Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə46/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   42   43   44   45   46   47   48   49   ...   82

 
178 
Məgər  sizi,  Allahın  oğullarını,  insanın  qulu  olmaq  razı 
salır? Məgər İsa bizi qardaş çağırmırdımı? Şeyx Abbas isə sizi 
qul adlandırır. 
Məgər İsa sizə Həqiqət və Ruh azadlığı bəxş etməmişdi-
mi?  Əmir  isə  sizi  rəzalət  və  mənəviyyatsızlıq  qullarına  çevir-
mişdir. 
Məgər İsa  göylərə qaldırmadımı sizi? Onda bəs nə üçün 
cəhənnəmə enirsiniz? 
Qəlblərinizi  işıqlandırmadımı  O?  Elə  isə  nə  üçün 
ruhlarınızı qaranlıqda gizləyirsiniz? 
Allah  ürəklərinizdə  alovlanan  bir  məşəl  yandırmışdır  ki, 
bilik  və  gözəllikdə  alışır,  gecə  və  gündüzün  sirlərinə  can  atır. 
Bu məşəli söndürərək küllükdə basdırmaq – günah deyilmi? 
Allah sizə qanadlı ruh vermişdir ki, Eşq və azadlığın ge-
niş  fəzasında  süzəsiniz.  Heyflər  olsun  ki,  öz  qanadlarınızı  öz 
əllərinizlə  qırır  və  ruhunuzun  həşərat  kimi  yerlə  sürünməsinə 
dözürsünüz. 
Şeyx  Abbas  kəndlilərin  diqqətlə  Xəlilə  qulaq  asmalarını 
narahatlıqla  izləyirdi.  O,  Xəlilin  sözünü  kəsmək  istədi.  Lakin 
vəcdə gəlmiş Xəlil susmaq fikrində deyildi: 
–  Allah  sizin  ürəklərində  səadət  toxumları  əkmişdir.  Bu 
toxumları  qazıb  çıxararaq  küləklərin  onları  səpələməsi,  ya  da 
quşların dimdikləməsi üçün daşların üstünə atmaq - cinayətdir. 
Allah sizə uşaqlar verib ki, onları tərbiyə edəsiniz, onlara həqi-
qəti  öyrədib  ürəklərini  mövcudluğun  ən  dəyərli  prinsipləri  ilə 
doldurasınız. O istəyir ki, siz onlara Həyatın sevincini və Həya-
tın səxavətini verəsiniz. Bəs niyə, onlar indi öz vətənlərində qə-
rib kimidirlər; Günəş də qızdırmır onları? 


 
179 
Oğlunu qula döndərən ata balasına çörək əvəzinə daş ver-
miş olur. Məgər göy quşlarının balalarına necə uçmaq öyrətmə-
lərini görməmişsinizmi? Elə isə siz niyə öz uşaqlarınıza qulluq 
boyunduruğunu sürüməyi öyrədirsiniz? Məgər vadilərdəki gül-
lərin  öz  toxumlarını  günəşin  qızdırdığı  torpağa  necə  səpdiyini 
müşahidə  etməmisinizmi?  Elə  isə nə  üçün  uşaqlarınızı zaman-
sızlıq və sevincsizlik girdabına soxursunuz? 
Bir anlığa ortalığa sükut çökdü. Elə bil ağrı ilə dolmuşdu 
Xəlilin ağlı. Lakin budur o yenidən sakit və hökmlü səslə sözü-
nə davam etdi: 
– İndi dediyim bu sözlər üstündə qovdular məni monas-
tırdan. Və əgər tarlalarınızın sahibi və kilsənizin keşişi bu ax-
şam məni öldürəsi olsalar, mən rahat və xoşbəxt öləcəyəm. Zi-
ra, eləməli olduğum işi başa çatdırdım, şeytanların cinayət he-
sab elədikləri həqiqəti açdım sizə. Mən Qüdrətli Allahın iradə-
sini yerinə yetirdim. 
Xəlilin  səsində  möcüzəli  cazibə  vardı,  kənd  camaatını 
özünə  cəlb  edən.  Qadınlar  onun  sözlərinin  zərifliyindən  təsir-
lənmişdilər. Gözləri dolmuş halda ona sülh elçisinə baxan kimi 
baxırdılar. 
Şeyx  Abbas  və  Elias  ata  hirslərindən  əsirdilər.  Xəlil 
sözünü  bitirib  bir  neçə  addım  atdı  və  Rəhil  ilə  Məryəmin 
yanında  dayandı.  Zala  sükut  çökdü.  Hiss  olunurdu  ki,  Xəlilin 
zalın  bütün  guşələrini  dolduran  ruhu  çoxunun  şeyx  Abbas  və 
Elias ata qarşısındakı qorxularını əritmişdir.  
Hirslənmiş, qəzəbindən ağarmış şeyx yavaş-yavaş yerin-
dən qalxaraq ətrafda duran kişiləri gözdən keçirdi və soruşdu: 
– Nə oldu, köpəklər? Yoxsa ürəkləriniz zəhərləndi? Qa-
nınız  da  dondu  damarlarınızda?  Və  o  qədər  zəiflədiniz  ki,  bu 


 
180 
canini tutub tikə-tikə doğramağa gücünüz qalmadı? Nə elədi o 
sizə? 
Və  başqa  bir  söz  demədən  şeyx  qılıncını  qaparaq  qolu 
bağlı  gəncin  üstünə  atıldı.  Lakin  bir  gövdəli  kəndli  onun 
yolunu kəsərək əlindən tutdu və söylədi: 
– Silahını qınına qoy, ağa, zira, qılınc qaldıran qılıncdan 
da öləcəkdir! 
 Şeyx  çaşdı  və  qılınc  onun  əlindən  yerə  düşdü.  Lakin  o, 
asan  sınan  adamlardan  deyildi  və  ətrafın  itaətinə  öyrəşmişdi. 
Odur ki, qışqırdı: 
–  Yəni  miskin  həşərat,  qul,  indi  öz  ağasına  və  hamisinə 
qarşı çıxacaq? 
Və cavabında eşitdi: 
– Sadiq qul ağasının cinayətlərində iştirak etmir. Bu gənc 
düz danışırdı. 
Daha bir fəllah qabağa çıxaraq bəyan etdi: 
– Bu adam günahsızdır, o, şöhrətə və hörmətə layiqdir. 
Bir qadın səsini ucaltdı: 
– O, Allahı söyməyib,  müqəddəsləri də lənətləməyibdir. 
Nəyə görə onu kafir adlandırırsınız ki? 
Və Rəhil də soruşdu: 
– Nə cinayət törədib axı, o? 
Şeyx səsləndi: 
–  Sən  də  qiyam  edirsən,  bədbəxt  qadın?  Yoxsa  altı  ilə 
əvvəl qiyam qaldırmış ərinin taleyini yadından çıxarmısan? 
Bu  ehtiyatsız  deyilmiş  sözləri  eşidən  Rəhil  hiddətləndi, 
zira, ərinin qatilinin kim olduğunu anladı artıq. 
O, göz yaşlarını saxladı və camaata tərəf dönərək ucadan 
söylədi: 


 
181 
–  Budur,  altı  il  axtardığımız  cinayətkar!  Eşitdiniz,  o  öz 
günahını  boynuna  aldı.  Odur  ədalət  məhkəməsindən  gizlənən 
qatil.  Yaxşı-yaxşı  baxın  ona,  görün,  onun  üzündəki  qorxunu. 
O, qış vaxtı ağacdakı sonuncu yarpaq kimi əsir. Allah özü sizə 
göstərdi  ki,  həmişə  qorxduğunuz  ağanız  –  cani  və  qatildir. 
Odur məni dul, qızımı yetim qoyan. 
Rəhilin sözləri şimşək kimi şeyxin başına çaxdı, qadınla-
rın qışqırtısı və kişilərin etirazları isə qızmış damğa kimi yan-
dırdı onu. 
Keşiş şeyxə oturmağa kömək etdi. Sonra isə quluqçuları 
səsləyərək əmr etdi: 
–  Həbs  edin  bu  qadını,  ağanızı  şərlədiyi  üçün.  Onu  və 
bidətçini  zindana  aparın,  kim  mane  olmaq  istəsə  müqəddəs 
kilsədən uzaqlaşdırılacaqdır. 
Qulluqçular hələ də qolu bağlı Xəlilə baxaraq yerlərindən 
tərpənmədilər. Rəhil onun sağında Məryəm isə solunda dayan-
mışdı. Onlar azadlığın geniş göylərinə uçmağa hazır iki qanad 
kimi idilər. 
Elias  atanın  hirsindən  saqqalı  əsməyə  başladı  və  o 
qışqırdı: 
–  Siz  bir  kafir  və  bir  fahişədən  ötrü  ağanızdan  imtina 
edirsiniz? 
Və qulluqçulardan yaşlısı ona belə cavab verdi: 
–  Biz  şeyx  Abbasa  bir  tikə  çörək  və  başımızın  üstündə 
dam  olmasından  ötəri  xidmət  göstərirdik,  lakin  biz  heç  vaxt 
onun qulları olmamışıq.  
Bu  sözlərlə  qulluqçu  əynindəki  əbanı  və  çalmanı 
soyunaraq şeyxin ayaqlarına tulladı və əlavə etdi: 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə