221
Köləlik
İnsanlar – həyatın kölələridir, həyat isə onların gündüzlə-
rini rüsvayçılığa və təhqirlərə qərq edən, gecələrini göz yaşı və
qanla dolduran köləlikdir.
Mənim dünyaya göz açdığım gündən yeddi min il keçsə
də, mən indiyə qədər itaətkar qullardan və qolları qandallanmış
əsirlərdən savayı bir kimsə görməmişəm.
Mən bütün yer üzünü gəzmiş, Şərqdə və Qərbdə olmu-
şam. Mən həyatın qaranlıq gecəsində və aydın səhərində səya-
hətə çıxmışam. Mən millətlərin və xalqların mağaralardan çıxa-
raq saraylar ucaltmalarının şahidi olmuşam. Lakin indiyə qədər
mən yalnız ağır yük altında bükülən bellər, qandallanan əllər və
bütlərə diz çökən dizlər görmüşəm.
Mən insanın ardınca Babilistandan Parisə, Nineviyadan
Nyu-Yorka qədər yol gəlmişəm. Hər yerdə qum üzərində ayaq
izlərini müşayiət edən zəncir izlərini görmüş və meşələrlə vadi-
lərin nəsillərlə əsrlərin iniltisinə, ahu-zarına necə səs verdiyini
eşitmişəm.
Mən saraylar, elm məbədləri və müqəddəs yerlər görmü-
şəm. Mən taxt-taclar, xitabət kürsüləri və mehrablar qarşısında
dayanmışam. Mən hər yerdə fəhləni sahibkarın qulu, sahibkarı
döyüşçünün qulu, döyüşçünü hökmdarın qulu, hökmdarı kahi-
nin qulu, kahini bütün qulu, bütün isə şeytanlar tərəfindən kül-
222
dən yapıldığını və insan kəllələrindən qalaqlanan dağın başında
ucaldıldığını görmüşəm.
Mən varlıların və güclülərin malikalənələrinə, kasıbların
və zəiflərin daxmalarına girmişəm. Mən fil sümüyü və qızıl ilə
bəzədilmiş otaqlarda, ümidsizlik kabuslarının məskunlaşdığı və
ölümün nəfəsinin hiss olunduğu komalarda olmuşam. Mən sü-
dəmər körpələrin ana südü ilə köləliyi necə əmdiklərini, oğlan-
ların eyni zamanda elmə və itəatkarlığa necə yiyələndiklərini,
qızların astarı itaətkarlıqdan və təvazökarlıqdan tikilmiş paltarı
necə geyindiklərini, qadınların mütilik və dözüm yatağında ne-
cə yatdıqlarını görmüşəm.
İnsanların nəsli ilə mən Qanqa sahillərindən Fərat çayının
sahillərinə, Nil boğazına, Sinay dağlarına, Afina meydanına,
Romanın məbədlərinə, Konstantinopolun (İstanbulun) dar dön-
gələrinə, Londonun məhəllələrinə qədər yol getmişəm. Mən
şöhrətin və əzəmətin yanında hər zaman köləliyin təntənəli ad-
dımlarla yürüdüyünü görmüşəm. Mən gənc oğlanlarla qızların
mehrablarda necə qurban kəsildiklərini və köləliyin tanrı adlan-
dırıldığını; köləliyin şəninə meylər içildiyini və ona sitayiş
olunduğunu, köləliyin çar elan edildiyini; bütlərə necə mədhiy-
yə oxunduğunu və onun peyğəmbər adlandırıldığını; onun qar-
şısında necə diz çöküldüyünü və onun qanun adlandırıldığını
görmüşəm. İnsanlar köləlik uğrunda döyüşərək bir-birini qətlə
yetirir və bunu vətənpərvərlik adlandırırlar; onlar onun qarşı-
sında itaət edərək onu tanrının torpaqdakı kölgəsi adlandırırlar;
onlar onun iradəsinə tabe olaraq evlərini və kəndlərini yandırır
223
və bunu qardaşlıq və bərabərlik adlandırırlar; onlar bütün qüv-
vələrini və vaxtlarını köləliyə sərf edir və bunu var-dövlət və ti-
carət adlandırırlar…
Köləliyin adları çox olsa da, mahiyyəti hər zaman eyni-
dir. Formaca müxtəlif, lakin məzmunca dəyişməzdir. Köləlik –
müxtəlif əlamətli əbədi xəstəlikdir; uşaqlar onu həyat eşqilə
birlikdə valideynlərindən alırlar; əsrlər onu bir toxum kimi
növbəti əsrlərdə əkir və bu, ilin bir fəsilinin digər fəsilin barını-
bəhrəsini toplamasına bənzəyir.
Yolumda köləliyin qəribə və möcüzəli növlərinə rast gəl-
mişəm. Mən Kor köləliklə də qarşılaşmışam. O, indiki həyatı
keçmiş həyatla möhkəmcə bağlayaraq, insanların ruhunu qədi-
mi əcdadlarının adət-ənənələri qarşısında səcdə etməsinə məc-
bur edib, onların cavan bədənlərini qocanın ruhu ilə dolduraraq
onları çürümüş cəsədlər və küllərlə dolu, ağ boya ilə rənglən-
miş sərdabəyə çevirir.
Lal köləlik. O, kişini nifrət etdiyi arvadına bağlayır, qadı-
nın bədənini evlilik yatağına, ikrah hiss etdiyi ərinin yanına atır
və onların hər ikisini həyat amansızlıqla tapdalayır.
Kar köləlik. O, insanı kütlənin zövqünə riayət etməyə,
onun rənginə boyanmağa, ona yaraşan paltarlar geyinməyə
məcbur edir; o, onun səsini əks-sədaya, bədənini isə kölgəyə
çevirir.
Topal köləlik. O, güclü insanları yalançılar qarşısında bo-
yun əyməyə məcbur edir, o, onların iradəsini iddialı insanların
şıltaqlığına tabe edərək, onların əlinin bircə hərəkəti ilə işə sa-
224
lınması, dayandırılması və ya sındırılması mümkün olan maşın-
lara çevirir.
Çal saçlı köləlik. O, uşaqların ruhlarını buludlar üzərin-
dəki gizlənən yüksəkliklərdən ehtiyacın cəhalətlə, həqarətin
ümidsizliklə qonşu olduğu dərd uçurumuna yuvarladır; onlar
iztirab içində boy atır, cinayətlərin ağuşunda yaşayır və əxlaq-
sızlığın girdabında dünyalarını dəyişirlər.
Riyakar köləlik. O, əşyaları, nəsnələrı dəyərinə görə qiy-
mətləndirmir, onları yanlış adlarla çağırır; o fırıldaqçılığı – bə-
sirət, cəfəngiyyatı – üləmalıq, zəifliyi – təvazökarlıq, qorxaqlı-
ğı isə məğrurluq adlandırır.
Beli bükülmüş köləlik. O, qorxunun köməyi ilə zəif in-
sanları dillərini tərpətməyə məcbur edir və onlar hiss etmədik-
lərini sözlə ifadə edir, arzulamadıqları istəklərini bildirir və sə-
falətin əli ilə öz iradəsinə uyğun olaraq istədiyi tərəfə çəkib-
çevirdiyi cındır əskiyə çevrilirlər.
Qozbel köləlik. O, başqalarının qanunu ilə bir başqa xalqı
idarə edir.
Qotur köləlik. O, çar övladlarını həmişə olduğu kimi
taxta çıxarır.
Qara köləlik. O, cinayətkarların günahsız övladlarına
rüsvayçılıq damğası vurur.
Və köləlik qarşısındakı köləlik – ətalət qüvvəsidir.
Nəsilləri izləməkdən yorulduğum, xalqların və millətlərin
təntənəli yürüşünü müşahidə etməkdən usandığım an keçmişin
Dostları ilə paylaş: |