıza söylənən lənətə və al-
qışa  çevrilmişdir.  Siz  Babilistanın  bağlarını  məzlumların  zəh-
mətləri hesabına əkib-becərmiş və səfillərin məzarları üzərində 
Nineviya  saraylarını  ucaltmısınız.  İndi  isə  Babilistan  və  Nine-


 
235 
viya  dəvələrin  səhralarda  qoyduqları  ayaq  izlərinə  bənzəyir. 
Biz  mərmərdən  Astartanın  heykəlini  yaparaq  lal  və  hərəkətsiz  
mərməri  lərzəyə  gəlməyə  və  dillənməyə  məcbur  etmişik;  biz 
simlərdə nəhavənd nəğmələrini ifa etmişik və həmin simlər fə-
zada  qanad çalan  aşiqlərin  ruhlarını haraylamışdır; biz  Məryə-
min  rəsmini  cizgilər  və  boyalarla  çəkmiş  və  cizgilər  tanrıların 
fikrinə, boyalar isə mələklərin hisslərinə bənzəmişdir.  
Siz  Romanın  və  Antioxiyanın  meydançalarında  minlərlə 
qurbanları  caynaqları  ilə  parçalayan  əyləncələrin  izinə  düşmü-
sünüz,  biz  isə  barmaqları  «İliadanı»,  «İovanın  kitabını»  və 
«Böyük Taiyyəni»  yaratmış sükuta doğru yol gedirik. Siz say-
sız-hesabsız  qadınların  ruhunu  günah  və  əxlaqsızlıq  girdabına 
salan  fəlakətli  ehtirasın  odunda  yanırsınız.  Biz  isə  kölgəsində 
müəlləqələrin, «Hamleti» və Dantenin poeması doğulan tənha-
lığı  bağrımıza  basırıq.  Siz  qılıncının  zərbələri  altında  qanı  su 
yerinə axıdan tamahkarlığa diqqət kəsilmisiniz, biz isə əlləri ilə 
uca aləmdən bilik endirən təxəyyüllə dostuq.  
Biz  qəmin,  siz  isə  nəşənin  oğullarısınız.  Bizim  nisgili-
mizlə sizin sevincinizi sıldırım dağlar ayırır. Onların tikanlı çı-
ğırlarından sizin güclü atlarınız və gözəl arabalarınız keçə bil-
məz.  
Biz  sizin  məhdudiyyətinizin  halına  yanır,  siz  isə  bizim 
əzəmətimizə nifrət bəsləyirsiniz. Belə olan halda zaman bizim 
iltifatımızla  sizin  nifrətiniz  arasında  dayanıb  tərəddüdlə  bizə 
baxır.  


 
236 
Biz  sizin  yanınıza  dost  kimi  təşrif  buyursaq  da,  siz 
düşmən  kimi  bizə  hücum  edirsiniz  və  dostluqla  düşmənçilik 
arasında göz yaşı və qanla dolu dərin uçurum yaranır.  
Biz sizlər üçün saraylar qurur, siz isə bizim üçün məzar-
lar qazırsınız. Və bəşəriyyət sarayların təmtərağı  məzarın zül-
məti arasından dəmir addımlarla gedir.  
Biz sizin yollarınıza qızılgüllər səririk, siz isə bizim yata-
ğımıza tikanlar döşəyirsiniz və qızılgülün ləçəkləri ilə tikanları 
arasındakı həqiqət əbədiyyət yuxusu ilə yatır. 
Siz  öz  amansız  zəifliyinizlə  bizim  asanlıqla  təsir  altına 
düşən  qüvvələrimizi  əzəli  olaraq  dəf  etməyə  can  atırsınız.  Siz 
bir anlığa bizə qalib gələndə, sevincdən qurbağa kimi qurulda-
şırsınız,  biz  isə  əsrlər  boyu  qələbə  çaldığımız  halda,  dahilər 
kimi  susmağı  bacarırıq.  Siz,  Nazaretlini
1
  çarmıxa  çəkmiş  və 
dövrəyə  alaraq  təhqir  etmisiniz.  Lakin  o,  xaçdan  enib  dahilər 
kimi yer üzünü tərk edərək, ruhu və həqiqəti ilə nəsillər üzərin-
də qələbə çalıb yer üzünü şöhrət və gözəlliklə  işıqlandırmışdır.  
Siz, Sokratı qətlə yetirmiş, Paveli daşqalaq etmiş, Qalile-
yi sarsıtmış, Əli ibn Əbu Talibi öldürmüş, Midhət paşanı boğ-
musunuz.  Lakin  onların  hər  biri  yenilməz  qəhrəmandırlar  və 
indi  də  əbədiyyətin  qarşısında  diridirlər.  Siz  isə  bəşəriyyətin 
hafizəsində üfunətli ölülər kimi qalacaqsınız və əsrlər boyu on-
ları yığışdırmaq və torpağa tapşırmaq üçün qəbirqazan tapılma-
yacaqdır.  
                                                 
1
 Иса Мясищ нязярдя тутулур. 


 
237 
Biz dərdin, nisgilin oğullarıyıq, dərd isə kainata səadət və 
bilik  yağdıran  buludlardır.  Siz  isə  nəşənin,  şənliyin 
oğullarısınız.  Lakin  şənlik  və  nəşə  nə  qədər  böyük,  hədsiz-
hüdudsuz  olursa-olsun, o küləklərin sovurduğu və təbiətin yox 
etdiyi tüstü sütuna bənzəyir. 
 
Məntiqin fəlsəfəsi,  
yaxud özünüdərk 
 
Yağışlı  Beyrut  axşamlarının  birində  Səlim  əfəndi  Duay-
bas köhnə kitablar və müxtəlif  vərəqlər  yığını ilə qalaqlanmış 
masanın arxasında oturmuşdu. 
Vərəqləri səhifələdikcə o, vaxtaşırı başını qaldırır və qa-
lın dodaqları arasından  havaya qalın tənbəki tüstüsü buraxırdı. 
O,  müəllimi  Sokratdan  ilhamlanmış  Platonun  özünüdərk  haq-
qında yazdığı traktatı nəzərdən keçirirdi. 
Bu qiymətli traktatın möcüzəli sətirləri üzərində düşünən 
Səlim əfəndi yaddaşında bu mövzuyla bağlı filosofların və bə-
şər nəslinin ruhani rəhbərlərinin nə dediklərini xatırlamağa ça-
lışırdı.  Və  nə  Qərb  mütəfəkkirlərinin  ən  ötəri  bir  qeydi  onun 
diqqətindən yayındı və nə Şərq alimlərinin bir sözü nəzərindən 
qaçdı.  Və  nəhayət  onun  “mən”i  özünüdərk  haqqında  düşüncə-
lərdə əriyib itəndə o, dik atılaraq əllərini göyə qaldırdı və uca-
dan söylədi: 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə