Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə55/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   51   52   53   54   55   56   57   58   ...   82

 
216 
–  Lakin  mən  evlərin  ətrafında  qalaqlanmış  cəsədləri 
görmürəm.  
– Sən ətrafına təxəyyülünün gözləri ilə baxır və həyat tu-
fanının  qarşısında  titrəyən  insanları  görürsən.  Sən  onları  canlı 
hesab edirsən. Lakin onlar dünyaya göz açdıqları andan ölüdür-
lər və onları basdıran, torpağa tapşıran bir kəsləri olmadığından 
nəm torpaq üzərində sərilmişlər və onlardan çürümüş cəsədlə-
rin qoxusu gəlir.   
Mən qorxudan özümə gələrək soruşdum:  
– Əgər həm ölülər, həm də dirilər həyat tufanın qarşısın-
da  əsim-əsim  əsirlərsə,  o  zaman  mən  onları  necə  fərqləndirə 
bilərəm?  
–  Ölülər  ruhən  qorxurlar,  dirilər  isə  həyatın  tufanı  ilə 
yarışa çıxır və o dayananda dayanırlar, – deyə cavab verdi.  
O bunu deyərək əlinə söykəndi. Onun palıdın kökləri ki-
mi hörülmüş əzələləri həyat qüvvəsi ilə dolu idi.  
– Sən evlisən? – deyə soruşdu.  
–  Bəli,  evliyəm,  xanımım  dünya  gözəlidir  və  mən  onu 
sevirəm.  
–  Necə  də  böyük  günah  sahibisən!  Axı  nigah  həqiqətən 
də  kişi  üçün  köləlikdir.  Əgər  sən  azad  olmaq  istəyirsənsə, 
xanımından boşan və tənha yaşa.  
– Axı mənim üç övladım var. Onlardan böyüyü artıq top-
la oynayır, kiçiyi isə mənasını anlamadığı sözlər kəkələyir. Bəs 
onlar necə olsun?  


 
217 
– Onlara qəbir qazmağı öyrət. Onlardan hərəsinə bir bel 
ver və onları tərk elə.  
– Axı mən tənhalığa tab gətirə bilmərəm. Mən həyatdan 
arvadım  və  uşaqlarımla  birlikdə  zövq  almağa  vərdiş  etmişəm 
və  onları  tərk  etdiyim  halda  xoşbəxtliyimdən  də  məhrum  ola 
bilərəm.  
– Arvadın və uşaqlarınla həyat sadəcə ağ duvaq altındakı 
qara günlərdir. Lakin əgər nigahından heç vədə imtina edə bil-
mirsənsə,  o  zaman  heç  olmasa  ruhların  qızlarından  biri  ilə 
izdivac qur.  
–  Axı  həqiqətdə  ruhlar  yoxdur.  Sən  nə  üçün  məni 
aldadırsan?  – deyə qışqırdım.  
–  Ah,  cavan  oğlan,  sən  necə  də  səfehsən!  –  deyə  cavab 
verdi.  Gerçək  olan  ruhlardır.  Ruh  olmayanlar  isə  şübhə  və 
qeyri-müəyyənlik dünyasına məxsusdurlar.  
– Məgər ruhların qızları gözəl olur?  
– Onların məlahəti itmir, gözəlliyi isə solmur.  
–  O  zaman  sözlərinin  doğruluğuna  əmin  olmağım  üçün 
heç olmasa onlardan birini mənə göstər.  
–  Əgər  sən  ruhların  qızını  görmək  və  ona  toxunmaq 
iqtidarında  olsaydın,  sən  mənim  məsləhətim  olmadan  da  belə 
onunla evlənərdin.  
–  Gözə  görünməyən  və  toxunulması  mümkün  olmayan 
bir kəslə nigahın faydası nədir?  


 
218 
– Bunun faydası tədricən meydana çıxır. Nəticədə həya-
tın  tufanı  qarşısında  qorxudan  titrəyən  canlı  ölülər  yoxa  çıxır 
və onunla ayaqlaşmaq istəmirlər.  
O  bir  anlığa  üzünü  yana  çevirdi,  daha  sonra  yenidən 
soruşdu: 
– Sən hansı dinə qulluq edirsən?  
– Mən Allaha inanır,  Onun bütün peyğəmbərlərinə ehti-
ram göstərir, xeyirxah əməllərə can atır və axirətə təvəkkül edi-
rəm.  
– Bu sözlər çoxdan deyilib. Sən sadəcə onları təkrarlayır-
san – deyə cavab verdi. – Əslində isə sən yalnız öz ruhuna ina-
nır,  ona  ehtiram  göstərir,  onu  sevir  və  onun  əbədi  olmasına 
ümid  bəsləyirsən.  İnsanlar  ta  bineyi-qədimdən  ruhlarına  səcdə 
edib,  arzu,  istəklərindən  asılı  olaraq  onu  müxtəlif  cür  adlandı-
rıblar.  İnsanlardan  bir  qismi  onu  Vəəl,  digərləri  –  Yupiter, 
üçüncülər isə Allah deyə çağırıblar.  
Daha sonra o, gülümsəyib istehza ilə əlavə etdi:  
– Ən təəccüblüsü budur ki, onlar öz ruhlarına səcdə edir-
lər. Əslində isə onlar üfunətli cəsədlərdən savayı bir şey deyil-
dirlər.  
Bir an keçdi və mən onun sözləri barədə düşünərək onla-
rın  mənasının  həyatdan  da  qəribə,  ölümdən  də  qorxulu,  həqi-
qətdən də dərin olması qənaətinə gəldim.  
Onun söylədikdərinin, eləcə də gizlin dəlillərinin  arasın-
da fikrimin  azmaması    və onu öz  sirlərini  açmağa  sövq  etmək 
üçün ucadan dedim: 


 
219 
–  Allah  xatirinə,  əgər  sən  doğrudan  da  tanrıya 
inanırsansa,  de görüm kimsən?  
– Mən özüm özümün allahıyam – deyə o cavab verdi.  
– Bəs adın nədir?  
– Divanə – tanrı.  
– Sən harada dünyaya göz açmısan?  
– Hər yerdə.  
– Sən nə zaman dünyaya gəlmisən?  
– Həmişə. 
–  Sənə  müdrikliyi  kim  öyrədib,  səni  varlığın  sirlərindən 
kim agah edib?  
–  Mən  müdrik  deyiləm,  –  o  dedi,  –  çünki  müdriklikdən 
yalnız zəiflər istifadə edir. Mən isə güclü divanəyəm. Mən ad-
dımlayıram  və  torpaq  mənim  ayaqlarım  altında  tərpənir,  mən 
dayanıram və ulduzların təntənəli yürüşü mənimlə birlikdə da-
yanır. Mən şeytanların insanları necə araya qoyub güldüklərini 
çoxdan bilirəm. Mən cinlərin şahları və  gecənin nəhəngləri ilə 
söhbət edərək varlığın sirlərini dərk etmişəm.  
–  Bəs  sən  burada,  bu  boş  vadidə  nə  edirsən?  Gecələrini 
və gündüzlərini necə keçirirsən?  
– Səhərlər mən günəşə söyür, günorta – insanlara lənətlər 
yağdırır, axşamlar – təbiəti məsxərəyə qoyur, gecələr isə ruhum 
qarşısında diz çökərək, ona dualar edirəm.  
– Bəs sən nə yeyir, nə içir, harada yatırsan?  


 
220 
–  Mən  –  biz,  vaxt  və  dəniz  yatmırıq,  –  deyə  o  cavab 
verdi.  –  Biz  insanların  bədənini  yeyir,  onların  qanını  içir  və 
onların can vermələrindən həzz alırıq! 
O  bu  sözləri  deyib  qamətini  düzəltdi,  əllərini  sinəsində 
çarpazladı,  sonra  mənim  gözlərimə  diqqətlə  baxaraq,  sakit  və 
həzin səslə dedi: 
–  Xudahafiz.  Mən  nəhənglərin  və  şeytanların  toplaşdığı 
yerə yollanıram.  
Mən başımı yellədərək dedim: 
– Tələsmə, səndən bir söz soruşmaq istəyirəm.  
O cismini gizlədən gecə dumanının içindən cavab verdi:  
– Divanə  allahlar heç kəsi gözləmirlər. Xudahafiz.  
Gecənin zülmət pərdəsi onu ağuşuna alıb bürüdü və mən 
qorxmuş, özünü itrmiş, həyəcanlaşmış halda tək qaldım.  
Mən  bu  yerdən  aralananda  onun  hündür  qayalarda  əks-
səda verən səsini bir daha eşitdim:  
– Xudahafiz! Xudahafiz! 
Növbəti  gün  mən  arvadımdan  boşandım  və  ruhların 
qızlarından  biri  ilə  evləndim.  Daha  sonra  mən  uşaqlardan  hər 
birinə bel və kürək verərək dedim: 
–  Gedin  və  ölüyə  rast  gələn  kimi  onun  cəsədini  torpağa 
tapşırın.  
Həmin  vaxtdan  indiyə  qədər  mən  qəbirlər  qazaraq 
ölülələri basdırıram. Lakin onlar çox, mən isə təkəm və mənə 
kömək edə bilən bir kimsəm də yoxdur.  
 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə