Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə27/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   23   24   25   26   27   28   29   30   ...   82

 
105 
Hansı əcaib quşu tutmaqdır məqsədin? 
Gəl, bizə qoşul. 
Aşağı en və bizim çörəyimizlə aclığını doyur bizim şəra-
bımızla yatırt susuzluğunu”. 
Qəlblərinin tənhalığında deyirdilər onlar bu şeyləri; 
Lakin onların  tənhalığı  daha  dərin  olsaydı, onlar  bilərdi-
lər ki, mən yalnız sizin sevincinizin və ağrınızın sirrini axtarır, 
yalnız  sizin  göylərdə  gəzən  böyük  məninizi  ovlamaq  istəyir-
dim. 
Lakin ovçunun özü də ov idi; 
Zira, oxlarımın çoxu öz sinəmi tapmaq üçün  yayımı tərk 
edirdi. 
Uçan, həm də sürünürdü; 
Ona  görə  ki,  qanadlarımı  günəşdə  gərəndə,  onların 
kölgəsi yerə tısbağa kimi düşürdü. 
Mən, həm imanlı, həm də şübhəli idim. 
Zira,  tez-tez  barmağımı  yaramın  üstünə  qoyurdum  ki, 
sizə daha çox inanım və daha yaxşı tanıyım sizi. 
Bu inam və bu biliklə də deyirəm: 
Siz  öz  bədəninizin  əsiri  deyilsiniz  və  evlərə,  yaxud 
tarlalarınıza bağlanmamısınız. 
Sizin  məniniz  dağlardan  yüksəkdə  yaşayır,  küləklərlə 
səyahət edir. 
O,  günəşdə  qızınmaq  üçün  bayıra  çıxan  və  özünü 
gizləmək üçün qaranlıqda yer eşən bir məxluq deyil. 
O,  nəsə  azad  bir  şeydir,  ruhdur,  yeri  saran  və  efirdə 
hərəkət edən. 
Əgər  bu  sözlər  anlaşılmazdırsa,  onları  aydınlaşdırmağa 
çalışmayın. 


 
106 
Bütün  şeylərin  əvvəli  qarışıq  və  dumanlıdır,  amma  sonu 
yox. 
Mən  çox  şad  olaram,  məni  bir  başlanğıc  kimi 
xatırlasanız. 
Həyat  və  bütün  canlılar  dumanlıqda  yaranırlar,  kristalda 
yox. 
Kim bilir, bəlkə kristal – durulmuş dumandır elə? 
İstərdim ki, məni xatırlayanda yadınıza salasınız:  
Sizdə sizə ən zəif və qarışıq görünən – ən güclü və aydın 
olandır. 
Məgər  sümüklərinizi  qaldıran  və  onları  bərkidən 
nəfəsiniz olmadımı? 
Məgər  indi  xatırlaya  bilmədiyiniz  yuxu  qurmayıbmı 
şəhərinizi? Gördüyünüz bu cah-cəlalı o yaratmayıbmı? 
Əgər  siz  o  nəfəsin  qabarmalarını  görə  bilsəydiniz, 
gözünüzə başqa heç nə görünməyəcəkdi. 
Əgər  siz  o  yuxunun  pıçıltısını  eşidə  bilsəydiniz,  başqa 
səslər qulağınıza yetişə bilməyəcəkdi. 
Lakin siz nə eşidir, nə də görürsünüz. Və bu da yaxşıdır. 
Gözlərinizi  örtən  pərdəni  elə  onu  toxumuş  əllər  də 
qaldıracaqdır.  
Qulaqlarınıza  girmiş  o  palçığı  da  onu  qarışdıran 
barmaqlar çıxaracaqdır. 
 Bax, onda siz görəcəksiniz. 
 Bax, onda eşidəcəksiniz. 
Lakin əsla korluğu tanımış olduğunuza görə heyfslənmə-
yəcəksiniz  və  bir  vaxtlar  kar  olduğunuza  görə  də  peşmançılıq 
çəkməyəcəksiniz. 


 
107 
Zira,  həmin  gün  bütün  şeylərin  gizli  mətləbləri 
açılacaqdır sizə. 
Siz  işığa  şükür  etdiyiniz  kimi  qaranlığa  da  şükürlər 
söyləyəcəksiniz.» 
Bunları söyləyərək o, ətrafına baxdı və gəminin kapitanı-
nın sükanın  yanında duraraq  gah küləklə dolu  yelkənlərə,  gah 
da uzaqlara nəzər saldığını gördü. 
O dedi: 
«Gəminin kapitanı səbirli, çox səbirlidir. 
Külək əsir və yelkənlər də çırpınır. 
Hətta sükan belə istiqamət istəyir. 
Bunlara  baxmayaraq,  kapitanım  sakitcə  susmağımı 
gözləyir. 
Böyük  dənizlərin  xorunu  dinləmiş  bu  dənizçilər  də 
səbirlə dinlədilər məni. 
Az qalıb gözləmələrinə. 
Mən hazıram. 
Çay  dənizə  yetişdi  artıq  və  ulu  ana  oğlunu  öz  bağrına 
basır indi. 
Əlvida, Orfalesin camaatı. 
Bugün öz sonuna yaxınlaşdı artıq. 
O,  su  zanbağı  sabahkı  gün  qarşısında  yumulan  təki 
sağollaşır bizimlə. 
Bizə burda verilənləri qorumalıyıq. 
Əgər bütün bunlar az olmuş olsa, yenə bir yerə yığışar və 
birlikdə uzadarıq əllərimizi Verənə doğru. 
Unutmayın ki, mən qayıdacağam sizin yanınıza. 
Bir  az  keçsin  və  mənim  həsrətim  yeni  bədən  üçün  bir 
qədər toz və bir qədər köpük yığacaqdır. 


 
108 
Bir  az  da  keçsin,  küləkdə  bir  an  dincəlim  və  başqa  bir 
qadın doğacaqdır məni. 
Əlvida, Orfales camaatı və sizinlə keçirdiyim gəncliyim. 
Yuxuda görüşdüyümüz sanki dünən idi. 
Siz  nəğmə  oxuyurdunuz  mənə  mənim  tənhalığımda, 
mənsə qala ucaldırdım göydə həsrətinizdən. 
Lakin  budur,  yuxu  gözümüzdən  qaçmış,  yuxular  bitmiş 
və gün çıxmışdır artıq. 
Gün  günorta  olmuş,  yarıoyaqlığımız  aydın  sabaha 
çevrilmişdir və biz ayrılmalıyıq. 
Əgər  yaddaşın  alatoranlığında  bir  daha  görüşəsi  olsaq, 
yenə  söhbətləşərik  və  siz  mənə  daha  dərin  bir  nəğmə  oxu-
yarsınız. 
Əgər əllərimiz başqa bir yuxuda yenidən görüşərsə, yeni 
bir imarət ucaldarıq göylərdə.» 
Bunları söyləyərək o, dənizçilərə işarə verdi. 
Onlar  ləngimədən  lövbəri  qaldırdılar,  gəmini  sahilə 
bağlayan ipləri açaraq Şərqə doğru istiqamət aldılar. 
Camaatdan  vahid  bir  ürəkdən  ayrılan  təki  bir  qışqırıq 
qopdu. Nəhəng şeypurun səsi kimi bu səs alatoranlığa yüksələ-
rək dənizin üzərinə yayıldı. 
Yalnız əl-Mitra susurdu. Gəmi dumanda gözdən itənədək 
ötürdü onu gözləri ilə.  
Camaat dağılandan sonra da o, sahildə tək tənha dayanıb 
ürəyində onun sözlərini təkrarlayırdı: 
“Bir  az  da  keçsin,  küləkdə  bir  an  dincəlim  və  başqa  bir 
qadın doğacaqdır məni”. 


 
109 
 
 
 
 
 
 

GÖZ YAŞI VƏ TƏBƏSSÜM
”  
kitabından 
 
Giriş 
 
Mən ürəyimin kədərini insanların sevincinə dəyişmərəm. 
İstəmirəm  ki,  qəlbimin  dərinliklərindən  doğan  göz  yaşları 
gülüşə  çevrilsin.  Mən  istəyirəm  ki,  mənim  həyatım  həm  göz 
yaşı,  həm  də  təbəssüm  olaraq  qalsın:  göz  yaşı  ürəyi  yuyub 
təmizləyir  və  insana  həyatın  sirlərini  və  dərinliyini  anladır, 
təbəssümsə məni torpağımın oğullarına yaxınlaşdırır və mənim 
Allaha  şükranlığımı  ifadə  edir;  göz  yaşı  mənə  yaralı  qəlbimlə 
insanlar  arasında  qalmağa  kömək  edir,  təbəssümsə  mənim 
mövcudluğa  sevincimi  bildirir.  Mən  darıxa-darıxa  yaşamaq-
dansa sevə-sevə ölməyi üstün tuturam. Mən istəyirəm ki, qəlbi-
min dərinliklərində eşq və gözəllik aclığı heç zaman azalmasın. 
Mən müşahidə edib həyatından razı adamları hamıdan bədbəxt 
və maddiyyata hamıdan  yaxın olduqlarını gördüm; mən qulaq 
kəsildim və eşitdim ki, aşiqin ahları ən şirin bir musiqidir. 
Axşam düşür və gül öz ləçəklərini bağlayaraq öz eşqi ilə 
qol-boyun  uyuyur,  səhər  açıldıqda  isə  o,  günəşin  öpüşünü 
qəbul etmək üçün dodaqlarını aralayır. Güllərin də həyatı  eşq 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə