Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə36/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   32   33   34   35   36   37   38   39   ...   82

 
140 
Torpağın  şumlanması,  səpin,  taxılın  və  qarğıdalının 
yığılması  –  hər  şey  şeyxin  nəzarəti  altında  həyata  keçirilirdi. 
Əməklərinin  müqabilində  o,  kəndlilərə  məhsulun  az  bir 
hissəsini  verirdi.  O  qədər  az  ki,  camaat  aclıq  həddində 
dolanırdı  və  bir  çoxları  hələ  məhsul  yığımı  başa  çatmamış 
yenidən  çörəyə  möhtac  qalırdı.  Onlar  Şeyx  Abbasın  yanına 
gələr,  göz  yaşı  tökərək  borca  bir  neçə  quruş,
1
  yaxud  bir  kisə 
taxıl  istəyərdilər.  Şeyx  onların  xahişlərini  məmnuniyyətlə 
yerinə  yetirərdi.  Çünki  bilirdi  ki,  məhsul  yığımından  sonra 
onlar  borclarını  ikiqat  qaytaracaqdılar.  Beləliklə,  bu  insanlar 
bütün  ömürləri  boyu  borc  içində  yaşayır,  öləndən  sonra  isə 
borclarını  övladlarına  vərəsə  kimi  qoyub  gedirdilər.  Onlar 
daima  qorxu  hissi  keçirir  və  hər  vəchlə  onun  dostluğunu  və 
yaxınlığını qazanmağa çalışırdılar. 
 
 
II 
 
Qış  gəldi  və  özüylə  bol  qar  və  güclü  küləklər  gətirdi. 
Vadi  və  tarlalardan  hər  şey  yığışdırıldı.  Və  cansız  düzlərdə 
artıq gözə heç nə dəymirdi. 
Torpağın nemətlərini şeyxin ambarlarında gizlədib, onun 
küplərini  isə  üzümlüklərin  şərabı  ilə  doldurandan  sonra 
kəndlilər  qışı  yola  vermək  üçün  öz  komalarına  çəkildilər. 
Burada  onlar  qış  uzunu  ocaqlarının  başında  qızınacaq, 
əcdadlarının qəhrəman keçmişini xatırlayacaq və bir-birinə ağır 
günlərdən və uzun gecələrdən danışacaqdılar. 
                                                 
1
 Гуруш – хырда пул. 


 
141 
Köhnə il öz son nəfəsini boz göylərə elə indicə tapşırdı. 
Gecə düşdü. Və məhz bu gecə yeni il tacını başına qoyaraq kai-
natın taxtında əyləşəcəkdi. Quşbaşı qar yağmağa başladı və də-
cəl küləklər möhtəşəm dağlardan dərələrə endilər; qarları vadi-
lərə paylaşdırmaq üçün. 
Ağaclar tufanın hücumları qarşısında sarsılır, qar isə düz-
ləri və yamacları bələyirdi. Və əlahəzrət ölüm bu qarlar üzərin-
də nəsə anlaşılmaz yazılar yazır və o dəqiqə də silirdi. Küləklər 
qarları  vadi  boyu  səpələnmiş  ağacların  araları  ilə  sovurur,  bu-
rulğanlar  yaradırdı.  Yapalaq  komaların  işıqları  təbiətin  qalın 
qəzəb niqabının altından görünmürdü. 
Qorxu  fəllahların  qəlblərini  sarmış,  heyvanlar  tövlələrdə 
bir-birinə qısılmışdı. Və hətta itlər belə künc-bucağa dürtülərək 
həyətlərdən  yığışmışdılar.  Yalnız  küləyin  ulamasını  və  vadini 
dolaşan  çovğunun  uğultusunu  eşitmək  olardı.  Elə  bil  təbiət 
köhnə ilin yasını tutur və acığını vadinin sakinlərindən çıxmaq 
istəyirdi. 
Bu boranlı gecədə Deyr Kicaya
1
 monastırından Şeyx Ab-
basın  kəndinə  doğru  uzanan  dolanbac  cığırla  bir  cavan  oğlan 
irəliləyirdi.  Onun  əlləri  və  ayaqları  şaxtadan  keyimiş,  ağrı  və 
aclıqdan  qüvvəsi  tükənmişdi.  Əynindəki  qara  əba  isə  qara 
bələnmiş, ağappaq olmuşdu; kəfəni xatırladırdı. O, küləyə sinə 
gəlir, hər bir addımçün əziyyət çəkməli olurdu. O, köməyə ça-
ğırdı.  Sonra  susdu,  şaxtalı  gecədə  titrəyə-titrəyə.  Demək  olar 
ki,  ümidi  qalmamışdı.  Qəlbi  kədər  və  qüssə  ilə  dolmuşdu.  O, 
                                                 
1
  Дйир  Киъайа  –  Ливанын  ян  варлы  вя  ян  мящшур 
монастырларындан бири. Ярябъядян «Ъяннятдя щяйат» кими тяръцмя 
олунур. 1917-ъи ил Американ няшринин редакторунун гейди. 


 
142 
qanadı sınmış quşu xatırladırdı, burulğanda çabalasa da, yavaş-
yavaş batdığının fərqinə varırdı.  
Cavan  oğlan  qanı  damarlarında  donanadək  irəliləməkdə 
və  yıxılmaqda  davam  etdi.  Və  nəhayət  taqətsiz  halda  yerə 
yıxıldı  və  ümidsizcəsinə  son  dəfə  çığırdı.  Bu,  ölümün  boş 
sifətini görən nəfsin çığırtısı idi; insanların incitdiyi və təbiətin 
tələsinə  düşüb  ölən  gəncliyin  çığırtısı,  fəza  həsrətli  yaşamaq 
eşqinin səsi idi. 
 
 
III 
 
Həmin  kəndin  şimal  kənarında,  küləklərin  qamçıladığı 
tarlaların  arasında  tənha  bir  koma  var  idi.  Bu  komada  Rəhil 
adlı  qadın  və  onun,  hələ  on  səkkiz  yaşı  tamam  olmamış  qızı 
Məryəm yaşayırdı. Rəhil Saman Raminin dul qalmış arvadı idi. 
Onun ərini altı il əvvəl öldürmüşdülər, qatil isə hələ də tapılıb 
cəzalandırılmamışdı. 
Livanın  bütün  dul  qadınları  kimi  Rəhil  güc-bəla  ilə 
dolanırdı. Biçin vaxtı o, yerdə qalan sünbülləri, payızda – yerə 
düşmüş  meyvələri  yığardı.  Qışda  isə  bir  kisə  buğda  alardı. 
Onun gözəl qızı Məryəm də anasının yükünü paylaşırdı.  
Həmin müdhiş gecədə hər iki qadın istisi bu şaxta üçün 
yetərli  olmayan  zəif  ocağın  ətrafında  oturmuşdular.  Külün  al-
tındakı közlər az qalırdı sönələr. İşaran lampanın sarı işığı zəif 
də olsa, ətraf qaranlığı qatılaşmağa qoymurdu, dua kədərli qəl-
bə təskinlik olan kimi. Gecə yarı olmuşdu və komanın sakinləri 
küləyin  ulartısına  qulaq  kəsilərək  gecəni  yola  verirdilər. 
Hərdənbir  Məryəm  ayağa  qalxır,  pəncərədən  qaranlıq  göyə 


 
143 
boylanır  və  yenə  ocağın  yanındakı  yerinə  qayıdırdı.  Fəğan 
eləyən təbiət onu həyəcanlandırmış, qorxutmuşdu. 
Birdən  Məryəm  dərin  yuxudan  oyanmış  kimi  diksindi, 
narahat halda anasına tərəf çönüb dedi: 
– Eşitdinmi, anacan? Köməyə çağıran səsi eşitdinmi?  
Ana bir anlıq qulaq kəsilərək: 
– Mən küləyin uğultusundan savayı heç nə eşitmirəm, – 
deyə cavab verdi. 
Onda Məryəm səsləndi: 
–  Mən  göy  gurultusundan  daha  uca  və  tufanın 
ulamasından daha kədərli bir səs eşitdim! 
O, ayağa qalxaraq qapını açdı və yenə qulaq asdı: 
– Anacan, mən onu yenə eşidirəm! 
Rəhil salxaq qapıya tərəf  yüyürüb bir anlıq tərəddüddən 
sonra: 
– Mən də eşidirəm. Gedək baxaq, – söylədi. 
O, uzun şala bürünüb qapını açdı və ehtiyatla bayıra çıx-
dı. Məryəm qapının ağzında qalmışdı və külək onun uzun saç-
larını oynadırdı. 
Qarın içi ilə çətinliklə özünə yol açan Rəhil komasından 
bir qədər aralanaraq dayandı və səslədi: 
– Kim idi köməyə çağıran…Hardasan sən? 
Cavab  yox  idi.  O  bir  neçə  dəfə  eyni  sözləri  təkrarladı, 
lakin  çovğunun  səsindən  başqa  heç  nə  eşitmədi.  Rəhil  ətrafa 
göz  gəzdirə-gəzdirə  cəsarətlə  irəliləməyə  başladı.  O,  xeyli 
getməli oldu, qardakı izləri  görənədək.  İzə düşüb qorxa-qorxa 
bir qədər  getdikdən  sonra  isə  adamın  özünü  gördü. O, Rəhilin 
qarşısında  ağ  paltarda  yamaq  kimi  qarın  içərisinə  düşüb 
qalmışdı. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə