Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə56/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   52   53   54   55   56   57   58   59   ...   82

 
221 
 
Köləlik
  
 
İnsanlar – həyatın kölələridir, həyat isə onların gündüzlə-
rini rüsvayçılığa və təhqirlərə qərq edən, gecələrini göz yaşı və 
qanla dolduran köləlikdir.  
Mənim dünyaya göz açdığım gündən yeddi min il keçsə 
də, mən indiyə qədər itaətkar qullardan və qolları qandallanmış 
əsirlərdən savayı bir kimsə görməmişəm.  
Mən  bütün  yer  üzünü  gəzmiş,  Şərqdə  və  Qərbdə  olmu-
şam. Mən həyatın qaranlıq gecəsində və aydın səhərində səya-
hətə çıxmışam. Mən millətlərin və xalqların mağaralardan çıxa-
raq saraylar ucaltmalarının şahidi olmuşam. Lakin indiyə qədər 
mən yalnız ağır yük altında bükülən bellər, qandallanan əllər və 
bütlərə diz çökən  dizlər görmüşəm.  
Mən  insanın  ardınca  Babilistandan  Parisə,  Nineviyadan 
Nyu-Yorka qədər yol gəlmişəm. Hər yerdə qum üzərində ayaq 
izlərini müşayiət edən zəncir izlərini görmüş və meşələrlə vadi-
lərin nəsillərlə əsrlərin iniltisinə, ahu-zarına necə səs verdiyini 
eşitmişəm.  
Mən saraylar, elm məbədləri və müqəddəs yerlər görmü-
şəm. Mən taxt-taclar, xitabət kürsüləri və mehrablar qarşısında 
dayanmışam. Mən hər  yerdə fəhləni sahibkarın qulu, sahibkarı 
döyüşçünün  qulu,  döyüşçünü  hökmdarın  qulu,  hökmdarı  kahi-
nin qulu, kahini bütün qulu, bütün isə şeytanlar tərəfindən kül-


 
222 
dən yapıldığını və insan kəllələrindən qalaqlanan dağın başında 
ucaldıldığını görmüşəm.  
Mən varlıların və  güclülərin malikalənələrinə, kasıbların 
və zəiflərin daxmalarına girmişəm. Mən fil sümüyü və qızıl ilə 
bəzədilmiş otaqlarda, ümidsizlik kabuslarının məskunlaşdığı və 
ölümün nəfəsinin hiss olunduğu komalarda olmuşam. Mən sü-
dəmər körpələrin ana südü ilə köləliyi necə əmdiklərini, oğlan-
ların  eyni  zamanda  elmə  və  itəatkarlığa  necə  yiyələndiklərini, 
qızların astarı itaətkarlıqdan və təvazökarlıqdan tikilmiş paltarı 
necə geyindiklərini, qadınların mütilik və dözüm yatağında ne-
cə yatdıqlarını görmüşəm.  
İnsanların nəsli ilə mən Qanqa sahillərindən Fərat çayının 
sahillərinə,  Nil  boğazına,  Sinay  dağlarına,  Afina  meydanına, 
Romanın məbədlərinə, Konstantinopolun (İstanbulun) dar dön-
gələrinə,  Londonun  məhəllələrinə  qədər  yol  getmişəm.  Mən 
şöhrətin və əzəmətin yanında hər zaman köləliyin təntənəli ad-
dımlarla yürüdüyünü görmüşəm. Mən gənc oğlanlarla qızların 
mehrablarda necə qurban kəsildiklərini və köləliyin tanrı adlan-
dırıldığını;  köləliyin  şəninə  meylər  içildiyini  və  ona  sitayiş 
olunduğunu, köləliyin çar elan edildiyini; bütlərə necə mədhiy-
yə oxunduğunu və onun peyğəmbər adlandırıldığını; onun qar-
şısında  necə  diz  çöküldüyünü  və  onun  qanun  adlandırıldığını 
görmüşəm.  İnsanlar  köləlik  uğrunda  döyüşərək  bir-birini  qətlə 
yetirir  və  bunu  vətənpərvərlik  adlandırırlar;  onlar  onun  qarşı-
sında itaət edərək onu tanrının torpaqdakı kölgəsi adlandırırlar; 
onlar onun iradəsinə tabe olaraq evlərini  və kəndlərini yandırır 


 
223 
və bunu qardaşlıq və bərabərlik adlandırırlar; onlar bütün qüv-
vələrini və vaxtlarını köləliyə sərf edir və bunu var-dövlət və ti-
carət adlandırırlar… 
Köləliyin  adları  çox olsa da,  mahiyyəti hər zaman eyni-
dir. Formaca müxtəlif, lakin məzmunca dəyişməzdir. Köləlik – 
müxtəlif  əlamətli  əbədi  xəstəlikdir;  uşaqlar  onu  həyat  eşqilə 
birlikdə  valideynlərindən  alırlar;  əsrlər  onu  bir  toxum  kimi 
növbəti əsrlərdə əkir və bu, ilin bir fəsilinin digər fəsilin barını-
bəhrəsini toplamasına bənzəyir.  
Yolumda köləliyin qəribə və möcüzəli növlərinə rast gəl-
mişəm.  Mən  Kor  köləliklə  də  qarşılaşmışam.  O,  indiki  həyatı 
keçmiş həyatla möhkəmcə bağlayaraq, insanların ruhunu qədi-
mi  əcdadlarının  adət-ənənələri qarşısında səcdə  etməsinə məc-
bur edib, onların cavan bədənlərini qocanın ruhu ilə dolduraraq 
onları  çürümüş  cəsədlər  və  küllərlə  dolu,  ağ  boya  ilə  rənglən-
miş sərdabəyə çevirir.  
Lal köləlik. O, kişini nifrət etdiyi arvadına bağlayır, qadı-
nın bədənini evlilik yatağına, ikrah hiss etdiyi ərinin yanına atır 
və onların hər ikisini həyat amansızlıqla tapdalayır.  
Kar  köləlik.  O,  insanı  kütlənin  zövqünə  riayət  etməyə, 
onun  rənginə  boyanmağa,  ona  yaraşan  paltarlar  geyinməyə 
məcbur  edir;  o,  onun  səsini  əks-sədaya,  bədənini  isə  kölgəyə 
çevirir.  
Topal köləlik. O, güclü insanları yalançılar qarşısında bo-
yun əyməyə məcbur edir, o, onların iradəsini iddialı insanların 
şıltaqlığına tabe edərək, onların əlinin bircə hərəkəti ilə işə sa-


 
224 
lınması, dayandırılması və ya sındırılması mümkün olan maşın-
lara çevirir.  
Çal  saçlı  köləlik.  O,  uşaqların  ruhlarını  buludlar  üzərin-
dəki  gizlənən  yüksəkliklərdən  ehtiyacın  cəhalətlə,  həqarətin 
ümidsizliklə  qonşu  olduğu  dərd  uçurumuna  yuvarladır;  onlar 
iztirab içində boy atır, cinayətlərin ağuşunda  yaşayır və əxlaq-
sızlığın girdabında dünyalarını dəyişirlər.  
Riyakar köləlik. O, əşyaları, nəsnələrı dəyərinə görə qiy-
mətləndirmir, onları yanlış adlarla çağırır; o fırıldaqçılığı – bə-
sirət, cəfəngiyyatı – üləmalıq, zəifliyi – təvazökarlıq, qorxaqlı-
ğı isə məğrurluq adlandırır.  
Beli  bükülmüş  köləlik.  O,  qorxunun  köməyi  ilə  zəif  in-
sanları dillərini tərpətməyə məcbur edir və onlar hiss etmədik-
lərini sözlə ifadə edir, arzulamadıqları istəklərini bildirir və sə-
falətin    əli  ilə  öz  iradəsinə  uyğun  olaraq  istədiyi  tərəfə  çəkib-
çevirdiyi cındır əskiyə çevrilirlər.  
Qozbel köləlik. O, başqalarının qanunu ilə bir başqa xalqı 
idarə edir.  
Qotur  köləlik.  O,  çar  övladlarını  həmişə  olduğu  kimi 
taxta çıxarır.  
Qara  köləlik.  O,  cinayətkarların  günahsız  övladlarına 
rüsvayçılıq damğası vurur.  
Və köləlik qarşısındakı köləlik – ətalət qüvvəsidir.  
 
Nəsilləri izləməkdən yorulduğum, xalqların və millətlərin 
təntənəli yürüşünü müşahidə etməkdən usandığım an keçmişin 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə