Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə42/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   38   39   40   41   42   43   44   45   ...   82

 
163 

 
Dünya  yaranandan  bizim  günlərimizə  qədər  vərəsəlik 
yolu  ilə  var-dövlətə  sahib  olan  bəzi  klanlar  din  xadimləri  ilə 
birləşərək özlərini insanların hakimləri elan etdilər. Cəmiyyətin 
ürəyində  qaralan  bu  köhnə  yaranı  yalnız  cəhaləti  aradan 
qaldırmağa çalışmaqla sağaltmaq olar. 
Vərəsəliklə  var-dövlətə  sahib  durmuş  insan  yoxsulların 
hesabına özünə mülk tikdirir. Keşiş imanlı icma üzvlərinin sü-
mükləri və qəbirləri üzərində məbəd ucaldır. Knyaz fəllahların 
əllərini  tutur,  keşiş  isə  vaxt  itirmədən  onun  ciblərini  boşaldır. 
Hakim tarlaların övladlarını qaşqabaqla süzür,  yepiskop isə öz 
təbəssümü ilə onlara təskinlik verir; və acıqlı pələngin baxışları 
ilə canavar təbəssümü arasında sürü məhv olur.  Hakim özünü 
Qanunun şahı, keşiş isə – Allahın nümayəndəsi elan edir; və bu 
ikisi arasında bədənlər çürüyür, ruhlar heç olur. 
Livanın  günəşdən  bol,  bilikdən  kasıb  dağlarında 
əsilzadələr və keşişlər kəndlini istismar etmək üçün birləşmiş-
lər.  Yazıq  kəndli  isə  özünü  hakimin  qılıncından  və  Keşişin 
qarğışından  qorumaq  üçün  torpağı  şumlamağa  və  məhsulu 
yığmağa  məcburdur.  Livanın  varlısı  öz  sarayının  qabağında 
qürrələnərək  xalqa:  «Sultan  məni  sizə  hakim  təyin  edib»,- 
deyir. Keşiş isə qurbangahın yanında duraraq elan edir: «Allah 
mənə  sizin  ruhlarınız  üzərində  hakimiyyət  vermişdir».  Və 
livanlılar susurlar, zira, ölülər nə deyə bilər axı? 
Şeyx  Abbas  ürəyinin  dərinliyində  keşişlərə  çox 
minnətdar  idi.  Çünki  onlar  xalqın  biliyə  doğru  canatımlarını 
boğmaqda və onun nökərlərində sözsüz itaət ruhunun bərqərar 
olunmasında onun müttəfiqi idilər. 


 
164 
Xəlil  və  Məryəmin  Eşq  Taxtına  yaxınlaşdıqları,  Rəhilin 
isə onlara şəfqətli bağlılıq dolu baxışlarla baxdığı gün Elias ata 
şeyx  Abbasa  xəbər  verdi  ki,  iqumen  üsyankar  cavanı  öz 
monastırından qovmuş, o isə Saman Raminin dul qalmış arvadı 
Rəhilin evində məskunlaşmışdır. 
Keşiş şeyxə verdiyi məlumatın kasadlığından narazı olsa 
da dil boğaza qoymurdu: 
– Monastırdan qovulmuş şeytan dönüb mələk olmayacaq 
və  kəsilib  ocağa  atılmış  əncir  ağacı  da  dönüb  meyvə  vermə-
yəcək bir daha. Əgər biz kəndi bu heyvanın nəcisindən təmiz-
ləmək  istəyiriksə,  qovmaq  lazımdır  onu  burdan,  necə  ki,  mo-
narxlar elədilər. 
Şeyx maraqlandı: 
– Sən əminsənmi ki, bu cavan oğlan mənim adamlarıma 
pis təsir göstərəcək? Bəlkə, yaxşı olar ki, onu üzümlüklərdə bir 
işə qoyaq? Bizə güclü kişilər lazımdı. 
Keşişin  üzünə  narazılıq  ifadəsi  qondu.  Saqqalını 
sığallayaraq kəskin eitirazını bildirdi: 
 - Əgər o  işləyən  olsaydı,  onu  monastırdan  qovmazdılar. 
Monastırda oxuyan bir tələbə dünən mənim evimdə qonaq idi. 
Və o dedi ki, bu cavan oğlan – kafirdir. O, iqumenin qoyduğu 
qaydaları  pozmuşdur:  monarxlar  arasında  təhlükəli  ideyalar 
yayırmış. 
Tələbə  mənə  bu  ara  qarışdıranın  nə  dediyini  də  söylədi: 
«Monastırın  tarlalarını,  üzümlüklərini  və  gümüşünü  verin  ka-
sıb-kusuba, özünüz isə səpələnin dünyaya, biliyə ehtiyacı olan 
insanlara  kömək  edin;  bu  cür  eləsəniz  Göydəki  Atamıza  xoş 
olar». 


 
165 
Bu sözləri eşidən şeyx Abbas öz qurbanını parçalanmağa 
hazır pələng kimi dik atıldı, özünü  qapıya atıb bütün  nökərlə-
rini  yanına  çağırdı.  Otağa  üç  nökər  daxil  oldu  və  şeyx  sə-
rəncamını verdi: 
– Saman Raminin dul qadını Rəhilin evində cavan oğlan 
yaşayır.  Əlini-qolunu  bağlayıb  gətirin  onu  bura.  Əgər  qadın 
etiraz  etsə,  saçından  tutub  sürüyün  onu  da  gətirin  bura,  zira, 
şərə kömək edənin özü də şərdir. 
Nökərlər  onun  qarşısında  baş  əyib  tələsik  Rəhilin  evinə 
yollandılar.  Keşiş  və  şeyx  isə  Xəlil  və  Rəhili  necə 
cəzalandıracaqlarını götür-qoy başladılar. 
 
VI 
 
Gün  batmışdı artıq.  Gecə  düşmüş  və qara  bələnmiş  mis-
kin  daxmaları  qaranlığa  qərq  etmişdi.  Nəhayət  göydə  ulduzlar 
da  göründü,  ölüm  ayağında  görünən  əbədiyyət  ümidləri  kimi. 
Qapı  və  pəncərələr  bağlanmış,  lampalar  yandırılmışdı.  Fəllah-
lar ocaqlarının başında qızınırdılar. 
Rəhil, Məryəm və Xəlil kobud taxta stolun arxasında şam 
yeməyinə oturmuşdular ki, qapı döyüldü və içəri üç nəfər daxil 
oldu. Rəhil və Məryəm qorxdular, Xəlil isə onları sakit qarşıla-
dı,  sanki  onların  gəlişini  gözləyirmiş  kimi.  Şeyxin  nökərlərin-
dən  biri  Xəlilə  yaxınlaşaraq  əlini  onun  çiyninə  qoydu  və 
soruşdu: 
– Monastırdan qovulan adam sənsən? 
Xəlil cavab verdi: 
– Bəli, bu mənəm. Sənə nə lazımdır? 


 
166 
–  Bizə  əmr  edilmişdir  ki,  səni  həbs  edib  şeyx  Abbasın 
evinə  aparaq.  Əgər  müqavimət  göstərsən  səni  qarın  üstü  ilə 
kəsilmiş qoyunu sürüyən kimi sürüyəcəyik. 
Rəhilin rəngi qaçdı: 
–  O  nə  cinayət  eləyib  ki,  onu  bağlayıb  aparmaq 
istəyirsiniz? 
Hər  iki  qadın  göz  yaşları  içində  yalvarır,  cavana 
qıymamağa çağırırdılar: 
–  O  təkdir,  siz  isə  üç  nəfər.  Onun  əl-qolunu  bağlayaraq 
ona əzab vermək qorxaqlıqdır. 
Kişilər qızdılar və onlardan biri qışqırdı: 
– Bu kənddə heç bir qadın şeyxin əmrinə qarşı çıxmağa 
cəsarət etmir! 
O, kəndiri çıxarıb Xəlilin əllərini bağlamağa başladı. 
Xəlil  başını  dik  tutdu  və  kədərli  bir  təbəssüm  göründü 
onun dodaqlarında, bu sözləri deyərkən: 
– Mənim sizə yazığım gəlir. Zira, siz sizin əlinizlə məz-
lumları əzən insanın əlində kor bir alətsiniz. Siz- cəhalət qulla-
rısınız. Dünən mən sizin kimi idim və sabah siz də azad idraklı 
olacaqsınız mənim kimi. Aramızda dərin uçurum var bizim. Bu 
uçurum  mənim  harayımı  eşidilməz  edir  və  gizləyir  məni  siz-
dən. Odur ki, nə eşidə bilirsiniz məni, nə görə. Mən sizin qarşı-
nızdayam, bağlayın mənim əllərimi və necə lazım bilirsiniz, elə 
də eləyin. 
Nökərlər  onun  sözlərindən  təsirlənmişdilər.  Xəlilin  səsi 
sanki  onlarda  yeni  bir  ruh  oyatmışdı,  lakin  şeyx  Abbasın  səsi 
də  onların  qulaqlarında  səslənir  və  verilmiş  əmri  yerinə 
yetirməyi  tələb  edirdi.  Onlar  danışmadan  onun  əllərini 
bağladılar və ürək ağrısı ilə onu bayıra çıxartdılar. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə