Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə52/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   48   49   50   51   52   53   54   55   ...   82

 
202 
o  deyil,  əslində,  çaydı,  dənizə  axır  və  bizi  də,  tiri  də  özü  ilə 
aparır”, – söylədi.  
Üçüncü qurbağa da öz sözünü deməyə tələsdi: “Hərəkət 
edən  nə  tir,  nə  də  çaydır.  Hərəkət  bizim  təfəkkürümüzdədir. 
Zira, fikirsiz heç nə hərəkət etmir”. 
Üç  qurbağa  həqiqətdə  nəyin  hərəkət  etməsi  barədə 
mübahisə  açdılar.  Mübahisə  qızışsa  da,  bir-birinin  üstünə 
qışqıran qurbağalar razılığa gələ bilmədilər. 
Onda onlar bayaqdan sükutunu qoruyaraq yalnız diqqətlə 
qulaq  asan  dördüncü  qurbağaya  müraciət  etdilər  ki,  öz  fikrini 
bildirsin. 
Dördüncü qurbağa söylədi: “Hər biriniz haqlısınız və heç 
biriniz də səhv demirsiniz. Hərəkət həm tirdə, həm suda, həm 
də bizim təfəkkürümüzdədir”. 
Üç  qurbağa  bundan  bərk  qəzəbləndi.  Zira,  onlardan  heç 
biri bu fikirlə razılaşa bilməzdi ki, o, tam haqlı, qalan ikisi isə 
tam yalnış deyil. 
Bundan sonra qəribə bir şey baş verdi: üç qurbağa sözü 
bir yerə qoyaraq dördüncünü tirin üstündən suya itələdilər.  
 


 
203 
 
 
 
 
 
 
«DƏLİ.  
ONUN ŞEİR VƏ HEKAYƏTLƏRİ»  
kitabından
 
 
Soruşursan,  necə  oldu  ki,  mən  dəli  oldum?  Bu  belə  baş 
verdi: 
Çox-çox  əvvəllər,  allahların  bir  çoxu  hələ  doğulmamış, 
günlərin  günü  yuxudan  oyanaraq  anladım  ki,  mənim  bütün 
maskalarım oğurlanmışdır. Yeddi  maskanın  yeddisi  də. Özüm 
düzəltmişdim onları və geyinirdim yeddi həyatımda. 
Mən  maskasız  halda  adamlarla  dolu  olan  küçələrə 
çıxaraq qışqırmağa başladım: “Oğrular, oğrular, rəzil oğrular!” 
Məni  görən  kişi  və  qadınlar  gülüşür,  bəziləri  isə  hətta 
məndən qorxaraq evlərində gizlənirdilər. 
Mən  bazar  meydanına  yetişəndə  dama  çıxmış  bir  oğlan 
qışqırdı: “Ay camaat dəliyə baxın!” Mən baxışlarımı ona tərəf 
qaldırdım  və  günəş  birinci  dəfə  mənim  yalın  üzümdən  öpdü. 
Birinci dəfə mənim  yalın üzümdən öpdü və mənim ruhum gü-
nəşə qarşı məhəbbətdən alovlandı. Və bir daha maska taxmaq 
istəmədim.  Vəcdə  gələrək  qışqırdım:  “Eşq  olsun!  Eşq  olsun, 
mənim maskalarımı oğurlayan oğrulara!” 
Beləcə mən dəli oldum. 


 
204 
Dəlilikdə mən özümçün tənhalıq azadlığı və anlaşılmaz-
lıq təhlükəsizliyi tapdım, zira, hər bizi anlayan adam, içimizdə 
nəyisə qula çevirmiş olur. 
Lakin təhlükəsizliyimlə öyünməyimə dəyməz. Həbsxana-
dakı Oğrunun da digər oğrudan qorxacağı yoxdur. 
 
Dostum 
 
Dostum, mən sənə göründüyüm kimi deyiləm. Görüntüm 
– geydiyim paltardan başqa bir şey deyil. Bu paltar səbrlə toxu-
nub və məni sənin sorğularından, səni isə mənim laqeydliyim-
dən qoruyur.  
Dostum,  içimdəki  “mən”  sükut  evində  yaşayır  və  orada 
da qalacaqdır, dərkolunmaz və əlçatmaz olaraq. 
Mən istəmirəm ki, sən mənim sözlərimə bağlanıb əməllə-
rimə  inanasan;  zira,  mənim  sözlərim  sənin  səslə  ifadə  olunan 
fikirlərindən,  əməllərim  isə  sənin  həyata  keçən  ümidlərindən 
başqa bir şey deyildir. 
Sən  deyəndə  ki,  “Külək  Şərqə  tərəf  əsir”,  mən  də 
deyirəm:  “Hə,  külək  Şərqə  əsir”;  zira,  istəmirəm  biləsən  ki, 
fikrim küləyin yox, dənizin yanındadır. 
Sən  mənim  dənizdə  üzən  fikirlərimi  anlaya  bilməzsən. 
Və mən heç istəmirəm də ki, sən onları anlayasan. Tək qalmaq 
istəyirəm dənizdə. 
Sənin  üçün  gündüz  olanda,  mənim  üçün  gecədir;  lakin 
onda  da  mən  təpələrdə  oynayan  günortadan  və  vadi  boyu 
sürüşən  bənövşəyi  kölgədən  danışacam,  zira,  sən  mənim 
qaranlığımın nəğmələrini eşitmək, qanadlarımın ulduzlara necə 


 
205 
çırpıldığını  isə  görmək  iqtidarında  deyilsən.  Və  mən  gecə  ilə 
tək qalmaq istəyirəm. 
Sən öz Cənnətinə yüksələndə mən öz Cəhənnəmimə eni-
rəm – hətta sən keçilməz uçurumun o tayından məni “Rəfiqim, 
Yoldaşım!”  –  deyə  haylayanda  belə  mən:  “Yoldaşım,  Rəfi-
qim!”  –  deyə  cavab  verirəm  sənə.  Zira,  istəmirəm  ki,  mənim 
Cəhənnəmimi görəsən – onun alovu gözlərini qarsıda bilər, tüs-
tüsü  isə boğar səni.  Və  bundan başqa mən öz Cəhənnəmimi o 
qədər  sevirəm  ki,  qısqanıram  sənə.  Cəhənnəmdə  tək  qalmaq 
istəyirəm. 
Sən  Həqiqəti,  Gözəlliyi  və  Ədaləti  sevirsən;  və  mən  də 
sənin  xətrinə  bunun  yaxşı  iş  olduğunu  deyir  və  özümü  onları 
sevən  göstərirəm.  Ürəyimdə  isə  sənin  sevginə  gülürəm.  Lakin 
istəmirəm  ki,  sən  mənim  güldüyümü  görəsən.  Tək  gülmək 
istəyirəm. 
Dostum,  sən  xeyirxah,  ehtiyatlı  və  müdriksən,  hətta  de-
yərdim  ki,  kamilliyin  özüsən;  və  səninlə  ünsiyyətdə  mən  də 
müdrik və ehtiyatlı danışmağa çalışıram. Əslində isə mən dəli-
yəm.  Sadəcə  dəliliyimi  maska  altında  gizlədirəm.  Dəliliyimdə 
tək qalmaq istəyirəm.  
Dostum, əslində sən mənim dostum deyilsən, lakin bunu 
sənə necə anladım? Cığırlarımız ayrıdır bizim, əl-ələ addımla-
saq da. 
 
Uyuq 
 
Bir gün uyuğa dedim: “Bu tənha tarlada durmaq yəqin ki, 
çox yorucu olar səninçün”. 


 
206 
O isə cavabında: “Qorxutmaq – bundan böyük və bundan 
dərin sevincmi var? Heç vaxt bezmərəm bu işdən”, – söylədi. 
Bir dəqiqə düşündükdən sonra: “Düz deyirsən; bu sevinc 
mənə də tanışdır”, – söylədim. 
O  isə:  “Bunu  yalnız  o  kəs  anlaya  bilər  ki,  içi  samanla 
dolmuş olsun”, – söylədi. 
Sonra mən ayrıldım ondan. Və başa düşmədim, bununla 
o mənə  tərif demək istəyirdi, ya təhqir etmək. 
Bir il keçdi və uyuq bu vaxt ərzində filosofa çevrildi. 
Və mən bir də onun yanından keçəndə iki qarğanın onun 
papağında yuva qurduğunun şahidi oldum. 
 
Tülkü 
 
Sübh  vaxtı  kölgəsinə  baxan  tülkü  dedi:  “Bu  gün  nahara 
dəvə yeyəcəyəm”. 
Bütün səhəri dəvədən ötrü ora – bura vurnuxdu. Günorta 
bir daha gözü kölgəsinə sataşanda: “Heç siçan da bəd deyil”, – 
dedi. 
 
İki qəfəs 
 
Atamın bağında iki qəfəs var. Birində atamın tapşırığı ilə 
qulların  Nineviya  səhrasından  tutduqları  aslan,  digərində  isə 
adi, mahnı oxuya bilməyən sərçə. 
Və  hər  gün  sübh  çağı  sərçə  aslanı  salamlayır:  “Sabahın 
xeyir, məhbəs yoldaşım!” 
 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə