Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə31/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   27   28   29   30   31   32   33   34   ...   82

 
122 
 
Ruhların gizli söhbəti 
 
Ey  sevgilim,  oyan!  Oyan,  ruhum  göz  baxdıqca  uzanan 
ucsuz-bucaqsız  dənizlərin  o  tayından  səni  səsləyir.  Könlüm 
qeyzlə  coşan  dalğaların  üzərindən  sənə  doğru  qanadlanır. 
Oyan,  bax,  hərəkət  dayanıb,  atların,  gəlib-gedənlərin  ayaq 
səslərinin  tappıltısı  kəsilib.  Hər  yerə  səssizlik  çöküb.  Yuxu 
insan ruhlarını bihuş edib, tək mən oyaq qalmışam. Çünki hər 
dəfə yuxuya dalanda eşq odu məni bu yuxudan oyadır. Narahat 
fikirlər  məni  qovduqca  məhəbbət  məni  sənə  doğru 
qanadlandırır.  Sevgilim,  pərdə  altında  gizlənən  unutqanlıq 
kabusundan  qorxaraq,  yatağımdan  qalxdım.  Mən  ona  kitab 
atdım,  çünki  ahım  səhifələrdəki  sətirləri  yaxıb  kül  etmişdir. 
Kabus  mənim  qarşıma  bəmbəyaz  görkəmdə  çıxdı.  Oyan, 
sevgilim, oyan və məni dinlə!  
(Qadın  ruh):  –  Mən  burdayam,  sevgilim!  Sənin 
dənizlərin  o  tayından  gələn  səsini  eşitcək,  qanadlarının  zərif 
toxunuşunu hiss edincə yuxudan oyandım. Yatağımdan qalxıb 
çəmənliyə gəldim. Ayaqlarım və paltarımın ucu gecənin soyuq 
şehində  islanıb.  Badam  ağacının  altında  duraraq,  səni 
dinləyirəm, sevgilim! 
(Kişi  ruh):  –  Mənimlə  danış,  əzizim!  İzn  ver  məhəbbət 
alovu ilə tutuşub-yanan könlün mənə doğru pərvazlansın. Məni 
dinlə, sevgilim, burada özümdən başqa bir kəs yoxdur. Zülmət 
bütün  canlıları  öz  yuvalarına  dustaq  edib.  Yuxu  şəhər  əhlinin 
üzərinə  örtü  çəkərək,  onları  bihuş  edib.  Yalnız  mən  oyaq 
qalmışam.  


 
123 
–  Səma  ay  işığının  solğun  şüalarından  zərif  örtü 
toxuyaraq, Livanın üzərinə çəkib.  
–  Burda  isə  səma  gecənin  zülmətindən  toxuduğu  zavod 
tüstüsü  və  ölüm  nəfəsi  ilə  qorxan  qalın  və  kobud    tikişli 
mantonu şəhərin ayaqları üzərinə atıb, sevgilim!   
– Kənd sakinləri söyüd və qoz ağacları arasında qurulan 
çadırlarda 
gecələyiblər. 
Onların 
ruhları 
şirin 
yuxu 
meydançasında bir-biri ilə yarışa çıxıb, əzizim!   
–  Qızıl  külçələri  bəşər  övladlarını  öz  qarşısında  diz 
çökdürüb.  Onu  əldə  etmək  uğrunda  qarşıya  çıxan  çətinliklər 
onların dizlərini büküb. Yorğunluqdan göz qapaqları ağırlaşıb, 
yataqlarına  ölü  kimi  düşüb  qalıblar.  Ümidsizlik  və  qorxu 
kabusu hər gecə qəlblərini didib-parçalayır, sevgilim!  
–  Mən  keçmiş  nəsillərin  xəyallarının  dolaşdığı  vadidə 
gəzişdim.  Bu  təpəliklərdə  şahların  və  peyğəmbərlərin  ruhları 
dolaşır.  Fikrim  məni  xatirələr  meydançasına  doğru  apararaq, 
qüdrətli  Xaldeyləri,  əzəmətli  aşurluları  və  əsil-nəcabətli 
ərəbləri göstərdi.  
– Mənsə oğruların ruhlarının dolaşdığı qaranlıq küçələrdə 
gəzişdim.  Qırıq  pəncərələrdən  şəhvət  ilanlarının  başları 
boylanırdı.  Küçələrin  döngələrində  ölüm  kabusu  görüb, 
təngnəfəs  olmuş  xəstə  ruhlar  qaçışırdı.  Xatirə  unutqanlığın 
üzərindən  bir  anlıq  örtünü  götürərək,  mənə  Sodomun 
pisliklərini və Qomorranın günahlarını göstərdi.  
–  Budaqlar  başlarını  əyərək,  kölgə  salır.  Yarpaqların 
şırıltısı  vadidə  axan  kiçik  arxın  pıçıltısına  qarışaraq    xoş  avaz 
kimi  qulaqlarda  səslənir.  Qulağıma  Süleymanın  gur  səsi,  çar 
Davudun nəğməsi, Muslinin şərqiləri gəlib çatır.   


 
124 
– Sağ qalmış uşaqlar soyuqdan tir-tir əsirlər, aclıq onları 
lap  üzüb.  Kədər  və  üzüntü  içində  qıvrılan  anaların 
çarəsizlikdən nəfəsləri  gərilir. Yuxular şikəst  olmuş insanların 
qəlblərindəki  arzunu  daha  da  gücləndirir.  Mənsə  elə  hey 
hıçqırtı və göz yaşları içində oxunan ağıları eşidirəm.  
–  Nərgiz  və  zanbağın  xoş  rayihəsi  hər  tərəfə  yayılıb, 
yasəmən və kəndalaşın ətri insanı məst edir. Sidr ağacının baş 
gicəlləndirici  qoxusu  çiçəklərin  gözəl  ətrinə  qarışaraq,  nəsim 
küləyinin  qanadlarında  yayılaraq,  bütün  dolanbac  yolları  və 
tərk  edilmiş  obaları  belə  bürüyüb.  İçini  isidən  bu  məstedici 
rayihələr bir quş kimi insanı pərvazlandırır. 
– Çirkli və natəmiz küçələrin üfunətli pis qoxuları yavaş-
yavaş  ətrafa  yayılır.  Xəstəlik  yayan  mikroblarla  qaynaşan  bu 
qoxular  iti  ucluqlu  oxlar  kimi  insanın  hisslərini  zədələyir, 
havanı korlayır.  
–  Budur,  artıq  səhər  açıldı,  sevgilim!  Yatmışların  göz 
qapaqları açılır, barmaqları oynaşır. Günəşin bənövşəyi şüaları 
zülmət  gecə  arxasından  boylanır.  Həyatın  tükənməz  gücü  və 
əzəməti qarşısında gecənin qaranlıq örtüyü yırtılır.  
Vadinin  döşündə  səliqə  ilə  düzülən  kəndlər  oyanıb. 
Budur,  artıq    kilsələrin  zəngləri  çalınır.  Hər  tərəfi  səhərin 
salamını  insanlara  çatdıran  xoş  səslər  bürüyüb.  Onlar 
mağaralardan  gələn  əks-səda  kimi  səslənir.  Sanki,  təbiət 
bütünlüklə  iqaməyə  qalxıb.  Dəvə,  keçi  və  qoyun  sürüləri 
tövlələrdən  çıxarılaraq,  şeh  damcıları  ilə  islanmış  yamyaşıl 
otlaqlara sürülür. Çobanlar, gənc qızlar və ərli qadınlar sürünün 
qabağında  deyib,  gülə-gülə  gedirlər.  Onları  səhərin  gəlişi  ilə 
ətrafa səs salan sərçələrin cikkiltisi müşayiət edir.  


 
125 
–  Burada  da  səhər  açılıb,  sevgilim!  Topa-topa  evlərin 
üzərinə artıq indidən günortanın ağırlığı çöküb. Pəncərələrdəki  
pərdələr  çəkilib,  qapılar  taybatay  açılıb.  Onlardan  qaşqabaqlı 
və  tutqun  simalar,  qəzəbli  gözlər  boylanır.  Rəzil  və  bədbəxt 
insanlar  fabrik  və  zavodlara  tələsirlər.  Onların  içində  həyatla 
yanaşı ölüm də yaşayır. Bu insanların üz cizgilərində qorxu və 
çarəsizlik dərin iz salıb. Sanki onlar istəmədən böyük savaşda 
ölməyə  məhkum  olublar.  Budur,  artıq  küçələr  harasa  tələsən 
rəzil  və  miskin  insanlarla  qaynaşır.  Hər  tərəfi  çəng  səsləri, 
maşınların  gurultusu,  buxarın  boğucu  havası  bürüyüb.  Sanki 
şəhər qətl meydançasına çevrilib. Güclülər zəifləri əzir, varlılar  
fəqir və miskinlərin üzərinə ağır mükəlləfiyyət qoyaraq, onları 
istismar edirlər. 
–  Burada  həyat  necə  də  gözəldir,  sevgilim!  Sanki  nurlu 
nəcib şair qəlbi kimi. 
– Burada həyat necə də amansızdır, əzizim! Sanki günah 
və qorxu ilə dolu cani qəlbi kimi. 
 
 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə