Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə35/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   31   32   33   34   35   36   37   38   ...   82

 
136 
insanlar  mənə  öz  uşaqlarını  qurban  verirdilər;  Yerusalim  və 
Romada  isə  camaat  canını  mənə  nifrətdə  ustalaşmış  şəxslərə 
tapşırırdı. 
Günəşin altında yaradılan hər bir şəhərdə mənim adım di-
nin, elmin, incəsənətin və fəlsəfənin məhək daşı idi. Mənə görə 
məbədlər tikilir, universitetlər və məktəblər yaradılır, saray və 
qalalar ucaldılırdı.  
Mən insanlarda qətiyyət oyadan qətiyyətəm. Mən insan-
ların əllərini hərəkətə gətirən ələm. Mən onların idrakına kəsər 
gətirən  fikirəm.  Mən  –  əbədi  və  ölümsüz  İblisəm  ki,  özlərini 
diri  saxlamaq  üçün  insanlar  mənimlə  döyüşməyə  məhkum-
durlar.  Əgər  onlar  mənə  qarşı  durmasalar  idrakları  yuxulayar, 
tənbəllik canlarını alar, süstlük isə bədənlərini məhv edər. 
Mən  –  ölümsüz  və  əbədi  İblis,  –  kişilərin  ağlında  və 
qadınların  ürəklərində  əsən,  onları  həyəcanlandıran  səssiz 
fırtınayam.  Mənim  qorxumdan  onlar  monastırlara  üz  tutur  və 
orada  məni  öz  qorxuları  ilə  təsdiq  edirlər.  Mənim  iradəmlə 
onlar  qumarxanalara,  şənlik  evlərinə  yönəlir  və  orada  mənim 
arzularıma  itaət  nümayiş  etdirirlər;  gecənin  sükutunda  dua 
oxuyaraq  məni  öz  çarpayısından  uzaqlaşdırmağa  çalışan 
monarx məni öz yatağına çağıran fahişədən çox fərqlənmir. 
Mən  ölümsüz  və  əbədi  İblisəm,  qorxu  təməli  üzərində 
ucaldılmış  monastır  və  səcdəgahların  əsl  memarı  mənəm;  mə-
nəm şəhvət və həzz təməli üzərində qurulmuş əxlaqsızlıq yuva-
larının daimi sakini. Mənim ölümümlə dünyadan qorxu və həzz 
yoxa  çıxacaq  və  onların dalınca  da  insan  ürəyinin  ümid və  ar-
zuları.  Həyat  da  simləri  qırılmış  ud  kimi  soyuq  məzarlığı 
xatırladacaq. 


 
137 
Mən  ölümsüz  və  əbədi  İblisəm.  Mən  yalanın,  riyanın, 
məkrin və alçaqlığın ilhamvericisiyəm və əgər bu xüsusiyyətlər 
dünyanı  tərk  edəsi  olsa,  bəşəriyyət  baxımsız  bağa  bənzəyəcək 
ki, orda yalnız xeyir kollarının tikanları bitəcək. 
Mən  ölümsüz  və  əbədi  İblisəm.  Günahın  anası  da  mə-
nəm,  atası  da.  Əgər  günah  yox  olsa,  bütün  günah  döyüşçüləri 
və onların ailələri də yox olacaq. 
Mənəm  şərin  ürəyi.  Mənim  ürəyimin  dayanması  ilə  bə-
şərdə hər hansı hərəkət də dayanacaq. Sən bunumu istəyirsən? 
İstəyirsən ki, səbəb ölərək özü ilə birlikdə nəticəni də aparsın? 
Mənəm  hər  şeyin  səbəbi!  Sən  imkan  verəcəksən  ki,  mənim 
canım  çıxsın  bu  səhralıqda?  Sən  doğrudan  istəyirsən  ki,  səni 
mənimlə bağlayan əzəli əlaqə qırılsın? Cavab ver, din xadimi!” 
İblis  əllərini  qabağa  uzatdı,  boynunu  yuxarı  qaldırıb 
dərindən  nəfəs  aldı;  ağrı  və  əzabdan  rəngi  bozarmış  halda  o, 
əsrlərin  Nil  çayı  sahilində  qoruyub  saxladığı  heykəllərdən 
birinə  çox  bənzəyirdi.  Huri  Samaana  parıldayan  gözləri  ilə 
baxıb yorğun səsi ilə davam etdi: “Danışmaq əldən saldı məni. 
Ölüm  ayağında  gücə  qənaət  etmək  əvəzinə  mən  sənə  adi 
həqiqətləri izah etməli oldum. İndi sən hər şeyi bilirsən. Seçim 
sənindir.  İstəyirsən  məni  evinə  apar  və  yaralarıma  qulluq  elə, 
istəyirsən at, get məni burda, ölümün əlində”. 
Ona  qulaq  asa-asa  huri  Samaan  məzlumcasına  əllərini 
bir-birinə sürtürdü. Sonra isə üzr istəyirmiş kimi dilləndi: “Hə, 
sən  çox  şeyə  açdın  mənim  gözümü.  Cahilliyimə  görə  məni 
bağışla.  Mən  indi  bildim  ki,  sən  insanları  azdırmaq  üçün 
yaranmısan.  Azmaq  isə  insan  nəfsini  dərk  etmək  üçün  bir 
ölçüdür.  Məhz  bu  ölçü  ilə  Uca  Allah  ruhları  tərəziyə  çəkir. 
Mən  anladım  ki,  sənin  ölümünlə  azma,  şirniklənmə  də  yoxa 


 
138 
çıxacaq.  Onunla  bərabər  insanı  ayıq  və  ehtiyatlı  olmağa  sövq 
edən ruhani məqam da yox olacaqdır.  
Sən  yaşamalısan,  çünki  sən  ölsən  və  insanlar  bundan 
xəbər  tutsalar,  cəhənnəm  qorxusu  da  yoxa  çıxacaq,  camaat 
ibadətdən uzaqlaşacaq və günaha batacaqdır. 
Sən  yaşamalısan,  zira,  insan  nəslinin  əxlaqsızlıqdan  və 
günahdan  xilas  olması  sənin  həyatından  asılıdır.  O  ki,  qaldı 
mənə,  mən  sənə  olan  nifrətimi  insanlara  olan  sevgimə  qurban 
verəcəm”. 
İblisi  elə  gülmək  tutdu  ki,  yer  əsdi.  Dedi:  “Sən  necə  də 
ağıllısan,  müqəddəs  ata!  İlahiyyat  sahəsində  tayın-bərabərin 
yoxdu. Ağlının gücüylə sən mənim varlığımın mənasını mənim 
özümdən də yaxşı dərk etdin. 
Hə,  indi  ki,  bizi  bir-birimizə  bağlayan  ilahi  ehtiyacı 
yaxşıca  anladıq,  getmək  lazımdır  burdan.  Yaxın  gəl  mənim 
qardaşım və məni evinizə apar. Mən o qədər də ağır deyiləm. 
Vadiyə gecə düşür, bəsdir bu torpağı qanımla suvardığım”. 
Və  huri  Samaan  qollarını  çırmayıb  əbasının  ətəklərini 
belinə keçirtdi, İblisi dalına alıb evinə tərəf yollandı. 
* * * 
Sükuta  qərq  olmuş  və  gecənin  qara  pərdəsinə  bələnmiş 
vadilərin  arası  ilə  öz  kəndinə  doğru  irəliləyən  huri  Samaanın 
beli arxasındakı çılpaq bədənin ağırlığından ikiqat əyilmiş, qara 
əbası  və  uzun saqqalı  yaralının  qanına  batmışdı, dodaqları  isə 
ölməkdə  olan  İblisin  sağalması  üçün  oxuduğu  duaları 
təkrarlayırdı. 


 
139 
 
 
 
 
 
 
KAFİR XƏLİL 
 

 
Şimali  Livanın  balaca,  tənha  kəndinin  camaatı  Şeyx 
Abbasa  knyaza  baxan  kimi  baxırdılar.  Onun  imarəti  kasıb  və 
yapalaq  kənd  evlərinin  arasında  cansız  cırtdanların  yanında 
sağlam  nəhəng  kimi  görünürdü.  Ətrafdakılar  səfalət  içində 
yaşadıqları  halda  o,  firavan  bir  həyat  sürürdü.  O  danışanda 
hamı  ona  itaət  edər  və  baş  əyərdi.  İdrakın  azad  qüdrəti  sanki 
özü  şeyxi  özünün  rəsmi  şərhçisi  və  carçısı  seçmişdi.  Onun 
qəzəbindən  hamı  qorxar,  qəfil  küləyin  sovurduğu  payız 
yarpaqları kimi pərən-pərən düşərdi. 
Əgər o kiməsə şillə çəkərdisə, zərərçəkmişin haqqı nə idi 
ki,  qımıldana,  ya  başını  qaldıra,  ya  da  heç  olmasa  nəyə  görə 
vurulduğunu  aydınlaşdırmağa  cəhd  göstərəydi.  Və  əgər  o 
kiməsə  gülümsünsə  idi,  kəndlilər  bunu  xeyir-dua  kimi  qəbul 
edər, həsəd aparardılar həmin o kimsəyə. 
İnsanların  qorxusunun,  Şeyx  Abbasa  itaətinin  səbəbi 
onların zəifliyində deyildi; yoxsulluq onları rəzalət səviyyəsinə 
gətirib  çıxarmışdı:  yaşadıqları  komalar  və  əkib-becərdikləri 
tarlaların hamısı Şeyx Abbasa məxsus idi. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə