Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə48/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   44   45   46   47   48   49   50   51   ...   82

 
186 
 Belimizdə  daşıdığımız  daşların  sayı  yoxdur,  dəfələrlə 
olub ki, iki qatlanmışıq yükün altında. Bu təhqirlərə haçanadək 
dözməliyik? 
 Misirin  əsarəti, Babil  qaçqınğılı,  Farsın  tiranlığı, Roma-
nın despotluğu, Avropanın acgözlüyü…Bütün bunları biz yaşa-
mışıq.  Bəs  indi  hara  gedirik  və  bu  keşməkeşli  yolun  sonu 
varmı? 
Fironun  pəncəsindən  Navuxodonosorun  caynağına,  İs-
kəndərin dəmir əllərindən İrodun qılıncına, Neronun dimdiyin-
dən  demonların  dişlərinə.  İndi  kimin  əlinə  düşəsiyik?  Və  nə 
vaxt  ölüm  gələcək  ki,  alsın  bizi  bu  dünyanın  əlindən,  bəlkə 
rahatlıq tapaq? 
Əllərimizin  gücü  ilə  qaldırmışıq  məbədlərin  sütunlarını. 
Şöhrət  və  əzəmət  naminə  ucaldılan  nəhəng  divarları  və  əlçat-
maz piramidaları tikmək üçün belimizdə daşımışıq sementi. Nə 
vaxtadək  möhtəşəm  saraylar  ucalda-ucalda  miskin  komalarda 
yaşayacağıq? Nə vaxtadək varlıların anbarlarını dolduraraq on-
ların  süfrəsinin  artığı  ilə  dolanacağıq?  Nə  vaxtadək  ağalarçün 
ipək  və  yun  parçalar  toxuyacaq,  özümüzsə  cır-cındırda  gəzə-
cəyik? 
Onların günahları bizi bir-birimizdən ayırmışdır. Öz taxt-
taclarını qorumaq və asanlıqla idarə etmək üçün onlar druzları 
silahlandırıb  maritonlarla  döyüşməyə  məcbur  etdilər.  Onlardır 
şiyələri sünnilərin üzərinə qaldırdılar. Onlar kürdləri bədəviləri 
öldürməyə  sövq  etdilər.  Onlar  müsəlmanları  xristianlarla 
öcəşdirənlər.  Nə  vaxtadək  qardaş  qardaşını  öz  anasının 
qucağında  qətlə  yetirəcək?  Nə  vaxtadək  Xaç  və  Aypara  bir-
birinə düşmən kəsiləcək? Ey Azadlıq, eşit bizi və öz sözünü tək 
bir adamın xeyrinə söylə, zira, böyük od kiçik bir qığılcımdan 


 
187 
başlayır.  Ey  Azadlıq,  öz  qanadlarının  xışıltısı  ilə  tək  bir  ürəyi 
oyat,  zira,  ildırım  tək  bir  buluddan  yaransa  da  bütün  dərələrin 
dibini  və  bütün  dağların  zirvələrini  işıqlandırır.  Öz  qüdrətinlə 
bu  qara  buludları  qov,  şimşək  kimi  çax  və  əcdadlarımızın 
sümükləri üzərində ucaldılmış bu xanimanları dağıt! 
Dinlə bizi, ey Azadlıq! 
Bizə yazığın gəlsin, ey Afinanın qızı! 
Xilas et bizi, ey Komanın bacısı! 
Bizə yol göstər, ey Musanın yol yoldaşı! 
Kömək et bizə, ey Məhəmmədin yarı! 
Öyrət bizi, ey İsanın nişanlısı! 
Ürəklərimizi möhkəmləndir ki, yaşaya bilək,  
Ya da düşmənlərimizə elə güc bəxş elə ki, bizi birdəfəlik 
öldürsünlər, 
Əbədi sükutda rahatlıq tapaq. 
Xəlil  öz  hisslərini  göylərə  yağdırır,  kəndin  camaatı  isə 
ona  ehtiramla  baxırdılar.  Və  onların  məhəbbəti  onun  səsinin 
melodiyası  ilə  həmahəng  səslənirdi.  Və  bir  məqamda  onlar 
anladılar ki, o onların ürəyinin bir hissəsinə çevrilmişdir.  
Qısa  sükutdan  sonra  Xəlil  baxışlarını  camaata  endirib 
sakit səslə dedi: 
– Gecə bizi şeyx Abbasın evinə gətirdi ki, orda gün işığı-
nı görə bilək. Əsarət bizi soyuq fəzada saxladı ki, biz bir-biri-
mizi  anlayaq  və  cücələr  təki  əbədi  Ruhun  qanadı  altına  yığıla 
bilək.  İndi  isə  gəlin,  evlərimizə  dağılışaq,  sabah  isə  yenidən 
görüşərik. 
Bunu  söyləyib  o  Rəhil  və  Məryəmin  arxasınca  onların 
kasıb  komalarına  yollandı.  Camaat  dağılışmağa  başladı  və  hər 
kəs  öz  evinə  yollanarkən  bu  tarixi  gecədə  gördükləri  və 


 
188 
eşitdiklərini  düşünürdü.  Onlar  hiss  edirdilər  ki,  yeni  ruhun 
alovlanan  məşəli  onları  qarsıtmış  və  fikirlərini  doğru  yola 
istiqamətləndirmişdir. 
Bir  saat  sonra  bütün  lampalar  söndürülmüşdü.  Və  yuxu 
fəllahların ruhlarını dərin röyalar aləminə aparan zaman Sükut 
bütün kəndi ağuşuna almışdı. Təkcə şeyx Abbas yuxulaya bil-
mirdi. Törətdiyi cinayətlərin kabusları və qarabasmalar onu tə-
qib edirdi. 
 
VIII 
 
İki ay keçdi, Xəlil əvvəlkitək kəndlilər arasında moizələr 
oxuyur, öz hisslərini onların qəlblərinə axıdırdı; onlara, haqsız-
casına  məhrum  olunduqları  hüquqlarından  danışır,  hakim  və 
monarxların hərislik və  zalımlıqlarını ifşa edirdi. Onu diqqətlə 
dinləyirdilər,  zira,  o  onların  sevinc  mənbəyinə  çevrilmişdi. 
Onun sözləri onların ürəklərinə  yağış quru torpağa düşən kimi 
düşürdü. Tək qalanda onlar Xəlilin sözlərini gündəlik dua kimi 
təkrarlayırdılar.  Elias  atanın  işi  indi  icmaya  yaltaqlanmaqdan 
ibarət idi. Kənd camaatı biləndən sonra ki, şeyxin cinayətlərin-
də onun da payı var, Elias atanı tanımaq olmurdu. Əvvəlki hök-
mündən  heç  nə  qalmamışdı.  Fəllahlar  da  ona  heç  fikir 
vermirdilər. 
Şeyx Abbas tamamilə ağlını itirmişdi və öz geniş evində 
qəfəsə salınmış pələng kimi ora-bura var-gəl edirdi. O, qulluq-
çularına əmrlər verirdi, lakin mərmər divarlardan qayıdan əks-
sədadan başqa səsinə cavab verən yox idi. O öz adamlarını ça-
ğırırdı, lakin yanına bədbəxt arvadından başqa kimsə gəlmirdi. 
Bu yazıq qadın da onun qəddarlığından az əziyyət çəkməmişdi. 


 
189 
Böyük  orucluq  gələndə  və  göylər  Baharın  gəlişini  elan 
edəndə  şeyxin  günləri  sona  çatdı.  O,  dəhşətli  əzablar  içində 
öldü və onun ruhu törətdiyi əməllərdən toxunmuş xalçada uçub 
tərk  etdi  bu  dünyanı.  O  indi  Ali  Kürsünün  qarşısında  durmalı 
idi,  çılpaq  və  titrəyə-titrəyə.  O  kürsünü  biz  görə  bilməsək  də 
onun varlığını hiss edirik. 
Fəllahlar şeyx Abbasın ölümü barədə müxtəlif hekayət-
lər  eşitmişdilər.  Kimsə  deyirdi  ki,  şeyx  başına  hava  gələndən 
sonra  ölüb, bəziləri inandırırdılar  ki,  peşmançılıq və  məyusluq 
onu  intihara  vadar  edib.  Lakin  onun  dul  qalmış  arvadına  baş 
sağlığı verməyə getmiş qadınlar danışırdılar ki, o, qorxudan öl-
müşdü. Zira, Samaan Raminin ruhu hər gün onu təqib edir, hər 
gecə  onu  evindən  bayıra  çıxararaq  altı  il  əvvəl  Rəhilin  ərinin 
meyidi tapıldığı yerə doğru qovurdu. 
Aprel  ayında  bütün  kənd  Xəlil  və  Məryəmin  eşq 
sirrindən  agah  oldu.  Camaat  bu  xoş  xəbərə  çox  sevindi,  zira, 
indi onlar əmin idilər ki, Xəlil kənddən getməyəcək. Bu xəbər 
kəndin bütün evlərini dolaşdı və hamı bir-birini Xəlilin onların 
qonşusu olması münasibəti ilə təbrik etdi.  
Məhsul yığımı vaxtı yetişəndə isə fəllahlar mais və buğ-
danı  yığmaq  üçün  tarlalarla  yollandılar.  İndi  burda  onların 
məhsulunu  qamarlayaraq  öz  anbarlarına  aparmağı  əmr  edəcək 
şeyx Abbas yox idi. Hər kəndli öz məhsulunu yığırdı. Fəllahla-
rın  daxmaları  mais  və  buğda  ilə  dolmuşdu.  Küplərində  isə 
keyfiyyətli şərab və yağ vardı. 
Xəlil  onlarla  birlikdə  işləyir,  onlarla  birlikdə  sevinirdi. 
O,  onlara  məhsulu  yığmağa,  üzümü  sıxmağa  və  yetişmiş 
meyvələri  dərməyə  kömək  edirdi.  Və  öz  məhəbbəti  və 
inadkarlığından başqa digərlərdən heç nə ilə fərqlənmirdi. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə