Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə40/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   36   37   38   39   40   41   42   43   ...   82

 
155 
Ey  gürzələr  nəsli!  Gələcək  qəzəbdən  qaçmağa  sizi  kim  təlqin 
etdi? İndi tövbəyə layiq səmərə yaradın. 
Və  içinizdə  «Atamız  İbrahimdir»,  –  deyə  düşünməyin; 
çünki  sizə  deyirəm  ki,  Allah  İbrahimə  bu  daşlardan  övladlar 
yaratmağa qadirdir.  
Artıq  balta  da  ağacların  kökü  dibində  yatır;  beləliklə, 
yaxşı meyvə verməyən hər ağac kəsilib atəşə atılır».
1
  
 Mən  onlara  Vəftizçi  Yəhyanın  bu  sözlərini  oxuyanda 
monarxlar bir anlığa susdular, sanki gözəgörünməz bir əl onla-
rın şənliyinin səsini aldı, lakin sonra onlar yenidən cəsarətlən-
dilər və gülməyə başladılar: «Bu sözləri biz yüz dəfələrlə oxu-
muşuq  və  bir  mal  otaranın  onları  bizə  təkrarlamasına  ehtiyac 
duymuruq».  
Mən etiraz etdim: «Əgər siz bu sözləri oxumuş və onların 
mənasını  anlamış  olsaydınız  kənddəki  yoxsullar  soyuqdan  və 
aclıqdan ölməzdilər».  
Bu zaman monarxlardan biri məni üzümdən vurdu, sanki 
mən müqəddəslərə qarşı küfr söyləmişdim. 
Digəri məni təpiklə vurdu, üçüncüsü əlimdən kitabı aldı, 
dördüncüsü isə iqumeni çağırdı. Tələsik gələn iqumen hiddətlə 
bağırdı:  «Tutun  üsyankarı  və  bu  müqqəddəs  ocaqdan  qovun 
getsin. Və qoy, tufanın qəzəbi ona itaətin nə olduğunu öyrətsin. 
Rədd eyləyin onu burdan. Qoy, təbiət özü onu məşhər ayağına 
çəksin və sonra gedib əlinizi də yuyun. Bu kafirin paltarlarına 
da  bidətçilik  hopmamış  deyil.  Və  əgər  qayıdıb  gələrsə, 
bağışlanmaq dilərsə, açmayın ona qapını, zira, gürzə dönüb gö-
                                                 
1
  Матта  3:7  –  10  (Инъил,  Мирзя  Михаелинин  тяръцмясиндя, 
Билдийа тяръцмя институту, Стокщолм, 1993). 


 
156 
yərçin  ola  bilməyəcək,  onu  qəfəsə  salsanız  belə.  Və  qaratikan 
da əncir verməyəcək, lap onu bağın içində əksəniz belə».  
Onun  əmrinə  tabe  olaraq  monarxlar  məni  monastırdan 
bayıra atdılar.  Qapını  arxamca  bağlayanda  onlardan  birinin  bu 
sözlərini  eşitdim:  «Dünən  sən  inəklərin  və  donuzların  padşahı 
idin,  bu  gün  isə  taxtından  salınmısan,  ey  Böyük  İslahatçı.  Di 
get, indi canavarların padşahı ol və onlara  yuvalarda yaşamağı 
öyrət».  
Xəlil dərindən nəfəs alıb yanan alova baxmağa başladı. O 
yenidən  danışmağa  başlayanda  onun  səsində  ağrının  sədaları 
eşidilirdi:  
– Bax, beləcə məni monastırdan qovdular və beləcə məni 
ölümün  ağuşuna  atdılar.  Mən  kor-koranə  gecə  içrə  yol  gedir, 
təbiətlə çarpışırdım, güclü külək mənim paltarlarımı dartışdırır, 
dərin  qar  addımlarımı  çətinləşdirir  və  məni  aşağı  çəkirdi.  O 
vaxta  qədər  ki,  axırda  mən  yıxıldım,  ümidsizcəsinə  kömək 
istəyə-istəyə.  Mən  anlayırdım  ki,  məni  ölümdən  başqa  heç 
kimsə  eşitmir.  Lakin  bilik  və  mərhəmətdən  ibarət  o  qüvvə 
mənim  harayımı  eşitdi.  Həmin  qüvvə  istəmirdi  ki,  mənim 
ölümüm mən hələ həyatın sirlərini dərk etməmiş gəlsin. Həmin 
qüvvə sizi göndərdi ki,  mənim həyatımı  yoxluğun uçurumuna 
düşməkdən xilas edəsiniz.  
Rəhil  və  Məryəm  ruhən  və  fikrən  doğma  adamlar  kimi 
sanki onun ruhunun sirrini anlayırdılar. Rəhil qeyri-iradi olaraq 
qabağa  əyilərək  şəfqətlə  onun  əlinə  toxundu.  Gözlərindən  yaş 
axırdı onun bu sözləri söyləyəndə:  
–  Göylərin  Haqqın  müdafiəçisi  olaraq  seçdiyi  insan 
qardan və çovğundan ölməyəcək. 
Məryəm isə əlavə etdi:  


 
157 
–  Qar  və  boran  gülləri  öldürə  bilər,  lakin  onların 
toxumlarını  öldürə  bilməzlər.  Zira,  qar  bu  toxumları  öz 
istisində saxlayaraq öldürücü soyuqdan qoruyacaqdır.  
Bu isti sözləri eşidincə Xəlilin üzü işıqlandı və o dedi:  
– Əgər siz monarxlar kimi məni üsyankar və kafir hesab 
etmirsinizsə,  deməli  monastırda  üzləşdiyim  təqibləri  istibdad 
və  cəhalət  altında  olan  millətin  simvolu  kimi  qəbul  etmək 
lazımdır.  Və  mənim  az  qala  öləcəyim  bu  gecə  də  ədalətin 
zəfərindən  qabaq  baş  verən  inqilaba  oxşayır.  Və  həssas  qadın 
ürəyindən  bəşərin  səadəti  çağlayır.  Və  onun  nəcib  qəlbinin 
xeyirxahlığından bəşəri məhəbbət doğulur.  
O,  gözlərini  yumub  başını  yastığa  endirdi.  Qadınlar  onu 
daha 
söhbətlərlə  incitmək  istəmədilər,  zira,  boranla 
mübarizənin 
yorğunluğundan 
onun 
göz 
qapaqlarının 
ağırlaşdığını  gördülər.  Xəlil  nəhayət  anasının  qucağında  öz 
xilasını tapmış itirilmiş uşaq kimi uyumuşdu.  
Rəhil və onun qızı öz çarpayılarına keçib orada oturaraq 
yatmış yolçunu müşahidə etməkdə davam edirdilər. Onlar onun 
əzabkeş üzündə sanki nəsə cazibəli bir şey tapmışdılar onların 
ruhunu və qəlbini özünə çəkən.  
Nəhayət Rəhil pıçıltı ilə dedi:  
–  Onun  gözlərində  qəribə  qüvvə  var;  sükutda  danışır  və 
adamın ruhunu dilləndirir.  
Və Məryəm də əlavə etdi:  
–  Onun  əlləri,  anacan,  kilsədə  gördüyümüz  rəsmdəki 
Məsihin əllərinə oxşayır.  
Anası yekunlaşdırdı: 
–  Onun  üzündə  eyni  zamanda  həm  qadın  zərifliyi,  həm 
də kişi cəsarəti vardır. 


 
158 
Qadınların ruhları yuxunun qanadlarında röyalar aləminə 
uçdular.  Ocaq  sönərək  külə  döndü.  Çırağın  işığı  getdikcə 
öləziyərək  nəhayət  tamamilə  söndü.  Amansız  çovğun 
sakitləşmək bilmirdi, alçaq göydən dolu qar yağır, güclü külək 
isə bu qardan böyük təpələr yaradırdı.  
 
IV 
 
Beş  gün  keçdi.  Qar  isə  elə  hey  yağırdı  dağlara,  düzlərə. 
Xəlil üç dəfə cəhd elədi ki, yenidən yola çıxsın, lakin Rəhil hər 
dəfə onu bu sözlərlə saxladı:  «Öz ömrünü təbiətin şıltaqlığına 
qurban vermə, qardaş. Qal burda. İkimizə çatan çörək üçümüzü 
də doyurar. Bu ocaq isə sən gəlməmişdən qabaq olduğu kimi, 
sən gedəndən sonra da onsuz da yanacaqdır. Biz kasıb olsaq da, 
qardaş,  yaşayırıq  hamı  kimi,  günəşdən  və  insanlardan 
utanmadan. Və Allah da ruzimizi verir bizim». 
Məryəm  də  yalvarırdı  ona  zərif  baxışları  və  köks 
ötürmələri ilə. Zira, bu cavan oğlan onların kasıb komalarında 
göründüyü  andan  o,  öz  qəlbində  ilahi  bir  qüvvənin  oyandığını 
hiss  etmişdi.  O  ilahi  qüvvə  qızın  ürəyinə  həyat  və  işıq  seli 
axıdır, ruhunun dərinliyində yeni duyğular oyadırdı. 
O,  ilk  dəfə  idi  ki,  bu  duyğunu  yaşayırdı.  Və  bu  duyğu 
onun  ürəyini  ağ  qızılgülə  çevirmişdi;  yanğısını  sübh  şehi  ilə 
söndürən və ətrini aləmə yayan. 
Qəfildən  oyanan  və  qızın  ruhunu  ilahi  musiqi  ilə 
dolduran gizli bağlılıq kimi təmiz və sakit bağlılıq ola bilməz. 
Bu  məqam  onun  gündüzlərini  şairin  arzusuna  bərabər  edir, 
gecələrini isə peyğəmbəranə sirlə doldurur. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə